Direktor : Nazilə Əiyeva Ziyad Müavinlər: İlhamə MirzəyevaƏbülfəz İradə Nağdəliyeva Məmmədsadıx Vüsalə Rzayeva Ağakərim



Yüklə 115,27 Kb.
tarix15.03.2018
ölçüsü115,27 Kb.
#31486

https://bakimektebleri.edu.az/uploads/schools_img/142037950054a9456c200458.49433413.jpg Direktor : Nazilə Əiyeva Ziyad Müavinlər: İlhamə MirzəyevaƏbülfəz İradə Nağdəliyeva Məmmədsadıx Vüsalə Rzayeva Ağakərim

Bakı Şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəb 1937-ci ildə tikilmişdir. Əsas bina Böyük Vətən Müharibəsi illərində hospital kimi fəaliyyət göstərmişdir. Sonradan arakəsmələr vasitəsilə sinif otaqlarına çevrilmiş, məktəb kimi fəaliyyətə başlamışdır. Əsas bina 430 yerlikdir. 2005 və 2007-ci ildə 200 yerlik əlavə iki bina tikilmiş və istifadəyə verilmişdir. Hal-hazırda məktəbimizdə 1047 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 89 müəllim məşğul olur. Eyni zamanda, məktəbdə 27 texniki işçi çalışır.





https://bakimektebleri.edu.az/uploads/graduates/144246797755fa5089b7f1c4.68683793.jpg C. Nigar https://bakimektebleri.edu.az/uploads/graduates/144246793255fa505c743011.66542577.jpg H. Aişa https://bakimektebleri.edu.az/uploads/graduates/142550663654f7814ce9e709.07479028.jpg D.Firuzə

T.Zülfiyyə https://bakimektebleri.edu.az/uploads/graduates/144246760955fa4f193335e9.44123850.jpg https://bakimektebleri.edu.az/uploads/graduates/144246744855fa4e78465709.44635150.jpg O.Nailə https://bakimektebleri.edu.az/uploads/graduates/144246787755fa50258e1a92.10616861.jpg İ.Cavid https://bakimektebleri.edu.az/uploads/graduates/144246769955fa4f73670224.93947535.jpgX.Kamandar https://bakimektebleri.edu.az/uploads/graduates/142550655954f780ffedc4e4.11564216.jpg K.Əlişan https://bakimektebleri.edu.az/uploads/graduates/142550658854f7811c42e295.47104205.jpgP.Anar https://bakimektebleri.edu.az/uploads/graduates/142550665854f78162b9d0e7.85162118.jpgS.Məftun https://bakimektebleri.edu.az/uploads/graduates/142550661054f78132d32218.11329932.jpgP.Bəxtiyar



YARADICI XANIM

Məktəbimizin ana dili və ədəbiyyat müəllimi Nabat Abbasqızı Məmmədova ədəbi yaradıcılıqla məşğuldur. Onun şeirləri və publistik məqalələri “ Zaman “, “Vətəndaş həmrəyliyi”, “ Azərbaycan uğrunda “, “ Ulu körpü “, ” Poliqlot “ ,”Tələbə dünyası “,” Vedibasar” qəzetlərində, ” Sevgi “ jurnalında nəşr olunmuşdur. 2004-cü ildə ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş irimiqyaslı ( 1500 nəfərdən artıq adamın qatıldığı ) şeir müsabiqəsinə qatılmış və “ Baba Heydərin “ adlı şeiri bəyənilərək “ Ürəklərdə ucalan abidə “ kitabına daxil edilmişdir. 2005-ci ildə “ Ülvi “ ədəbi məclisinin tərtib etdiyi “ Söz çələngi “ adlı almanaxada da Nabat Uluxanlıya məxsus şeirlər yer almışdır. 2009-cu ildə AYB-nin üzvi,görkəmli şair Əli Vəkilin redaktorluğu ilə “ Ədəbi İrəvan – 2009 “almanaxında Nabat xanımın şeirləri nər olunmuşdur. 2009-cu ildə vətənərvərlik mövzusunda keçirilən daha bir müsabiqəyə qatıldı.Öz şeirləri ilə fərqləndiyinə görə Vedibasar qəzetinin “ Ağrı dağı “ Fəxri Diplomuna layiq görüldü. Azərbaycan Dövlət Radiosu Nabat Uluxanlının ədəbi yaradıcılığına həsr olunmuş sisilə verilişlər hazırlayaraq efirdə səsləndirmiş,şeirləri bədii qiraəti və ecazkar səsi ilə hamını məftun edən direktorumuz Eldost Bayramın təqdimatında dinləyicilərə çatdırılmışdır. Nabat Abbasqızı bədii tərcümə ilə də məşğul olmuş,rus dilindən bir sıra tərcümələr etmişdir. A.S.Puşkin,M.Y.Lermantov,K.Simanov, S.Esenin , Nekrasov, A.Fet və başqalarının şeirləri Nabat xanım tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur. Nabat Uluxanlı dahi yazıçı Mirzə Cəlilin “ Qələmin ən müqəddəs vəzifəsi sözündüzünü yazmaqdır “ fikrini özünə bir leymotiv kimi qəbul edərək öz ədəbi yaradıcılığını bu gün də davam etdirir.



NAĞIYEV KƏRİM

Azərbaycan Respublikası Gənclər və İdman İdarəsinin "Novruz bayramı"na həsr olunmuş sərbəst güləş üzrə yarışda I yerə layiq görülmüşdür. Dəfələrlə I yerin sahibi olmuş, həmçinin bir çox idman yarışlaında II, III yerlərlə təltif edilmişdir. 7 medalı var: 3 qızıl, 2 gümüş, 2 bürünc



ŞİRİNLİ NƏCMƏDDİN  

Azərbaycan Respublikası "Kyokuşinkaykan" kontakt karate Federasiyasının keçirdiyi 20 yanavar şəhidlərinin xatirəsinə həsr olunmuş Respubilka Turnirində II yerə layiq görülmüş, bir çox idman yarışlarında iştirak etmişdir. 4 medalı var.2-si gümüş, 2-si bürünc. Həmçinin futbolla da məşğul olur. 2012-2013-cü ildə Bakı Futbol Federasiyasının VIII "Sabahın ulduzları" Bakı çempionatında iştirak edib və II yerə layiq görülmüşdür. 2002-2003-cü il təvəllüdlü futbolçular arasında VIII "Sabahın ulduzları" Bakı çempionatının ikinci mərhələsi 7-14-cü yerlər uğrunda münsiflər heyətinin qərarı ilə V turun nəticələrinə görə Bakı Futbol Federasiyasının təsis etdiyi "Turun ulduzu" mükafatına layiq görülmüşdür.



FƏRZİYEV FƏRİD

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdarəsinin "Xocalı soyqırımı"nın 23-cü ildönümünə həsr olunmuş Cudo idman növü üzrə yarışda I yerə layiq görülüb, həmçinin bir çox idman yarışlarında I, II,III yerlərlə təltif olunub. 6 medalı var. 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc



SƏMƏDOV HİKMƏT

Sərbəst güləş növü ilə məşğuldur. "MOİK"-da sərbəst güləş üzrə açıq birinciliyində III yerə və bir çox yarişlarda I, II yerlərə layiq görülüb.



TULİYEV ORXAN 

İdmanın boks növü ilə məşğul olur.O,Tovuzda keçirilən Zona birinciliyinin Bakıda keçirilən yarışında iştirak etmiş, II yer tutaraq diplom və kubokla təltif olunmuşdur.



BƏDƏLOV ETİBAR

Start idman və əyləncə kompleksi tərəfindən üzgüçülük turnirində iştirak emiş I yer tutduğuna görə diplomla təltif olunmuşdur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Xəzər rayon Gənclər və İdman İdarəsi “Judo – Jitsu “ idman kulubu tərəfindən “ 9 noyabr Bayraq Gününə “ həsr olunmuş “Judo “ üzrə 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında keçirilən Xəzər rayon açıq turnirində II yer tutduğuna görə doploma təltif olunmuşdur. Təhsil Respublika İdman Mərkəzi 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində Cudo Güləş üzrə III yeri tutduğuna görə diplomla təltif olunmuşdur.



NƏZRİN MƏMMƏDOVA

Təhsil və Fövqəladə Hallar nazirlikləri tərəfindən 2015-ci ildə keçirilmiş "Fövqəladə hallar uşaqların gözü ilə" respublika uşaq yaradıcılıq müsabiqəsində "Plakat" nominasiyası üzrə III yerə layiq görülmüş, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilmişdir.



BREYN-RİNQ

20 Aprel 2015-ci il tarixində 70 №-li məktəbdə Nizami rayon orta ümumtəhsil məktəbliləri arasında keçirilən ümummilli lider H.Əliyevin 92 illik yubileyinə həsr olunmuş Breyn-rinq intellektual oyununda məktəbimizin şagirdləri layiqincə iştirak etdilər. İştirak edən şagirdlərimiz: Piriyev Sadiq, Orucova Nailə, Qasımzadə Arzuxanım, İsmayılov Cavid, İmanov Həsən yarışda öz intellektlerini nümayiş etdirərək II yer tutmuşlar, medal və fəxri fərmanla təltif olunmuşlar.



MÖVSÜMLÜ FƏQAN

İdmanın cudo növü ilə məşğuldur.o, “Sədərək “ idman klubunun açıq birinciliyində I və III yerlərə layiq görülmüş və diplomla təltif olunmuşdur.



BALACA ÇEMPİON

İsayev Hüseyn Xəzər oğlu Dünya çempionu oldu.



FƏRZƏLİYEVA AYAN İKT-ÜZRƏ “HEYDƏR ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN” MÖVZUSUNDA VEB-SƏHİFƏ İLƏ ÇIXIŞ ETDİ

3 mayda Bakı Slavyan Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondu Ulu öndər , Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ” Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında” adlı ənənəvi şagird-tələbə Elmi Konfransını keçirdi. Konfransda iştirak edən şagirdlərimizdən Fərzəliyeva Ayan İKT-üzrə “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda veb-səhifə ilə çıxış etdi (elmi rəhbər məktəbin informatika müəllimi Nəsibova Lətafət). 33 iştirakçı arasında şagirdimiz “ƏN YAXŞI MƏRUZƏÇI” diplomu və ən yaxşı veb-səhifə üçün sertifkat aldı. Mükafat Slavyan Universitetinin rektoru Asif Hacıyev tərəfindən təqdim edildi.



“Cəmiyyəti ayaq üstə saxlayan sütunlar ”

https://bakimektebleri.edu.az/uploads/leaders/142550976454f78d841578b8.22560584.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142550759654f7850cbe8de7.72574557.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551074954f7915d5d8226.46857859.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551044054f79028ec7795.80408026.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551008254f78ec26065e2.42080880.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/147549839557f2519bb72663.25547771.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142550919354f78b490c87d1.70913042.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551078254f7917ee02871.47180955.jpg

https://bakimektebleri.edu.az/uploads/leaders/142550885954f789fbe27d48.50359130.jpg https://bakimektebleri.edu.az/uploads/leaders/142551030654f78fa2b9b9a0.50016049.jpg https://bakimektebleri.edu.az/uploads/leaders/142551190154f795dddd17e5.40517864.jpg https://bakimektebleri.edu.az/uploads/leaders/142551250554f79839625653.06463547.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551184054f795a0ac4a34.75407585.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551088354f791e3348994.64723593.jpg https://bakimektebleri.edu.az/uploads/leaders/142551256854f798785cc9c4.62631288.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551138554f793d9a58313.00176984.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142550987254f78df050d1a7.77476508.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551035754f78fd5b81224.74992281.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551134554f793b137e376.92556291.jpg https://bakimektebleri.edu.az/uploads/leaders/142551085354f791c55e5b46.98419032.jpg

https://bakimektebleri.edu.az/uploads/news_gallery/1467105519577240ef85e510.76944863.jpeg https://bakimektebleri.edu.az/uploads/news_gallery/1467105519577240ef85e770.90175598.jpeg

https://bakimektebleri.edu.az/uploads/news_gallery/1467105519577240ef85e5e5.47100722.jpeg https://bakimektebleri.edu.az/uploads/news_gallery/146710638557724451614d63.05584245.jpeg

26 iyul tarixində Şən və Hazırcavablar klubları arasında keçirilən Bakı şəhəri üzrə Məktəb çempionatının final mərhələsi baş tutdu. Final oyunu Rəşid Behbudov Adına Mahnı Teatrında oynanıldı. Final mərhələsinə vəsiqə qazanmış məktəblərin yüksək səviyyədə hazırlandıqları görünürdü. Məktəbimizi təmsil edən “Online” komandasının böyük səy və məsuliyyətlə keçirtdiyi məşqlərin öz gözəl nəticəsini verəcəyinə inanırdıq. Məktəblilər arasında istedadların aşkar edilərək inkişaf etdirilməsi və Şən Hazırcavablar Klubu ənənələrinin davam etdirilməsi məqsədilə təşkil olunan çempionat bu baxımdan olduqca əhəmiyyətli və səmərəli oldu. Məktəbimizi bu yarışda təmsil edən “Online” komandası III yerə layiq görülərək diplom və kubokla mükafatlandırıldı. Məktəblilərə yaratdığı bu imkana və şəraitə, yüksək səviyyəli təşkilati dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və “ŞHK” rəhbərliyinə məktəbimiz adından dərin minnətdarlığmızı bildiririk.

‘‘SƏN SAHİBKARSAN‘‘ ADLI LAYİHƏ ƏSASINDA KEÇİRİLMİŞ DƏRS

Rusiya Fedarasiyasının gənclər arasında sahibkarlığın təbliği məqsədi ilə ‘‘Sən sahibkarsan‘‘layihəsi çərçivəsində ümumtəhsil məktəblərində keçirdiyi ‘‘Vahid Dərs‘‘ layihəsini biz də öz məktəbimizdə tətbiq etdik.Layihənin şagirdlərimizin sahibkarlıq təfəkkürünün formalaşmasına müsbət təsir edəcəyini düşünürük. Layihə əsasında məktəbimizin coğrafiya müəllimi Hüseynova Sevinc 11b sinfində ‘‘Sən sahibkarsan‘‘adlı dərs keçdi.Müəllim dərsini layihə üzərində quraraq şagirdləri diskusiyaya cəlb edə bildi.Müəllim sahibkarlığın xüsusiyyətlərini və mahiyyətini şagirdlər üçün izah edərək bildirdi ki,sahibkar bəşəriyyətə maddi nemətlər bolluğu gətirən istehsalçılardir.Başqalarının görə bilmədiyini görmək və ondan düzgün nəticə çıxarmaq bacarığı sahibkarların əsl xüsusiyyətləridir. Yaradıcılıq,təşəbbüskarlıq,problemləri həll edə bilmək,güzəştə getmək,rahat ünsiyyət qabiliyyəti ilə bağlı şəxsi keyfiyyətə malik olan,bacarıq və çevikliyi özündə birləşdirən şəxslərdən əsl sahibkar ola bilər.Bu gün respublikamızın bütün regionlarında sahibkarlıq üçün əlverişli potensial imkanlar var. Bu dərsin məktəbimizdə keçirilməsini əhəmiyyətli hesab edirik.



https://bakimektebleri.edu.az/uploads/news_gallery/147523856457ee5aa4cf9049.83520200.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/147523856457ee5aa4cf9177.91462029.jpeg

https://bakimektebleri.edu.az/uploads/news_gallery/147523856457ee5aa4cf9220.03590386.jpeg

MƏKTƏBƏHAZIRLIQ QRUPUNDA DƏRS


17 oktyabr tarixdə məktəbimizin ibtidai sinif müəllimi Kərimova Aynur 5 yaşlılarla keçdiyi dərs zamanı şagirdlər yorulmasın və onlar üçün maraqlı olsun deyə ‘‘Turp‘‘nağılını şagirdlərin ifasında səhnələşdirmişdir.Dərs olduqca maraqlı və əyləncəli keçdi.Şagirdlər nağıl personajlarını sevinclə canlandırdılar.Valideynlər də hazırlanmış dərsi alqışladılar.Şagirdlər dərsdən olduqca həvəslə və böyük ruh yüksəkliyi ilə ayrildilar.

https://bakimektebleri.edu.az/uploads/news_gallery/147679226958060fcd44a2f9.81989216.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/147679226958060fcd44a046.75653315.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/147679226958060fcd44a0f3.36656347.jpeg

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN TƏŞKİLATİ DƏSTƏYİ İLƏ TƏHSİL SƏRGİSİ KEÇİRİLDİ

https://bakimektebleri.edu.az/uploads/news_gallery/147679081558060a1f49e880.10829861.jpeg

7-9 oktyabr tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Bakı Expo mərkəzində Təhsil sərgisi keçirilmişdir.Həmin sərgiyə məktəbimiz də dəvət olunmuşdur.10-11-ci sinif şagirdləri məktəbimizin direktoru Əliyeva Nazilə xanım,tərbiyə işləri üzrə direktor müavini Mirzəyeva İlhamə və dil-ədəbiyyat müəllimi Həsənova Lalə ilə birgə sərgidə iştirak etdilər.Şagirdlər respublikamızın lider universitetlərinin və digər ölkələrin təhsil proqramları ilə yaxından tanış oldular və onları maraqlandiran suallarına cavab aldılar.Sərgidə iştirak edən şagirdlər öz təəssüratlarını yoldaşları ilə bölüşdülər.Belə bir şərait yaratdığı üçün məktəbimiz adından Azərbaycan Respublikası Təhsil Nazirliyinə dərin minnətdarlığımızı bildiririk.



https://bakimektebleri.edu.az/uploads/news_gallery/147679081558060a1f49ef68.10027835.jpegMULTİKULTURALİZM İLİ”NƏ HƏSR OLUNMUŞ RESPUBLİKA RƏSM MÜSABİQƏSİ.

Ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ edilməsi məqsədi ilə 2016 –ci il ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Azərbaycanda “Multikulturalizm ili” elan olunmuşdur. “Multikulturalizm ili” çərçivəsində uşaqların mövzu ilə bağlı maraqlı fikir və düşüncələrini öz rəsmlərində əks etdirmələrinə şərait yaratmaq üçün ümumtəhsil məktəblərinin şagirdləri arasında respublika rəsm müsabiqəsi keçirilir. Bizim məktəbimiz də bu müsabiqəyə qoşuldu və şagirdlərimiz böyük həvəslə müsabiqədə iştirak etdilər.Hər bir iş maraqlı və yaradıcı idi. Məktəb mərhələsinin qalibləri: III yerin sahibi 9c sinif şagirdi Nurməmmədova Rəhimə, II yerin sahibi 9a sinif şagirdi Atakişiyev Qurban, I yerin qalibi isə 9b sinif şagirdi Məmmədova Nəzrin oldu. Məktəbimiz üzrə müsabiqənin qalibi 9b sinif şagirdi Məmmədova Nəzrinin çəkdiyi rəsm işi ölkəmizdə digər millətlərin nümayəndələrinin də azad və xoşbəxt yaşadığını əks etdirirdi. Şagirdimizin əl işi rayon mərhələsində iştirak etmək üçün yer qazandı.



https://bakimektebleri.edu.az/uploads/news_gallery/1476880038580766a6e13d02.60930411.jpeg https://bakimektebleri.edu.az/uploads/news_gallery/1476880038580766a6e14049.88027214.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/147688070958076945e98591.05942706.jpeg https://bakimektebleri.edu.az/uploads/news_gallery/147688070958076945e98260.89262238.jpeg https://bakimektebleri.edu.az/uploads/news_gallery/147688070958076945e98411.45758567.jpeg https://bakimektebleri.edu.az/uploads/news_gallery/147688070958076945e984e2.00106478.jpeg

https://bakimektebleri.edu.az/uploads/news_gallery/1476788396580600acb3b2f4.03149067.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1476788396580600acb3b692.44263245.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1476788396580600acb3b732.78615595.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1476788396580600acb3b5c9.79356642.jpeg

1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd-Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edilmişdir.1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı.Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Hal-hazırda müstəqil ölkəmiz Heydər Əliyev siyasətinin uğurlu davamçısı olan cənab prezidentimiz İlham Əliyevin həyata keçirdiyi işlər sayəsində inkişaf etmiş və etməkdədir. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqil ,suveren bir ölkədir və xalqımız bu tarixi hər il bayram kimi-Azərbaycanın Dövlət Müstəqilliyi günü kimi qeyd edir. Bizim məktəbimizdə də bu tarixi gün hər il olduğu kimi bu il də bayram tədbiri ilə qeyd olundu. Məktəbimizin tarix müəllimləri Musayeva Nazilə və Mehrəliyeva Gülşən,dil-ədəbiyyat müəllimi Abdullayeva Rəqsanə 8,9-cu sinif şagirdlərinin iştirakı ilə tədbir keçirdilər.Tədbir Dövlət himninin səslənməsi ilə başlandı.Tarix müəllimi Musayeva Nazilə bu günün əhəmiyyəti barədə tarixi faktlarla çıxış edərək tədbir iştirakçıları qarşısında məruzə etdi.Daha sonra şagirdlərin ifasında şeirlər,mahnılar səsləndirildi.

https://bakimektebleri.edu.az/uploads/album_photos/142550447354f778d946b741.46261211.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550447354f778d946b7f5.74520239.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550463154f77977ece162.12073309.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550490654f77a8aecc3c4.20915415.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550463154f77977ece1e1.21149099.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/1426966158550dc68e4eb492.64559086.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550490654f77a8aecccf1.06265913.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142597640654feac569a2da9.80475404.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550490654f77a8aecc923.83337987.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550490654f77a8aecc737.36953079.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550447354f778d946b692.15700717.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142551454154f7a02d20e322.73551444.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/1430986859554b206b3aa276.90753791.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/1430986859554b206b3aa336.73850411.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/1430986859554b206b3aa6a2.76609073.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/1430986859554b206b3aa3e9.76123136.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/145759787856e12db6ea3231.63334648.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/145759787856e12db6ea2a41.71453252.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/145647639556d010eb806ff5.59503246.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/145759787856e12db6ea2f06.36578636.jpg

Uşağın əsas vəzifələri
Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ənənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağın borcudur.Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur.
Yüklə 115,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə