Direktor Əliyeva Nazilə



Yüklə 149,51 Kb.
tarix07.12.2017
ölçüsü149,51 Kb.
#14198

https://bakimektebleri.edu.az/uploads/schools_img/142037950054a9456c200458.49433413.jpg

Direktor Əliyeva Nazilə Ziyad

Müavinlər Nağdəliyeva İradə Məmmədsadıx

Mizəyeva İlhamə Əbülfəz

Vüsalə Rzayeva Ağakərim

Bakı Şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəb 1937-ci ildə tikilmişdir. Əsas bina Böyük Vətən Müharibəsi illərində hospital kimi fəaliyyət göstərmişdir. Sonradan arakəsmələr vasitəsilə sinif otaqlarına çevrilmiş, məktəb kimi fəaliyyət başlamışdır. Əsas bina 430 yerlikdir. 2005 və 2007-ci ildə 200 yerlik əlavə iki bina tikilmiş və istifadəyə verilmişdir. Hal-hazırda məktəbimizdə 1047 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 89 müəllim məşğul olur. Eyni zamanda, məktəbdə 27 texniki işçi çalışır.



sekil.jpg

https://bakimektebleri.edu.az/uploads/leaders/142550976454f78d841578b8.22560584.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142550759654f7850cbe8de7.72574557.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551008254f78ec26065e2.42080880.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/147549839557f2519bb72663.25547771.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551074954f7915d5d8226.46857859.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551044054f79028ec7795.80408026.jpg

https://bakimektebleri.edu.az/uploads/leaders/142550919354f78b490c87d1.70913042.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551078254f7917ee02871.47180955.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551190154f795dddd17e5.40517864.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142550992054f78e2034fd69.08628151.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551030654f78fa2b9b9a0.50016049.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142550885954f789fbe27d48.50359130.jpg

https://bakimektebleri.edu.az/uploads/leaders/142551250554f79839625653.06463547.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551256854f798785cc9c4.62631288.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551088354f791e3348994.64723593.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142550987254f78df050d1a7.77476508.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551035754f78fd5b81224.74992281.jpghttps://bakimektebleri.edu.az/uploads/leaders/142551134554f793b137e376.92556291.jpg

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.(Sokrat)

Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər. (M.K.Atatürk)

Müəllimlərdən işgəncə görməyən həyatda zülm çəkər. (Adolf Disterveq)

Mənə bir hərf öyrədənin köləsi olaram. (Hz.Əli )

Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələr öz özlərinə fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır. (A.Karrel)

Öyrətmək yenidən öyrənməkdir. (C.Braun)

Yer üzündə, müəllimlikdən başqa şərəfli bir peşə tanımıram. (D.Roman)

Pis müəllim şagirdinə həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öyrədir. (Adolf Disterveq)

Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib. (Aristotel)

Müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir(Atalar sözü)

https://bakimektebleri.edu.az/uploads/album_photos/1426966158550dc68e4eb492.64559086.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142597640654feac569a2da9.80475404.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550490654f77a8aeccbc2.53316053.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550490654f77a8aecc9d7.52048790.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550490654f77a8aecc737.36953079.jpg

https://bakimektebleri.edu.az/uploads/album_photos/142550490654f77a8aecc5e8.76111555.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550490654f77a8aecc532.55861890.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550447354f778d946b741.46261211.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550490654f77a8aecc3c4.20915415.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142550447354f778d946b7f5.74520239.jpg

https://bakimektebleri.edu.az/uploads/album_photos/142550447354f778d946b471.82413351.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142960586455360de8d651b4.81972979.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142960586455360de8d65617.18662228.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/1426970198550dd65608f803.29923594.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/1426970198550dd65608f6c5.78947135.jpg

https://bakimektebleri.edu.az/uploads/album_photos/1451035434567d0b2a5e6823.50354006.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/1449831938566aae0274d391.55543196.jpeghttps://bakimektebleri.edu.az/uploads/album_photos/145275647056974df6759e97.76679524.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/144920842156612a654a0e26.41834624.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/14314137985551a426b73be9.34314628.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/1430986859554b206b3aa547.59823689.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/14314137985551a426b73db1.39659945.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/143140993855519512da4d40.27069687.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/145759787856e12db6ea2a41.71453252.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/1430986859554b206b3aa5f9.49014250.jpg

https://bakimektebleri.edu.az/uploads/album_photos/145759787856e12db6ea2cb1.47989849.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/145647639556d010eb806ff5.59503246.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/145759787856e12db6ea3231.63334648.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142551454154f7a02d20db46.41941430.jpghttps://bakimektebleri.edu.az/uploads/album_photos/142551454154f7a02d20e3c8.60776902.jpg

https://bakimektebleri.edu.az/uploads/graduates/144246797755fa5089b7f1c4.68683793.jpg https://bakimektebleri.edu.az/uploads/graduates/144246769955fa4f73670224.93947535.jpg https://bakimektebleri.edu.az/uploads/graduates/144246793255fa505c743011.66542577.jpg https://bakimektebleri.edu.az/uploads/graduates/144246787755fa50258e1a92.10616861.jpg https://bakimektebleri.edu.az/uploads/graduates/142550663654f7814ce9e709.07479028.jpg https://bakimektebleri.edu.az/uploads/graduates/142550665854f78162b9d0e7.85162118.jpg

https://bakimektebleri.edu.az/uploads/graduates/144246744855fa4e78465709.44635150.jpghttps://bakimektebleri.edu.az/uploads/graduates/142550655954f780ffedc4e4.11564216.jpghttps://bakimektebleri.edu.az/uploads/graduates/142550658854f7811c42e295.47104205.jpghttps://bakimektebleri.edu.az/uploads/graduates/142550661054f78132d32218.11329932.jpghttps://bakimektebleri.edu.az/uploads/graduates/144246760955fa4f193335e9.44123850.jpg

Rəsuli-Əkrəm (s.a.a.) buyurur: “Elm öyənən şəxs gündüzləri oruc tutan, gecələri isə səhərə kimi ibadətlə keçirən şəxs kimidir. İnsanın öyrəndiyi bir elm toplusu Əbu Qubeys dağı qədər qızılı, malı olub onu Allah yolunda ehsan etməsindən daha fəzilətlidir”. (Biharul-ənvar 1/ 184)



İmam Zeynalabdin (ə) buyurur: “Əgər insanlar elm kəsb etməyin necə böyük dəyərli olduğunu bilsəydilər, onu hətta qanlarına axıtmaqla və tufanlı, dalğalı dənizləri yarmaqla belə kəsb edərdilər”. (Kafi 1/ 35)
İmam Əmirəl-möminin Əli (ə) buyurur: “Elm asanlıq və rahatlıq axtarmaqla əldə oluna bilməz”. (Ğurərul-hikəm 349)
İmam Sadiq (ə) buyurur: “Öz yazılarınızı qoruyub saxlayın, çünki sonradan onlara ehtiyac duyacaqsınız”. (Biharul-ənvar 2/ 152)
İmam Əli (ə) buyurur: “Həqiqətən dinin kamalı elm öyrənmək və ona əməl etməkdir. Agah olun ki, elm kəsb etmək həqiqətdə sizin üçün mal-dövlət qazanmaqdan daha vacibdir”. (Kafi 1/ 30)
İmam Həsən (ə) buyurur: “Öz elmini başqalrına öyrət və çalış ki, digərlərinin də elmini öyrənəsən”. (Biharul-ənvar 78/ 111)

ŞAHİN” HƏRBİ İDMAN OYUNU KEÇİRİLDİ
Hər il olduğu kimi bu il də Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə rayonumuzda məktəlilər arasında “Şahin” hərbi idman oyununa start verilmişdi. 8 və 10-cu sinif şagirdlərindən ibarət komandamız məktəbimizin Gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi Babayev Məzahirin köməkliyi ilə həm çətin,həm də olduqca əhəmiyyətli və vacib mərhələlər üzrə məşqlər etmiş, yarışa məsuliyyətlə hazırlaşmışdılar. Nəhayət,14 aprel 2016-cı il tarixdə Nizami Rayon İcra Hakimiyyəti,Gənclər və İdman İdarəsi,N saylı Hərbi Hissənin nümayəndələrinin və məktəblərin rəhbərliklərinin iştirakı ilə “Şahin”hərbi idman oyunu N saylı Hərbi Hissədə keçirildi.Yarışda məktəblərin əksəriyyətinin bu yarışa olduqca ciddi hazırlandıqları göründü.Bu da məktəbliərimizdə vətənpərvərlik hisslərinin yüksək olduğundan xəbər verir və bir Azərbaycan vətəndaşı kimi bizi qürurlandırırdı. Məktəbimizi təmsil edən komanda 24 məktəb arasında ilk onluğa daxil oldu.

https://bakimektebleri.edu.az/uploads/news_gallery/1460626445570f640d4c9ec0.84825664.jpg https://bakimektebleri.edu.az/uploads/news_gallery/1460626445570f640d4c9cc4.32974294.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1460626445570f640d4c9df5.12724660.jpeg

ŞAGİRDLƏRİMİZ ƏSGƏRLƏRİMİZİ DƏSTƏKLƏYİR


c:\program files\microsoft office\media\office12\lines\bd10307_.gifc:\program files\microsoft office\media\office12\lines\bd14516_.gifAzərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlıq etmək, xalqımızın hər bir nümayəndəsinin var gücü ilə dəstəyə və döyüşə hazır olduğunu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün “ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsinə start verib. Bu təqdirəlayiq təşəbbüsə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və tabeliyindəki məktəblər də qoşulub. Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinin ən böyük ehtiyacı mənəvi dəstəkdir. Əsgərlərimizə dəstək olmaq və onlara mənəvi dayaq olmaq üçün Bakı şəhərində yerləşən məktəblərin şagirdləri tərəfindən əsgərlərə böyük həvəs və ruh yüksəkliyi ilə məktublar yazılıb. Ümid edirik ki, hər bir məktəbli tərəfindən yazılmış məktublar ölkəmizin qazanacağı böyük qələbəyə kiçik bir töhfə olacaq. Xalqımızın birliyini simvolizə edən, kiçikdən böyüyə bütün xalqın bir yumruq kimi birləşdiyinin sübutu olan bu məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılıb. c:\program files\microsoft office\media\office12\lines\bd14538_.gifc:\program files\microsoft office\media\office12\lines\bd14539_.gif

https://bakimektebleri.edu.az/uploads/news_gallery/1461668244571f4994ba7ed2.29105530.jpgc:\program files\microsoft office\media\office12\bullets\bd10301_.gifhttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1461668244571f4994ba8062.15331875.jpg c:\program files\microsoft office\media\office12\bullets\bd10301_.gifhttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1461668244571f4994ba8289.25427318.jpgc:\program files\microsoft office\media\office12\bullets\bd10301_.gifhttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1461668244571f4994ba8127.51097204.jpgc:\program files\microsoft office\media\office12\bullets\bd10301_.gif

Vətən əcdadımızın mədfənidir.


Vətən övladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz.

Müəllif:Abbas Səhhət



https://bakimektebleri.edu.az/uploads/news_gallery/1461659312571f26b02030d4.67812419.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1461659312571f26b02038b4.27622574.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1461659312571f26b0203644.92686302.jpeg25 aprel 2016-cı il tarixdə Nizami rayonu 227№-li tam orta məktəbdə məktəb kollektivi və Nizami Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə “Vətənin müdafiəsinə hazıram” adlı vətənpərvərlik tədbiri keçirildi. Tədbirin əvvəlində dövlət himnimiz səsləndirildi.Tədbirin aparıcısı dil-ədəbiyyat müəllimi Abdullayeva Rəqsanə tədbiri açıq elan etdikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edildi.Sonra şagirdlər şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər,mahnılar və aforizmlər səsləndirdilər. Xalqımızın igid oğlu - Milli qəhrəmanımız Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş səhnəcik 10-cu sinif şagirdlərinin ifasında nümayiş etdirildi və tədbir iştirakçılarının göz yaşları ilə müşayiət olundu. Tarix müəllimi Rzayeva Vüsalə və 11A sinif şagirdi İmanov Həsən Qarabağ tarixi haqqında məruzə edərək, tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırdılar.Daha sonra şəhid anası Kovalyova Larisa xanım oğlu ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.Nizami Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Hüseynov Bəhmən müəllim,Nizami Rayon Mədəniyyət Mərkəzinin müdiri Quliyeva Laura xanım və məktəbin direktoru Əliyeva Nazilə xanım öz ürək sözlərini söyləyərək,böyüyən nəsli vətənpərvər və daim vətənin müdafiəsinə hazır olmağa səslədilər.

YAP-IN NİZAMİ RAYON TƏŞKİLATI FƏAL ŞAGİRDLƏRİN İŞTİRAKI İLƏ QUBA MEMORİAL sOYQIRIM ABİDƏSİNƏ EKSKURSİYA TƏŞKİL ETDİ.


Ekskursiyada məktəbin Xb sinif şagirdi Fərzəliyeva Ayan iştirak etdi.Onlar ilk olaraq kompleksdə yerləşən Qubanın tarixi,mədəniyyəti və etoqrafiyasını əks etdirən guşəni ziyarət etdlər.Bu muzeydə ermənilərin 1918-ci ildə xalqımıza qarşı törətdiyi soyqırımı əks etdirən çoxlu sənədli materiallar,şəkillər nümayiş olunur.Sonda isə soyqırım abidəsi ziyarət edildi.https://bakimektebleri.edu.az/uploads/news_gallery/1461658621571f23fda02b16.37762305.jpghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1461658621571f23fda031f8.06061361.jpghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1461658621571f23fda03315.08847746.jpg

FƏRZƏLİYEVA AYAN İKT-ÜZRƏ “HEYDƏR ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN” MÖVZUSUNDA VEB-SƏHİFƏ İLƏ ÇIXIŞ ETDİ

3 mayda ” Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında” adlı ənənəvi şagird-tələbə Elmi Konfransını keçirdi. 33 iştirakçı arasında şagirdimiz “ƏN YAXŞI MƏRUZƏÇI” diplomu və ən yaxşı veb-səhifə üçün sertifkat aldı. Mükafat Slavyan Universitetinin rektoru Asif Hacıyev tərəfindən təqdim edildi.

https://bakimektebleri.edu.az/uploads/news_gallery/1462438727572b0b47e0b728.68907196.jpg

MÜHARİBƏ VƏ ƏTRAF MÜHİT “ MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRilDİ

16 mayda məktəbimizin coğrafiya müəllimi Hüseynova Sevinc VI-X siniflər arasında “ Müharibə və ətraf mühit “ mövzusunda dəyirmi masa keçirdi. Söhbətdə müharibənin insan psixologiyasına, atmosferə , iqlimə, torpağa , bitkilərə, heyvanlara, çaylara , göllərə göstərdiyi mənfi təsirləri, nüvə raketinin həmçinin kimyəvi və bakteroloji silahların törətdiyi fəsadlar , bu fəsadların faciəvi nəticələri , müharibənin iqtisadiyyata , əhaliyə , dinə təsiri mövzusu geniş müzakirə olundu.

 https://bakimektebleri.edu.az/uploads/news_gallery/1463491475573b1b930e03e5.36019175.jpghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1463491000573b19b8a4b6e2.34992323.jpeg

MUZEY HƏFTƏSİ KEÇİRİLDİ


12-18 may tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən muzeylərin tarixi, ayrı-ayrı dövrləri əks etdirən tarixi eksponatlarla, ölkə əhəmiyyətli tarixi memarlıq abidələri, istifadə olunan məişət, əşya və geyim nümunələri, tarixi fotolarla tanış olaraq, ekspozisiyalar barədə məktəblilərin maarifləndirilməsi məqsədilə məktəblilər üçün muzey həftəsi təşkil etdi. Muzey həftəsinin 17. 18 may tarixlərində şagirdlərimizin Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Azərbaycan Xalça Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil olundu. Şagirdlərimiz eyni zamanda müəllimlərimiz ekskursiyadan çox böyük mənəvi zövq aldılar. https://bakimektebleri.edu.az/uploads/news_gallery/1464357853574853ddbdb729.62393634.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1464357853574853ddbdbb59.03977659.jpeg

DRAM DƏRNƏYİNİN HESABAT TƏDBİRİ KEÇİRİLDİ.


https://bakimektebleri.edu.az/uploads/news_gallery/1465563502575ab96eae49d5.43108173.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1465563502575ab96eae4a88.63686625.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1465563550575ab99e615c52.45354088.jpeg 10 iyunda dil - ədəbiyyat müəllimi Həsənova Lalənin 2015/2016-cı tədris ilində rəhbərlik etdiyi dram dərnəyinin hesabat xarakterli tədbiri keçirildi. Dram dərnəyinin üzvləri: 7b, 7d sinfinin şagirdləri müəllimin rəhbərliyi və köməkliyi ilə dərnəkdə daha dərindən öyrəndikləri əsərlərdən səhnəciklər təqdim etdilər. Tədbirdə Ə.Haqverdiyev “Ac həriflər”, M.F.Axundzadə “Hacı Qara”, “Müsyo Jordan və dərviş Məstəlişah” H.Ziya “Kərgədan və qarışqa” , C.Cabbarlı “Almaz”, N.Gəncəvi “Sultan Səncər və qarı”, “Kərpickəsən kişinin dastanı” və s. bu kimi görkəmli əsərlərdən səhnəciklər dram üzvlərinin ifasında nümayiş etdirildi.

“ŞHK” NIN BAKI ŞƏHƏRİ ÜZRƏ MƏKTƏB ÇEMPİONATININ FİNAL MƏRHƏLƏSİ KEÇİRİLDİ

26 iyul tarixdə Şən və Hazırcavablar klubları arasında keçirilən Bakı şəhəri üzrə Məktəb çempionatının final mərhələsi keçirildi. Final oyunu Rəşid Behbudov Adına Mahnı Teatrında baş tutdu. Final mərhələsinə vəsiqə qazanmış məktəblərin yüksək səviyyədə hazırlandıqları görünürdü. Məktəbimizi təmsil edən “Online” komandasının böyük səy və məsuliyyətlə keçirtdiyi məşqlərin öz gözəl nəticəsini verəcəyinə inanırdıq. Məktəblilər arasında istedadların aşkar edilərək inkişaf etdirilməsi və Şən Hazırcavablar Klubu ənənələrinin davam etdirilməsi məqsədilə təşkil olunan çempionat bu baxımdan olduqca əhəmiyyətli və səmərəli oldu. Məktəbimizi bu yarışda təmsil edən “Online” komandası III yerə layiq görülərək diplom və kubokla mükafatlandırıldı. Məktəblilərə yaratdığı bu imkana və şəraitə, yüksək səviyyəli təşkilati dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və “ŞHK” rəhbərliyinə məktəbimiz adından dərin minnətdarlığmızı bildiririk. https://bakimektebleri.edu.az/uploads/news_gallery/1467105519577240ef85e510.76944863.jpeg https://bakimektebleri.edu.az/uploads/news_gallery/146710638557724451614d63.05584245.jpeg https://bakimektebleri.edu.az/uploads/news_gallery/1467105519577240ef85eac2.70083381.jpeg

‘‘SƏN SAHİBKARSAN‘‘ ADLI LAYİHƏ ƏSASINDA KEÇİRİLMİŞ DƏRS

Rusiya Fedarasiyasının gənclər arasında sahibkarlığın təbliği məqsədi ilə ‘‘Sən sahibkarsan‘‘layihəsi çərçivəsində ümumtəhsil məktəblərində keçirdiyi ‘‘Vahid Dərs‘‘ layihəsini biz də öz məktəbimizdə tətbiq etdik.Layihənin şagirdlərimizin sahibkarlıq təfəkkürünün formalaşmasına müsbət təsir edəcəyini düşünürük. Layihə əsasında məktəbimizin coğrafiya müəllimi Hüseynova Sevinc 11b sinfində ‘‘Sən sahibkarsan‘‘adlı dərs keçdi.Müəllim dərsini layihə üzərində quraraq şagirdləri diskusiyaya cəlb edə bildi.Müəllim sahibkarlığın xüsusiyyətlərini və mahiyyətini şagirdlər üçün izah edərək bildirdi ki,sahibkar bəşəriyyətə maddi nemətlər bolluğu gətirən istehsalçılardir.Başqalarının görə bilmədiyini görmək və ondan düzgün nəticə çıxarmaq bacarığı sahibkarların əsl xüsusiyyətləridir. Yaradıcılıq,təşəbbüskarlıq,problemləri həll edə bilmək,güzəştə getmək,rahat ünsiyyət qabiliyyəti ilə bağlı şəxsi keyfiyyətəmalik olan,bacarıq və çevikliyi özündə birləşdirən şəxslərdən əsl sahibkar ola bilər.Bu gün respublikamızın bütün regionlarında sahibkarlıq üçün əlverişli potensial imkanlar var. Bu dərsin məktəbimizdə keçirilməsini əhəmiyyətli hesab edirik.



https://bakimektebleri.edu.az/uploads/news_gallery/147523856457ee5aa4cf9177.91462029.jpeg

https://bakimektebleri.edu.az/uploads/news_gallery/147523856457ee5aa4cf9220.03590386.jpeg

https://bakimektebleri.edu.az/uploads/news_gallery/147523856457ee5aa4cf9388.09356607.jpeg

18 OKTYABR AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ QEYD OLUNDU

1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd-Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edilmişdir.1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı.Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Hal-hazırda müstəqil ölkəmiz Heydər Əliyev siyasətinin uğurlu davamçısı olan cənab prezidentimiz İlham Əliyevin həyata keçirdiyi işlər sayəsində inkişaf etmiş və etməkdədir. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqil ,suveren bir ölkədir və xalqımız bu tarixi hər il bayram kimi-Azərbaycanın Dövlət Müstəqilliyi günü kimi qeyd edir. Bizim məktəbimizdə də bu tarixi gün hər il olduğu kimi bu il də bayram tədbiri ilə qeyd olundu. Məktəbimizin tarix müəllimləri Musayeva Nazilə və Mehrəliyeva Gülşən,dil-ədəbiyyat müəllimi Abdullayeva Rəqsanə 8,9-cu sinif şagirdlərinin iştirakı ilə tədbir keçirdilər.Tədbir Dövlət himninin səslənməsi ilə başlandı.Tarix müəllimi Musayeva Nazilə bu günün əhəmiyyəti barədə tarixi faktlarla çıxış edərək tədbir iştirakçıları qarşısında məruzə etdi.Daha sonra şagirdlərin ifasında şeirlər,mahnılar səsləndirildi.

https://bakimektebleri.edu.az/uploads/news_gallery/1476788396580600acb3b2f4.03149067.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1476788396580600acb3b732.78615595.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/1476788396580600acb3b692.44263245.jpeg

MƏKTƏBƏHAZIRLIQ QRUPUNDA DƏRS

17 oktyabr tarixdə məktəbimizin ibtidai sinif müəllimi Kərimova Aynur 5 yaşlılarla keçdiyi dərs zamanı şagirdlər yorulmasın və onlar üçün maraqlı olsun deyə ‘‘Turp‘‘nağılını şagirdlərin ifasında səhnələşdirmişdir.Dərs olduqca maraqlı və əyləncəli keçdi.Şagirdlər nağıl personajlarını sevinclə canlandırdılar.Valideynlər də hazırlanmış dərsi alqışladılar.Şagirdlər dərsdən olduqca həvəslə və böyük ruh yüksəkliyi ilə ayrildilar. https://bakimektebleri.edu.az/uploads/news_gallery/147679226958060fcd44a2f9.81989216.jpeg https://bakimektebleri.edu.az/uploads/news_gallery/147679226958060fcd44a0f3.36656347.jpeg https://bakimektebleri.edu.az/uploads/news_gallery/147679226958060fcd44a046.75653315.jpeg

“MULTİKULTURALİZM İLİ”NƏ HƏSR OLUNMUŞ RESPUBLİKA RƏSM MÜSABİQƏSİ.

Ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ edilməsi məqsədi ilə 2016 –ci il ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Azərbaycanda “Multikulturalizm ili” elan olunmuşdur. “Multikulturalizm ili” çərçivəsində uşaqların mövzu ilə bağlı maraqlı fikir və düşüncələrini öz rəsmlərində əks etdirmələrinə şərait yaratmaq üçün ümumtəhsil məktəblərinin şagirdləri arasında respublika rəsm müsabiqəsi keçirilir. Bizim məktəbimiz də bu müsabiqəyə qoşuldu və şagirdlərimiz böyük həvəslə müsabiqədə iştirak etdilər.Hər bir iş maraqlı və yaradıcı idi. Məktəb mərhələsinin qalibləri: III yerin sahibi 9c sinif şagirdi Nurməmmədova Rəhimə, II yerin sahibi 9a sinif şagirdi Atakişiyev Qurban, I yerin qalibi isə 9b sinif şagirdi Məmmədova Nəzrin oldu. Məktəbimiz üzrə müsabiqənin qalibi 9b sinif şagirdi Məmmədova Nəzrinin çəkdiyi rəsm işi ölkəmizdə digər millətlərin nümayəndələrinin də azad və xoşbəxt yaşadığını əks etdirirdi. Şagirdimizin əl işi rayon mərhələsində iştirak etmək üçün yer qazandı.

https://bakimektebleri.edu.az/uploads/news_gallery/1476880038580766a6e13d02.60930411.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/147688070958076945e98411.45758567.jpeghttps://bakimektebleri.edu.az/uploads/news_gallery/147688070958076945e98591.05942706.jpeg

"ŞHK" MÖVSÜM AÇILIŞI OYUNU KEÇİRİLDİ



Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Şən və Hazırcavablar klubu beynəlxalq səviyyədə bir çox uğurlara imza atmışdır.Bununla bağlı işlər hal-hazırda da davam etdirilir. Azərbaycanda gələcəkdə də ’’ŞHK‘‘ ənənələrini yaşatmaq,yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxartmaq məqsədi ilə 2016-cı ilin əvvəllərindən məktəblilər arasında ’’ŞHK‘‘çempionatı keçirilməyə başlamışdır.Həmin çempionata bizim məktəb də qoşulmuş və hər oyunda uğurlu çıxış edərək,daima ilk üçlükdə yer qazanmışdır. Bu il də Mövsümün Açılış Oyununa məktəbimizin ‘‘Online‘‘ komandası olaraq yenə də qoşulduq. 22 oktyabr 2016-cı il tarixdə Rəşid Behbudov Adına Musiqi Teatrında keçirilən ‘‘ŞHK‘‘nın Mövsümün Açılışının Birinci Oyununda məktəbimizin ‘‘Online‘‘ komandası uğurla çıxış edərək münsiflər heyətinin yekdil qərarı ilə birinci yerə layiq görülərək kubokla mükafatlandırıldı.

https://bakimektebleri.edu.az/uploads/news_gallery/1477308020580dee74194038.13998839.jpeg https://bakimektebleri.edu.az/uploads/news_gallery/1477307957580dee35316824.53721058.jpeg https://bakimektebleri.edu.az/uploads/news_gallery/1477307957580dee35316627.39253873.jpeg https://bakimektebleri.edu.az/uploads/news_gallery/1477307957580dee353163c4.53268585.jpeg
Yüklə 149,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə