Diş texniki ixtisası üzrə nümunəvi test sualları 30. 01. 2017 IL tarixində yenilənmişdir


) Hissəvi çıxan protezlər neçə qrupa bölünür?



Yüklə 2,01 Mb.
səhifə3/23
tarix26.05.2018
ölçüsü2,01 Mb.
#46130
1   2   3   4   5   6   7   8   9   ...   23

93) Hissəvi çıxan protezlər neçə qrupa bölünür?
A) 4

B) 5


C) 6

D) 2


E) 3
Dişlərin tam itirilmədiyi zaman paradontun həddən artıq yüklü olmaması üçün hissəvi çıxan protezli konstruksiyalardan istifadə olunur. Bu zaman həm hissəvi lövhəli və bügel protezlərindən istifadə olunur.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 121
94) Kennedi təsnifatı nəyi göstərir?

A) Diş sırasının quruluşunu

B) Çeynəmə aktının fiziologiyasını

C) Alveolyar çıxıntının atrofiyasını

D) Bügel protezinin ağız boşluğunda yerləşməsini

E) Qarmaqların növlərini
Kennedi təsnifatı ağız boşluğunda olan diş sırasının qüsurlarını göstərir.
Х.Вульфес «Современные технологии протезирования» səh 52
95) Neylon protezlərin korreksiyasında hansı borlardan istifadə olunur?
A) Xüsusi fırçalardan

B) Vulkanit borlardan

C) Xüsusi sərtləşdirilmiş borlardan

D) Adi metal borlardan

E) Almaz borlardan
Neylon protezlərin korreksiyası zamanı vulkanit borlardan, qırmızı vulkanit borlardan və rezin disklərdən istifadə olunur.
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 266
Ədəbiyyat: Google, Valplast. Съемные нейлоновые гибкие протезы. Valplast. (США)
96) Hansı fikir düz deyil?
A) Süd və daimi dişlərin sayı eynidir

B) Süd dişləri maviyə çalır

C) Hər bir dişin anatomik və kliniki tacı var

D) İnsan ömrü boyu üç dişləm dövrü keçirir

E) Süd dişlərində kiçik azı dişləri olmur
Süd dişləri 6-7 aydan çıxır və 2,5-3 yaşda tamamlanır. Süd dişləri sayı 20-dir. Daimi dişlər 6-7 yaşdan çıxır və 14 yaşında tamamlanır. Üçüncü azı dişi isə 20-25 yaşında çıxır. Daimi dişlərin sayı 32-dir.
Ədəbiyyat: А.А.Колесов. Стоматология детского возраста. Москва. «Медицина»-1991 səh 31
97) Ardıkəsilməz klammer nə zaman tətbiq edilir?
A) Dayaq dişin tacı qısa olduqda

B) Çeynəmə dişlərinə tətbiq olunur

C) Bütün hallarda tətbiq olunur

D) Dayaq dişin tacı normal olduqda

E) Dayaq dişin tacı uzun olduqda
Ardıkəsilməz klammer bir neçə klammerlərin birləşməsini təsvir edir, oral ya da vestibulyar hissədə yerləşərək təbii dişlərin təpəcik ya da ekvator hissəsinə bitişik olur.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 158
98) Hansı variant çıxan protezlərin kliniki mərhələsinə aiddir?
A) Polimerləşdirmə

B) Dişlərin düzülməsi

C) Ölçünün alınması

D) Protez sərhəddinin çəkilməsi

E) Modelin tökülməsi
Əsasən ölçünün alınması klinikada həkim tərəfindən aparılır.
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология səh 64
99) Süni dişlərin neylonda fiksasiyası üçün nədən istifadə olunur?
A) Əvvəlcə spirtlə , sonra asetonla silinir

B) Monomer sürtülür

C) İsti suda saxlanılır

D) Süni dişlərdə retension nöqtələr və dəliklər açılır

E) Xüsusi yapışqanla silinir
Süni dişlər neylonla kimyəvi reaksiyaya girib birləşmədiyinə görə üzərində dəliklər açılıb retension nöqtələr əmələ gətirilir.
Ədəbiyyat: Google, Valplast. Съемные нейлоновые гибкие протезы. Valplast. (США)
100) Hissəvi çıxan protez nə zaman tətbiq edilir?
A) Dişsiz çənəyə

B) Diş sırasında iki diş olmadıqda

C) Tam dişli çənəyə

D) Diş sırasında bir və ya bir neçə diş olduqda

E) Diş sırasında 5-7 diş olduqda
Ağız boşluğunda 5-7 diş olduğu zaman hissəvi çıxan protezlərdən istifadə olunur.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 121
101) Neylon protezlərdə qalıq monomerin miqdarı nəçə %-dir?
A) 4 % qalıq monomer olur

B) 1 % qalıq monomer olur

C) 10 % qalıq monomer olur

D) 8 % qalıq monomer olur

E) 0 % qalıq monomer olur
Neylon protezlərdə qalıq monomer olmadığına görə bəzi allergiyalı xəstələrə daha yaxşı təsir göstərir.
Ədəbiyyat: Google, Valplast. Съемные нейлоновые гибкие протезы. Valplast. (США)
102) Neylon protezlərdə hansı klammerlərdən istifadə olunur?
A) Üççiyinli klammerlərdən

B) Dento-alveolyar klammerlərdən

C) Birçiyinli klammerlərdən

D) Dairəvi klammerlərdən

E) Pelotlar
Neylon protezlərdə öz materialından elastiki dento-alveolyar klammerlərdən istifadə olunur ki, bu da protezin daha estetik görünməsinə səbəb olur.
Ədəbiyyat: Google, Valplast. Съемные нейлоновые гибкие протезы. Valplast. (США)
103) Lövhəli protezdə I kiçik azı dişlərə klammer qoymaq üçün hansı xətt daha uyğundur?
A) Dioqanal klammer xətti

B) Sagital klammer xətti

C) Mərkəzi xətt

D) Transversal klammer xətti

E) Burun-qulaq xətti
Lövhəli çıxan hissəvi protezlərdə I kiçik azılara klammer qoymaq üçün ən uyğun xətt transversal xəttdir..
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 214
104) Model nəyə deyilir?
A) Protez sahəsi və onun hüdudlarının pozitividir

B) Diş sıralarının və yumşaq damağın ölçüsündən gipslə alınan əksidir

C) Bədənin çatışmayan hissəsini əvəz edən süni hissəsidir

D) Diş sırasının, alveol çıxıntısının və üst çənədə isə sərt damağın relyefindən gipslə alınan əksidir

E) Əyani vəsaitdir
Model protezin sahəsini və ona birləşik sahəsinin, protezin toxumaların pozitivini əks etdirir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 49
105) Frontal dişlər nahiyyəsində mum yastığının hündürlüyü nə qədərdir?
A) 1,6-1,8 sm

B) 1,2-1,5 sm

C) 1,6 sm

D) 0,8-1,2 sm

E) 0,8-2 sm
Okklüzion yastıqlar alveol çıxıntının mərkəzində yerləşməlidir. Okklüzion yastıqlar monolitdir və hündürlüyü 1,2-1,5 sm, eni 1 sm-dir. Dişlər olduğu zaman okklüzion yastıqlar 2-3 mm dişlərdən hündür olmalıdır.
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 234-235
106) Ilgəkvari klammerin qalınlığı nə qədərdir?
A) 0,2-0,3 mm

B) 0,6-0,8 mm

C) 1-1,5 mm

D) 0,8-1 mm

E) 0,9-1 mm
Klammerin çiyini ilgək formada elə əyirlər ki, ilgəyin bir hissəsi ekvatorun üstündən, o biri hissəsi isə onun altından birinciyə paralel keçir.
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология səh 161
107) Okklüdatorda dişləmin özbaşına qaldırılıb endirilməsi nəyə gətirib çıxarır?
A) Dayaq dişlərin əyilməsinə

B) Dişləmin hündürlüyünün dəyişməsinə

C) Klammerlərin əyilməsinə

D) Protezin diş ətinin zədələməsinə

E) Dayaq dişlərin laxlamasına

Bəzən texnik okklüdatorda dişləmi öz başına qaldırdığı ya da endirdiyi zaman dişli şablonun yuxarı frontal dişləri, aşağı frontal dişləri və yan dişləri arasında məsafə yaranır.Yuxarı və aşağı mum bazisin dəyişilməsi modellərin mürəkkəb dəyişilməsinə gətirib çıxarır.


Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 81
108) Hansı variant polimerləşən ölçü materiallarına aiddir?
A) Repin, stomalgin, düpofleks

B) Etakril, ftoraks

C) Sielast, ekzafleks

D) Tiodent,stens

E) Ekzafleks, tiodent, elastik
Etakril-metilmetalakrilat, etilmetakrilat və metilakrilat birləşməsindən ibarətdir. Tozdan və mayedən ibarətdir. Ftoraks-toz tərkibli rezindən ibarətdir. O yarımhamardır və ağız boşluğun yumşaq toxumaların rənginə uyğundur.
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина» Москва 1986 səh 86
109) Düz dişləm hansı dişləm növünə aiddir?
A) Transversal dişləmin növüdür

B) Patoloji dişləmin növüdür



C) Fizioloji dişləmin növüdür

D) Sagital dişləmin növüdür

E) Dərin dişləmin növüdür
Düz dişləmdə frontal dişlər aşağı frontal dişlərin qapanması ilə xarakterizə olunur və yuxarı frontal dişlərin kəsici qıraqları aşağı qabaq dişlərin kəsici qıraqları ilə

bitişik toxunur.Yan dişlərin toxunması –ortoqnatik dişləmdə oldüğu kimidir.


Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 33
110) Hər iki çənənin geriyə meylliyi vəziyyətində çənələrin qapanması necə adlanır?
A) Opistoqnatiya

B) Distal dişləm

C) Progeniya

D) Proqnatiya

E) Mezial dişləm
Opistoqnatiya-alveol hissələrin və frontal dişlərin ağız boşluğa tərəf əyilməsidir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 34
111) Protez üzərində aşağı və yuxarı çənələrdə dişlərin sayı neçədir?
A) Yuxarıda 12, aşağıda 14

B) Hər iki çənədə 10

C) Yuxarıda 10, aşağıda 14

D) Hər iki çənədə 14

E) Yuxarıda 14, aşağıda 12
Protezin yuxarı və aşağı çənəsində 14 diş olur. Xəstənin ağız boşluğunda olduğu kimi hər çənədə 16 diş olmur. Ona görə ki, əgər hər çənədə 16 diş qoyulsa ağız boşluğunda dişlərin bir-birinə qapanmasına maneçilik törənəcək və dişlər arasında açıqlıq yaranacaqdır.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 181
112) Diş texnikliyi ilə məşğul olan mütəxəssislərin əsas məsələləri hansılardır?
A) Çeynəmə funksiyasının, estetik görünüşün bərpası

B) Damağın sağlam vəziyyətə gətirilməsi

C) Pozulmuş funksiyaların bərpası, qüsurların əvəz olunması, sağlam toxumaların və üzvlərin dağılmasının qarşısını almaq

D) Mədə-bağırsaq sisteminin işinin bərpa edilməsi

E) Diş cərgəsi qüsurunun aradan qaldırılması
Diş texniki pasientin diş cərgəsində olan qüsurlarını bərpa etməli, ağız boşluğunda olan qüsurlara ona lazım olan konstruksiyasını hazırlamalıdır.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 35
113) Mum bazislə modellər ən çox hansı üsulla küvetə basdırılır?
A) Düz

B) Kombinəedilmiş və düz

C) Əks

D) Düz, əks və kombinəedilmiş



E) Kombinəedilmiş
Düz üsul- gips modeli elə kəsilir ki, onu küvetin əsas hissəsində yerləşdirən zaman, onun qıraqlarını qaydaya salmaq üçün lazımı qədər yer saxlanılmalıdır. Model küvetin əsas hissəsinə elə basdırılır ki, süni dişlər küvetin qıraqlarının bir qədər hündüt olsun. Düz üsulda süni diş və model küvetin əsasında qalır.
Əks üsul- Plastmas protez haızırladıqda, əsasən əks gipsləmədən istifadə olunur. Bunun üçün modelin səviyyəsinə qədər gips dişlərin vestibulyar tərəfindən kəsik aparılır. Eləcə də klammer qoyulacaq dişlər də kəsilir. Əks üsulun düz üsuldan fərqi küvetin əsasında süni dişlər və klammerlər, kontr küvetdə isə gips model qalır.
Kombinəedilmiş üsulda küvetin əsasında gips model, ön gips və süni dişlər yastlqla örtülü klammerlər, konturküvetdə isə çeynəmə dişləri və süni dişətinin izi qalır.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 136
114) Kennediyə görə diş cərgəsi qüsurları neçə qrupa bölünür?
A) 3

B) 4


C) 5

D) 1


E) 2
I qrup- diş qövsün iki tərəflinin arxa qüsuru
II qrup- diş qövsünün birtərəfli arxa qüsuru
III qrup- diş qövsün yan hüdudlanan qüsuru
IV qrup- diş qövsün frontal qsuru
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 110
115) Vasilyev üsulu ilə (progenik dişləmdə) dişlərin düzülməsində üst çənə modelinə qoyulmuş I böyük azı şüşəyə hansı tərəfilə toxunur?
A) Yanaq qabarları ilə

B) Bütün qabarları ilə

C) Arxa yanaq qabarı ilə

D) İki ön qabarı ilə

E) Ön damaq qabarı ilə
Vasilyev üsulu ilə (progenik dişləmdə) dişlərin düzülməsində üst çənə modelinə qoyulmuş I böyük azı şüşəyə ön damaq qabarı ilə toxunur. Ön yanaq-0,5 mm, arxa yanaq-1,5 mm və arxa damaq -1 mm
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 326
116) Elastik altlıqlı bazisin tətbiqinin əsas səbəbi nədədir?
A) Çeynəmə effekti artır

B) Belə bazis altında atrofik proseslər zəif gedir

C) Ağrı aradan qalxır

D) Protezin fiksasiyası yaxşılaşır, ağrı aradan qalxır

E) Fiksasiyanı gücləndirir
Protezdə elastik altlıq sümük çıxıntıları olduğu zaman düzəldilir. (ekzostoz, torus və sümük çıxıntılar olduğu zaman )
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 135
117) Birçiyinli klammerin qoyulması zamanı təbii dişə qoyulan tələb hansıdır?
A) Dişin ekvatoru

B) Dişin tacı

C) Diş cərgələri

D) Dişin antaqonistə münasibəti

E) Dişin hündürlüyü
Birçiyinli məftil klammerlər dişi ancaq bir tərəfdən (dodaq tərəfdən) əhatə edir. Bu klammerləri elə hazırlamaq lazımdır ki, o ancaq istinad qapağın ekvatorundan keçdikdə öz sərtliyini göstərsin.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 105
118) Klammerlər materialına görə neçə yerə bölünür?
A) 8

B) 4


C) 5

D) 6


E) 3
Qarmaqlar (Klammerlər) materialına görə -metal, plastmas və qızıldan olur. Metal qarmaqların tutuculuq xüsusiyyəti onun hazırlandığı materialdan asıldır. Dentoalveolyar və diş əti qarmaq plastmasdan hazırlanır. Onlar estetik cəhətdən frontal və paradontoz dişlərə düzəldilir.

Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 161-162


119) Kristallaşan ölçü materialları hansıdır?
A) Gips, dentol, repin

B) Mum, algelast, gips

C) Gips, repin, akrodent

D) Gips, stomaplast, dentol

E) Dentol, sielast, tiodent
Gips kristallaşan öçü materialıdır, ağ rənglidir. Modellər alınır və okklüdatora gipslənir. Dentolun tərkibi: sink-oksid, vazelin yağı, kanifol, qvayakol və boyaq mayesi. Repinin tərkibi: sink oksid, evgenol tərkibli kütlədir.

Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина» Москва 1986 səh 109-110


120) Elastik ölçü materialları hansılardır?
A) Stomalgin, elastik, dentafol, ekzofleks, akrodent

B) Elastik, dentafol, ksantalgin, stomalgin

C) Evgenol, ortokor, iralgin, dentafol

D) İralgin, repin, stomalgin

E) Stomalgin, elastik, ksantalgin, iralgin
Elastik materialları bərkidikdən sonra elastik və rezinə oxşar hala düşür. Təzyiq zamanı ölçü materialı dəyişilir, amma azad etdikdən sonra əvvəlki vəziyyətə qayıdır. Elastikliyinə görə belə ölçü materiaalları ağız boşluğundan bütöv çıxarılır. Bu elastik ölçülər dəqiq ölçülərdir.
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 66
121) Modellərin hansı növləri var?
A) İşçi, köməkçi, diaqnostik

B) İşçi, köməkçi, diaqnostik, muzey

C) İşçi, köməkçi, muzey, plastik

D) Funksional, anatomik

E) İşçi, köməkçi, muzey
İşçi model üzərində bütün işlər görülür. Köməkçi model əsasən antoqanist ya da odadavamlı modeldir. Diaqnostik model əsasən ortodontiyada uşaq aparatların düzəldilməsində istifadə olunur. Muzey modeli muzeydə saxlanılır.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 49
122) Kemeniyə görə dişəti klammerinin alveol hissəsinin qalınlığı nə qədərdir?
A) 2,5 mm

B) 3 mm


C) 2 mm

D) 1,8 mm

E) 1,5 mm
Bu klammerləri protez bazisindən ayrılan keçid pərdəsinin altından keçən çıxıntı təşkil edir. Bu klammer, adətən plastik kütlədən olduğundan onun fiksasiya və elastiki qüvvəsi az olur. Belə klammerlər ancaq alveol qabarı aydın ifadə olunduqda tətbiq edilir.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 111 Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 162
123) Fərdi qaşıq hazırlanmasının neçə laborator mərhələsi var?
A) 3

B) 2


C) 5

D) 4


E) 6
İndividual qaşığın hazırlanmasının 2 mərhələsi var. I mərhələ- model alınıb, onun üstündə sərhədləri çəkdikdən sonra qızdırılmış mumu sıxırlar və ona məftildən tutacaqlar hazırlanır. II mərhələdə mum plastinkanın modellə birlikdəküvetə gipslənir, mum əridilir və plastmasla əvəz olunur.
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 266
124) Aproksimal klammerin tətbiq olunduğu dişlər hansılardır?
A) Çeynəmə dişləri

B) Frontal

C) Kiçik azılar

D) Azı


E) Bütün dişlər

Aproksimal klammerlər bir və ya ikiçiyinli olur. Bu növ klammerlər ancaq ön dişlərdə və onların aproksimal səthlərində tətbiq olunduqda onlara aproksimal klammerlər deyilir.


Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 110
125) Küvetdə plastması gipsdən ayırmaq üçün hansı materialdan istifadə olunur?
A) İzakol

B) Visfat sement

C) Fosfat sement

D) Silikodent

E) Eda lakı
Polimerzasiyadan sonra damaq tərəfə yerləşən üzə gips yapışırdığından protezi gipsdən ayırmaq çətin olur. Bu zaman onu bordan və ya şpateldən istifadə edərək təmizləmək lazım olur, çox vaxt belə təmizləmə protezin korlanmasına gətirib çıxarır. Ona görə də protezin rahat ayrılması üçün izokoldan istifadə olunur.
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 250
126) Ön dişlərin simmetrik düzülməsi üçün oriyentir hansı xətdir?
A) Sagital

B) Gülüş


C) Köpək

D) Transversal

E) Estetik mərkəz, gülüş
Yuxarı və aşağı şablonların üstündə ağız böşluğunda onun mərkəzi xətti, sonra gülüş xətti, axırda isə köpək dişlərin xətti çəkilir.
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 282
127) Birçiyinli qarmaqlar hansı hissədən ibarətdir?
A) Cisim, çıxıntı

B) İki okklüzion pəncə, cisim

C) Çiyin, cisim, çıxıntı

D) Çiyin ,çıxıntı

E) Çıxıntı, iki okklüzion pəncə
Birçiyinli məftil qarmaqlar dişi ancaq bir tərəfdən (dodaq tərəfdən ) əhatə edir. Bu qarmaqları elə hazırlamaq lazımdır ki, o ancaq istinad qanadın ekvatorundan keçdikdə öz sərtliyini göstərsin. Bu qarmağın göstərdiyi təzyiq tədricən dişin laxlanmasına şərait yaradır.
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 161
128) Hissəvi çıxan protezlərin tam çıxan protezlərdən fərqi nədədir?
A) Klammerlərə görə

B) İstifadə müddətinin uzunluğuna görə

C) Plastmasa görə

D) Hazırlandığı materiala görə

E) Yalnız özübərkiyən plastmasdan hazırlanmasına görə
Tam çıxan protezlər ağız boşluğunda sorulma qabiliyytinə görə fiksasiya olur, hissəvi çıxan protezlər də isə klammerlər vasitəsilə ilə fiksasiya olunur.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 89
129)Kombinəedilmiş bügel protezində olan teleskopik fiksasiya elementində alt qapağın qalınlığı nə qədərdir?

A) 0,3 mm

B) 0,5 mm

C) 0,8 mm

D) 1 mm

E) 1,2 mm
Х.Вульфес «Современные технологии протезирования» səh 138
Teleskopik fiksasiya elementində alt qapağın qalınlığı 0,3 mm-dir.
130) Yuxarı çənə üçün fərdi qaşığın kənarı “A” xəttini nə qədər örtür?
A) “A” xəttini 5 mm keçir

B) Yan şöbələri təşkil edir

C) “A” xəttini 2 mm keçir

D) Ön dişlər nahiyyəsinin əhatə edir

E) “A” xətti nahiyyəsini təşkil edir
Protezin daha yaxşı fiksasiyası üçün klapan zonasının daha dəqiq təyin edilməsi lazımdır. Yuxarı çənədə protezin arxa hissəsi “A” xəttini 2 mm keçməlidir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 178
131) Şaquli istiqamətdə olan dişləm forması hansıdır?
A) Çəp və dərin

B) Düz və dərin

C) Distal və fizioloji proqnatiya

D) Dərin və açıq

E) Açıq və düz


Açıq dişləm –bu dişləm zamanı frontal dişlər toxunmur, çeynəmə dişləri isə ortoqnatik dişləmdə olduğu kimi görüşür.

Düz dişləm- bu dişləmdə yuxarı frontal dişlərin kəsici qıraqları aşağı frontal dişlərin kəsici qıraqları ilə görüşməsi ilə xarakterizə olunur.
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 32-33
132) Okklüziyanın hansı növündə yuxarı və aşağı çənə kəsici dişləri arasından keçən xətlər eyni sagital səthdədir?
A) Ön okklüziya

B) Yan və mərkəzi okklüziyalar

C) Yan okklüziya

D) Mərkəzi okklüziya

E) Ön və yan okklüziyalar
Mərkəzi okklüziyada yuxarı çənənin orta xətti aşağı çənənin orta xətti ilə müstəvidə yerləşir. Üzün orta xətti çənənin mərkəzi kəsicilərin arasıyla keçir.
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман .Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 51-52
133) Dento-alveolyar klammerin diş hissəsi hansı qalınlıqda olur?
A) 5 mm

B) 0,5-1,0 mm

C) 1,5-2,0 mm

D) 4,0-6,0 mm

E) 2,0-3,0 mm
Dento-alveolyar klammerin diş hissəsinin qalınlığı 0,5-1,0 mm olur.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 219
134) Ölçü alma neçə mərhələdə gedir?
A) 5

B) 6


C) 4

D) 3


E) 2
Ölçü alma 2 mərhələdə gedir. I mərhələ-qaşıq seçilir, material hazırlanır. II mərhələ- material qaşığa qoyulub ağız boşluğundan ölçü alınır.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 49
135) Torus nədir?
A) Azı dişləri nahiyyəsində qabar

B) Alveolun qabarı

C) Diş-çənə sisteminin anomaliyası

D) Damaq tikişinin qabarı

E) Frontal dişlər nahiyyəsində qabar
Torus təzyiqə həssas nazik selikli qişa ilə örtülü olur, müxtəlif hündürlükdə və formada rast gəlinir. Damaq torusu hissəvi lövhəli protez hazırlandıqda nəinki protezin pis fiksasiyasına, həm də onun sınmasına səbəb ola bilər.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 59
136) Klammerlərin tətbiqi üçün vacib şərt nədir?
A) İstinad dişlərinin paralelliyi

B) Antaqonist dişlərin paralelliyi

C) Fərqi yoxdur

D) İstinad dişlərin sayı

E) Konvergensiya etmiş ustunad dişləri
Hər bir hissəvi protez düzəldiyi zaman dayaq dişlərin paralelliyinə fikir vermək lazımdır. Dayaq dişlər paralel olmadığı zaman hissəvi çıxan protezin üstündə yerləşdiyi klammer dişə oturmayacaq.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 99
137) Hansı diş birköklüdür?
A) Azı dişləri

B) Kəsici, köpək və azı dişləri

C) Kəsici , köpək dişləri və II kiçik azı dişləri

D) Kəsici, köpək

E) Köpək və böyük azı dişləri
Dişlər 2 qrupa bölünür: 1. Frontal dişlər (kəsici) –kəsmək üçün və 2.Yan dişlər çeynəmə üçün.
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 13
138) Yuxarı frontal dişlər aşağı eyniadlı antaqonistlərin neçə hissəsini örtür?
A) 1/3

B) 2/4


C) 1/2

D)3/4


E) 2/3
Ortoqnatik dişləmdə yuxarı frontal dişlər aşağı frontal dişlərin 1/3 hissəsini örtür. Aşağı kəsici dişlərin qıraqları yuxarı kəsici dişlərin qabarcıqları ilə kontakta olur.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 33
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə