Dissertasiyasinin iŞLƏNMƏSİ texnologiyasi üZRƏ TÖVSİYYƏLƏr dos. Verdiyeva Mirvari



Yüklə 161,54 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix08.04.2022
ölçüsü161,54 Kb.
#85183
1   2   3   4   5   6   7   8
Elmi tədqiqat-Ardıcıllıq

Tədqiqatın 

metodlarını

  müəyyən edərkən tədqiqatçı məqsədini, qarşısına qoymuş olduğu vəzifələri, 

yanaşma tərzini, araşdırma istiqamətlərini, fərziyyələrini, problemin həlli yollarını nəzərə 

almalıdır.  

Tədqiqatın metodları adətən 

nəzəri təhlillə

 başlayır. Çünki, tədqiqatçı təhsilə 




 

aid  sənədləri,  arxiv  materiallarını,  elmi  ədəbiyyatı  araşdırmadan,  problemə  yanaşma 



tərzini  müəyyən  edib,  səbəblərini  aşkara  çıxara  bilməz.  İnformasiya  mənbələri  üzərində 

tədqiqatın  başlanmasının  əsas  məqsədi  ondan  ibarətdir  ki,  tədqiqatın  obyekti  barədə 

mövcud  olan  elmi  məlumatı  mənimsəsin.  Burada  obyekt  haqqında  müxtəlif  mənbələrdə 

müxtəlif  informasiyalar  mövcud  ola  bilər.  Tədqiqatçı  informasiya    mənbələrinə  müraciət 

edərkən əsas işi, məlumatla tanış olmaq deyil, eyni zamanda əldə etdiyi məlumatın lazım 

olan qiymətli faktlarını seçib qeyd etməkdən ibarətdir. İnformasiyaları əldə etdikdən sonra 

tədqiqatçının  növbəti  işi

 

faktiki  məlumatları  təhlil  etməkdir.  Ola  bilər  ki,  müxtəlif 

mənbələrdə  obyekt  haqqında  müxtəlif  fikirlər  olsun.  Bu  olduqca  təbii  haldır.  Çünki  fakt 

müəlliflərinin bilik səviyyəsi, yaşadığı tarixi şərait, düşüncə tərzi, obyektə yanaşma tərzi, 

sosial-iqtisadi rejim, obyektin inkişaf və ya yerləşmə şəraiti müxtəlif olur. Bu səbəbdən də 

eyni obyekt haqqında fərqli fikirlər meydana çıxır. Tədqiqatçının məharəti ondan ibarətdir 

ki,  obyektə  kompleks  yanaşmaqla,  faktiki  materialların  da  kompleks  təhlilini  aparmağı 

bacarsın və müasir şəraitə uyğun, tələblər baxımından öz sözünü deməyi bacarsın. 

  Problemi  öyrənmək  və  həlli  yollarını  müəyyən  etmək  üçün  tədqiqatçı  mütləq 

müşahidə  metodunu  tətbiq  etməlidir.  Çünki  prosesi  müşahidə  etmədən,  qarşıya  çıxan 

problemin  yaranma  səbəblərini  dəqiq  təyin  etmək  olmaz. 


Yüklə 161,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə