Doktor Ceyn Mott Ed. D., M. Res., Pgde sen, pgce, B. Sc [Hons] İnkluziv təhsil üzrə əməkdar mühazirə



Yüklə 47,01 Kb.
tarix02.10.2017
ölçüsü47,01 Kb.
#2581
növüMühazirə

Dövlət Strukturları ilə Razılaşdırmış Qeyri-dövlət Xidmət təminatçıları
İlkin Layihə Məsləhətləşməsi və Qiymətləndirməsi

Müəlif: Doktor Ceyn Mott - Ed.D., M.Res., PGDE SEN, PGCE, B.SC [Hons]

İnkluziv təhsil üzrə əməkdar mühazirəçi

Aberdin Universiteti, Şotlandiya, Birləşmiş Krallığı

Müstəqil tədqiqat və İdarəetmə üzrə Məsləhətçi




Giriş:
Azərbaycan Respublikası Sovet hakimiyyəti vaxtından inkişaf edir və demokratik bazar iqtisadiyyatına keçid dövrünü yaşayır. Əlilliyi olan uşaqların sayı çoxdur. Yoxsulluğun və Əlilliyin arasında çox sıx əlaqələr var, və bu səbəbdən əlil uşaqların xeyrinə vəsaitlərin istiqamətləndirilməsi çox vacib, uzun müddətli və Azərbaycan Respublikasının iqtisadiyyatını təkmilləşdirən bir sərmayədir.
Bu günə qədər, xidmətlər tibbi modelə əsaslanaraq, əlilliyə müalicə oluna bilən və ya oluna bilməyən bir xəstəliyə kimi yanaşırdılar. Dövlət təminatı yalnız şəhərdə yerləşən az saylı tibbi müəssələrə dəstək ola bilər, və valideynlərin himayəsindən uzaq olan əlil uşaqlar üçün yalnız dövlət müəssələri mövcuddur. Qeyd olunmuş təminat növü çox məhdudlaşdırılmış və bahalıdır. Ucqar rayonlarda yaşayan insanlar üçün belə xidmətlərin göstərilməsi qeyri mümkündür.
UAFA kimi Qeyri Dövlət Təşkilatları hazırdakı rifah sisteminin bir hissəsi olaraq ictimai xidmətlərinin islahatların istiqamətində hərəkət etməsində kömək edərək, həssas təbəqədən olan uşaqlar və ailələr üçün daha çox seçim imkanlarını yarada bilərlər. İcma Əsaslı Reabilitasiya mərkəzlərin pilot layihənin gövdəsi kimi istifadə olunması davamlığın əhəmiyyətli dərəcəsini təmin edir , həmçinin xərclərin dəyərli olması məqsədi ilə, ön plana valideynlərin işə cəlb edilməsi, və uşaqların məşğələlərinə əlavə olaraq təhsil və təbliğatın istifadə olunmasıdır.
İlkin layihənin əsaslandırılması təklif sənədində tapa bilərsiniz [s.3&4].

].


Layihə:
Altı İƏR mərkəzləri ilkin layihədə iştirak ediblər. Bunlardı:
Layihənin qeydiyyatında olan uşaqların sayı:

Yasamal UAFA İƏRM 122

Çıraq İƏRM, Sumqayit 107

Gancə UAFA İƏRM 92

Gəncə Uşaq Fondu 76

Şəki İARM 63

Xaçmaz UAFA İƏRM 92
Layihə UAFA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə Dövlət Komitəsi, Qadın və Uşaq Məsələləri və İƏRM Şəbəkəsi tərəfindən həyata keçirilmişdir. UAFA tərəfindən texniki ekspertiza, məşğələlər(təlimlər) və layihənin əlaqələndirilməsi keçirilmişdir. İlkin layihə Maliyyə Nazirliyi tərəfindən təsdiq olunub və Azərbaycan Respublikasının Dövlət Büdcəsi tərəfindən maliyyələşdirilmişdir.

Metodologiya:
Diqqət tələb edən əsas məqsədlər:
İƏRM iş heyətinin müdaxilələrinin keyfiyyətinin yaxşılaşdırılması

Müdaxilələrin qiymətləndirilməsi

UAFA-ya, İƏRM-ə və tərəfdaşlara məruzə edilməsi(məlumat verilməsi)
Məlumatların toplanmasında ümumi 4 üsul istifadə olunmuşdur: müşavirə və müsahibə, sənədlərin yoxlanılması, müşahidələr, və hər mərkəzdən bir neçə uşağın keys stadi sənədləri (konkret misalların araşdırılması)
Müşavirə/Müsahibə:



  1. Hər Mərkəzin meneceri və ya koordinatoru yaradılmış mərkəzlərin vəziyyəti, layihənin qeydiyyatında olan uşaqların öhdəsindən qəlməsi həmçinin iş heyətinin gördüyü işləri və keçdiyi təlimlər haqqında müsahibə olunmuşdur

  2. Hər mərkəzdə, bir qrup valideynlərə mərkəzin onların və uşaqların ehtiyaclarını qarşılaması və ya qarşılamaması barədə suallar verilmişdir. .

  3. Keys stadilər (konkret misalların araşdırılması) üçün uşaqlarla məşğul olan işçi heyəti uşaqların nailiyyətləri haqqında danışmaq üçün dəvət olunmuşdurlar. .

Sənədlərin yoxlanılması:

:
1. Toplanılmış məlumatların İƏRM-in daxili qaydalarına uyğun Baş sənədləşmə və qeydiyyat aparılmışdır.

2. Dəqiqliyi, davamlığı və aidiyyətliyii üçün hər bir uşağın fərdi faylının yaradılması.

3. Hər bir uşağın qiymətləndirmə qeydlərindən seçilən layihə ərzində iki dəfə qiymətləndirilən formalar istifadə olunmuşdu. İnkişafın qiymətləndirilməsi məqsədi ilə nailiyyətlərin və əldə olunmuş bacarıqların hesablanması aparıldı. Nəticədə layihənin qeydiyyatında olan uşaqların təxminən 15% - ümumilikdə 94 nəfər uşaqın qiymətləndirmə forması seçildi.
Müşahidələr:


  1. Hər mərkəzdə iki fərdi məşğələ keçirilir

  2. Bir qrup məşğələsi keçirilir.

3. Valideynlər üçün müvafiq təlimlər keçirilir

Keys Stadiler ( konkret misalların araşdırılması):




  1. Müvafiq keys işçisi (uşaq inkişafı üzrə mütəxəssis) tərəfindən əldə olunmuş bacarıqlar və nailiyyətlər barədə qısa məlumat verilib.

Ədədi(sayısal) məlumat – hər mərkəz üçün aylar ərzində nail olunmuş irəliləyişlər və əldə edilmiş bacarıqların sayı qrafik seriyaları şəkildə qeydə alınmışdır.

Toplanmış məlumat aşağıdakı kimi təqdim olunmuşdur:


  • Məruzə - təhlilin(analizin), nəticələrin və tövsiyələrin daxil olması ilə.

  • Əlavə 1 – hər uşağın bacarıqların qeyd (aylar ərzində irəliləyişlərin sayı) edilməsi üçün 6 qrafikdən ibarət qrafik toplusu – hər mərkəz üçün bir ədəd – verilib. Müqayisə məqsədi ilə yox, məlumat üçün verilib.

  • Əlavə 2 - Toplanmış məlumatlara əsasən güclü məqamları və peşəkar inkişafı üçün sahələr. Müqayisə məqsədi ilə yox, məlumat üçün verilib.

  • Əlavə 3 - Hər mərkəz üçün əlavə qeydləri ilə 6 qrafiklərin surətləri. Məruzə komissiya üzvlərinin istədiklərinə əsasən məhdud bölüşdürməsi.


Məlumatların təhlili:


  • 6 aylıq müddətdən sonra nəticələrin qiymətləndirilməsi.

İlk baxışdan görmək olur ki, nəticələr uşaqlar üçün çox əhəmiyyətli və müsbət olublar. Bu toplanmış məlumatlar ilə təsdiq olunur. Qeyd olunanlar altı mərkəzdən hər biri üçün ayrılmış qrafiklərdə çox dəqiq göstərilir. Layihə ərzində seçilmiş uşaqlarının nailiyyətlərinin sayı hər ay artırdı, bəzi aylar isə mühüm inkişafı müşahidə etmək mümkün olurdu.


Fərdi keys stadilər altı mərkəzdən seçilmiş uşaqların əlilliyini və müəyyən aylar ərzində əldə olunmuş inkişafını təsvir edirlər. Uşaqların və onların ailələrin həyatlarında nail olunmuş faydalı dəyişiklər layihədə iştirak edən insanlar üçün çox həvəsləndirici bir hal olmalıdır.
Nailiyyətlərin əksəriyyəti mərkəzdə çalışan insanların təcrübəsinin və peşəkarlığının nəticələridir. Çox zaman yaranan yer əskikliyinə və təmir işlərin ehtiyacına baxmayaraq, mərkəzlərdə etibarlı, dəstəkli, çox isti və təhlükəsiz mühit hiss olunur. Uşaqlar mərkəzə gəlməyi çox sevirlər, və işçi heyətinin sözlərinə əsasən məşğələ günləri onlar üçün həftənin ən xoş günləri hesab olunur.

Mərkəzlərin hər birində öz işini sevən insanlar çalışırlar, və uşaqlar da görülmüş işlərdən zövq alırlar.





  • Təşkil olunmuş xidmətlərin qiymətləndirməsi və uşaqların inkişafın qiymətləndirilmə formalarında qeyd olunanların real vəziyyət ilə uyğun gəlməsini müəyyən etmək məqsədi ilə valideynlər/ailələr/uşaqlar ilə qısa müsahibələr keçirilmişdir.

İstisnasız olaraq, hər bir valideyn birmənalı şəkildə öz uşağının inkişaf etməsi haqqında bildirib. Mərkəzlərin fəaliyyəti və iş sistemlərin bir birindən fərqlidir və bəzi mərkəzdə məşğələlərin sayı çox və daha yaxşı olduğuna baxmayaraq, şübhəsiz, İƏRM tərəfindən göstərilmiş xidmətlər səbəbindən bütün valideynlər, öz və əlil uşaqların həyatlarında böyük inkişafı hiss edirlər. Öz uşaqlarının həyatdan təcrid olunmuş və özunə qapalı olmasından danışıblar. Bəzi uşaqlar hərəkətsiz və səssiz idi, digərləri isə evdən kənara çıxmayıblar. Bir neçə aydan sonra uşaqlar əvvəllər qeyri-mümkün görünən irəliləyişlərə nail oldular. Bu, keys stadilərində (....)valideynlər və bəzən uşaqlar ilə müsahibələrə əsaslanaraq sübut olunur. Valideynlərin əksəriyyəti söyləyiblər ki, başqa mütəxəssislərin sözlərinə görə, onların uşaqları heç vaxt inkişaf edə bilməzlər, başqaları isə digər müəssisələrdə öz uşaqların heç biri irəliləyişə nail ola bilmədiyini qeyd ediblər. Bütün valideynlər mərkəzlər tərəfindən təklif olunan xidmətlər barədə öz məmnuniyyətini bildiriblər.


Əlil uşaqların valideynləri ilə bağlanmış müqavilə yüksək qiymətləndirilmişdir. Mərkəzdə güclü Valideynlər İttifaqı olduğu təqdirdə, təklif olunmuş dəstək dəyərsizləşmələrin öyrənməsi, bürokratiyaya qarşı mübarizə aparılması, fondun artırılması, gəzintilərin və tədbirlərin keçirilməsində praktiki və ictimai funksiyasını yerinə yetirilə biləcək. Valideynlər uşaqlara dəstək olmaq və kömək göstərmək imkanı yüksək qiymətləndirirlər. Layihə çərçivəsində dövlət tərəfindən praktiki və müsbət mənada dəstəyin hiss olunması valideynlərin qeydlərində çox əhəmiyyətli bir nöqtə olub, və nəticədə, istisnasız olaraq, bütün valideynlər uşaqlar üçün mərkəzlərdə vaxtın artırılmasına və əlavə sahənin verilməsinə dair müraciət ediblər.
Uşaqların inkişaf qiymətləndirilmənin real vəziyyəti ilə uyğun gəlməsini müəyyən etmək daha çətin oldu. Aşağıda göstərilmiş tamamlanmış inkişaf qiymətləndirmələrin qeyri-dəqiqliyinə görə çətinliklər yaranıb. Həmçinin, belə hallarda çox izdihamlı və səs-küylü otaqda valideynlər ilə onların uşaqlarının inkişaf üçün tələblər və əldə edilmiş nailiyyətlər barədə kifayət qədər dərin fərdi danışıqların aparılması olduqca çətin oldu. Lakin, çox vaxtı öz uşaqları ilə olan valideynlərin əksəriyyəti ilə danışıqlardan sonra, məlum oldu ki, uşaqların inkişafı qiymətləndirmə formalarında qed olunanlar ilə uyğun gəlir.



  • Xidmətin idarəçiliyi, planlaşdırılma və sənədləşdirilməsi haqda qısa analiz - İƏR mərkəzlərinin daxili qaydalarına əsasən.

.
Hər bir mərkəzin idarəçilik üslubu fərqlənirdi, güclü və səmərəli, ailəvi və patriarxal, zəif və az səmərəli olan idarəçilik növləri var idi.İdarəçiliyi səmərəli olan mərkəzlərin sənədləri, işin planlaşdırılması və müdaxilələri daha mütəşəkkildir. İşçi heyətinin öhdəlikləri və rolu aydın görünür və onlar daha məsuliyyətli və özunə inanmlıdılar. Az səmərəli olan idarəçilik üslubu güvənsizliyə səbəb olurdu və işçi heyəti komanda kimi birgə işləməyə hazır deyildi. Mərkəzlərin birində koordinatorun öhdəlikləri və rolu aydın deyildi.
Planlaşdırılmaya aid yaxşı məlumantlandırılma aparılmışdı və inkişafın qiymətləndirməsi formalarını düzğün istifadə edən mərkəzlər müdaxilələrin onlar tərəfindən məlumantlandırılmasına imkan yaratdı. Bəzi mərkəzlər bütün fəaliyyətlərini qeyd etməklə və bununla gələn məşğələyə köməklik göstərməklə uşaqların ehtiyaclarınl daha düzgün hədəfləyirdilər. Digər mərkəzlər isə yaddaşlarına əsaslanırdılar. Bütün mərkəzlərdə sənədlər UAFA- nın daxili qaydalarına əsaslanır, və onlar uşağın mərkəzə qəbul olunma qaydalara az və ya çox dərəcədə riayət edirdilər. İşçi heyəti arasında bəzi işçilər sənədləri daha detallı yazırdılar [tövsiyyələrə bax ], digərləri isə elədə məhsulliyətli deyildilər.
Sənədlərdə olan əsas səhvlər inkişafın qiymətləndirməsi formalarında olurdu. Yalnız bir mərkəzdə sənədlər düzgün və səliqəli doldurulmuşdur. Müqayisəni və hesablanmanı çətinləşdirən bir məqəm formların bir birindən az fərqlənən iki versiyasının olması idi [ iki bənd bir bənd ilə əvəz olunmuşdu və bu nömrələmə dəyişmirdir]. Hansının istifadəsi düzgün olduğu aydın deyildi. Bəzi mərkəzlər bu formaları təsadüf seçim vasitəsi ilə doldururdular. İnformasiya itmişdir, tarixlər aydın deyildi, bəzi formalarda rəzmlərin ikimənalı olması səbəbindən nailiyyətləri düzgün hesablamaq mümkün deyildi. Bəzi mərkəzlər öz sənədləşmə işlərinin layihə sənədləşmə işləri ilə əvəz olunmasına hiddətlənirdilər. Layihənin düzgün qiymətləndirilməsi , keyfiyyətin təminatı vı əldə olunan inkişafın təsdiqi baxımından, müqayisə etmək məqsədi ilə eyni sənədlər istifadə olunmasının zəruriliyini anlamırdılar.
Və sonda, məlumatın toplanmasında ən böyük maneə büdcənin layihəyə gec daxil olması idı, çünki uşaqların bir çoxu ikinci qiymətləndirmə prosesindən keçməyiblər. Əvvəldən, layihədə olan butun ushaglarin nailiyyətlərinin və layihənin əvvəlindən sonuna qədər əldə etdiyi bacarıqlarının hesablanması nəzərdə tutulmuşdu. bir çox hallarda bu mümkün olmadı. iki dəfə qiymətləndirilən bütün uşaqlar nümünədə qeyd olunublar, ancaq qiymətləndimələrin arasında bir altı ay var idi. Bunun nəticəsində heç bir mərkəzlər arasında müqayisə aparıla bilməz. Bu məlumat statistik olaraq əhəmiyyətli deyil çünki nümunələr qisa və fərqlidir. bunun nəticəsi olaraq bu etibarsız məlumatı keys stadilər ilə təsdiqləmək qərar olundu.

.
Həm keys stadilər, həm ədədi məlumatlar uşaqlarda əldə olunan inkifaşın əhəmiyyətli olduğunu subut etdi..



Sonuç:
Bu pilot layihə öz fəaliyyəti ərzində əlil uşaqların və onların valideynlərinin həyatlarına çox müsbət və əhəmiyyətli təsir göstərib.
Mərkəzlərə gələn bütün uşaqlar əhəmiyyətli irəliləyiş ediblər. Bu əldə olunan məlumatlar vasitəsi ilə təsdiqlənir.
IƏRM işçi heyətinin müdaxilələri keyfiyyətli və yüksək səviyyədədir və bu əlil uşaqların qısa müddət ərzində etdikləri inkişafla ölçülür.
Bu pilot layihə İƏR mərkəzlərinə daha çox uşağa kömək etməyə və avadanlığı yeniləməyə imkan yaratdı.
Bütün mərkəzlərin fəaliyyətləri qənaətbəxşdir , lakin bəziləri digərlərindən daha üstündür.
Mərkəzlərin işçi heyəti öz işlərini sevirlər və uşaqlara qarşı çox qayğıkeşdilər. Bu isə həm valideynlər həm də uşaqlar üçün çox əhəmiyyətlidir, inam və dəstək mühiti yaradır.
İş planlaşdırılması və sənədləşdirilmələr İƏR mərkəzlərinin daxili qaydalarına uyğun olaraq kifayət qədər qənaətbəxşdir.
İşçi heyətinin ixtisaslaşması və təcrübəsi bir birindən fərqlidir, ancaq çoxsu ali təhsilli və uşaq inkişafı üzrə mütəxəssis olduqlarını iddia edirlər. Məsuliyyətli və peşakər görünürlər.
UAFA tərəfindən idarə olunan mərkəzlər digər mərkəzlərdən daha peşakər və mütəşəkkildir. Bu menecer və işçi heyəti ilə müsahibələr, müşahidələr və sənədləşmənin diqqətlə yoxlanılması zamanı təsdiqlənmişdir.
Layihə davam etdirilməlidir. Müşahidələr zamanı müəyyən olmuşdur ki bu layihə əlil uşaqlara və onların ailələrinə çox müsbət təsir göstərir. Bu layihə maliyyə tərəfdən ölkənin iqtisadiyyətına uzun müddətli və faydalı təsir göstərəcək, uşaqların və gənclərin rifahı baxımından Azərbaycanı beynalxalq icmalarla bir səviyyəyə gətirəcək.

Tövsiyələr:


  • Bu layihə müvəffəqiyyətlidir və davam etdirilməlidir.




  • Peşakar inkişaf ehtiyacları bütün mərkəzlərdə fərqlidir, lakin UAFA mərkəzləri daha effektiv və səmərəli fəaliyyət göstərir. Buna görədə UAFA iş modeli digər mərkəzlər üçün yaxşı təcrübə ola bilər və mərkəzlər təlimlərdə iştirak etməli , peşakarlığın inkişafı ilə məşğul olmağı davam etdirməlidirlər




  • Təcrübəni artırmaq, öz güclü məqamlarını və təlim ehtiyaclarını müəyyən etmək məqsədi ilə bütün mərkəzlər peşakar inkişaf üçün proqram tətbiq etməlidirlər. İşçi heyətinin bir çox hissəsi bu qiymətləndirilməyə qədər , uşaqlar ilə əldə olunan inkişafın nə qədər yüksək olduğunu dərk etməmişdirlər.




  • Ehtiyacların daha dəqiq hədəflənməsi məqsədi ilə hər bir uşaq və müdaxilələrin idarəsi üçün bütün mərkəzlərə planlaşdırma, araşdırma, qiymətləndirmə, saflaşdirma təftiş etmə,yenidən tətbiq etmə planı təqdim olunmaılıdır. Bu peşakər inkişaf prosesinin bir hissəsi olmalıdır.




  • Peşakar inkişaf üçün kritik məqamların nəzərə alınması və daxili qiymətləndirmə sistemi çox vacibdir.




  • Valideynlər uşaqların təhsilinə dəstək olmağa davam etməlidirlər. Bu davamlığı və dəyərliyi göstərir.




  • İnkişaf qiymətləndirmə formaları sadə və qısa olmalıdır. Bu, mərkəzlərə onları daha qəqiq daxil etməyə kömək edə bilər.




  • Bütün mərkəzlər keyfiyyatın təminatı, monitorinq və qiymətləndirmə məsələlərində inkişaf etməlidirlər.

******************************



Əlavə 1 – İnkişaf Qrafikəri
Əlavə 2 – Peşəkar İnkişaf Sahələri
Əlavə 3 – Qrafiklər və Qeydlər


Yüklə 47,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə