Doktorant TƏBRİz universitetiNİn məRKƏZİ



Yüklə 66,89 Kb.

tarix15.04.2018
ölçüsü66,89 Kb.


 

Mitra DADAŞİ NƏSRİN 



Doktorant 

 

TƏBRİZ  UNİVERSİTETİNİN MƏRKƏZİ 



KİTABXANASININ RFİD TEXNOLOGYASI 

 

Açar  sözlər:  RFİD  texnologiyası,  Radio  Dalğaları  ilə  İdentifika- 



siya,Təbriz Universitetinin mərkəzi kitabxanası. 

Ключевые  слова:  технологии  RFID,  Радиочастотная 

идентификация, центральные библиотеки университета Тебриза. 

Key  words:  RFID  technology,  Radio  Frequency  Identification, 

Central Libraries of Tabriz University. 

 

XX əsrin sonlarında kitabxana işində iki elektron xidmət meydana 



gəlmişdir.    Əvvəllər  ştrix    kodlarından  istifadə  olunurdı.  Hazırda  RFİD 

(Radio  Dalğaları  ilə  İdentifikasiya)  texnologiyasından  istifadə  olunur. 

1990-ci  ildən  sonra  RFİD  etiketləri  ştrix  kodları  yerinə  işlənir.  RFİD 

qurğusu  ştrix   kodu  kimi  eyni  məqsədə  xidmət  edir  və  hər  obyekt  üçün 

unikal identifikatoru təmin edir [9, 10]. 

RFİD  radio  dalğalarından  istifadə  edərək  üzərindəki  bir  obyektin 

şəxsiyyət  məlumatını  ədədi  ardıcıl  nömrə  olaraq  çatdıran  sistemlərin 

ümumi  adıdır.  Bu  kabelsız  sistemlərə  təmas  etmədən  və  hətta  görünən 

belə olmadan oxunma imkanı verir ki, bu xüsusiyyəti ilə istehsal və ştrix 

kodu   kimi   ənənəvi   texnologiyalarının   istifadə   edilə   bilmədiyi   çətin 

mühitlərdə də böyük asanlıqla təmin edilir. 

RFİD   etiketlər,   eyni   zamanda   elektronik   məlumat   daşıyıcıları 

olaraq  da  istifadə  edilə  bilər  və  tapıldıqları  dəyişik  nöqtələrdə  fərqli 

məlumatlar  yazılıb  oxuna  bilər.  RFİD  ümumi  kateqoriya  olaraq  avto-ID 

(identifikasiya)   texnologiyası   altında   qruplaşır;   avto-ID   texnologiya- 

larının  ortaq  xüsusiyyəti  əl  ilə  edilən  məlumat  girişlərindəki  müddəti 

qısaltmaq və səhvləri önləməkdir. 

RFİD  etiketi  bir  mikroçip,  bir  antena  və  bunların  üzərini  örtən 

qoruyucu  film  təbəqəsindən  meydana  gələ  bilər.  RFİD  etiketlər 

İngiliscədə  “tag”  yəni  etiket,  transponder  adlandırılar.  Bir  çox  şəkil  və 

ölçüyə  sahib  etiketlər  vardır.  RFİD  etiketlər  passiv  (batareyasız)  və  ya 

aktiv (batareyalı) ola bilər. Bu mikroçip 64 bitdən 2 KB-ə qədər məlumat 

yığma  xüsusiyyətinə  malikdir  ki,  bu  da  üzərində  tapıldığı  məhsulun 

istehsal-istehlak  tarixi,  sifariş  nömrəsi,  müştəri  məlumatları,  ardıcıllıq 

nömrəsi  kimi  əhəmiyyətli  məlumatları  asanca  daşıya  biləcəyi  mənanı 

verir. 


RFİD  etiketlərinə  məlumat  yazılması  və  bu  məlumatların  lazım 

olduqda  oxunması  radio  dalğaları  ilə  edilir.  Ən  geniş  şəkildə  istifadə 




 

edilən  passiv  etiketlər  RFİD  oxucusu  tərəfindən  yayılan  enerji  ilə  aktiv 



olurlar  və  üzərindəki   məlumatı  oxucuya   göndərirlər.  RFİD  oxucular 

etiketlərdən  yığdıqları  məlumatları  dirək  olaraq,  ya  da  şəbəkə  üzərindən 

işləyəcək  olan  kompüter  proqram   sisteminə  çatdırarlar.  Gələn  bu  mə- 

lumat  eyni  ilə  barkod  sistemlərində  olduğu    kimi    istifadəçinin  istədiyi 

əməliyyatlara uyğun olaraq işlənərək istifadə edilir, yığılır. 

RFİD  etiketi  oxucu  tərəfindən  görünmədən  və  uzaq  məsafədən  də 

oxuna bilər. Etiket üzərindəki məlumat istənildiyi zaman RFİD oxucu ilə 

sərhədsiz  dəyişdirilə  bilər.  Eyni  anda  bir  çox  etiket  oxuna  bilər  (300 

Ad/sn).  Etiketlər  mühit  şərtlərindən  qismən  təsirlənə  bilərlər.  İstifadəyə 

bağlı olaraq uzun ömürlüdürlər. 

RFİD  sistemləri  son  illərdə  sürətlə  inkişaf  edərək  daha  məşhur 

istifadə sahəsinə sahib olmuşdur. Bir RFİD sistemi üçün büdcə meydana 

gətirmək  istəndiyində,   əvvəlcə  sistemdən  nələr  gözlənildiyi  və  etiketlə- 

mənin  hansı  səviyyədə  ediləcəyinin  təyin  olunması  lazımdır.  Etiketləmə 

məhsul  səviyyəsində  edilə  biləcəyi  kimi  qolu,    palitra  və  ya  konteyner 

səviyyəsində də edilə bilər. Yenə tətbiqə bağlı olaraq RFİD etiketlər geri 

çevrilməli şəkildə istifadə edilərək xərclər azala bilər. Ayrıca son dövrdə 

performansı  gedərək  artırılan  mobil  oxucular  ilə  sabit  sistemlərə  asılılıq 

azaldılaraq  daha  çox  nöqtədə  məlumat  toplana  bilərkən  xərclərdə  də 

qənaət  təmin  edilməkdədir.  RFİD  sisteminin  ana  komponentləri  olan 

sabit  oxucu  və  antenalar,  mobil  oxucular,  RFİD  printerlər,  Proqram, 

İnteqrasiya sabit xərci meydana gətirərkən illik etiket istehlakı da dəyişən 

xərcləri meydana gətirir [1,4,13]. 

Radio   dalğalari   ilə   identifikasiya   və   Avtomatik   identifikasiya 

iqtisadiyyatın  real  sektorlarında:  ticarətdə,  sənayedə,  səhiyyədə,  anbar- 

larda, satış məntəqələrində və s. istifadə olunur [7]. 

Qısaca   demək   olar   ki   RFİD-də,   RF   “radio   dağaları”;   İD 

“identifikasiya mənasını verir. RFİD etiketi İngiliscədə “tag” adlandırılır. 

Hər  etiket  bir  kompüter  çip  və  antenadan  ibarətdir  ki,  kağızda  və  ya 

başqa  (  flexible  )  mühitdə  çap  edilir.  RFİD  bir  ştrix  koduna  bənzəyir  ki, 

elektromaqnit  (field)  sahə  və   ya  lazer  şüası  ilə  oxunur.  RFİD  ştrix 

kodlarla müqayisədə irəli çəkilən texnologiyadır. RFİD etiketləri oxumaq 

üçün  görünməlidir;  əvəzində  bu  etiket  harada  yerləşdirildiyindən  asılı 

olmayaraq,   məsələn,   kitabın   örtüyündə   və   ya   hər   məsulun   qablaş- 

dırmasında  oxuna  bilər.  Yalnız  identifikasiya  nömrəsiylə  məhdudlaşan 

ştrix   kodundan  ibarət  olan  etiketlər  daha  çox,  mürəkkəb  məlumatı 

daşıyır.   Çip   RFİD   etiketin   bir   hissəsidir   ki,   kitabxana   informasiya 

baytlarını, məsələn, kitabın adı və ya onun şifrəsini daşıyır. 

Kitabxanaların  inkişafı  və  fondun  artması,  həmçinin  yeni 

texnologiyadan  istifadə  etməyin  üstünlükləri  kitabxanaların  RFİD 




 

texnologiyasından  istifadə  etməsinə  səbəb  olub.  Bu  texnoloji  yüksək 



texnologiyadır  (Hi-Tech),  o  bir  obyektin  identifikasiya  üçün  informasi- 

yanı  radio  dalğalar  və  etiketlər  vasitəsilə  FRİD  qəbuledici  təchizata 

göndərir. 

RFİD  sistemi  iki  təməl  komponentdən,  yəni  texniki  vasitələr  və 

proqram   təminatı  ilə  təşkil   olunur.   Texniki   vasitələr  bütün   elektrik 

təchizatıdır ki, bu da iki qrupa bölünür: oxucular və etiketlər. Oxucuların 

işi  informasiyanı  yazmaq  və  oxumaqdır.  RFID  etiketlərində  isə 

informasiya  ehtiva  edilir  və  bu  məlumatların  lazım  olduqda  radio  dalğa- 

ları  ilə  oxunması  təmin  edilir.  Etiketlərin  müxtəlif  formaları  var  ki, 

kitabxanada  ən  çox  nişan  (label)  formadan  istifadə  olunur.  Proqram 

təminatı  RFİD  oxucularını  idarə  və  nəzarət  edir.  Kitabxanalarda  RFİD 

texnologiyası  üç  hissədə  xidmət  edir:  fondun  təşkili,  kitabxana 

xidmətləri, kitabxana sənədlərinin təhlükəsizliyi. 

Kitabxanada   istifadə   olunan   qurğular   aşağıdakılardan   ibarətdir: 

sabit  RFİD  sistemlər,  mobil  RFİD  sistemlər,  RFİD   yazıçıları,  RFİD 

oxucuları,  RFİD  antenalar  (ümumiyyətlə  hər  oxucu  üçün  iki  ya  da  dörd 

antenaya   ehtiyac   duyulmaqdadır),   Ana   kompüter,   Proqram   və   işıq 

sensörü [2,3,4,5,6,8]. 

Kitabxanada  RFİD  texnologiyadan  istifadə  etmək  üçün  əvvəlcə 

sənədləri  hazırlamaq  lazımdır.  Təbriz  universitetinin  Mərkəzi  kitabxana- 

sında  2010-ci  illin  sentyabrından  RFİD  texnologiyadan  istifadə  etdir. 

Sənədləri  hazırlamaq  məqsədi  ilə  əvvəlcədən  kitabxananın  bütün  kitab- 

ları   FRİD   etiketi   ilə  təmin   edilirdi.   RFİD   yazıçılar   (RFİD   printer) 

vasitəsilə   bu   etiketlərin   üzərində   hər   kitabın   ştrix   kodu,   qeydiyyat 

nömrəsi,  kitabın  adı,  saxlanan  yerin  kodu,  kitabxananın  nişanı  və  s. 

informasiyalar   yazılıb   və   kitabın   cildinə   əlavə   olunub   və   rəflərdə 

yerləşdirildi.  Sənədlərin  etiketi  olmasa  abonentə  evə  oxumağa  verilmir. 

Bu FRİD etiketləri gözlə oxuna bilinməz və yalnız FRİD oxucu vasitəsilə 

oxunar. 

Kitabxanaçılara  mövcud  olan  kitablara  nəzarət  etmək  üçun  mobil 

(portativ)  oxucu  lazımdır.  Mobil  oxucuların  bir  proqram  təminatı  var  ki, 

o  da  nişanların   oxunması  prosesini  yerinə  yetirir  və  ehtiyatda  saxlanan 

informasiyanı  oxuyur  və   sonra  informasiyanı  xidmət  göstərən  təchizata 

köçürür. Mobil oxucu vasitəsilə az müddətdə və rahatlıqla kitab rəflərini 

oxumaq olur. Mobil oxucu vasitəsilə 10 kitabı bir saniyədə oxumaq olar. 

Mobil  oxucunu  rəflərin  kənarında  dalğa  formada  hərəkət   etdirib  və  hər 

rəf  haqqında  informasiyasını  bir  saniyədə  təmin  etmək  olar.  Beləliklə, 

kitabxanaçılar  həm  kitabların  siyahısını  əldə  edir  və  həm  göz  önündə 

yerləşməyən,  yerində olmayan  kitabı  tapıb öz  yerində  yerləşdirə bilərlər. 

Həmcinin  mobil  oxucu  və  onun  proqramı  vasitəsilə  hər  hansı  bir  kitabı 




 

rəflərdə   axtarmaq   olar.   Buna   görə   əvvəlcə   o   kitab   haqqında   infor- 



masiyanı  mobil  oxucuya  yazıb  və  sonra  rəflərdə  gəzdirib  kitabı  tapmaq 

mümkündür.  RFİD-in   böyük  üstünlüklərindən  biri  də  odur  ki,  o  rəfdə 

olan  kitabların  etiketini  oxuya  bilir.  Beləliklə,  kitabxanada  mövcüd  olan 

kitabların siyahısı əldə edilir və həm kitabların müntəzəm olaraq rəfdə öz 

yerlərində  yerləşmələrinə nəzarət  etmək mümkün olur.  Yeni texnologiya 

kitabxanalara  imkan  verir  ki,  eyni  funksiyaları  sadə  və  effektiv  formada 

yerinə yetirsinlər. 

Həmçinin  RFİD  texnologiya  vasitəsilə  ağıllı  oxucu  biletləri  də 

təmin etmək mümkündür. 

Abonoment  şöbəsində  RFİD  texnologiyadan  istifadə  edərək 

müxtəlif xidmətlər həyata keçirilir. RFİD texnologiyanın bu hissəsi “ştat 

işlənməsi”  (Staff  Handling)  adlanır.  Burada  etiketdə  yazılan  informa- 

siyanın  düz  olub-olmaması    yoxlanır  və  nəzarət    olunur.     Əgər 

informasiyada  səhv  olarsa,  onu  ləğv  edib  və  yenidən  yükləyirlər.  Bu 

hissədə  həmçinin  texniki  vasitələr  və  onun  proqram  təminatı  ilə  abono- 

ment  işləri,  məsələn,   oxucuya  xidmət  və  geri  qaytarıldıqda  qeydiyyata 

salmaq və s. məsələlər yerinə yetirilir. 

Kitabxanalarda  kitablar  və  diğər  sənədlər  dəfələrlə  oxumağa  alınır 

və  qaytarılır.  FRİD-dən   istifadə  kitabxananın  fəaliyyətlərini  daha  da 

səmərəli  edir.  Çünki  RFİD  etiketləri  dəfələrlə  yenidən  istifadə  edilir. 

Həmçinin kitabxanada RFİD təhlükəsizlik mexanizmi kimi işlənir. RFİD 

etiketlərı  müxtəlif  yollarla  təhlükəsizlik  əməyini  yüngülləşdirə  bilər.  Bir 

metodda istifadə olunan etiketin bir “təhlükəsizlik biti” var ki, “aparmaq” 

(checked-in)   və   “qaytarmaq”(checked-out)   vəziyyəti   dəyişilə   bilər. 

Kitabxananın  çıxış  darvazalarında  etiket  oxuyan  təchizatlar  var.  Əgər 

istifadəçi   etiketi   “aparmaq”   istəyində   olarsa   xüsusi   həyəcan   siqnalı 

səslənir  və  beləliklə,  icazəsiz  kitabı  kitabxanadan  çıxartmaq  mümkün 

olmur. Başqa metodda həmin istifadəçi çıxış qapısından keçdikdə, sistem 

əldə  və  ya  çantada  olan  kitabların  etiketini  oxuyur  və  kitabxananın 

verilənlər   bazasından   sənədin   aparmaq   icazəsinin   olub-olmamasını 

soruşur.  Baxmayaraq  ki,  RFİD-dən  oğurluğa  qarşı  sistem   kimi  istifadə 

etmək   olar,   amma   onu   olduqca   yüksək   təhlükəsizlik   texnologiyası 

adlandırmaq olmaz. 

Kitabxanada   RFİD    texnologiyanın   başqa   xidməti   növü   “özü 

qaytarmaq”  (self  Check-in)  və  “özü  aparmaq”  (Check-out)  təchizatından 

ibarətdir.  Bu  avtomatik   abonoment  şöbəsi  adlanır.  Kitabxana  oxucuları 

bu   hissəni   çox   istəyirlər,   çünki   oxucu   istənilən   kitabı   seçib   və 

qötürdükdən   sonra  müstəqil   formada  onu   təchizata  yaxınlaşdırıb  və 

qeydiyyatdan  keçirir.  Beləliklə,  oxucu  kitabxanaçıya   ehtiyac  düymadan 

kitabı oxumağa aparır və hətta kitabı qaytaranda yenidən təchizata yaxın- 




 

laşdırıb  kitabı  öz  adından  çıxarda  bilir.  Bu  təchizatda  çalışmışlar  ki, 



abonentlər daha rahatlıqla abonoment işlərini özləri yerinə yetirsinlər. 

İkinci  mərhələ  sənədi  proqram  təminatı  vasitəsilə  identifikasiya 

etməkdir.   Buna  görə  oxucu  sənəd  və  ya  kitabı  RFİD  oxucu  sisteminə 

yaxınlaşdırır  və  sistem   sənədi  identifikasiya  edib  və  oxucuya  bir  qəbz 

verir. 

RFİD  texnologiya   vasitəsilə  oxucu   sənədi   günün   hər  saatında 



kitabxanaya qaytara bilər. Bu sistem “salma qutusu” (Drop Box) adlanır. 

Beləliklə 

kitabın 

qaytarmaq 

əməliyyatı  avtomatik  olub 

və 


kitabxanaçıların köməyi olmadan yerinə  yetirilir. Buna görə oxucu kitabı 

“salma  qutusu”-na  salır.  Sistem  kitabın  informasiysını  ekranda  göstərir 

və  dərhal  onun  adını  oxucunun  faylından  silib  və  qaytarmaq  qəbzini 

oxucuya verir [11,12,13,14]. 

Yekun  olaraq  qeyd  etmək  olar  ki,  Təbriz  Universitetinin  Mərkəzi 

Elmi  Kitabxanalarında  tətbiq  olunan  RFİD  texnologiyası  həm  kitabxana 

xidmətini  yaxşılaşdırır,  həm  də  kitabxanaçıların  əməyini  yüngülləşdirir. 

Buna   görə  də  bu  sistemin  bütün  tip  kitabxanalarda  tətbiq  olunması 

məsləhətdir. 

 

ƏDƏBİYYAT 

 

Azərbaycan 

1.  RFİD (Radio Frequency Identification) nədir? 

www.gmg.com.az

 

English 



1.  Ayre,   Lori   bowen.   Position   Paper:   RFID   and   Libraries. 

(2004).   Available   from   

 www.galecia.com/included/docs/position-rfid- 

permission.pdf

 

2.  Boss,  Richard.  Automated  Circulation  Systems    in  university 



libraries of brezil. Library and Information Science .- (1978).-Vol. 12.- s. 

54-68 . 

3.  Coyle, Karan . Management of RFİD in libraries. The Journal 

of Academic Librarianship.-2005.- Volume 31.- Number 5.- s. 486–489 

4.  Engels,E.(2006)

RFID    implementation 

in 

California 

Libraries:   Costs  and  benefits.  Sacramento:  California  Library 

Association. Available from 

5. 

www.Cla-net.org/included/docs/IT3.pdf  

 

6.  Molnar,D.;   Wagner,D.A.(2004).   Prevacy   and   security   in 



library RFID: 

7.  Issues, 

practices 

and 

architectures. 

Available 

via: 

www.cs.berkely.edu/~dmolnar/library.pdf. 


 

8.  RFID. 



http://babelserver.org

 

9.  Thornely,   Clare;   Ferguson,   Stuart   ;   Weckert,   John.The 



application of 

10.  RFIDs  in  libraries:  an  assessment  of  technological, 

management and 

11.  professional   issues.   International   Journal   of   Information 

Management.- 

12.  2010.- Available from 

www.elsvier.com/locate/ijinformgt

 

13.  What is RFİD? 



www.palowireless.com

 

14.  What is RFİD? 



www.technovelgy.com

 

 



İran 

ب ا ییش ىاس ا   ز  هف اس ٌدف اتاس  .   یضمر ،   يگوس ی از   ؛ یضتمر ،ر   فلس .11 

ی     یدار   ا ما 

عل م      ملىاصف //یوزس ا علا طا صکارم                                                                                                          ا    وابخ اتک لًتر ک                                                                                                          دب   ب در ) RFID

    ش   ژ 

لعا تااط یرا  يف                                                                                                        ل  ع ا  گ        ژ 

8811 -.ناریا

http://jist.irandac.ac.ir

 

   لاقم . RFID ز     فى ا  در ف اد تاس  دم ر ا     صواکف ر                                                                                                        رد ا .      ، ا ى ف ت   طع.12 



در   ذ      ئارا 

یدک ازبر لعا تااط    عص   ت مزک س ،نار   تRFID یللامل هیب صوارفيک هیمد    

یلعا یا  ر 

. يفاس    8 -.8811-.زس اى   علا طا 

 

.13  

 ز  هف دک ازبر RFID .   وابخ اتک در 

 www.parslib.com

 

در ید.ی .فا. ر دربک ار .لیعاماس  ،ی  ش ر ؛ یرف ،راگمک ا زهل لا؛    و ، م زک .14 



صکارم                                                                                                          ا    واخبکت ا 

یکیور   تکلا    مما ىا // ودا   ی وامص اس ب     کمک    ص اش   د کار   خ : زس اى   علا طا 

 

.)رم


  ( -.8 از  م  -.81 ز     د -

.ع ل م   



http://ejournal.irandoc.ac.ir/browse.php?a-code=A-10-85-4

 

اط بتار 



 

 

 



М.Д.НАСРИН 

ТЕХНОЛОГИЯ RFID В ЦЕНТРАЛЬНЫХ БИБЛИОТЕК 

УНИВЕРСИТЕТЕ ТЕБРИЗА 

РЕЗЮМЕ 

 

Эта  статья  -  о  технологии  RFID  в  Центральных   Библиотек 



Университете  Тебриза.  Также  в  статье  изучена  общая  особенность 

программного обеспечения библиотеки “технологии RFID.” 




 

M.D.NASRIN 



THE RFID TECHNOLOGY IN THE CENTRAL LIBRARİES 

OF TABRİZ UNIVERSITY 

SUMMARY 

This article  is  about  RFID  technology  in  the  Central  Libraries  of 

Tabriz  University.  Also  in  article is  studied  the  general  characteristic of 

the “RFID technology” library software. 



 

: down -> meqale -> kitabxanashunasliq-biblioqrafiya -> 2 2011
kitabxanashunasliq-biblioqrafiya -> Magistrant yeniyetməLƏRİn bəDİİ ZÖVQÜNÜn formalaşmasinda kitabxanalarin rolu
2 2011 -> Rübabə RÜSTƏmova kitabxanaçılıq-informasiya fakültəsinin dissertantı
kitabxanashunasliq-biblioqrafiya -> Bu nöMRƏDƏ KİtabxanaşÜnasliq
kitabxanashunasliq-biblioqrafiya -> Microsoft Word jurnal k&bN2 27
kitabxanashunasliq-biblioqrafiya -> Magistrant bazar iQTİsadiyyati şƏRAİTİNDƏ Kİtabxanaçiliq
kitabxanashunasliq-biblioqrafiya -> Microsoft Word Kitabxanashunasliq biblioqrafiya 2009 2
kitabxanashunasliq-biblioqrafiya -> Orxan AĞAMİRZƏyev amea m ərkəzi Elmi Kitabxanasının doktorantı
kitabxanashunasliq-biblioqrafiya -> Leyla abasova bakı Dövlət Universitetinin “ Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının müəllimi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə