"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 446,02 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix26.11.2017
ölçüsü446,02 Kb.
#12692
1   2   3   4   5   6   7   8   9   ...   15

 

6.



 

Qəbul imtahanları və müsabiqə 

 

6.1.


 

Doktoranturaya  qəbul  olmaq  istəyənlər  ixtisas  fənnindən,  xarici  dildən  (rus  dili  istisna 

olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin 

magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları 

verirlər. 

6.2.


 

Qəbul imtahanlarını keçirmək məqsədi ilə ali təhsil müəssisələrində və elmi təşkilatlarda 

müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır. 

6.3.


 

İxtisas  fənnindən  qəbul  imtahanını  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali  təhsil 

müəssisəsinin  və  elmi  təşkilatın  rəhbəri  tərəfindən  yaradılan  komissiya  həyata  keçirir. 

Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və  ya professor 

olmalıdır.  Nəzərdə  tutulan  rəhbərlər  də  komissiyanın  üzvü  ola  bilərlər.  Komissiyanın 

sədri  ali  təhsil  müəssisəsinin  və  elmi  təşkilatın  rəhbəri,  yaxud  elmi  işlər  üzrə  müavini 

təyin  edilir.  Müstəsna  hallarda,  bəzi  ixtisaslar  üzrə  elmlər  doktorları  və  professorlar 

olmadıqda,  komissiyanın  tərkibinə  fəlsəfə  doktorları  (elmlər  namizədləri),  dosentlər, 

xarici  dil  üzrə  isə  elmi  (alimlik)  dərəcəsi  olmayan  təcrübəli  mütəxəssislər  daxil  edilə 

bilər. 


6.4.

 

Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan 



və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir. 

6.5.


 

Ali  təhsil  müəssisələrində  və  ya  elmi  təşkilatlarda  yaradılmış  qəbul  komissiyaları 

imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər. 

6.6.


 

Ali  təhsil  müəssisələri  və  elmi  təşkilatların  elmi  şuraları  doktorantların  dissertasiya 

mövzularını  və  elmi  rəhbərlərini  onların  qəbul  komissiyaları  tərəfindən  doktoranturaya 

qəbul  olunmaları  haqqında  qərar  qəbul  etdikləri  gündən  1  aydan  gec  olmamaq  şərtilə 

təsdiq edir. 

6.7.


 

Ali təhsil müəssisəsinin və elmi təşkilatın elmi şurası müvafiq şöbə, bölmə, kafedra və ya 

laboratoriyanın  təqdimatı  əsasında  iddiaçının  dissertant  təhkim  olunması,  onun 

dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında qərar qəbul 

edir.  Elmi  şuranın  qərarı  əsasında  ali  təhsil  müəssisəsi  və  ya  elmi  təşkilatın  rəhbəri 

iddiaçının təhkim olunması haqqında əmr verir.  

 

7.

 

Elmi rəhbər 

 

7.1.



 

Doktoranturaya qəbul haqqında qərarda (əmrdə) doktorantın dissertasiyasının mövzusu, 

təhsil müddəti və rəhbəri (rəhbərləri) göstərilir və onlara bu haqda məlumat verilir.  Bir 

qayda olaraq, doktorantın elmi rəhbəri elmlər doktoru və ya professor olur. 

7.2.

 

Müstəsna hallarda, ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi şuralarının qərarı 



əsasında müvafiq ixtisasa malik fəlsəfə doktorları (elmlər namizədləri) da doktorantlara 

elmi rəhbərlik işinə cəlb oluna bilərlər. 

7.3.

 

Müxtəlif  ixtisasları  əhatə  edən  mövzular  üzrə  elmi  tədqiqatlar  apararkən  doktoranta  iki 



elmi rəhbər, yaxud rəhbər və məsləhətçi təyin oluna bilər. Onlardan biri fəlsəfə doktoru 

(elmlər namizədi) ola bilər. 

7.4.

 

Elmi rəhbər doktoranta elmi iş üzrə məsləhətlər verir, doktorantın təsdiq edilmiş fərdi iş 



planına  (tədris  proqramına)  uyğun  fəaliyyətinə  rəhbərlik  edir  və  dissertasiya  işinin 

müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir. 

 

8.

 

Fərdi iş planı 

 

8.1.



 

Doktoranturada təhsil müddətində doktorant  (dissertant) ali təhsil müəssisəsinin və elmi 

təşkilatın  elmi  şurası  tərəfindən  təsdiq  edilmiş  fərdi  iş  planı  (Bax:  doktorantlar  üçün 

Əlavə 1 və dissertantlar üçün Əlavə 2) əsasında fəaliyyət göstərir. 




 

8.2.



 

Doktorant təhsil müddətində: 

 

peşə biliklərinə dərindən yiyələnməli; 



 

müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli



 

elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli; 



 

fərdi iş planını tam yerinə yetirməli; 



 

nəzərdə tutulan doktorluq imtahanlarını verməli; 



 

elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli



 

elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;  



 

elmi tədqiqat işini bitirməlidir. 



8.3.

 

Doktorant  fərdi  iş  planının  yerinə  yetirilməsi  barədə  vaxtaşırı  şöbə,  bölmə,  kafedra, 



laboratoriya iclaslarında hesabat verir. 

 

9.



 

Attestasiya 

 

9.1.



 

Doktorantlar  ildə  bir  dəfədən  az  olmamaq  şərtilə,  ali  təhsil  müəssisələri  və  elmi 

təşkilatlar  tərəfindən  təsdiq  olunmuş  attestasiya  haqqında  əsasnamələrə  uyğun  olaraq, 

attestasiyadan  keçməlidirlər  (Əlavə  3).  Attestasiyanın  keçirilmə  müddəti  ali  təhsil 

müəssisəsi və elmi təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir. Doktorantın növbəti 

tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. 

9.2.

 

Ali  təhsil  müəssisələrinin  və  elmi  təşkilatların  elmi  şuralarında  doktorantların  elmi 



rəhbərlərinin vaxtaşırı hesabatları dinlənilir. 

9.3.


 

Doktoranturada  fərdi  iş  planını  yerinə  yetirən  və  elmi  tədqiqat  işini  bitirən  şəxslər 

«Fəlsəfə doktoru» elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. 

 

Qeyd:  Doktorantların  attestasiyası  adətən  hər  il  dekabr  ayında  keçirilir.  Attestasiya 

doktorantın  təhkim  olunduğu  kafedrada  keçirilir.  Doktorant  və  onun  elmi  rəhbəri  cari  il 

üçün nəzərdə tutulan planın yerinə yetirilməsi haqqında hesabat verirlər və növbəti il üçün 

nəzərdə  tutulan  iş  haqqında  iclas  iştirakçılarına  məlumat  verirlər.  Attestasiyanın  nəticəsi 

kafedranın iclas protokolunda əksini tapmalıdır. Kafedranın iclas protokolundan çıxarış və 

doktorantın hesabatı Magistratura və doktorantura şöbəsinə təqdim olunmalıdır. 

Üzürsüz səbəblərə görə fərdi iş planını yerinə yetirməyən, təhkim olunduğu kafedra 

ilə əlaqə saxlamayan şəxs attestasiyadan keçməmiş hesab olunur və doktoranturadan xaric 

olunur. 


 

10.

 

Doktorluq imtahanları 

 

10.1.



 

Fəlsəfə  doktoru  proqramı  üzrə  təhsil  alan  doktorantlar  -  ixtisas  fənnindən  (həmçinin 

ixtisas  uyğunluğu  nəzərə  alınmaqla,  digər  fəndən),  informatikadan  və  xarici  dildən 

doktorluq imtahanları verməlidirlər; 

10.2.

 

«Fəlsəfə  doktoru»  elmi  dərəcəsi  üzrə  dissertantlıq  yolu  ilə  təhsil  alan  şəxslər  müəyyən 



olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas 

uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verirlər. 

10.3.

 

Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  fəlsəfə  doktoru  üzrə  doktoranturada  və 



dissertantlıq  yolu  ilə  təhsil  müddətində  «Azərbaycan  dili»  fənnindən  əlavə  doktorluq 

imtahanı verirlər. 

 

Qeyd:  

1.

 



Xarici  dil,  fəlsəfə  və  Azərbaycan  dili  üzrə  doktorluq  imtahanları  Qafqaz 

universitetində keçirilir. 

2.

 

“İnformatika”  fənni  doktorluq  imtahanı  AMEA  İnformasiya  Texnologiyaları 



İnstitutunda  keçirilir.  Buna  görə  də  doktorant  və  dissertantlar  AMEA  İnformasiya 


Yüklə 446,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə