"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 446,02 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix26.11.2017
ölçüsü446,02 Kb.
#12692
1   2   3   4   5   6   7   8   9   ...   15

12 

 

Fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün  yazılan  dissertasiyalar  üzrə  iki  nəfər 



opponent  təyin  edilir.  Onlardan  biri  elmlər  doktoru  olmalıdır,  ikincisi  isə  elmlər 

namizədi də ola bilər. Dissertasiya şuraları opponentləri təyin edə bilmədiyi hallarda 

opponentlər Komissiya tərəfindən təyin edilir. 

14.4.2.


 

Komissiyanın rəyasət heyətinin və ekspert şuralarının sədrləri, Komissiya aparatının 

əməkdaşları,  dissertasiya  şuralarının  sədrləri  və  sədr  müavinləri,  elmi  katibləri, 

iddiaçıların  elmi  rəhbərləri,  elmi  məsləhətçiləri,  onun  elmi  əsərlərinin 

həmmüəllifləri,  həmçinin  dissertasiyanın  yerinə  yetirildiyi  və  ya  iddiaçıların 

işlədikləri  kafedra,  laboratoriya,  şöbənin  əməkdaşları,  müəssisələrin  rəhbərləri 

opponent ola bilməzlər. 

Opponentlər müxtəlif təşkilatların əməkdaşları olmalıdırlar. 

Opponentlərin  əməyinin  ödənilməsi  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

həyata keçirilir. 

14.4.3.

 

Opponent dissertasiyanı və onun mövzusu üzrə dərc olunmuş elmi işləri araşdıraraq 



dissertasiya  şurasına  yazılı  rəy  təqdim  edir.  Həmin  rəydə  seçilmiş  mövzunun 

aktuallığı, nəticələrin yeniliyi və dissertasiyanın bu Əsasnamə ilə müəyyən edilmiş 

tələblərə cavab verməsi öz əksini tapmalıdır. 

Opponentlərin  yazılı  rəylərinin  surətləri  müdafiəyə  azı  on  gün  qalmış  dissertasiya 

şurasına və iddiaçıya təqdim edilməlidir. 

Dissertasiya şurası bu Əsasnamə ilə müəyyən edilmiş tələbləri yerinə yetirmədikdə 

opponenti  dəyişə  və  ya  bu  Əsasnamə  ilə  müəyyən  edilmiş  tələblərə  cavab 

vermədikdə onun hazırladığı rəyi yenidən işləmək üçün opponentə qaytara bilər. 

 

14.5.


 

Apariıcı təşkilat 

14.5.1.


 

Dissertasiya  şuraları  müvafiq  elm  sahələrinin  inkişafında  görkəmli  yer  tutan 

təşkilatları dissertasiyalar üzrə aparıcı təşkilatlar kimi təyin edirlər. 

14.5.2.


 

Aparıcı  təşkilatın  rəyində  dissertasiya  müəllifinin  əldə  etdiyi  nəlicələrin  elm  və 

istehsalat üçün əhəmiyyəti əks olunur. Tətbiqi xarakterli dissertasiya haqqında rəydə 

isə həmçinin onun nəticələrindən istifadə edilməsinə dair tövsiyələr olmalıdır. 

Aparıcı təşkilatın rəyi onun rəhbəri və ya rəhbərin müavini tərəfindən təsdiq edilir. 

14.5.3.


 

Aparıcı təşkilatın rəyinin surəti dissertasiyanın müdafiəyəsinə ən azı on gün qalmış 

dissertasiya şurasına və iddiaçıya təqdim edilir. 

14.5.4.


 

Dissertasiya  şurası  aparıcı  təşkilatı  müəyyən  edilmiş  tələbləri  yerinə  yetirmədikdə 

dəyişə  və  ya  onun  hazırladığı  rəyi  müəyyən  edilmiş  tələblərə  cavab  vermədikdə 

yenidən işləmək üçün aparıcı təşkilata qaytara bilər. 

 

14.6.


 

Avtoreferat 

14.6.1.


 

Dissertasiyalar müdafiəyə qəbul olunduqda dissertasiya şurasının icazəsi ilə fəlsəfə 

doktoru elmi dərəcəsi üzrə dissertasiyalar üçün bir çap vərəqi həcmində avtoreferat 

nəşr olunur. 

Avtoreferatda dissertasiyanın əsas ideyaları və nəticələri şərh olunmalı, onun yenilik 

dərəcəsi  və  tədqiqatın  nəticələrinin  elmi  və  praktiki  əhəmiyyəti,  aparılan 

tədqiqatlarda  müəllifin  şəxsi  töhfəsi  göstərilməlidir.  Dissertasiyanın  avtoreferatı 

dissertasiya  şurasının  müəyyən  etdiyi  miqdarda  mətbəə  üsulu  ilə  və  ya  çoxaldıcı 

aparatlarda çap edilir. 

14.6.2.


 

Avtoreferat  dissertasiyanın  müdafiəsinə  azı  bir  ay  qalmış  dissertasiya  şurasının 

üzvlərinə,  əlaqədar  idarələrə  və  təşkilatlara  göndərilir.  Avtoreferatların  mütləq 

qaydada  göndərilməli olduğu təşkilatların siyahısı  "Dissertasiya şuraları haqqında" 

Əsasnamə  ilə,  avtoreferatın  göndəriləcəyi  digər  ünvanların  siyahısı  dissertasiya 

şurası tərəfindən müəyyən edilir. 

14.6.3.

 

Avtoreferat dissertasiyanın yazıldığı dildə olmalıdır. 




13 

 

 



 

 

 



14.7.

 

Dissertasiya və avtoreferatin kitabxanaya verilməsi 

Müdafiəyə təqdim olunan dissertasiyanın bir nüsxəsi və avtoreferatın iki nüsxəsi müdafiəyə ən 

azı bir ay qalmış şuranın mövcud olduğu müəssisənin (birliyin, təşkilatın) kitabxanasına verilir 

və orada əlyazma hüququnda saxlanılır. 

 

14.8.



 

Dissertasiya şurasınıın iclası 

14.8.1.


 

Dissertasiya şurasının iclası onun üzvlərinin üçdə iki hissəsi iclasda iştirak etdikdə 

səlahiyyətli sayılır.  

Dissertasiya şurasının iclasında ixtisas üzrə iştirak edən mütəxəssislərin sayı fəlsəfə 

doktoru  elmi  dərəcəsi  almaq  üçün  yazılan  dissertasiyaların  müdafiəsi  zamanı  iki 

elmlər doktoru və bir elmlər namizədindən az olmamalıdır. 

Dissertasiya şurasının iclasında iştirak  edən şura  üzvlərinin ən azı  üçdə iki  hissəsi 

elmi dərəcənin verilməsinə səs verdikdə, şuranın qərarı qəbul olunmuş hesab edilir. 

14.8.2.

 

Dissertasiyanın  müdafiəsi  elmi  müzakirə  xarakteri  daşımalı,  yüksək  tələbkarlıq, 



prinsipiallıq və elmi etikaya riayət edilməsi şəraitində keçirilməlidir. Dissertasiyada 

olan  bütün  nəlicələrin,  elmi  və  praktiki  xarakterli  təkliflərin  dürüstlüyü  və 

əsaslandırılması hərtərəfli müzakirə edilməlidir. 

Opponentlər  dissertasiyanın  müdafiəsində  iştirak  etməyə  borcludurlar.  Müsbət  rəy 

vermiş yalnız bir opponentin üzürlü səbəbə görə müdafiədə iştirak etməməsinə icazə 

verilir. Bu halda dissertasiya şurasının iclasında həmin opponentin rəyi oxunur. 

14.8.3.

 

Dissertasiyanın  müdafiəsi,  bir  qayda  olaraq,  Azərbaycan  dilində  keçirilir. 



Dissertasiya  şurası  üzvlərinin  və  opponentlərin  yarıdan  çoxunun  razılığına  əsasən 

dissertasiyanın müdafiəsi başqa dildə də keçirilə bilər. 

Dissertasiya  şurasının  fəaliyyəti  ilə  əlaqədar  kargüzarlıq  işləri  Azərbaycan  dilində 

aparılır.  Avtoreferat  başqa  dildə  yazıldıqda,  onun  Azərbaycan  dilində  xülasəsi 

verilir.  Avtoreferat  Azərbaycan  dilində  yazıldıqda,  iddiaçının  seçimi  ilə  onun  rus, 

ingilis, fransız və ya alman dillərindən birində xülasəsi verilməlidir. 

14.8.4.

 

Dissertasiyanın  müdafiəsi  qurtardıqdan  sonra  dissertasiya  şurası  gizli  səsvermə 



keçirir. 

Gizli  səsvermənin  keçirilməsi  üçün  açıq  səsvermə  əsasında  sadə  səs  çoxluğu  ilə 

iclasda  iştirak  edən  dissertasiya  şurası  üzvlərindən  üç  nəfərdən  az  olmamaqla 

hesablama komissiyası yaradılır. 

Hesablama  komissiyasının  prolokolu  iclasda  iştirak  edən  dissertasiya  şurası 

üzvlərinin sadə səs çoxluğu əsasında açıq səsvermə yolu ilə təsdiq edilir. 

Dissertasiyanın  müdafiəsi  zamanı  dissertasiya  şurasının  iclaslarının  keçirilməsi 

proseduru, o cümlədən gizli səsvermənin və hesablama komissiyasının işinin təşkili 

qaydaları "Dissertasiya şuraları haqqında" Əsasnamə ilə müəyyən edilir. 

14.8.5.


 

Elmi  dərəcənin  verilməsinə  dair  gizli  səsvermənin  nəticələri  müsbət  olduqda 

dissertasiya şurası dissertasiya haqqında açıq səsvermə əsasında sadə səs çoxluğu ilə 

yekun  rəy  qəbul  edir.  Dissertasiya  şurasının  yekun  rəyində  dissertasiyanın  müəllif 

tərəfindən  alınmış  mühüm  elmi  nəticələri  göstərilir,  onların  dürüstlüyü,  yeniliyi, 

nəzəriyyə və praktika üçün əhəmiyyəti qiymətləndirilir, dissertasiyanın nəticələrinin 

istifadəsi haqqında tövsiyələr verilir. 

14.8.6.


 

Dissertasiya  şurası  dissertasiyanın  müdafiəsi  haqqında  müsbət  qərar  qəbul 

edildikdən sonra otuz gün müddətində iddiaçının attestasiya işini və dissertasiyanın 

iki nüsxəsini Komissiyaya göndərir. 




Yüklə 446,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə