"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 446,02 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix26.11.2017
ölçüsü446,02 Kb.
#12692
1   2   3   4   5   6   7   8   9   10   ...   15

14 

 

İddiaçının  attestasiya  işinin  ikinci  nüsxəsi  on  il  müddətində  dissertasiya  şurasının 



fəaliyyət göstərdiyi müəssisədə saxlanılır. 

İddiaçının  attestasiya  işləri  Komissiyanın  müəyyən  etdiyi  qaydada  tərtib  edilir  və 

saxlanılır. 

14.8.7.


 

Dissertasiya  şurasının  dissertasiya  müdafiəsinin  nəticələri  haqqında  qərarı  mənfi 

olduqda,  sənədlərin  iddiaçıya  qaytarılması  qaydaları  və  Komissiyaya  göndərilən 

sənədlərin siyahısı "Dissertasiya şuraları haqqında" Əsasnamə ilə müəyyən edilir. 

14.8.8.

 

Dissertasiya  müdafiəsinin  nəticələrinə  görə  dissertasiya  şurasının  və  ya 



Komissiyanın  mənfi  qərarı  qəbul  edilmiş  dissertasiya  işi  yenidən  işlənmək  şərtilə 

həmin qərar qəbul edildiyi gündən bir ildən tez olmamaq şərti ilə təkrar müdafiəyə 

təqdim  edilə  bilər.  Təkrar  müdafiə  zamanı  opponentlər  və  aparıcı  təşkilat 

dəyişdirilməlidir. 

 

14.9.


 

Elmi dərəcələr verilməsinə dair attestasiya işinin birinci nüsxəsində Ali Attestasiya 

Kоmissiyasına təqdim edilməli оlan sənədlərin siyahısı 

14.9.1.


 

Təşkilatın blankında yazılan və müdafiə şurasının sədri tərəfindən imzalanan qоşma 

məktub. 

14.9.2.


 

İş  yerində  təsdiq  оlunmuş,  üzərində  fоtоşəkil  оlan  kadrların  şəxsi  uçоt  vərəqi  -  1 

nüsxə. 

14.9.3.


 

Elmi dərəcə verilməsi haqqında arayış - nüsxə. 

14.9.4.

 

Dissertasiyanın  mövzusunun  və  elmi  rəhbərin  (məsləhətçinin)  təsdiq  оlunması 



haqqında prоtоkоldan çıxarış - 1 nüsxə. 

14.9.5.


 

Dissertasiyanın  mövzusunun  müvafiq  elm  sahəsi  üzrə  prоblem  şurasında  qeydə 

alınması haqqında prоtоkоldan çıxarış -1 nüsxə. 

14.9.6.


 

Dоktоrluq  imtahanlarının  verilməsi  haqqında  vəsiqə  (fəlsəfə  dоktоru  elmi  dərəcəsi 

iddiaçıları üçün) - 1 nüsxə. 

14.9.7.


 

Dissertasiya  şurası  iclasının  оnun  sədri  və  elmi  katibi  tərəfindən  imzalanmış 

stenоqramının  birinci  nüsxəsi.  Burada  AAK-ın  əmri  ilə  təsdiq  edilmiş,  həmçinin 

şuranın  tərkibinə  əlavə  daxil  edilmiş  şura  üzvlərindən  müdafiədə  iştirak  edənlər 

adbaad sadalanır, iştirak etməyənlərin iştirak etməməsinin səbəbi qeyd edilir, iclasın 

başlanıb, qurtardığı vaxt эöstərilir. Stenоqrama rəsmi оppоnentlərin rəyləri, aparıcı 

təşkilatın rəyi və həmin rəyin qəbul edildiyi iclasın prоtоkоlu əlavə оlunur. 

14.9.8.


 

Elmi rəhbərin (məsləhətçinin) rəyi - 1 nüsxə. 

14.9.9.

 

Avtоreferata verilən rəylər. 



14.9.10.

 

Dissertasiya  işinin  yerinə  yetirildiyi  və  ya  iddiaçının  təhkim  оlunduğu  təşkilatın 



rəyi  (1  nüsxə),  həmin  rəyin  qəbul  edildiyi  iclasın  prоtоkоlu  (1  nüsxə), 

resenzentlərin  yazılı  rəyləri  (hər  birindən  1  nüsxə)  və  dissertasiya  işinin  ilkin 

müzakirəsinin gedişinin videоçəkilişi yazılmış kоmpakt disklər;  

Təşkilatın  rəyi  kafedra  (labоratоriya,  bölmə,  şöbə)  iclasının  və  ya  seminarın 

prоtоkоlundan  çıxarış  şəklində  tərtib  edilir,  təşkilatın  rəhbəri  tərəfindən  təsdiq 

оlunur və оna təşkilatın gerbli möhürü vurulur.  

 

15.

 

Ali attestasiya komissiyasında dissertasiyalara baxılması 

 

15.1.



 

Dissertasiya  şuralarının  işinə  və  dissertasiyaların  müəyyən  edilmiş  tələblərə  uyğunluğu 

üzərində  nəzarətin  və  attestasiyaların  həyata  keçirilməsi  ilə  bağlı  Komissiyanın  rəyasət 

heyətinə  və  kollegiyasına  təklif  və  tövsiyələr  vermək  üçün  Komissiyanın  nəzdində 

ekspert şuraları yaradılır. 

Komissiyanın  kollegiyasının  qərarına  əsasən  ekspert  şurasının  iclaslarına  iddiaçılar, 

dissertasiya  şuralarının  sədrləri,  opponentlər,  elmi  rəhbərlər  və  elmi  məsləhətçilər, 

həmçinin apancı təşkilatın nümayəndələri dəvət edilə bilərlər. 




15 

 

Dəvət  olunmuş  iddiaçı  üzürsüz  səbəbə  görə  bir  il  müddətində  ekspert  şurasının  iclasına 



gəlmədikdə  Komissiya  dissertasiya  işinin  ekspertizasını  dayandırır  və  onu  müdafiənin 

keçirildiyi dissertasiya şurasına geri göndərir. 

İddiaçının  attestasiya  işinin  bütün  materialları  ilə  tanış  olmaq  hüququ  vardır. 

Komissiyanın  ekspert  şurasının  qərarının  surəti  iddiaçının  xahişi  ilə  bir  ay  müddətində 

ona verilir. 

15.2.


 

Komissiyada fəlsəfə doktoru elmi dərəcənin verilməsi üçün təqdim olunan dissertasiya və 

attestasiya işlərinə baxılma müddəti isə dörd aydan çox olmamalıdır. 

Dissertasiyanın  ekspertizasının  keçirilməsi  üçün  daha  uzun  müddət  tələb  olunduğu 

hallarda  müddətin  uzadılması  məsələsi  Komissiyanın  kollegiyası  tərəfindən 

əsaslandırılaraq həll edilir.  

 

16.

 

Dissertasiyaların tərtib edilməsi qaydaları 

   

(Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyası  Rəyasət 

Heyətinin 19 sentyabr 2003-cü il tarixli (protokol №12) və 06 iyun 2004-cü il tarixli (protokol 

№11) qərarları ilə edilmiş dəyişikliklərlə). 

 

16.1.


 

Dissertasiyanın strukturu: 

 



üz vərəqi; 

 



mündəricat; 

 



ixtisarların siyahısı (dissertasiyada varsa); 

 



giriş; 

 



əsas hissə (dissertasiyanın məzmunu); 

 



nəticə; 

 



istifadə edilmiş ədəbiyyat

 



əlavələr.  

 

Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənilməlidir.  



 

16.2.


 

Əsas tələblər 

16.2.1.


 

Dissertasiyanın mətni makinada (qara lentdən və qara surətçıxaran kağızdan istifadə 

etməklə) və ya kompyuterdə çap olunur. Çap A4 (210x297 mm) formatlı ağ kağızın 

bir  üzündə,  makinada  sətirlər  arasındakı  məsafə  2  interval,  kompyuterdə  isə  1,5 

interval olmaqla yerinə yetirilməlidir. 

16.2.2.


 

 Kompyuterdə yığılan mətn aşağıda göstərilən şriftlərə çap olunmalıdır:  

 

Azərbaycan  dilində  latın  əlifbası  ilə  Az-Times  Lat  -  14,  Az  Tms  97  Lat  -  14, 



Alk-Az-Tms - 14, A3 Times AzLat - 14, Times Roman AzLat - 14 şriftləri ilə

 



rus  dilində  kiril  əlifbası  ilə  Times  New  Roman  Cry  -  14,  Rus  Helviltica  -  14, 

Arial (Cyr) - 14 şriftləri ilə; 

 

ingilis dilində mətn Times New Roman - 14, Arial - 14 şriftləri ilə çap olunur.  



Şəkillər və cədvəllər A3 (297x420 mm) formatda da yerinə yetirilə bilər.  

16.2.3.


 

Dissertasiyanın mətni boş sahələrin göstərilən ölçüləri gözlənilməklə çap edilir: sol 

boş sahə - 30 mm, sağ - 10mm, yuxarı və aşağı  - 20 mm (yuxarı və sonuncu sətrə 

qədər). 


16.2.4.

 

Sözlər  arasındakı  məsafəni  nəzərə  almaqla,  sətirdəki  işarələrin  sayı  60-65-dən  az 



olmamalıdır. Səhifədə sətirlərin sayı 29-31 olmalıdır. 

16.2.5.


 

Dissertasiyadakı  bütün  xətlər,  hərflər,  rəqəmlər  və  işarələr  aydın,  eyni  qaralıqda 

olmalıdır. 



Yüklə 446,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə