"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 446,02 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix26.11.2017
ölçüsü446,02 Kb.
#12692
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

16 

 

16.2.6.



 

Dissertasiyanın  mətninə  ayrı-ayrı sözlər,  formullar, şərti  işarələr  qara  mürəkkəb  və 

ya  qara  tuşdan  istifadə  etməklə  əlavə  oluna  bilər.  Əlavə  mətnin  sıxlığı  əsas 

mətnin sıxlığına yaxın olmalıdır. 

16.2.7.

 

Dissertasiyada  çapdan  sonra  aşkar  edilmiş  səhvlər  və  qrafik  yanlışlıqlar  düzəldilə 



bilər. Hər səhifədə düzəlişlərin sayı ikidən çox olmamalıdır. 

16.2.8.


 

Fəlsəfə  doktoru  dissertasiyasının  həcmi  100-150  səhifə  (şəkillər,  cədvəllər, 

qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna olmaqla) olmalıdır. Humanitar elmlər 

üzrə dissertasiyanın həcmi 20-30 % artıq ola bilər. 

16.2.9.

 

Dissertasiyanın əsas mətni fəsil, yarımfəsil və bəndlərə bölünür. 



16.2.10.

 

Fəsillərin  başlıqları  mətnə  simmetrik  şəkildə,  böyük  hərflərlə,  yarımfəsillərin 



başlıqları  isə  abzasdan  başlayaraq  sətri  hərflərlə  yazılmalıdır  (birinci  baş  hərf 

istisna  olmaqla).  Başlıqların  yazılışında  sözlər  sətirdən  sətrə  keçirilməməli, 

başlığın  sonunda  nöqtə  qoyulmamalıdır.  Əgər  başlıq  iki  cümlədən  ibarətdirsə, 

onları nöqtə qoymaqla bir-birindən ayırmaq lazımdır. 

16.2.11.

 

“Mündəricat”,  “Giriş”,  “Nəticə”,  “İstifadə  edilmiş  ədəbiyyat”,  “əlavələr”  sözləri 



dissertasiyanın uyğun struktur hissəsinin başlığı kimi qəbul edilməlidir. 

16.2.12.


 

Fəsil  və  yarımfəsil  arasındakı,  eləcə  də  başlıq  və  mətnin  (bəndin)  arasındakı 

məsafə 2 interval olmalıdır. Başlığın altından xətt çəkmək olmaz. 

16.2.13.


 

Hər fəsil yeni səhifədən başlanmalıdır.  

 

16.3.


 

Nömrələmə 

16.3.1.


 

Dissertasiyanın səhifələri ərəb rəqəmləri ilə nömrələnir. 

Dissertasiyanın  səhifələri  nömrələnərkən  üz  vərəqi  də  nəzərə  alınır.  Üz  vərəqində 

nömrə  çap  edilmir,  ondan  sonra  gələn  səhifə  “2”  rəqəmi,  sonrakı  səhifələrdə  isə 

ardıcıl  nömrələr  səhifənin  yuxarı  sağ  küncündə  çap  edilir.  Səhifələr  (əlavələr, 

arayışlar, aktlar və s. daxil olmaqla) ardıcıl olaraq nömrələnir.  

16.3.2.

 

İstifadə  olunmuş  ədəbiyyat  siyahısına  daxil  olan  bütün  nəşrlər  ərəb  rəqəmləri  ilə 



ardıcıl nömrələnməlidir. 

16.3.3.


 

Fəsillər  rum rəqəmləri ilə ardıcıl olaraq nömrələnir (məsələn:  I fəsil). Mündəricat, 

giriş və nəticəyə nömrə qoyulmur. 

16.3.4.


 

Yarımfəsil  nömrəsi  bir-birindən  nöqtə  ilə  ayrılan  fəslin  və  yarımfəslin 

nömrələrindən  ibarətdir.  Yarımfəslin  sonunda  nöqtə  işarəsi  qoyulur,  məsələn:  2.5. 

(ikinci fəslin beşinci yarımfəsli). 

16.3.5.

 

Yarımfəslin  daxilində  bəndlər  olduqda  onlar  ardıcıl  olaraq  ərəb  rəqəmləri  ilə 



nömrələnir.  Bəndi  nömrəsi  bir-birindən  nöqtə  ilə  ayrılan  fəslin,  yarımfəslin  və 

bəndin  nömrəsindən  ibarətdir.  Nömrənin  sonunda  nöqtə  işarəsi  qoyulur,  məsələn: 

2.5.1. (ikinci fəslin beşinci yarımfəslinin birinci bəndi). 

16.3.6.


 

Ayrıca səhifədə yerləşən illüstrasiyalar da (cədvəllər, çertyojlar, sxemlər, qrafiklər) 

dissertasiyanın  səhifələri  kimi  nömrələnir.  Ölçüləri  A4  formatından  böyük  olan 

cədvəllər, şəkillər, çertyojlar bir səhifə kimi qəbul edilir və dissertasiyanın sonunda 

nəticədən sonra onların mətndəki sıra ardıcıllığı ilə yerləşdirilir. 

16.3.7.


 

Dissertasiyanın mətni və cədvəllərə arayış və aydınlaşdırıcı xarakter daşıyan qeydlər 

ardıcıl  olaraq  ərəb  rəqəmləri  ilə  nömrələnməlidir.  Əgər  cəmi  bir  qeyd  varsa,  o 

nömrələnmir, əgər qeydlərin sayı birdən çoxdursa, “Qeyd” sözündən sonra iki nöqtə 

qoyulur və qeydlər nömrələnir. Məsələn: 

Qeyd:  


1. ... 

2. ... 


Qeydlərin çapı üçün şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval olmalıdır.  

 

 




17 

 

16.4.



 

 İllüstrasiya 

16.4.1.


 

İllüstrasiyalar  keyfiyyətli  olmalıdır.  Şəkillər  həm  qara  tuş  və  ya  qara  mürəkkəblə 

çəkilə bilər, həm də rəngli ola bilər. 

Dissertasiyada ancaq kompyuter və ya cizgi yolu ilə yerinə yetirilmiş şəkillərdən və 

orijinal fotolardan istifadə etmək olar. 

A4 formatından kiçik olan fotolar standart ağ vərəq yapışdırılmalıdır.  

16.4.2.

 

İllüstrasiyalar elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi 



istiqamətində  döndərdikdə  onlara  baxmaq  mümkün  olsun.  İllüstrasiyalar  mətndə 

onlara birinci istinaddan sonra yerləşdirilməlidir. 

16.4.3.

 

İllüstrasiyalar  (cədvəllərdən  başqa)  “Şək.” sözü  ilə  nişanlanır  və  fəslin  daxilində 



ərəb rəqəmləri ilə nömrələnir. İllüstrasiyanın nömrəsi bir-birindən nöqtə ilə ayrılan 

fəslin  nömrəsindən  və  illüstrasiyanın  ardıcıl  nömrəsindən  və  illüstrasiyanın  ardıcıl 

nömrəsindən ibarətdir. Məsələn: Şək. 1.2 (birinci fəslin ikinci şəkli). 

İllüstrasiyanın nömrəsi və adi illüstrasiyanın altında yerləşdirilir.  

 

16.5.


 

Cədvəllər 

16.5.1.


 

Rəqəmli  materiallar,  adətən,  cədvəl  kimi  tərtib  olunur.  Hər  bir  cədvəlin  başlığı 

olmalıdır. “Cədvəl” sözü və başlıq böyük hərflərlə başlanmalıdır. Başlığın altından 

xətt çəkilməməlidir. 

16.5.2.

 

Cədvəl,  mətndə  onun  ilk  xatırlanmasından  sonra  elə  yerləşdirilir  ki,  dissertasiyanı 



döndərmədən  və  ya  saat  əqrəbi  istiqamətində  döndərildikdən  sonra  onu  oxumaq 

mümkün olsun. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir 

neçə səhifədə yerləşdirmək olar. 

16.5.3.


 

Fəslin  içindəki  cədvəllər  ardıcıl  olaraq  ərəb  rəqəmləri  ilə  nömrələnir  (əlavədə 

verilmiş cədvəllər istisna olmaqla). Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan 

fəslin nömrəsindən və cədvəlin ardıcıl nömrəsindən ibarətdir. Məsələn: cədvəl 1.2. 

(birinci  fəslin  ikinci  cədvəli).  Əgər  dissertasiyada  cəmi  bir  cədvəl  varsa,  onu 

nömrələmək və “Cədvəl” sözü yazmaq lazım deyildir. 

16.5.4.

 

Əgər  cədvəl  iki  və  daha  çox  səhifədə  yerləşirsə,  “Cədvəl”  sözü  və  onun  nömrəsi 



cədvəlin  birinci  səhifəsinin  sağ  üst  tərəfində  bir  dəfə  göstərilir;  cədvəlin  qalan 

hissələrinin  müvafiq  yerlərində  “ardı”  sözü  yazılır. Əgər  dissertasiyada  bir  neçə 

cədvəl  varsa,  onda “ardı”  sözünün  qarşısında  cədvəlin  nömrəsi  yazılır. Məsələn: 

cədvəl 1.2-nin ardı. 

Cədvəlin  adı  və  nömrəsi  cədvəlin  üstündə  yerləşdirilir.  Nömrə  sağ  küncdə  çap 

edilir.  

16.5.5.

 

Cədvəllərin  sütun  və  sətirlərin  başlıqları,  onların  içərisindəki  məlumatlar  üçün 



şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval olmalıdır.  

 

16.6.



 

Formullar 

16.6.1.


 

Mətndə  verilən  formullar  (sayı  birdən  artıqdırsa)  ərəb  rəqəmləri  ilə  ardıcıl 

nömrələnməlidir.  Formulun  nömrəsi  bir-birindən  nöqtə  ilə  ayrılmış  fəslin  və 

formulun  ardıcıl  nömrələrindən  ibarətdir. Formulun  nömrəsi  onunla  bir  səviyyədə 

səhifənin sağ tərəfində mötərizənin içində yazılır. Məsələn: (3.1)-yəni üçüncü fəslin 

birinci formulu. 

16.6.2.

 

Formulda  rast  gəlinən  simvolların  qiyməti  və  ədədi  əmsalların  izahı,  onların 



formuldakı  yerləşmələr  ardıcıllığını  nəzərə  alaraq,  bilavasitə  formulun  altında 

verilir.  Hər  bir  simvolun  və  ədədi  əmsalın  qiyməti  yeni  sətirdə  yerləşdirilməlidir. 

İzahatın birinci sətri “Burada” sözündən başlamalıdır. 

16.6.3.


 

Tənlikləri  və  formulları  mətndən  boş  sətirlər  vasitəsilə  ayırırlar.  Hər  formulun 

üstündə və aşağısında bir-iki boş sətir olmalıdır. Əgər tənlik bir sətrə yerləşməyibsə, 



Yüklə 446,02 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə