Dolayı vergilərin uçot və auditinin təkmilləşdirilməsi yolları



Yüklə 0,95 Mb.
səhifə4/4
tarix17.09.2018
ölçüsü0,95 Mb.
#68986
1   2   3   4
Digər maraqlı məsələyə toxunmaq istərdik. Dövriyyədən tutulan vergilərin əvəzinə respublikamızın vergi sisteminə iki dolayı verginin – ƏDV və aksizlərin daxil edilməsi 68 saylı hesabın balansdakı mövqeyini dəyişmişdir. Hesablar planının tətbiqinə dair Maliyyə Nazirliyinin Təlimatına uyğun olaraq 68 saylı hesab passiv hesab kimi müəəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyiciləri ƏDV və aksizlər üzrə malsatanlara ödədikləri müvafiq vergi məbləğlərinə görə əvəzləşdirmə almaq hüququna malikdirlər. Başqa sözlə, vergi ödəyicisinin əldə etdiyi qiymətlilər üzrə malsatanlara ödədiyi ƏDV və aksizlərin məbləği dövlət büdcəsindən kompensasiya olunur. Əvəzləşdiriləcək vergi məbləği müvafiq hesablarla müxabirləşməklə 68 saylı hesabın debetinə silinir. Bəzən elə hesabat ayı olur ki, düdcəyə ödəniləcək vergi məbləği büdcədən kompensasiya ediləcək (əvəzləşdiriləcək) vergi məbləğindən az olur. Belə hallarda 68 saylı hesabın debet qalığı olur ki, bu da passiv hesablar üçün xarakterik olan hal deyil. Bu baxımdan 68 saylı hesabın hesablar planında aktiv-passiv hesab kimi göstərilməsi fikrimizcə daha məqsədəuyğundur

Vergi Məcəlləsinin qəbul edilməsi və onun ölkə ərazisində fəaliyyət göstərən bütün müəssisələrdə eyni səviyyədə və istiqamətdə tətbiq edilməsi, mühasibat uçotunun digər bölmələri kimi büdcə ilə hesablaşma əməliyyatlarının uçotunun təkmilləşdirilməsini, vahid bir istiqamətə yönəldilməsini tələb edir. Deyilənləri nəzərə alaraq, təşkilati-hüquqi formasından və mülkiyyətindən asılı olmayaraq, bütün müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planında boş qalmış 18 saylı hesabın “Aksizlər üzrə hesablaşmalar” adlandırılaraq tətbiq olunmasını təklif edirik.

Təklif edirik ki, təsərrüfat subyektləri vergi öhdəlikləri üzrə büdcə ilə hesablaşmaların həyata keçirilməsinin düzgünlüyü üzərində ilkin nəzarət formasından istifadə etsinlər. Bunun üçün isə yaxşı olar ki, müəssisə və təşkilatlar bu gün təsərrüfat subyektlərinin “maliyyə vəkili” rolunu oynayan peşəkar auditor firmalarının xidmətlərindən istifadə etsinlər. Müəssisələr auditorların həm bütövlükdə maliyyə-təsərrüfat fəaliyyəti, həm də büdcə ilə hesablaşmalar və vergi auditi üzrə təklif etdiyi xidmətlərdən maksimum istifadə etməlidirlər. Bu onlara vergilərin hesablanması, büdcəyə ödənilməsi və vergi hesabatlarının (bəyannamələrinin) tərtib edilməsində yol verdikləri səhvləri aradan qaldırmaq, deməli həm də lüzumsuz maliyyə (inzibati) sanksiyaları ödəməmək imkanı verəcək.



Dolayı vergilər üzrəə büdcə ilə hesablaşmaların uçot və auditinin təkmilləşdirilməsində başlıca istiqamətlərdən biri də uçotun kompyuterləşdirilməsidir. Mühasibat uçotu və vergi auditinin mühüm sahəsi kimi vergilər üzrə büdcə ilə hesablaşmaların uçotu müasir kompyuter proqramlarının tətbiqi ilə daha əlverişli, asan və operativ şəkildə aparıla bilər. Bu eyni zamanda, büdcə ilə hesablaşma əməliyyatlarının çevik və qısa müddətdə aparılmasına şərait yaratmış olar.

Fikrimizcə, vergi auditinin təkmilləşdirilməsi istiqamətlərindən birincisi vergi xidmətlərinin avtomatlaşdırılmasıdır. Vergi sisteminin təkmilləşdirilməsində və onun müasir tələblərə uyğun səviyyəyə çatdırılmasında informasiya təminatının böyük rolu vardır. Vergi sistemində informasiya təminatı o vaxt yüksək səviyyədə təşkil olunmuş hesab edilə bilər ki, vergi sistemində istifadə olunan məlumatlar operativlik, dürüstlük və qənaətbəxşlik kimi xüsusiyyətlərə malik olsun:

Vergi sisteminin informasiya təminatının müasir tələblərə uyğun səviyyəyə çatdırılması istiqamətində mühüm addımlardan biri sistemin tamamilə kompyuterləşdirilməsidir.

Ölkəmizin sosial-iqtisadi inkişafında və dövlət büdcəsinin formalaşdırılmasında mühüm payı olan, təsərrüfat subyektlərinin fəaliyyətinə dövlət vergi nəzarətini həyata keçirən vergi xidməti öz fəaliyyətində müasir informasiya texnologiyalarından geniş istifadə edir. Azərbaycanın vergi sisteminin inkişafı üçün ən mühüm layihələrdən biri elektron auditin tətbiqidir.

Fikrimizcə, vergi orqanları E-audit texnologiyalarının tətbiq etməklə vergidən yayınan vergi ödəyicilərini vaxtında aşkarlaya və müvafiq profilaktik tədbirlər görə bilir, vergi intizamı artır, könüllü əməletmə dərəcəsinin yüksəlməsi və vergi inzibatçılığının cari xərclərinin azalması hesabına büdcə daxilolmalarında artım baş verir.



Ümid edirik ki, qeyd etdiyimiz təklif və tövsiyyələr öz çiyinlərində ağır vergi yükü daşıyan təsərrüfat subyektləri, fərdi sahibkarlar və kommersiya firmalarında böyük maraq doğuracaq. Belə ki, vergilərin düzgün hesablanması, tutulmassı və ödənilməsi onlara vergi orqanları ilə yarana biləcək problemlərdən qaçmağa, deməli biznes üçün yarana biləcək mənfi nəticələri azaltmağa kömək edəcək.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYATLARIN SİYAHISI

  1. Azərbaycan RespublikasınınVergi Məcəlləsi. Bakı-2016

  2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı-2011

  3. Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu.

  4. Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu.

  5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu

  6. Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat. Bakı, 1996.

  7. Kəlbiyev Y. A. Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri. (Monoqrafiya). Bakı. “Elm” 2005.- 468 s.

  8. F.Ə. Məmmədov, A. F. Musayev, M.M. Sadıqov, Z.H. Rzayev, Y. A. Kəlbiyev. Vergilər və vergiqoyma. Ali məktəblər üçün dərs vəsaiti. B.: 2006.- 432 s.

  9. Bağırov D.A. Vergi nəzarəti. Dərslik. B.: 2006.- 412 s.

  10. Sadıqov Ə.A.Sadıqov T.Ə. Мühasibat (maliyyə) uçotu. 2008.

  11. Sadıqov T.Ə. Sadıqov T.Ə. İdarəetmə uçotu. Dərslik, 2012.

  12. Sadıqov T.Ə. Rzayev İ. Vergi uçotu və audit. 2014.

  13. V.T. Novruzov. Daxili audit. Bakı-2008.

  14. Audit. Qanunvericilik və normativ sənədlər. IV cild. Bakı, «Nağıl evi», 2007.

  15. Daxili audit. Qanunvericilik və normativ sənədlər. Bakı, «Nağıl evi», 2007.

  16. Rzayev Z.H. və Xəlilov Ş.İ. İqtisadi tərəqqi və vergi siyasəti. Bakı, “Çaşıoğlu”, 2008. 272 s.

  17. “Yeni dünyada yeniləşən Azərbaycan iqtisadiyyatı”. “Qloballaşan Azərbaycan” Sivil İnkişaf Mərkəzi, Məqalə toplusu, Bakı-2006.

  18. A.Kərimov: Mühasibat uçotu, vergilər. Bakı-2008.

  19. Sosial – iqtisadi inkişafın sürətləndirilməsində maliyyə nəzarətinin rolu (Beynəlxalq elmi – praktik konfransın materialları). Bakı, «Qərənfil» MMC – nin mətbəəsi, 2006.

  20. “Azərbaycanınvergixəbərləri” Elmi-metodikijurnal, Bakı-2013.

  21. “Azərbaycanınvergixəbərləri” Elmi-metodikijurnal, Bakı-2014.

  22. “Azərbaycanınvergixəbərləri” Elmi-metodikijurnal, Bakı-2015.

  23. AzərbaycanRespublikasıVergilərNazirliyiStatistiкməcmuə. Baкı 2015.

  24. Azərbaycanın statistikgöstəriciləri. Bakı 2015.

  25. Камышанов П.И. «Практическое пособие по аудиту». М.: ИНФРА-М, 2005;

  26. Налоговый учёт: курс лекций. Учебноепособие/сост.:Ф.К.Туктарова.–Пенза,2012.

  27. Налоговый учет: учебно-методический комплекс / учебно-методический комплекс / авт. сост. Б.Е. Яров под ред. С.И. Хорошкова. – Мичуринск : Изд-во МичГАУ, 2008. – 203с.

  28. Налоговый учет: учебное пособие / Е.А. Лешина, М.А.Суркова,Н.А. Богданова.– Ульяновск :УлГТУ, 2009. – 143 с.

  29. Налоговый учёт: учебное пособие / М.Н. Смагина. – Тамбов : Изд-во Тамб. гос. техн. ун-та, 2009. – 80 с.

  30. Налоговый учет : учебно-практическое пособие / Н. А. Богданова, Д. Г. Айнуллова.– Ульяновск :УлГТУ, 2011. – 159 с.

  31. Налоги и налогообложение / сост. Е.П. Богданов. – М.: АСТ. Полиграфиздат; СПб.; Сова, 2010. – 159.

  32. Суглобов А.Е. Бухгалтерский учет и аудит: учебное пособие / А.Е. Суглобов Б.Т. Жарылгасова. - М.: КНОРУС, 2005. - 496 с.

  33. Подольский В.И. «Аудит: Учебник для вузов». М.: Аудит, ЮНИТИ, 2005;

  34. Шеремет А.Д. «Аудит: Учебник». М.: Инфра-М, 2005.

  35. Ерофеева В.А. «Аудит: Учебное пособие». М.: Высшее образование, 2005;

  36. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytı:

www.stat.gov.az

  1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytı:

www.taxes.gov.az

  1. www.vergijurnali.az

  2. www.banker.az

  3. www.muhasib.az

  4. ilkaddimlar.com

  5. www.aport.ru

  6. www.rambler.ru

  7. www. audit.ru

  8. http://referat.ru


РЕЗЮМЕ
Диссертация посвящена изучению косвенных налогов, изучению порядку ведения учета, одних из ведущих косвенных налогов – НДС и акцизов и методику проведения аудита НДС, а также пути их совершенствования.

Объектом исследования является налог на добавленную стоимость (НДС) и акцизы. В связи с этим я попыталась на страницах нижеизложенной работы прояснить вопросы, связанные с правильным учетом и аудитом НДС и акцизов, а также применением данного налога в Азербайджане.

Целью работы является показать роль и значимость НДС и акцизов в экономике Азербайджана, проанализировать учет и аудит данного налога и формирование навыков самостоятельного творческого решения профессиональных задач.

SUMMARY

The dissertation is devoted to the study of methodology on accounting rights and audit of indirect taxes especially one of the leading indirect taxes - VAT and excise duties.



The object of the research is the value added tax (VAT) and excise duties. I tried on the pages following type of work to clarify issues relating to the regular accounting and auditing of VAT and excise duties, as well as the applying of this tax in Azerbaijan.

The purpose of the research is to show the role and the importance of VAT and excise duties in the economy of Azerbaijan, review accounting and auditing of the tax and forming the skills of independent creative solutions to professional problems.



1 Налоговый учёт: учебное пособие / М.Н. Смагина. – Тамбов : Изд-во Тамб. гос. техн. ун-та, 2009. – 80 с.

2 Налоговый учет : учебно-практическое пособие / Н. А. Богданова, Д. Г. Айнуллова.– Ульяновск :УлГТУ, 2011. – 159 с.

3 AzərbaycanRespublikasınınVergiMəcəlləsi. Bakı-2016

4 Суглобов А.Е. Бухгалтерский учет и аудит: учебное пособие / А.Е. Суглобов Б.Т. Жарылгасова. - М.: КНОРУС, 2005. - 496 с.

5 Подольский В.И. «Аудит: Учебник для вузов». М.: Аудит, ЮНИТИ, 2005

6 Sadıqov T.Ə. Rzayev İ. Vergi uçotu və audit. 2014

7 “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu

8 Azərbaycan Respublikası Vergilər Nazirliyi Statistiк məcmuə. Baкı 2015.

9 A.Kərimov: Mühasibat uçotu, vergilər. Bakı-2008

10 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı-2011


11 Bağırov D.A. Vergi nəzarəti. Dərslik. B.: 2006.- 412 s.

12 Audit. Qanunvericilik və normativ sənədlər. IV cild. Bakı, «Nağıl evi», 2007

13 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı-2011

14Audit. Qanunvericilik və normativ sənədlər. IV cild. Bakı, «Nağıl evi», 2007

15 “Azərbaycanınvergixəbərləri” Elmi-metodikijurnal, Bakı-2014

16 “Azərbaycanınvergixəbərləri” Elmi-metodikijurnal, Bakı-2013

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə