228
əhalinin çoxu avropoid idi. Yalnız TaĢtık kulturu (m.ö. III-m.s.V) çağında
burada
monqoloid
və qarıĢıq tiplər görünür.
Tuva-Xakas bölgəsi avropoid
irqin braxikefal növünün formalaĢdığı ərazidir. TaĢtıklı protoxakaslarda
monqoloid cizgi hələ zəif idi, hətta m.s.VII-X əsrlərə qədər Çin və Tibet
qaynaqları onları monqol-tibet etnosundan fərqli «sarısaç, göygöz» insan-
lar kimi verirdi.
115
ÇağdaĢ xakaslarda isə monqoloid cizgi qabarıqdır. Bu
Atayurdun Batı və Doğu Sayan dağları arasındakı bölgədə Orta Yenisey
yaxaları boyunca neolit
və Afanasyevo kulturundan tutmuĢ, TaĢtık kultu-
runa qədər müxtəlif arxeoloji abidələrin yeri E.
B.
Vadetskayanın verdiyi bu
xəritədə əks olunmuĢdur:
115
ПСДК, 199.
229
(7)
Görünür,
vaxtilə
xakas-saqay
boylarından ayrılıb,
doğuya
gedən
saxalar Baykal yaxasında monqoloidlərlə daha sıx qaynayıb-qarıĢmıĢ və
bura saxalar (yakutlar) üçün ikinci Atayurda çevrilmiĢdir. Ona görə də
daha sonralar quzey-doğuya keçən saxaların fiziki görkəmi monqol-tun-
qus görkəminə yaxındır. Saxalar türk yurdundan xeyli uzağa getdiyi kimi,
saxa dili də baĢqa türk dillərindən xeyli fərqlənir.
230
Beləliklə,
ötəri
nəzərdən
keçirdiyimiz
hər
yeddi bölgənin ayrı-ayrı
özəlliyi olduğunu gördük, batıdan doğuya getdikcə türk boylarında mon-
qoloid cizgilərin artması səbəbi də aydınlaĢdı. Bu cizgilərin hun və saxa
boylarına nisbətən qədim saqa boylarında az olması səbəbi Hun imperi-
yasında doğu sınırların Baykala çatması ilə bağlıdır.
Göytürk yazısında Qapağanın m.ö. XIX-XVII əsrlərdə Urmu yaxa-
sındakı Turuk bəyliyinin tarixinəcən uzanan 65 babasından söz açması,
rənglərin semantikasına görə, Azərbaycandan doğuya gedən turuk boy-
larının adına «doğu» anlamlı göy sözünün qoĢulması və göytürklərin
yeni (ikinci) Atayurdunun «Türküstan» adlanması ora miqrasiya edən
turuklarla bağlı olduğu kimi, orada Su bəyliyinin yaranması da Azərbay-
canda özünü göstərən daha qədim sub (suv, su) boylarının Subar (Suv-bi,
Su-bi) adlı bölgə-ölkə və bəyliklərinin təkrarı idi. Beləliklə, boya-cəhət
və yön-cəhət sözləri aydın göstərir ki, Altay nəzəriyəsi
yanlıĢdır,
çünki
türklər
Azərbaycana
doğudan gəlməmiĢlər, əksinə, onlar Güney-Doğu
Anadolu və Azərbaycandan doğuya getmiĢ, çox sonralar isə bəzi türk
boyları ilkin Atayurda qayıtmıĢlar.
Göründüyü kimi, bəzi bölgədə türk boyları minillər boyu yaĢasa da,
həmin bölgənin Atayurda çevrilməsi üçün müəyyən tarixi Ģərait olmalıdır.
Atayurdun yaranması yuxarıda sadalanan tarixi köç, münasib etnokultur
və demoqrafik durum, dil imkanı və siyasi qurum kimi Ģərtlərdən asılıdır.
Bəzən ikinci Atayurdda formalaĢan xalq müəyyən səbəbdən oranı tərk
etməli olur, necə ki, xakas-saqay boylarından ayrılıb Baykal yaxasında
formalaĢan saxa xalqı sonralar quzey-doğuya köçmüĢ, Azaq dənizi ilə
Quzey Qafqaz arasında ardıcıl olaraq, m.ö.VI - m.s. XII əsrlər boyu döv-
lətlər quran saqa, bulqar, xəzər boylarının bir qismi buradan müxtəlif
yönlərə
çəkilmiĢ,
bir
qismi
Avropa
xalqları
içində,
bir
qismi də rus-ukrayna
(kazak) xalqlarının içində ərimiĢ, kiçik bir qismi isə (qaraçay-balkar,
kumuq) uzun müddət «milli dövləti» olamyan xalq durumuna düĢmüĢdür.
Tarixi miqrasiyaları əks etdirən arxeoloji və onomastik material da
ilkin yurddan gedən və sonra bura qayıdan boylar haqqında aydın təsəvvür
yaradır. Ġlkin prototürk Atayurdu ilə sonrakı Atayurdların müqayisəsi isə
bir daha aydın göstərir ki, türk etnosu doğudan Ön Asiyaya deyil, buradan
doğuya miqrasiya etmiĢdir, bu baxıĢ isə Urmu teoriyasının özülü sayılır.
231
5. ETNĠK COĞRAFĠYA
Dövlət sınırlarını içinə alan siyasi coğrafiyadan fərqli olaraq, etnik
coğrafiya daha davamlı olur. Belə ki, müəyyən regionda ayrı-ayrı dövlət-
lərin qurulub dağılması ilə zaman-zaman siyasi sınır dəyiĢmələri baĢ verir,
lakin etnik sınırlar yalnız əhalinin yerdəyiĢməsi və ya gəlmə xalqın içində
əriməsi nəticəsində dəyiĢir.
Yuxarıda əhalinin yerdəyiĢməsindən,
miqrasi-
yaların səbəb və növündən bəhs etmiĢ, məcburi və könüllü, yaxın və uzaq
köçlərdən, həmçinin demoqrafiyanın özəlliklərindən söhbət açmıĢdıq.
O ki qaldı hər hansı bir xalqın baĢqa dilli xalqın tərkibində dilini
itirib assimilyasiyaya uğraması məsələsinə, bu da prinsipcə etnoqraf və
dilçilərin tədqiqatlarında aydın Ģərh oluna bilən olaydır. Belə ki, Azər-
baycanın etnik demoqrafiyasında bir-iki epizodik olay istisna olmaqla,
türk uruq və boylarının assimilyasiyası olmamıĢdır. Azərbaycana gələn
azsaylı ərəb tayfaları istisna olmaqla, baĢqa xalqların assimilyasiyası da
görünmür, çünki gəlib Azərbaycanda məskunlaĢan baĢqa dilli xalqlar mi-
nillər boyu ikidilli (bilinqvizm) durumda yaĢamaq imkanından məhrum
olmamıĢlar. Ümumiyətlə, hər hansı bir xalqın baĢqa dilli xalqın içində əri-
məsi tarixboyu davam edən bir prosesdir. Vaxtilə sumer, elam, het, hurri,
urartu, kassi, etrusk xalqları bu və ya digər xalqın içində ərimiĢ və dilini
itirərək «ölü dillər» siyahısına düĢmüĢlər. Türk xalqlarından bu duruma
düĢən Dunay bulqarlarının taleyi əriyib itmə olayının klassik örnəyidir.
Quzey
Qafqazdan gedib bugünkü
Bolqarıstanda dövlət quran bulqar
türkləri xristianlığı qəbul etmiĢ və bir neçə əsrdən sonra dillərini itirərək
yerli slav boylarının içində əriyib getmiĢlər.
Bulqarların
qurduğu dövlətin
adı isə baĢqa etnik xalqa məxsus ölkənin və dövlətin adında bugünəcən
qalmaqdadır.
Baxmayaraq ki, bulqar xanı Kurum özündən üç minil əvvəl Qut çarı
olmuĢ (m.ö. 2141-2140) Kurumun adını daĢıyır, onun xələfləri isə tədri-
cən türk adlarını da dəyiĢmiĢlər. Belə ki, Kurum xanın (803-814) soyundan
olanlar Omurtaq (819-831) və Malamirdən (831-836) sonra I Boris (BarıĢ)
Mixail (852-889), I Simon Veliki (893-927), Anna, Piotr və Roman kimi
adlar daĢıyırlar.
116
Tarixboyu yad mühitə düĢən türk boylarının bu cür əri-
yib itməsinə dair onlarla ibrətamiz örnək vermək olar, lakin baĢqa dilli xal-
qın türk etnik coğrafiyasında əriməsi nadir hallarda görünür.
116
HB, 1988, 290.
Dostları ilə paylaş: |