239
Fars və ərəbdilli qaynaqlarda
Azərbaycan haqqında olan bəlgələri
ilkin mənbədən oxuyan iki böyük alim Z. V. Toğan və Z. Bünyadov ya-
zırlar ki, ərəblərin ən əski tarixçisi Ġbn HiĢam «Kitab ət-tîcân» əsərində
verdiyi məlumata görə, xəlifə Müaviyə bin Süfyan yanındakı Ubayddan
(Abid ibn ġariyədən) Azərbaycan haqqında soruĢanda o, «
Azərbaycan
əskidən türklərin məskun olduğu bir ölkədir» - deyə izahat verir.
«Mücməl ət-tavarix və‟l-qisəs» əsərinin iranlı müəllifinə görə, ərəb Him-
yari hökmdarlarına aid rəvayətlərdə Azərbaycanın türklərə (Əfrasiyaba)
aid olduğu qeyd edilmiĢdir.
134
Bu bəlgə hər iki tədqiqatçının diqqətindən
yayınan Təbərinin yuxarıda verdiyimiz məlumatı
ilə
də
üst-üstə düĢür.
Təbəri hətta Əfrasiyabın (Alpər Tunqa) Musa peyğəmbərlə eyni çağda
yaĢadığını yazmıĢdır.
135
Qədim qaynaqlar daha
çox Azərbaycanın güney-batı
və batı bölgələri haqqında mə-
lumat verir. Azər etnik coğra-
fiyasının güney-batı sınırı qə-
dim dünyanın mədəniyət beĢi-
yi sayılan Ġkiçayarasına soykə-
nən Mosul, Ərbil və Qut döv-
lətinin paytaxtı olmuĢ Kərkük
(Arapha) bölgələrini əhatə edir. Ərbil günümüzəcən qalmıĢ dünyanın ən
qədim Ģəhəri sayılır. (Son dönəmlərdə kürdləĢən bu Ģəhərin də demoqra-
fiyası son illərdə sürətlə dəyiĢməkdə,
daha doğrusu, dəyiĢdirilməkdədir.
Bozqırlı türk boylarından fərqli olaraq, Atayurdda qalan prototürk
boyları oturaq yaĢama üstünlük vermiĢlər. Bu baxımdan, azər etnik coğra-
fiyasında protoazər boyları içində köçərilər olmamıĢdır. Əhalinin cüzi his-
səsi isə yarımköçəri yaĢamlı olub, əsasən Zaqros, Kiçik və Böyük Qafqaz
dağlarındakı yaylaqlarda heyvandarlıqla məĢğul idi. Həmin gələnəyi bu-
gün də padar, qaĢqay, Ģahsevən, ayrım, tərəkəmə boyları davam etdirir.
Vaxtilə prototürk Atayurdunun bir parçası olan Kərkük,
Ərbil və
Mosul bölgələrinin sonradan protoazər boylarının Atayurdunda önəmli
yeri olmuĢdur. Bugün də özlərini
türkman adlandıran soydaĢlarımızın da-
nıĢıq dili təmiz azər türkcəsidir. Türk dünyasına baĢucalıq gətirən Füzuli
134
Togan, 1981, 174, 457; Бцнйадов, 1989, 174.
135
Taberi, II. 1991, 533.