«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə100/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   96   97   98   99   100   101   102   103   ...   122

 
212 
yanaĢma
 
metodu
 
ilə
 
çözülə
 
bilər.
 
Bunun üçün antropoloji,
 
arxeoloji,
 
tarixi, 
coğrafi bəlgələrlə yanaĢı, dilçilik, folklor, etnoqrafiya, mifologiya elmlə-
rinin ortaya çıxardığı bəlgələr diqqətə alınmalıdır. Yalnız belə kompleks
 
yanaĢma
 
metodu
 
ilə
 
ilk
 
Atayurdun coğrafi hüdudlarını təyin etmək
 
olar.
 
Hər
 
hansı
 
bir
 
etnosun  birinci  Atayurdu  həmin  etnosun  protodil  çağına 
aiddir, çünki ilk etnik atribut dildir. Prototürk dili ilk dəfə harada ortaya
 
çıxıbsa,
 
ora
 
türklərin
 
ilkin
 
Atayurdu sayılmalıdır.
 
Əgər həmin
 
bölgə digər 
elm  sahələrinin  verdiyi  bəlgələrlə  təsdiq  olunursa,  onda  mübahisə  üçün 
bəhanə də qalmır.  
Türklərin
 
ilkin
 
Atayurdu
 
problemi
 
üzrə
 
ayrıca  elmi
 
sistemlə  araĢdırma  aparan  olmasa  da,  ayrı-ayrılıqda 
arxeoloji,  kultur,  etnoqrafik  və  dilçilik  baxımından 
bu  problemi  çözmək  istəyənlər  olmuĢdur.  Lakin  bu 
görüĢlər kompleks və sistem halında deyil, ayrı-ayrı 
sahələr  üzrə  uzman  olan  alimlərin  məsələyə  yalnız 
bir  sahənin  baxıĢ  bucağından  yanaĢması,  türk  etnosunun  qədim  tarixinə 
xronoloji ardıcıllıqla yox, diaxroniyadan kənarda, tarixin müəyyən sinxron 
kəsiyində baxılması ilə ortaya çıxmıĢdır. Ona görə də Ön Asiyadan baĢ-
qa, hansı tarixə aid olmasından asılı olmayaraq, harada türk izi varsa, ilk 
türk  yurdu sayılmıĢ, nəticədə Uzaq  Doğudan tutmuĢ Ural dağlarına qədər 
müxtəlif bölgələr ikinci deyil, ilkin Atayurd kimi verilmiĢdir:
 
 
- Doğu Asiya (Menges
- Uzaq Doğu, Mancuriya, Khinqan dağları (Ramstedt)   
- Mancuriya ilə Monqolustanın güneyi (Parker
- Amur çayı dolayları (Yavuz
- Baykal gölünün doğusu (Tomaschek
- Baykal gölünün güney-batısı (Koppers
- Baykaldan Qobu çölünə qədər (Gahz
- Altay dağları (KlaprotheHammerSchottCastren, Vamberi
- Altayın doğusu (Radlov, Ligeti
- Altay-Qırğız bozqırları (Menghin
- Qazaxıstan (Eickstedt
- Tanrı dağları - Asiyanın quzey-batı əraziləri (Strzygowsky
- Tyan-ġan bölgəsi (Almasy
- Tyan-ġanın quzey-batı yaxaları ilə Aral gölü arası (De Guignes, Üçok)   
- Altay və Ural dağları arası ilə Aral gölü bölgəsi (Nemeth
- Ural-Altay arası (Rasonyi
- ĠrtıĢ-Ural arası (Zichy
- Orta Asiya (Poppe
 
 
Prototü rk  
Atayu rdu  


 
213 
Göründüyü  kimi,  türklərin  ilkin  yurdu  Mancuriyadan  Ural  dağına 
qədər
 
müxtəlif
 
bölgələrdə
 
göstərilir.
 
Əlbəttə,  bu  qədər
 
tanınmıĢ  yabançı 
alimlərin  təpkisi  altında  hər  hansı  bir  türk  aliminin,  hətta  azman  alimin 
Atayurd  prbleminə  baĢqa  cür  yanaĢmasını  gözləmək  çətindir.  Ona  görə 
də ilkin türk  yurdu kimi Orta Asiyanı  görən ġ. Günaltayı və bu  yurdun 
Tyan-ġanla  Aral  gölü arası olduğunu  güman  edən Z.V.Toğanı  və  yaxud 
Altay-Sayan  dağlarının  güney-batısı,  yəni  Minusinsk-Tuva-Abakan  boz-
qırlarını sayan
 
Ġ. Kafesoğlunu çox qınamaq da olmur, baxmayaraq ki, ta-
rixçi olmasa da, Atatürk türklərin Anadoluda çox qədimdən var olduğunu 
söyləyirdi. K. Gürün yazır ki, türklərin ilk yurdu məsələsinə gəlincə, ək-
sər tarixçilər bu bölgənin Orta Asiya olması fikrində həmrəydirlər, lakin 
bölgənin  hüdudlarını  dar  və  geniĢ,  daha  batı  və  daha  doğuda  olduğunu 
sayanlar vardır. Müəllif  özü isə ilk Atayurdun hüdudlarını belə təsəvvür 
edir: «Khinqan Dağlarının batısından baĢlayaraq, Baykal hövzəsi, Sayan-
Altay dağları boyunca BalxaĢ hövzəsinə gəlib, Tanrı dağları boyunca yeni-
dən doğuya yönələrək Qobu çölündən Khinqan dağlarına qovuĢan bir cizgi 
içində  qalan  bölgə  ilə  Seyhun-Ceyhun  çayları  arasındakı  Maverayünnəhr 
dediyimiz bölgə».
95
   Ancaq  ilkin  yurdun  müxtəlif  bölgələrdə  göstərilmə-
sinin özü də göstərir ki, problemə yanaĢma metodu elmi
 
deyil,
 
çünki
 
ilkin
 
yurd
 
bir
 
bölgədə olur. Necə ki, monqollar üçün belə bölgə
 
Mərkəzi
 
Asiya, 
dravidlər üçün Ġranın güneyi, finuqorlar üçün Ural,
 
hindavropalılar üçün 
Qaradənizin quzeyi, samilər üçün Ərəbistan yarımadası olmuĢdur.  
Ġlkin Atayurdu probleminin çözülməsi tarixi miqrasiyaların vaxtı və 
yönünü müəyyən etməkdən çox asılıdır. Belə miqrasiyalardan danıĢarkən, 
m.ö. IV-I minillər arasında Ön Asiyaya gələn etnosları sadalamıĢdıq. AĢa-
ğıdakı sxemdən
 

 
göründüyü
 
kimi,
 
Ġkiçayarasında
 
yaĢayan
 
subar-kəngər 
boylarının ərazisinə IV
 
minildə gələn sumerlərdən sonra,
 
III-I minillər boyu 
                                                 
95
 Gürün, 20, 40; Bu dolaĢıq sitatı gətirməmək də olardı, lakin türklərin ilkin Atayurdu 
probleminə türk tarixçiləri üçün tipik olan bu yanaĢma tərzini son on ildə Türkiyədə ke-
çirilən qurultay və simpoziumlarda çox görmüĢəm. Həmin beynəlxalq elmi toplantılarda 
belə yanaĢma metodunun yanlıĢ olduğunu dəfələrlə söyləmiĢəm. Osmanlı imperiyası kimi 
qüdrətli bir dövlətin varisləri olan bu arkadaĢlar hələ də romantik «Altaydan gəlmə» ov-
qatından ayrıla bilmir. Yalnız qondarma «erməni soyqırımı» Avropa parlamentləri gündə-
minə gələndən sonra bir az ayıldılar. Türklərin Anadoluya Malazgird (1071) savaĢından 
sonra yox, 4 minil öncə girdiyini vurğulayan prof. Ekrem MemiĢ yazır ki, gerçək tarixi 
buraxıb  da,  elmdə  köhnəlmiĢ  sonradan  gəlmə  fikrindən  yapıĢsaq,  rumlar  və  ermənilər 
baĢda olmaqla, bir çox türk düĢməni «madam ki, siz Anadoluya Türküstan//Orta Asiya-
dan gəldiniz, o halda gəldiyiniz yerə dəfolub gedin» deyə bilərlər (MemiĢ, 2002, 73). 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə