«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə101/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   97   98   99   100   101   102   103   104   ...   122

 
214 
bura güney  və  güney-batıdan bir-birinin ardınca sami boyları (akad,  asur, 
aramey, ərəb) gəlmiĢlər. Hatlar yaĢayan Orta Anadoluya quzey-batı yön-
dən het  (II  minilin  baĢı),  friq  və  haylar  (VIII-VII  əsrlər),  Güney-Doğu 
Anadoluya quzeydən qafqazdilli hurri (III minilin sonu), urartu (II minilin 
sonu)  boyları  gəlib  yerləĢmiĢdir.  Elam  ərazisinə  isə  Qaradəniz  quzeyin-
dən qalxaraq, II minilin ortalarında Orta Asiyanı keçib Areya bölgəsində 
oturan və VIII-VII əsrdən Bars (Fars) bölgəsinə keçib yerləĢəndən sonra 
pers  adlanan  arilər  gəl-
miĢdir.  Təbii  ki,  hər  tə-
rəfdən,  özəlliklə  güney-
batı  bölgələrdə  samidilli 
boylar  tərəfindən  sıxıĢ-
dırılan  prototürk  boyları 
zaman-zaman Atayurdu 
tərk  edib  müxtəlif  yön-
lərə  miqrasiya  etmiĢlər. 
Belə köçlərin bir səbəbi 
baĢqadilli etnosların re-
giona  gəliĢilə  bağlı  idi-
sə,  digər  səbəbi  iki  bö-
yük  köçlə  nəticələnən 
m.ö. IV
 

 
II
 
minillərin 
ortalarında  iqlim  dəyiĢ-
məsilə  baĢlanan  quraq-
lıq  idi.  Həmin  çağlarda 
təkcə türklər deyil, dra-
viddilli  boyların  da  ço-
xu  Ön  Asiyadan  köçüb 
Hindistana keçmiĢdi.  
Ön  Asiyaya  gələn 
və Ön Asiyadan gedən etnosları hər iki xəritədə müqayisə etdikdə, saqa 
boylarının Azərbaycana qayıdıĢına qədər (m.ö.VIII-VII) Ön Asiyaya dı-
Ģarıdan, özəlliklə doğudan hər hansı bir türk boyunun gəlməsini göstərən 
arxeoloji bəlgə yoxdur. Ön Asiyadan gedən boyların da dravid
 
və türklər-
dən baĢqa
 
etnosa
 
aid
 
olduğunu
 
sərgiləyən bəlgə yoxdur. Buradan batı və 
quzey-batı  yöndə  gedən  az  boyları  Skandinaviya  qaynaqlarında,  etrusk 
boyları arxeoloji və antik çağ yazılı qaynaqlarında əks olunmuĢdur.
 
Onlar
 
yerli  xalqların  içində  əriyib dilini  itirsə  də,  yerli  xalqların dilində  həmin
 


 
215 
türk
 
boylarından
 
alınma
 
sözlər
 
qalmıĢdır.
96
 
Quzey
 

 
doğuya böyük axın-
larla gedən türklər isə nəinki dilini itirməmiĢ, özləri ilə yeni yurdlara daĢı-
dığı dil-kultur gələnəklərini üstün mövqeyə çıxara bilmiĢlər. Bu olayları 
sərgiləyən bəlgələrin bir qismini I Bitikdə (Tarixi qaynaqlar) və  yuxarı-
dakı hər üç bölmədə vermiĢdik. Burada prinsipcə bir-birini tamamlayan 
bəzi bəlgələri yalnız ümumi Ģəkildə qısaca sadalamaq kifayətdir:
 
1. Antropoloji bəlgələr. Avropoid irqin Aralıqdənizi (Ağdəniz) ti-
pinə aid dolixokefal türk etnosunun doğu ölkələrə miqrasiya edən boyları 
braxikefal və monqoloid tiplərlə qarıĢmıĢ, Atayurda qayıdan boylar xəfif 
dərəcədə bu antropoloji cizgilərlə geri dönmüĢlər. Anadolu və Balkanlar-
dan Uzaq Doğuya qədər yayılan türklərin içində doğuya getdikcə monqo-
loid,  batıya  getdikcə  avropoid  cizgilər  artır.  Atayurddan  uzaq  düĢməyən 
türkmən
 
və azər türklərində isə ulutürk
 
çağından qalma
 
klassik  antropo-
loji  görkəm  daha  qabarıq  saxlanmıĢdır.
97
  Son  illərdə  DNH  üzrə  aparılan 
araĢdırmalar da azər türklərinin burada yerli etnos olduğunu göstərdi.  
2. Arxeoloji kultur bəlgələri. Prototürk çağında Ön Asiyada bir-
birinin ardıca yaranan Carmo, Xalaf, Xasun, Kür-Araz və sair arxeoloji 
kulturun dıĢarıdan gəlməsi faktı yoxdur, lakin bu kulturlara aid bəlgələrin 
Ön Asiyadan dıĢarı daĢınması faktları çoxdur. Belə ki, Türküstan və Qıp-
çaq bozqırı boyunca yayılan
 
kurqan
 
kulturu,
 
təkər,
 
araba
 
və boyalı kera-
mika növlərində olduğu kimi, silah-yaraq, atçılıq nəsnələri,  «añ üslubu» 
motivlərinin  yaranma  yeri  Ön  Asiyadır.  Güney  Sibirdə  sonralar  ortaya 
çıxan  Afanasyevo-Andronovo  kulturlarının  da  batıdan  doğuya  aparıl-
dığı
 
artıq
 
elmdə
 
bəlli
 
məsələdir.
 
Ayaqformalı  riton  (ayaq),  üçayaq  qab, 
təkər-araba, daĢbaba və heyvan fiqurları, qayaüstü rəsmlər, damğa, pikto-
qram və runik əlifba üzərində aparılan tipoloji araĢdırmalar sübut etmiĢdir 
ki, onları Ön Asiyadan gedən boylar aparmıĢlar.
 
Sadalanan arxeoloji bəl-
gələr
 
I Bitikdə geniĢ Ģərh olunmuĢdur. 
3.  Etnoqrafik  bəlgələr.  Dəmyə  və  suvarma  əkinçiliyin,  qoyunçu-
luq  və  atçılıq  təsərüfat  növlərinin,  dəmirçilik  və  xalçaçılıq  sənətinin  Ön 
Asiyada
 
yaranıb,
 
buradan
 
ətraf bölgələrə yayılması bəllidir.
 
Doğu türkərin 
                                                 
96
 Azər xalqı,  10-14; 149-153. 
97
 I Bitik (I bölmə); Antropoloji bəlgələrlə yanaĢı, qanın tərkibi və bəzi xəstəlik növləri 
də türk etnosunun  Atayurdunu  doğuda  deyil,  Ön  Asiyada  olduğunu  göstərir. Prof.  R. 
Rüstəmov azər türkləri içində yayılmıĢ və yalnız genlə nəsildən-nəsilə ötürülən talasse-
miya  və  talassemiyayabənzər  xəstəliyin  Aralıqdənizi  bölgələrində  4-5  minil  əvvəldən 
mövcud olduğunu yazır («Azərbaycan» qəzeti, №19, 9 may, 1991).  


 
216 
kurqan, atlı və bükülü basırıq kulturu, mifoloji və folklor motivləri, inanc 
və kultlar, kosmonim və teonimlər, hətta «tanrı» (tenqer)
 
sözünün özü də 
Ön Asiya mənĢəlidir.
 
Belə bəlgələrdən IV Bitikdə geniĢ bilgi verilmiĢdir.
98
 
4. Dövlətçilik tarixi. Adətən ən 
qədim türk tarixindən danıĢanlar bunu 
Metenin qurduğu hun dövləti ilə baĢ-
layırlar. Əlbəttə, Mete ilə doğuda baĢ-
layıb, Atilla ilə V əsrdə Avropada bi-
tən Hun dövlətləri türk tarixində yeddi 
əsr davam edən Ģanlı tarixdir. Altayçı 
tarixçilərin bu tarixdən qürur duyması 
doğaldır, urmuçular da bundan yüksək 
ovqatla  danıĢmalıdır.  Lakin  türklərin 
dövlətçilik  tarixini  hunlarla  baĢlamaq 
ən  azından  nadanlıqdır,  belə  ki,  ilkin 
Hun  dövlətindən  2  minil  önçə  yaran-
mıĢ Qut eli, az sonra bu elin (dövlətin) 
o dönəmdə böyük dövlətlər olan Akad, Sumer, Elam kimi ölkələri də içinə 
alan ilk türk imperiyasına çevrilməsi tarixini görməzdən gələnlər bu xəritə-
sxemdəki qırmızı qırıq xətli dairəyə baxsınlar. Hunlara qədər Ön Asiyada 
Turuk, Kuman, Subar, Mana, Saqa, Mada və baĢqa dövlətlər də vardı. Bu 
dövlətlər haqqında III Bitikdə geniĢ bilgi verilir. 
5.  Tarixi  demoqrafiya.  Yuxarıda  tarixi  köçlərdən  danıĢarkən  Ön 
Asiyadan m.ö.  IV-II minillərdə  iki  böyük miqrasiya  olduğunu söyləmiĢ, 
bu köçlərin səbəbini və yönünü göstərmiĢdik. Prototürk çağının sonunda 
prototürk  boylarının  Ön  Asiyadan  getməsi  burada  türk  etnosunun  etnik 
sıxlığını azaltmıĢ, bura gələn baĢqadilli etnoslar regionun etnik demoqra-
fiyasını xeyli dəyiĢdirmiĢdir. Türklərin tarixboyu  ayrı-ayrı coğrafi məkan 
daxilində müxtəlif  xalqlarla olan kontaktı (sumer, hat, elam, akad, hurri 
urartu,  dravid,  german,  hindiran,  finuqor,  tunqusmancur,  monqol)  və  bu 
əlaqənin  gerçəkləĢdiyi  tarix  və  çoğrafi  məkan  aydın  göstərir  ki,  qədim 
                                                 
98
  Etnoqrafik  bəlgələrdən  çoxunun  konservativ  olması  bəllidir.  Özəlliklə,  ölü  bastırma 
adəti minillərlə dəyiĢmədən davam edə bilir. Belə ki, m.ö.IV-III minildə Ġkiçayarasında 
yaĢayan subar boylarından bəhs edən rus tarixçiləri yazır: «Subarlar təbiət hadisələrini 
ilahiləĢdirir və o biri dünyanın varlığına inanırdı.
 
Qab-qacaq,
 
daĢ və sümük alətlərlə bir-
likdə bükülü bastırma adəti tapılan məzarlarla aydınlaĢır» (Авдиев, 1948, 358). Texniki 
inkiĢafla bağlı yalnız sümük və daĢ sözlərini metal adlarına dəyiĢməklə, həmin deyimi 
eynilə sonrakı subar və digər türk boylarının ölü bastırma adəti haqqında da demək olar.   


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə