«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə102/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   98   99   100   101   102   103   104   105   ...   122

 
217 
türk miqrasiyası Ön Asiyadan Ural və Altay bölgələrinə olmuĢdur. Yazılı 
qaynaqlar m.ö. III-I minillər boyu Ön Asiyada Subar, Aratta, Qut, Padar, 
Turuq (Türk), Saqa, Qamər, Kuman, Zəngi, Bars, QaĢqay, Ərmən, Urmu, 
Qarqar,  Aran, Alban,  Azər, Kaspi, Polad  və  sair onlarla bölgə  adını  və 
eyni adlı imperiya, dövlət, bəylik və dərəbəylik olduğunu qeyd etmiĢdir. 
6.  Onomastik  bəlgələr.  Qədim  türk  onomastikasının  Ön  Asiyada 
yazılı qaynaqlarda yer alması və sonralar Güney Avropadan Güney Sibir 
və  Türküstan  bölgələrinə  qədər  böyük  ərazilərdə  üzə  çıxması  xronoloji 
ardıcıllıq  baxımından  miqrasiyanın  vaxtı  və  yönü  haqqında  bilgi  verir. 
Ön Asiyada iĢlənən türkcə çay, dağ və yer-yurd adları, Ģəxs və boy adları 
buradan  gedən  boyların  etnik  yaddaĢında  yaĢamıĢ  və  yeni  Atayurdlarda 
yenidən iĢlək olmuĢdur. Bu bəlgələrin böyük bir qismi yuxarıda sadalan-
mıĢdır, digər qismi (etnonimlər) isə VIII Bitikdə verilmiĢdir. 
7. Dilçilik bəlgələri. Bugünə qədər prototürk dili və dialektləri, türk 
dilinin tarixi qramatikası tədqiq olunmamıĢdır.
99
 
Ona görə də türk dilinin 
nə vaxt və hansı coğrafi məkanda yaranması haqqında indiyəcən deyilən 
fikirlər subyektiv baxıĢın məhsuludur. Türk dillərində substrat və adstrat 
elementlər, areal izoqlosları və Ön Asiyanın ölü dillərində (hat, sumer, 
akad-asur,  elam,  kassi,  hurri-urartu)  özünü  göstərən  türkizmlər,  özəlliklə 
alınma etnoqrafik və onomastik terminlər türk boylarının ilkin Atayurdu 
haqqında aydın təsəvvür yaradır və bütün parametrləri ilə bu Atayurd Ön 
Asiyada görünür. 
Rəng  bildirən  sözlərdə  cəhət  anlamının  təhlili  göstərir  ki,  proto-
türklərin  quzeydəki  dənizi  qara,  güneydəki  iki  dənizi  qırmızı,  batıdakı 
dənizi ağ, doğudakı dəniz və gölləri isə göy adlandırması rənglərin türk 
dillərində sistem təĢkil edən cəhət anlamı ilə bağlıdır. Adı çəkilən dəniz 
və  göllərin  coğrafi  koordinatlarının  Ön  Asiyada  kəsiĢdiyi  nöqtə  isə  bu 
adları  onlara  verənlərin  Atayurdu  olan  Ġkiçayarasının  quzeyinə  düĢür.
 
Yön-istiqamət bildirən önarxa (geri), sağ və sol sözlərindəki cəhət an-
lamı da doğuya gedən türklərin dilində miqrasiyanın yönünü bildirir və 
bu miqrasiyanın Ön Asiyadan baĢladığını göstərir. 
                                                 
99
 Bəzi dilçilərin türk dilinin təsnifi qədim dövr  yazıları, mənim prototürk dialektlərinə
 
aid məqaləm
 
(1986) problem haqqında yalnız ötəri məlumat verir. Ona
 
görə də, türk di-
linin  tarixi  probleminin  ana  xətlərinə  toxunmayan  bu  yazılır  ciddi  əhəmiyət  daĢımır.  Bu 
baxımdan,  VII  Bitikdə  nəzərdən  keçirdiyimiz  qlottogenez,  areal  izoqlosları,  prototürk 
dialektləri, fonetik və qramatik quruluĢun təkamülü, protoazər və azər dialektlərinin ya-
ranması kimi məsələlər bütövlükdə bu problemin çözülməsinə yardım edir. 


 
218 
Yazılı  qaynaqlar  Atayurd  hüdudlarından  batıda  qalan  bölgələrdə 
türk  izlərini  versə  də,  Ġç  Anadoluda  arxeoloji  bəlgələrin  bir  neçə  etnosa 
aid olması göstərir ki, bunlardan yalnız biri türklərə aid ola bilər və bu da 
daha çox hatlara uyğun gəlir. Alacahöyük basırıqları hatlara aid edilir.
100
 
Bu baxımdan, hat dilində xeyli türk sözünün iĢlənməsi və Alacahöyük ba-
sırıqlarında  görünən  nəsnələrin  sonrakı  türk  basırıqlarındakı  tipoloji  ya-
xınlığı bu ehtimalı gücləndirir.
 
Orta Anadoluda yazılı
 
qaynaqlar
 
hatlardan 
sonra qaşqay, urmu  boylarını qeyd edir ki, bunların da türklüyü
 
quĢqu do-
ğurmur.
101
 
TanınmıĢ türkoloq A. N. Samoyloviç 40 il sovet dilçilik məktə-
binin lideri olmuĢ akademik N.Y. Marrın yazdığı bu sözləri yüksək dəyər-
ləndirmiĢdir:
 
«
Aralıqdənizi  sahillərində  türklərin  tarixi  varlığı  yunan  və 
latın dillərinin yaranmasından, yunan-rum dünyasının ortaya çıxmasından 
əvvəldir
».
102
 Vaxtilə, türk tarixinə sağlam baxıĢı ilə ətrafındakı alimlərdən 
fərqlənən  Atatürk  də  Anadoluda  türk  izinin  miladdan  öncəki  minillərə 
gedib çıxdığını söyləmiĢdir. 
Göründüyü  kimi,  müxtəlif  elm  sahələrinin  ortaya  çıxardığı  tarixi 
bəlgələr türk etnosunun ilkin Atayurdunun Ön Asiyada yerləĢməsi fikrini 
obyektiv  məcraya  salır.  Bu  fikri  təkzib  etmək  istəyən  subyektiv  baxıĢlı 
yazarlar  yuxarıda  sa-
dalanan  bəlgələri  bir-
bir  təkzib  etmək  üçün 
əks  dəlil  gətirmək
 
zo-
rundadırlar,
 
fəqət
 
əla-
həzrət  Tarix
 
onlara  bu 
bəlgələri vermir. Urmu 
teorisi  isə  tarixi  bəlgə 
sarıdan  sıxıntı  çəkmir.  
Beləliklə,
 
bəzi  Dünya 
xalqlarının  ortaya  çıx-
dığı bəlli bölgələrin or-
tasında,  ilk  mədəniyət 
beĢiyi Ön
 
Asiyada türk 
etnosunun  doğulduğu 
Atayurd belə görünür: 
                                                 
100
  ИДВ, 1988, 40-41. 
101
  Azər xalqı, 47-53. 
102
  Самойлович, 1935, 119. 


 
219 
Ön Asiyada türk etnosunun qədim etnik-kultur arealı 
zaman-zaman daralsa da, vaxtilə buradan getmiĢ saqa-
qamər  boylarının  qayıdıĢı  türk  etnik  sıxlığını  xeyli 
artırıb,  protoazər  boylarını  dirçəltdi.  Saqa  və  qamər 
boylarının  Azərbaycana  qayıdıĢı  Azər  xalqının  və 
azər türkcəsinin yaranma prosesini baĢa çatdırdı.
 
Azər 
xalqı formalaĢana qədər Atayurdda keçirdiyi protoazər dövrü m.ö. II mini-
lin ortalarından baĢlayıb m.ö.VII əsrə
 
qədər
 
davam
 
etmiĢdir.
 
Türk boyları-
nın Atayurddan ikinci
 
böyük
 
köçü (m.ö. II minil) burada qalan türk etno-
sunun demoqrafiyasında böyük itki və etnik seyrəlmə ilə nəticələnsə də, 
artıq m.ö. XV əsrdən sonra lokal bölgələrdə qalan türk boyları içində dörd 
dialekt üzrə protoazər dilinin və  xalqının  formalaĢma  prosesi  də  baĢlan-
mıĢdı. Bu baxımdan, ikinci Atayurdda formalaĢan digər türk xalqlarından 
fərqli olaraq, Ata ocağında qalan azər-xəzər boylarının Atayurdu kənarda 
deyil, prototürk yurdunun içində idi. Bu yurdun güney və güney-batı coğ-
rafi hüdudları xeyli içəri çəkilmiĢ, oralar baĢqadilli etnoslarla dolmuĢdu. 
Zaman-zaman Azərbaycana saqa-qamər, hun, bulqar, subar, qıpçaq, oğuz 
boylarının qayıtması azər etnik coğrafiyanın bərpa oluması ilə nəticələndi. 
 
Ərəbdilli  qaynaqlarda
 
«Azərbay-
can  xəzərlərin  ölkəsidir»  və
 
«Azərbay-
can  qədimdən  türklərin  yaşadığı  ölkə-
dir» kimi  deyimlər  gerçək  durumu bil-
dirirdi.
103
 
Bugünkü  azər  türklərinin  ya-
Ģadığı etnik coğrafiya vaxtilə protoazər 
boylarının  yayıldığı
 
tarixi
 
coğrafiyanın 
hüdudları
 
ilə üst-üstə düĢür: 
Saqa kulturunun Ön Asiyada ya-
randığını
 
vurğulayan
 
tanınmıĢ  rus  ta-
rixçisi M. Ġ. Artamanovun fikrini «mə-
sələyə düzgün yanaĢma» kimi dəyərləndirən B.V.Texov arxeoloji bəlgə-
lərə
 
söykənərək
 
yazır ki,
 
saqa boyları Qafqazın və
 
Qaradənizin quzeyinə 
getməmiĢdən öncə uzun müddət Ön Asiyada yaĢamıĢlar. Saqa kulturunu 
                                                 
103
    Бцнйадов,
 
1989,  174;    Azər  xalqı,  10-33;    Ġbn  Xordadbeh  ərəblərə  qədər  Aran, 
Curzan  və  əs-Sisacan  bölgələrinin  xəzərlərə  tabe  olduğunu  yazırdı  (Ибн  Хордадбех, 
1986, 108). 
 
Protoazər 
Atayurdu 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə