«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə104/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   100   101   102   103   104   105   106   107   ...   122

 
223 
Son  4-5  minildə  türk  boylarının  Avrasiyada  çox  geniĢ  ərazilərə 
yayılmasına  baxmayaraq,  ikinci  Atayurd  o  qədər  də  çox  deyil,  minillər 
boyu  yalnız  bir  neçə  etnik-kultur  bölgədə  yaranmıĢ  dialekt  yaxınlığı  və 
etnoqrafiya  eyniliyi  ilə  bütöv  görünən  türk  xalqlarının  sayı  qədərdir. 
Tarixi  köçlər  nəticəsində  ikinci  Atayurddan  çıxıb,  baĢqa  bir  etnokultur 
bölgədə üçüncü Atayurd  yaradan boylar da vardır. Bu  yurdları
 
batıdan
 
doğuya sıralasaq,
 
səkkiz əsas yurdun
 
Anadolu-Azərbaycan,
 
Quzey Qafqaz
 
ilə Azaq dənizi yaxası, Ġtil-Ural bölgəsi, Orta Asiya ilə Qazaxıstan, Doğu 
Türküstan,  Altay-Tuva  və  Baykal
 
bölgələrində
 
yerləĢdiyini  görmək 
olar.
108
  
Bu yurdlardan
 
bir
 
neçəsini gözdən keçirək:
 
(1) Türk
 
xalqlarının
 
ikinci
 
Atayurdu
 
baxımından
 
klassik
 
örnək olan 
Anadolu həm də özəl etnik tarixi ilə seçilir. Belə ki, prototürklərin Ġlkin 
Atayurdunda batı bölgələri təĢkil edən Doğu və Güney-Doğu Anadoluda 
m.ö. III minildən sonra türklərin etnik seyrəlmə olayı yaĢansa da, burada 
qalan
 
azsaylı
 
qaĢqay,
 
urmu,
 
subar//sabir, kuman
 
(iki ayrı
 
bölgədə), matien-
ermən, kumuq və baĢqa türk boyları saqa-qamər boylarının qayıdıĢından 
sonra xeyli dirçəlsə də, Mada çağından islama qədər ayrı-ayrı dövlətlərin 
təsir  dairəsində  olduğu  üçün  ayrıca  dövlət  qura  bilmədilər.  Asur-Urartu 
dövlətlərinin arasında 250 il müstəqil qalan Subar bəyliyi də m.ö. 672-də 
Asur çarı Asarxaddon tərəfindən yağmalanıb dağıdılmıĢdı. 
                                                 
108
 Bu ikinci Atayurdlar yanlıĢ olaraq, türklərin ilk Atayurdu sayılmıĢ, hər bir yazar sub-
yektiv  baxıĢla  uyğun  bildiyi  bölgəni  ilkin  Atayurd  kimi  seçmiĢdir.  Ona  görə  gə  «Türk 
tarixi» kitablarında elmdən uzaq (bir neçə ilkin yurdu olan) bir durum ortaya çıxmıĢdır. 


 
224 
 Azaq yaxalarından m.ö.VIII əsrin sonunda Anadoluya qayıdan qa-
mər boyları burada bəylik qurmuĢdu. Azırbaycandakı Saqa elinin batıda 
uzantısı olan Qamər bəyliyi Anadolunun quzey-batısında idi, buradan batı 
və doğu bölgələrə vaxtaĢırı yağma akınları edən qamər atlı alayları Asur, 
Urartu və Friqiya dövlətlərinin yıxılmasında mühüm rol oynamıĢlar. An-
caq Lidiya kralı Aliatt onları yenəndən sonra Qamər bəyliyi zəifləyib da-
ğıldı. Lemni adasında təxminən m.ö. 690-larda göytürk və etrusk əlifba-
larının ortaq variantı olan bir abc ilə Aker Taqar Ģadın bəngüdaĢına türcə 
yazılan yazının da qamərlərə aid olduğunu güman etmək olar. Hələlik bu 
yazı bəlli olan qədim türk yazılarının ən qədimidir.  Ümumiyətlə, qədim 
türk bəlgələri ilə dolu olan Anadoludan tarixçiləri Ģoka salacaq bəlgələrin 
zaman-zaman  otraya  çıxacağına  əminəm,  necə  ki,  haqqında  öncə  yazdı-
ğım güney-doğu bölgədəki Kuman bəyliyi ərazisindən (Hakkari) bu  ya-
xınlarda ən qədim türk daĢbabaları üzə çıxdı.   
  Əvvəllər Qamər bəyliyi olan bölgəyə soralar vaxtaĢırı  sızan  bun-
türk, vənənd, qıpçaq və sair boylarla baĢlanan konsolidasiya oğuz-səlcuq 
axınları ilə gücləndi. Türkmənistandan gələn köçlər burada mövcud olan 
dərəbəyliklərin toparlanıb dövlət qurmasına Ģərait yaratdı. Osmanlı
 
impe-
riyası
 
Anadolunu burada toparlanan yerli və sonradan gələn türk boyları-
nın ikinci Atayurdu kimi qurulmasına Ģərait yaratdı. Ulu Atatürksə bütün 
türk xalqlarının güvənc yeri olan bu Atayurdun Türkiyə, millətin türk adı 
daĢımasını rəsmiləĢdirdi. Beləliklə, Ulu Türk Babanın qədim ocağında 
Ġlkin Atayurdun bir parçası və  yeni Atayurd olan Anadoluda doğulan 
sonbeĢik yavrular baĢqa bölgələrdə yaĢayan qardaĢların sırasında «türk» 
adı daĢımaq Ģərəfinə nail oldular. 
(2)  Qut
 
ilə  Saqa  çağı  arasında  Azərbaycan  bölgələrinin  protoazər 
(m.ö.XXIII-VII əsr),
 
sonralar
 
da azər//xəzər boylarının ikinci Atayurduna 
çevrilməsi haqqında  yuxarıda danıĢmıĢdıq. Bu  yurdun özəlliyi ondadır ki, 
bütövlükdə ilkin yurdun sıxılmıĢ sınırları daxilindədir və burada yaranan 
dialektlər prototürk dialektlərinə məxsus əlamətlərin bəzisini donuq for-
mada  saxlamıĢdır.
109
 
Məsələn,  prototürk  çağından  qalma  d~y,  r~z,  l~Ģ, 
k~s,  k~Ø  dialekt  fərqləri  ayaq~adaq,  ir~iz,  dəl~deş,  qarı~sarı  «qarĢı», 
gen~en  və  sair  bu  kimi  sözlərdə  qalmıĢdır.  Bu  son  dialekt  fərqi  hətta 
xəzər~azər etnonimində də əks olunmuĢdur.  
                                                 
109
 Ъялилов, 1986.  


 
225 
ÇağdaĢ türk dillərində olan daxili dialekt fərqləri dörd azər dialekti 
arasındakı qabarıq fərqlər dərəcəsində deyil. Bir sıra türk boylarının və 
türk dialektlərinin
 
çarpazlaĢdığı
 
regionda
 
formalaĢan
 
azər dili sanki əksər 
türk  dillərinin  mikroproyeksiyasını  əks  etdirir  ki,  bu  da  doğal  durumdur, 
çünki həmin türk dillərində görünən dialekt özəlliyi buradan - Atayurddan 
aparılmıĢdır.  Ona  görə  də,  eyni  xalqa  məxsus  dialektlər  üzrə  yaranmıĢ 
boyadları (xəzər-azər, alban-aran) altında  ayrı-ayrı xalqın olması guman 
edilmiĢ  və  yabançı  qaynaqlarda  kəskin  fərqlənən  dialektlər  müxtəlif  dil 
sayılmıĢdır.
110
 
 
(3; 8) Türk boylarının ikinci Atayurdu kimi  yaranan Azaq yaxası 
ilə  Quzey  Qafqaz  arasındakı  bölgənin  demoqrafik  xronologiyası  digər 
analoji yurdlardan mürəkkəb etnokultur durumu ilə fərqlənir. Belə ki, bu 
bölgənin Böyük Qafqaz dağlarına uzanan hissəsi protoqafqaz xalqlarının 
ilkin Atayurdu sayılsa da, artıq m.ö. III minillikdə burada Güney Qafqaz və 
Ön Asiya ilə əlaqə görünür. Həmin çağın Maykop kulturuna adını vermiĢ 
Maykop kurqanında basırıq nəsnələri Anadolu (Alacahöyük), Ġkiçayarası 
və Güney Azərbaycan basırıqlrı ilə tipoloji baxımdan yaxındır.
111
 
Quzey 
Qafqazdan  Kuban  çayına  qədər  uzanan  Maykop  kulturuna  aid  bölgədən 
doğuda isə Quzey Osetiya, Çeçen-ĠnquĢ eli və Dağıstan Kür-Araz kulturu-
nun quzey-doğu sınırları  içində idi. Qayakənd-Xoroçoy kulturu ilə Dağıs-
tan və Çeçen elinin dağlıq bölgəsi m.ö. II minilin ortalarından sonra da 
analoji Azərbaycan arxeoloji kulturuna bağlı idi. Bundan sonrakı dövrlə-
rin  əlaqələri  isə  artıq  yazılı  qaynaqların  verdiyi  bəlgələrə  əsaslanır.  Ön 
Asiyadan  Quzey-Qafqaza keçən qədim saqa-qamər boyları,  Ural-Ġtil arası 
bozqırı
 
keçib,
 
Avropa
 

 
Qafqaz bölgələrinə girən hun,
 
avar,
 
bulqar,
 
subar, 
kuman-qıpçaq  boyları  və  zaman-zaman  burada  üzə  çıxan  təpərli  barsil-
xəzər və peçeneqlər haqqında xeyli yazılı bəlgə vardır.
 
Bir-birinin ardınca
 
gələrək  Azaq  və  Qara  dəniz  yaxaları  ilə  Xəzər
 
arasındakı  bozqırlarda 
oturan bu türk boylarının burada qırılmadan davamlı tarixi iki minildən 
artıq bir dövrü əhatə edir. Həmin zaman kəsiyində buradan gedən və ge-
dib qayıdan türk boyları da olmuĢdur.  
                                                 
110
  ÇağdaĢ  azər
 
dili
 
oğuz
 
dialektlərinə
 
söykənir,
 
lakin
 
quzey-doğu
 
bölgələrdə
 
saitlərin
 
daralması (yurğanuğlan) kimi qıpçaq ünsrü də özünü göstərir. Yalnız türkmən, türk 
(Kıprıs) və azər dilində iĢlənib, I Ģəxsin cəmini bildirən -q/-k (alaq, gələk) Ģəkilçisi baĢqa 
türk  dillərində  yoxdur,
 
feilin  əmr  forması  I  Ģəxsdə  -ım  (alım)  Ģəklçisi  ilə  yalnız  azər 
dilində iĢlənir. BaĢqa dillərdəki ur- feili azər dlində (vur-) «çuvaĢizm» kimi görünür. 
111
 Мизиев, 1990, 21-22. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə