«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə108/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   104   105   106   107   108   109   110   111   ...   122

 
235 
problemini, prototürk və protoazərlərin Atayurdu məsələlərini Ģərh edər-
kən bilgi və xəritələr vermiĢdik. 
Bir daha dövlət və etnik coğrafiya məsələsinə qayıdıb, qeyd etmək 
lazım gəlir ki, kənar dövlətin sınırları daxilinə düĢən etnik coğrafiyanın 
müəyyən  bölgələrinə  baĢqa  etnosların  köçürülməsi  olayı  və  yaxud  yerli 
etnosun  bu  bölgələrdən  deportasiya  edilməsi  siyasəti  olmayanda  etnik 
demoqrafiya pozulmur. Belə ki, m.ö. 2200-2109-cu illər arasında bir əsrə 
yaxın Güney Azərbaycanda Qut dövlətini quran prototürklər artıq bir neçə 
ildən sonra Akad, Elam və Sumer kimi qüdrətli dövlətləri də özünə tabe 
etmiĢ və bu ölkələri Qut dövlətinin sınırları içinə almıĢdır. Lakin qutlar 
həmin  ölkələrdən  yalnız  vergi  almaqla  kifayətlənmiĢ  və  yerli  əhalinin 
demoqrafiyasını poza bilən olaylara rəvac verməmiĢlər. 
Sonralar  Azərbaycanın  qonĢu-
luğunda qurulan bir sıra dövlətlər isə 
azər  etnik  coğrafiyasının  sınırlarını 
daraldan  siyasət  aparsalar  da,  yalnız 
periferik bölgələrdə bu sınırların içəri 
çəkilməsinə nail ola bilmiĢlər. Bütöv-
lükdə  isə  etnik  coğrafiyanın  mərkəzi 
bölgələri  demoqrafik  dəyiĢikliyə  heç 
uğramamıĢdır. Hətta sasani Ģahlarının 
Güney  Qafqaza
 
köçürdüyü  irandilli 
tayfalar və türk hökmdarlarının saray 
dili  kimi  fars  dilinə  verdiyi  üstünlük 
də xalqın danıĢıq dilini və etnik özəl-
liyini poza bilməmiĢdir. Örnəyin, 5-6 
minil əvvəlki Təbriz türklərinin antro-
poloji tipi bugüngü təbrizlilərdən fərqlənmir. Qut və lulu boylarının Qa-
rabağ türklərilə eyni antropoloji tipə aid olduğunu hələ yüz il öncə yazan 
fransız uzmanın fikrilə razılaĢan Ġ. M. Dyakonovun özü də Azərbaycanda 
əhalinin dəyiĢmədən davamlı yaĢadığını göstərən bəlgələrin müqayisəsini 
vermıĢdır.
122
 
Xilafət çağında Azərbaycana köçürülən ərəblər isə  sayca  az  oldu-
ğundan yerli azərlərin içində əriyib
 
dillərini itirmiĢlər.
 
Azərbaycana köçən
 

 
ya
 
köçürülən digər azsaylı xalqlar da burada türklərin əsas toplum kimi 
tanınmasına, əsas ünsiyət vasitəsi kimi azər türkcəsinin statusuna mane 
                                                 
122
 Дьяконов, 1956, 104, 116. 


 
236 
olmamıĢ, azər dilini könüllü olaraq, ikinci dil kimi mənimsəmiĢlər. Yerli 
azərlərin etnik özəlliyi olan tolerantlıq müxtəlif dilli etnosların azər etnik
 
coğrafiyasında bərabərhüquqlu yurddaĢ kimi yaĢamasına Ģərait yaratmıĢ-
dır.
123
 
Ərəblərin assimilyasiya olunma səbəbini isə onların azsaylı olma-
sı ilə izah edən P. K. Jüzenin fikrinə haqq qazandıran akad. Z. Bünyadov 
yazır:  «Azərbaycandakı  ərəblər 
ərəb  mədəniyəti  mərkəzləri  ilə 
əlaqəni itirdikdən sonra tədricən 
ana  dili  və  adətlərini  unutmağa 
baĢlayıb,  yerli türk əhalinin di-
lində danıĢmağa keçdilər».
124
 
Azərbaycanın  etnik  coğ-
rafiyasını  m.ö.  III  minildən  is-
lamaqədər yazılı qaynaqlar üzrə 
izləmək  mümkündür.  Prototürk 
boylarının  Quzey  Ġkiçayarasında 
Subar  ölkəsi  adlanan  ərazilərdə 
kiçik  bəylikləri,  Azərbaycanın 
mərkəzi  və  güney-batı  bölgələ-
rində Aratta,  Lulu, Qut və Turuk dövlətləri, protoazər boylarının Subar, 
Kuman bəylikləri haqqında mixi yazılarda verilən bəlgələrdən III bitikdə 
söhbət açılacaqdır. Burada adı çəkilən siyasi qurumların yalnız bəzi etnik 
                                                 
123
  Əlbəttə,  qədim  türk  yurdu  olan  Ermənistandan  XX  əsrdə  azərlərin  bir  neçə  dəfə 
deportasiya olunması, Güney Azərbaycanda azər türkcəsinin iĢlənməsinə rəsmi dairələr-
də qadağa qoyulması azər etnik coğrafiyası daxilində baĢ verən tarixi ədalətsizlikdir və 
vaxtilə  azərlərin  öz  yurduna  buraxdığı  gəlmə  hay  və  farsların  nankorluğudur.  Bugün 
Quzey  Azərbaycan  dövlətinin  sınırlarından  kənarda  yalnız  qardaĢ  Türkiyə  ərazisində 
yaĢayan  azər  türkləri  türk  soydaĢları  içində  sıxıntı  keçirmir.  Dərbənddə  azər  türkləri  öz 
dillərində  təhsil  ala  bilmir,  Güney  Azərbaycanda  isə  azər  türkləri  nəinki  öz  dillərində 
təhsil  almır,  Həmədan,  Qəzvin,  Zəncan,  Sulduz  kimi  bölgələrdə  demoqrafik  dəyiĢmə 
siyasəti  aparılır,  hətta  Arazboyu  kəndlərdə  baĢqa  dilli  xalqlar  yerləĢdirilir  və  yeradları 
dəyiĢdirilir. Vaxtilə Gürcüstanın Kaspi Ģəhərində yaĢayan azərlər artıq dillərini unutmaq 
üzrədir, azərlər Bolnisidən, Axıska türkləri (qədim  ağ saqa boyu) Axıska bölgəsindən 
zorla köçürülmüĢlər.  
      Vaxtilə azər türkcəsi böyük bir regionun ümumi ünsiyət dili idi, lakin Azərbaycanı 
Güney və Quzey hissələrə parçalayandan sonra azər dilinin bu funksiyasını quzeydə rus 
dili,  güneydə  fars  dili  əvəz  etməyə  baĢladı.  Ancaq  bütün  bu  təzyiq  və  təpkilərə bax-
mayaraq, azər türkcəsində danıĢanların sayı bugün 50 milyondan artıqdır. 
124
 Бцнйадов, 1989, 171. 


 
237 
özəlliyinə diqqəti çəkmək lazım gəlir. Belə ki, prototürk boylarından olan 
subarlar sonrakı çağlarda təkcə azər və türkmənlərin deyil, bulqar (tatar), 
karaçay-balkar, baĢqord, qırğız-qazax xalqlarının da tərkibində görünür. 
Eyni durumu müəyyən fərqlərlə lulu, qut, turuq, kuman boylarına da aid 
etmək olar. 
Hələ 1937-də mixi  yazılar üzrə görkəmli alim Benno  Landsberger 
böyük  ehtimalla  qutlari  qədim  türk  boyu  kimi  gündəmə  gətirmiĢdir.  Bu 
münasibətlə o yazırdı:  «Gutium yaxud Kutium xalqının adındakı akadca 
nisbət Ģəkilçisi olan qismini ayırsaq, kut qalır. Əgər çox mühüm olan əla-
mətlər bizi aldatmırsa, tarixdə türklərlə  ən  yaxın  bir surətdə münasibətdə 
olan, hətta bəlkə də, eyniyət göstərən tayfa budur».
125
 
Adın kut-(ium) Ģəklində ayrılmasını düzgün sayan K. Balkan sami 
dilinə  aid  -ium  Ģəkilçisinin  akad-asur  yazılarında  geniĢ  iĢləndiyini  qeyd 
edir. O, mixi yazılı qaynaqlarda kut (qut) dilindən qalmıĢ sözlərin böyük 
bir  siyahısını  vermiĢdir.
126
 
K.  Balkanın  məqaləsində  verilən  siyahıdakı 
adların bir qismi qut sözü olmasa da, Akan, Arıç (ArıĢ), Arıçkan, Daban, 
Gaqani, Xuxan, SaruĢ, Saratiqubisin, Sarualsin, Mekan (Mokan?), Ġgiman, 
Binqanu, Ġkkizan, Tukkizan adları diqqəti çəkir. Son adlarda ( 
Ġ
Ġk-ki-za-
an, Tu-uk-ki-iz-za-an) isə ekiz, doqquz sözləri görünür. Əski Babil çağında 
yazıya alınmıĢ Bi-ga-an (Bican) Ģəxsadının qutca olması isə Ģübhə doğur-
mur, çünki qaynaqda ŠÀ.ERĠN qu-ti-ú

  «qut ərəni Biqan» deyimi ilə 
verilmiĢdir.
127
 
Əski Akad çağına aid bir yazıda isə qut Ģəxsadındakı ilk 
heca (və ya səs) pozulsa da, sonrakı [x]-ušš-du-ga-an (…uşduqan) hissəsi 
türkcə  səslənir.
128
 
Qut  dövlətinin  qurulmasında  böyük  xidməti  olan  qut 
elbəylərindən Erridupizirin
 
(Enridapizir)
 
Ģərəfinə Sumerdə
 
qoyulan yazıda 
deyilir: da-núm šàr gu-ti-im ù ki-ib-ra-tim ar-ba-im «qüdrətli kişi, Qutiu-
mun və cahanın dörd bucağının çarı».
129
 
                                                 
125
 Landsberger, 1992, 8;  B. Landsberger və K. Balkanın qut boyu haqqında yazıları ilə 
(bu yazıların surətini mənə verən III Bitiyin elmi redaktoru Mirheydər Mirzəyevə təĢək-
kür  edirəm)  tanıĢ  olmamıĢdan  əvvəl  mən  də
 
quti  boyadının  qut  sözündən  yarandığını
 
yazmıĢdım
 
(Ъялилов,  1988  a;  Azər  xalqı,  2000,  245-246);  Yeri  gəlmiĢkən  qeyd 
edək  ki,  bu  adın  qut  (kut)  Ģəklində  yazılması  daha  doğrudur,  lakin  saq,  man,  mad 
boyadlarının  saqa,  mana,  mada  kimi  yazılması  elmi  ədəbiyatda  gələnəyə  çevrildiyi 
üçün bu adın da bəzi məqamlarda quti Ģəklində yazılıĢı da mümkündür.  
126
 Balkan, 1992;  
127
 Eyni qaynaq, 27. 
128
 Gelb, I. 383. 
129
 Balkan, 1992, 27. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə