«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə109/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   105   106   107   108   109   110   111   112   ...   122

 
238 
Qutlardan  sonra  Urmu  gölünün  güneyində  prototürklərin  Turuk 
bəyliyi m.ö. XIX-XVIII əsrlərdə Azərbaycana soxulmaq istəyən Asur 
ordularının  qarĢısını  aldı.  Sonralar  turuk  (türk)  boyları  artıq  doğu  ölkə-
lərdə  görünməyə  baĢlayır.  Turuk  adı  türk  sözünün  qədim  variantı  olsa 
da,  bəzi  bölgələrdə  günümüzə  qədər  saxlanmıĢdır.
130
  Azərbaycanın  türk 
yurdu olması, türklərin buradan doğuya köçməsi türk dastanlarından Çin 
qaynaqlarına sızan bilgilərdə də öz əksini tapmıĢdır. Türk (turuk) adını 
tukyu  kimi  verən  Çin  qaynaqları  onların  Azərbaycandan
 
çıxdığını
 
qeyd
 
edir.
 
Qaynağa görə,
 
öncə
 
Xəzərin
 
(Batı
 
dənizin)
 
batı tərəfində (yəni Azər-
baycanda) yaĢayan tukyular Su çarlığından çıxmıĢ və Aşina soyu Xəzə-
rin doğusunda Kao-Çanq ölkəsinə, sonra buradan cücenlər ölkəsinə keç-
miĢlər.
131
  Azərbaycanda  su  və  subar  adlı  boyların  isə  m.  ö.  III  minildən 
üzübəri bir neçə siyasi qurumu olmuĢdur.
132
 
 
 Göytürk  yazısında  Qapağan  vurğulayır  ki,  idarə  etdiyi  dövlət  65 
ulu babası tərəfindən qurulub. Əgər bu 65-i soy  (nəsil) tarixi (35-40) ilə 
hesablasaq,  təxminən  m.ö.  XIX-XVII  əsrlərdə  Urmu  yaxasında  qurulmuĢ 
Turuk bəyliyinin tarixinə uyğun gələr. Turuk boylarının buradan doğuya 
getməsilə onların adına «doğu» anlamlı göy sözünün qoĢulma səbəbi də 
aydınlaĢır. Batıda qalan turuk boylarından fərqli olaraq, göytürklər (doğu 
turuklar) doğuda möhtəĢəm Göytürk Elini (dövlətini) qurdular. 
Təbəri
 
qədim
 
qaynaqlarda
 
Azərbaycanın  türk  ölkəsi  (məmləkəti) 
kimi verildiyini yazır. O yazır ki, Musa peyğəmbərin vaxtında Ġranın mi-
fik hökmdarı Mənuçehrə tabe olan və müharibələrdə göstərdiyi igidliklə-
rə görə Er-Ra‟iĢ ləqəbini alan Yəmən hakimi Haris bin Ebu-Südad yürüĢ-
lərindən birini Mosula yönəldir. Atlı bölüklərə ġemir bin Attaf adlı birini 
baĢçı təyin edib türk məmləkətinə göndərir. Bu bəlgən Təbəri  velə verir: 
    «ġemir  Azərbaycana  sahib  olan  türklər  üzərinə  yürüdü,  savaĢ  ərlərini 
öldürərək  çoluq-çocuqlarını  əsir  aldı.  Sonra  bu  səfərdə  olub-bitənləri  iki 
daĢın üzərinə yazdırdı ki, bunlar Azərbaycanda marufdur». 
133
 
 
                                                 
130
 Так, в конце ХВЫЫЫ в. «жительствующие под разными именами как в России, 
так и вне оной татарские  поколения называются иногда татарами, а иногда, да и 
наибольше,  туруками,  турками  и  туркоманами»,  а  язык,  которым  они  говорят, 
именовался  «турукским  или турецким языком, который называют они иногда  и 
туркостанским» (Благова, 1972, 115). 
131
 Göyalp1977, 100-101. 
132
 Юсифов, 1983; 1987; Azər xalqı, 2000, 129-134.
 
133
 Taberi, II. 1991, 540. 


 
239 
Fars  və  ərəbdilli  qaynaqlarda  Azərbaycan  haqqında  olan  bəlgələri 
ilkin mənbədən oxuyan iki böyük alim Z. V. Toğan və Z. Bünyadov ya-
zırlar ki, ərəblərin ən əski tarixçisi  Ġbn HiĢam  «Kitab ət-tîcân»  əsərində 
verdiyi  məlumata  görə,  xəlifə  Müaviyə  bin Süfyan  yanındakı  Ubayddan 
(Abid  ibn  ġariyədən)  Azərbaycan  haqqında  soruĢanda  o,  «Azərbaycan 
əskidən  türklərin  məskun  olduğu  bir  ölkədir»  -  deyə  izahat  verir. 
«Mücməl  ət-tavarix  və‟l-qisəs»  əsərinin  iranlı  müəllifinə  görə,  ərəb  Him-
yari  hökmdarlarına  aid  rəvayətlərdə  Azərbaycanın  türklərə  (Əfrasiyaba) 
aid olduğu qeyd edilmiĢdir.
134
 
Bu bəlgə hər iki tədqiqatçının diqqətindən 
yayınan Təbərinin yuxarıda verdiyimiz məlumatı
 
ilə
 

 
üst-üstə  düĢür. 
Təbəri  hətta  Əfrasiyabın  (Alpər  Tunqa)  Musa  peyğəmbərlə  eyni  çağda 
yaĢadığını yazmıĢdır.
135
 
Qədim  qaynaqlar  daha 
çox  Azərbaycanın  güney-batı 
və batı bölgələri haqqında mə-
lumat verir. Azər etnik coğra-
fiyasının  güney-batı  sınırı  qə-
dim  dünyanın mədəniyət  beĢi-
yi sayılan Ġkiçayarasına soykə-
nən Mosul, Ərbil və Qut döv-
lətinin paytaxtı olmuĢ Kərkük 
(Arapha) bölgələrini əhatə  edir. Ərbil  günümüzəcən qalmıĢ  dünyanın  ən 
qədim Ģəhəri sayılır. (Son dönəmlərdə kürdləĢən bu Ģəhərin də demoqra-
fiyası son illərdə sürətlə dəyiĢməkdə, daha doğrusu, dəyiĢdirilməkdədir. 
Bozqırlı türk boylarından fərqli olaraq, Atayurdda qalan prototürk 
boyları oturaq yaĢama üstünlük vermiĢlər. Bu baxımdan, azər etnik coğra-
fiyasında protoazər boyları içində köçərilər olmamıĢdır. Əhalinin cüzi his-
səsi isə yarımköçəri yaĢamlı olub, əsasən Zaqros, Kiçik və Böyük Qafqaz 
dağlarındakı  yaylaqlarda  heyvandarlıqla məĢğul idi. Həmin gələnəyi bu-
gün də padar, qaĢqay, Ģahsevən, ayrım, tərəkəmə boyları davam etdirir.
 
 
Vaxtilə prototürk Atayurdunun bir parçası olan Kərkük,
 
Ərbil və
 
Mosul  bölgələrinin  sonradan  protoazər  boylarının  Atayurdunda  önəmli 
yeri olmuĢdur. Bugün də özlərini türkman adlandıran soydaĢlarımızın da-
nıĢıq dili təmiz azər türkcəsidir. Türk dünyasına baĢucalıq gətirən Füzuli 
                                                 
134
 Togan, 1981, 174, 457;  Бцнйадов, 1989, 174. 
135
 Taberi, II. 1991, 533. 


 
240 
kimi  söz  ustadı  yetiĢdirmiĢ  türkmanlar  bugün  öz  dillərində  təhsil  almaq 
hüququndan  məhrumdurlar.  Nə  yazıq  ki,  Ġraq  dövlətinin  sınırları  içində 
qalmıĢ bu bölgələr üçün qarĢıda daha bəlalı günlər gözlənir, çünki bu bə-
rəkətli bölgəyə vaxtilə sami tayfaları gəlib yerləĢmiĢdisə, indi azər etnik 
coğrafiyasının bu qədim mədəniyət beĢiyində gözü olan çağdaĢ imperiya-
lar vardır. Bu bölgələrdə ərəb və kürdlərin əhatəsində qalmıĢ türkmanla-
rın sayı ilbəil artmaqdansa, get-gedə azalır. 
Azərbaycanın etnik coğrafiyasında
 
güney
 

 
güney-doğu
 
bölgələrin 
demoqrafik durumu da ürək açan deyil. Vaxtilə güney qonĢuluqda yaĢa-
yan elam və kassi boyları dilini itirib assimilyasiya olunmuĢlar. Ərəbdilli 
qaynaqlara  görə,  hələ  X  əsrə  qədər  Xuzistanda  «yəhudi,  ərəb  və  pers 
dilinə bənzəməyən bir dildə danıĢan» tayfalar vardı.
136
 
Əgər bunlar azər 
türkcəsində danıĢan qaĢqaylar deyilmiĢsə, onda elam və ya kassilərdən 
qalma və sonralar farslaĢan, daha doğrusu fars dilinə yaxın bir dialektdə 
danıĢan lur (lor) boyları ola bilərdi. Luristandan quzeydə, qədim Turuk 
bəyliyinin ortaya çıxdığı bölgədə, Suldus ovalığında indi türk dilini dəyiĢ-
miĢ kürdlər üstünlük təĢkil edir. Onlar da fars dilinin təsiri altına düĢüb, 
bu dilə bənzər bir dialektdə danıĢırlar. 
Azərbaycanda  qurulan  bir  neçə  dövlətin  paytaxtı  olmuĢ  Həmədan 
doğudan gələn Ġpək yolunun Azərbaycana açılan qapısı idi. Daha qədim 
çağda Həmədan lazurit ticarətində tranzit məntəqə olub, Aratta ilə Sumer 
arasındakı ticarət əlaqələrində mühüm rol oynayırdı. Bu bölgəyə ilk dəfə 
irandilli boylardan bəziləri Mada eli çağında gəlmiĢdir. Bu boylardan bi-
rinin adı öz dillərində elə «ari boyu» (arya-zantu) adlanırdı. Ġsfəhan, Teh-
ran ətrafında irandilli tayfaların m.ö.VIII əsrin ortalarından sonra məskun-
laĢdığını qeyd edən Mada tarixi üzrə tanınmıĢ tədqiqatçı Ġ. M. Dyakonov 
yazır ki, onlar Güney Azərbaycana m. ö.VII əsrə qədər girməmiĢdilər.
137
 
Həmədandan doğuda olan Xorasan vilayəti Azərbaycan etnik coğra-
fiyasından kənarda qalsa da, burada azər dilinə yaxın ləhcədə danıĢırlar. 
Xorasan əhalisinin türklərlə qardaĢ (eyni soylu) olduğunu vurğulayan ərəb 
yazarı Cahiz onların yalnız oturaq və yarımköçəri yaĢam tərzinə görə 
fərqləndiyini yazır: «Xorasanlılar ilə türklər arasındakı fərq ovalarda otu-
ranlarla dağlarda oturanlar
 

 
ya
 
yüksək yaylalarda oturanlarla çuxur
 
yerdə 
oturanlar arasındakı fərq kimidir».
138
 
 
                                                 
136
 Дьяконов, 1967, 93. 
137
 Дьяконов, 1956, 148-151. 
138
  Cahiz, 1988, 42. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə