«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə112/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   108   109   110   111   112   113   114   115   ...   122

 
246 
məqbul sayılan terminlər olsa da, tarix, dilçilik, etnoqrafiya, etnogenez və 
türkologiya elmində yalnız dolaĢıqlıq yaradır. Ermənistan azərbaycanlıları, 
Gürcüstan azərbaycanlıları, Dağıstan azərbaycanlıları və ya «ermənistanlı 
azərbaycanlı»  kimi  elmdən  uzaq  ifadələrin  ortaya  çıxmasına  səbəb  olan 
və əslində vətəndaĢlıq bildirən bu termin milli tariximiz baxımından qü-
surludur.
 
Belə ki, bugün Azərbaycandan kənarda qalan Dağıstan, Borçalı, 
Ġrəvan, Mosul, Kərkük, Xorasan və sair bölgələrdə yaĢayan azər türklə-
rinə vətəndaĢlıq bildirən bir terminlə «azərbaycanlı» deyilirsə, bu onların 
həmin bölgələrdə yerli xalq olmadığını zehinlərə hopdurur.
149
  
Etnik coğrafiyanın  əsas  atributu dildir,  lakin bu coğrafiyanın  etnik 
demoqrafiyasını müəyyən etmək üçün dil, antropologiya, arxeologiya və 
onomastika  ilə  yanaĢı  etnoqrafik  bəlgələr  də  diqqətə  alınmalıdır.  Belə  ki,  
müxtəlif  elm  sahələrinin  verdiyi  informasiya  üst-üstə  düĢəndə  çıxarılan 
nəticənin elmi tutumu böyük, arqumentləri güclü olur. Məsələn, əgər biz 
azər etnik coğrafiyasında saqa (skit) boyunun kimliyini müəyyən etmək 
istəyiriksə, onlara aid etnik atributların hansı etnosa aid olduğunu ortaya 
çıxarmalıyıq. Bunun üçün isə müqayisəli metoddan istifadə etmək lazım 
gəlir. Azərbaycanda m.ö. VII əsrdə dövlət quran saqa boylarının onomas-
tikası, antropoloji və arxeoloji bəlgələri ilə yanaĢı, etnoqrafiyasında görü-
nən ölü basdırma adəti, at südü (qımız) içməsi və hətta baĢına qoyduğu 
papağın forması baĢqa türk boylarında təkrar olunur. Antik çağ yazarları-
nın  bəzi  saqa  boyuna  «ĢiĢpapaqlı»  deməsi  və  əhəməni  yazısında  bunun 
təkrar olunması, Azərbaycanda ĢiĢpapaq qoyulması gələnəyinin XX əsrin 
əvvəlinə qədər davam etməsi, barelyef və rəsmlərdə ĢiĢpapaq saqa-qamər,
 
hun, kuman türklərinin təsviri
 
aydın göstərir ki,
 
bu etnoqrafik özəllik bəzi 
türk boylarına aiddir. TadeuĢ Wasilewski yazır ki, bulqarların da baĢında 
qoyun  dərisindən  bir  «ĢiĢ  papaq  olurdu» 
(czapki nosili wysokie).
 150
 
 
 
Saqaların türk boylarından olmasını 
göstərən  önəmli  etnoqrafik  bəlgələrədən 
biri  də  bəzi  türk  boylarının  basırıqlar  ya-
nına qoyulan daşbaba gələniyidir. Belə ki, 
bir-birindən  çox  uzaq  məsafədə  yerləĢən 
və  aralarında  böyük  zaman  fərqi  olan  bu
 
                                                 
149 
 Ona görə də, Azərbaycan xalqı, Azərbaycan türkcəsi deyimlərilə paralel qədim tarixlə 
bağlı müəyyən məqamda azər xalqı, azər dili terminlərinin iĢlənməsi də məqbuldur.
 
150
 ЩБ, 1988, 37. 


 
247 
daĢbabaların  hər  ikisinin  də  eyni  kanonok  atributlarla  hazırlandığı,  eyni 
gələnəksəl  özəllik  daĢıdığını  çox  aydın  görmək  olur,  çünki  bu  eynilik 
Azərbaycandan aparılıb.  
Beləliklə,  azər  türklərinin  etnik  coğrafiyasını  bəlirləyən  bəlgələrin  
sərgilədiyi  mənzərədə  protoazər  boylarının  Atayurd  sınırları  daha  aydın 
görünür və bu sınırlar içində formalaĢan azər türklərilə yanaĢı az da olsa, 
bir neçə yerli və sonradan gəlmə ya da gətirilmə baĢqa dilli boylar da var-
dı.  Azər  etnik  coğrafiyasında  son  əsrlərəcən  ümumünsiyət  vasitəsi  olan 
azər türkcəsilə yanaĢı, ayrı-ayrı lokal bölgələrdə baĢqa dillər də iĢlənmiĢ-
dir. QonĢu xalqların və ayrı-ayrı yazarların müxtəlif çağlarda azər etnik 
coğrafiyasında saqa (skit), alban//aran, azər//xəzər, türk//türki, tatar, oğuz, 
muqal dili kimi müxtəlif adlarla qeyd etdiyi ümumi danıĢıq dili protoazər 
çağında azər türkü kimi formalaĢan boyların ortaq azər türkcəsi idi.  
Tarixi  coğrafiyanın  kompleks  Ģəkildə  öyrənilməsi  Ġslamaqədər 
azər türklərinin Atayurdunu və tarixi-etnik coğrafi sınırını ortaya çıxardı. 
Aydın oldu ki, azərxəzər, kaspi etnonimləri eyni xalqın dialekt fərqi ilə 
yaranmıĢ adlarıdır. Analoji durum alban və aran adlarında da təkrar olu-
nur. Son vaxtlara qədər farsmənĢəli Atropaten adından törədiyi iddia edi-
lən  Azərbaycan  sözünün  də  azər  xalqının  adından  yaranması  bəlli  oldu. 
Hayların sonradan qəbul etdiyi «ermən» etnonimi altında çox qədim çağ-
dan bəlli olan türk boyunun durması kimi əvvəllər mübahisəli sayılan bir 
sıra baĢqa problemlərin də gerçək üzü göründü. 

*           * 
Beləliklə,  II  Bitikdə tarixi coğrafiya ilə bağlı gözdən keçirdiyimiz 
oykumen, demoqrafiya və etnik coğrafiya, biosfer, kosmonimiya, coğrafi 
durum,  yollar, areal izoqlosları, paleotoponimlər,  adı və  yeri dəyiĢən to-
ponimlər, köçəri köçlərindən köklü Ģəkildə fərqlənən tarixi miqrasiyanın 
səbəbi, növləri və ilkin atayurd bəlgələri prototürk etnosunun Ön Asiyada 
yarandığını, doğu və quzey yöndə türk köçlərinin buradan baĢlandığını 
göstərir. Urmu teoriyasının əsas müddəalarını əks etdirən bu baxıĢın tarixi 
bəlgələrə söykənən elmi konsepsiya olduğunu ilk dəfə sistem Ģəklində bu 
bitikdə («Doqquz Bitik») gündəmə gətirilmiĢdir. Bu konsepsiya I Bitikdə 
verilən  antropoloji,  arxeoloji,  daĢ  fiqurlar,  damğa  və  yazı  tipologiyası, 
qonĢu xalqlar və dövlətlərlə əlaqə, sonrakı bitiklərdə isə Ġslamaqədər Ön 
Asiyada  qurulan  türk  dövlətləri,  etnoqrafiya,  mifologiya  və  folklor,  türk 
dilinin tarixi, tarixi onomastika və etnogenez bəlgələri ilə alınan sonuclar 
ilə də təsdiq olunur. 


 
248 
(II Bitiyin sonu
 
 
ƏDƏBĠYAT 
Abdullah A. Uygurcadakı çince kelimeler üzerine. TD
1
  №7, 1999 
Abrahamyan R. Pahlaveren-parskeren-hayeren-ruseren-anqleren bararan. Yerevan, 1965 
Abû’l-Farac Gregory. Abû`l-Farac tarihi (Türkceye çeviren Ö. R. Doğrul), I-II c. Ankara, 1987 
Acaroğlu M.T. Bulgaristanda türkce yer adları kılavuzu. Ankara, 1988 
Açaryan Hr. Hay dilində türkcə alınma sözlər. Moskva-VağarĢabad, 1902 (hay dilində) 
Aqatangełay. Patmutun Hayots. Tphłis, 1909 (hay dilində) 
Aqatangełos. Hayots patmutyun. Yerevan, 1983 (hay dilində) 
Ağayev T. Azərbaycanın Xızı-Bərmək mahalının tarixi. B. 1999 
Akbulut Y. Bingöl tarihi. Ankara, 1995 
Akinyan N. S.MaĢtots vardapet. Vienna, 1949 (hay dilində) 
Akçokraklı O.  Kırımda tatar damğaları. Krım, 1926; Ġstanbul, 1983 
Ayda.A. Türklerin ilk ataları. Ankara, 1987 
Ayda.A. Etrüskler (Turksakalar) türk idiler. Ankara, 1992 
Azər xalqı. (F. Ağasıoğlu. Seçmə yazılar). B. 2000; III basqı, B. 2005 
Bağramyan R. H. «Kitabi Dədə-Qorqud»da hay sözləri. ĠFJ, 1974, №1(hay dilində)  
Bailey H. W. Zoroastrian Problems in the Ninth-centuri Books. Oxford, 1943 
Baitchura  U.  On  some  principles  of    etymology.  «Annali  del  Seminario  di  Studi  dell-
‟Europa Orientale», Edizioni dell‟Ateneo, №1, 1982-1983 
Balkan K. Die Sprache der Kassiten. New-Haven, 1954 
Balkan K. Eski Önasyada kut (veya gut) halkının dili ile eski türkce arasındakı benzer-
lik. «ERDEM», cilt: 6/1, sayı 16, 1990 (ayrıbasım, 1992) 
Barton G. A. The Royal Ġnscriptions of Sumer and Akkad. 1929 
Bartucz.  A  magyar ember. Budapest, 1938 
Barth F. Nomads of South Persia: Vasseri Tribe of the Khamseh Confederacy. N.-Y., 1964 
Baykara T.  Türklügün en eski zamanları. «Türkler», I, 2002 
Bayram S. Kaynaklara göre Güney-doğu Anadoluda prototürk izleri. Ġstanbul, 1988 
Bayramov İ. Qərbi Azərbaycanın türk mənĢəli toponimləri. B. 2002 
Bayur Y. H. Hindistan tarixi. I Cilt. Ankara, 1978 
Belck C. Das Reich die Mannѐer. «Verhandlungen der Berliner Gesellschaft für Anthro-
pologie, Ethnologie und Urgeschichte», 1884 
Berger B.Protsch R. The Domestication of Plants and Animals. «Orientalia. Nuova Se-
ries», Roma, 1973 
Berghe V. L. Archeologie de l‟Ġran ancien. Leiden, 1959 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə