«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.

səhifə12/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   122

 
30 
Ģı  bildirən  gündüz,  gecə, günorta,  erkən,  alatoran, dünən,  yarın, dan üzü, 
dan  qaralanda//ağaranda
 
deyimləri
 
ilə  yanaĢı,  axĢam,  səhər,  sübh,  sabah 
kimi alınma sözlər də vardır. «Yeni il» türk xalqlarında Ülus kün (qazax), 
Bahar,
 
Yaz,
 
Yeni il  (azər) və erken kün (ergenekon) adlandığı halda, Yeni 
il bayramının farscanın «Novruz» sözü ilə verilməsi bir yanlıĢlıqdır. 
Ġli dörd fəsilə, oniki aya bölən türklər 12 añlı (heyvanlı) təqvim də 
yaratmıĢlar.  Ön  Asiyada  ilin  12  aya  bölünməsinin  qədim  tarixi  vardır, 
lakin  12  illik  sikl  ölçüsü  sonralar  ortaya  çıxmıĢdır.
59
 
M.
 
KaĢğari 12 illik 
təqvimin yaranma səbəbini və qurultayın bu təqvimi türk xaqanının təkli-
filə qəbul etdiyini yazır: «Türk xaqanlarından biri neçə il öncə baĢ vermiĢ 
savaĢı öyrənmək istərkən savaĢın tarixini müəyyən etməkdə yanılmıĢlar. 
Bu səbəblə, xaqan öz ulusu ilə gənəĢir və qurultayda biz bu tarixdə necə 
yanıldıqsa, bizdən sonra gələnlər də yanılacaqdır, belə isə, biz indi göyün 
on iki bürcü və on iki ay sayısınca hər ilə birər ad qoyaq. Ulus xaqanın bu 
önərgəsini onayladı»
60
 
Lakin  bu  olayın  tarixi  bəlli  olmadığından  12  añlı 
təqvimin
 
nə vaxtdan
 
iĢləndiyini söyləmək olmur.
61
  
Göytürk
 
yazılarında  bu  təqvimin  iĢlənməsi  göstərir  ki,  xalq  ara-
sında geniĢ yayılan añ təqviminin yaranma tarixi daha qədimdir.
62
 
Astral 
mifləri  tədqiq  edənlərə  görə,  qədim  Babildə  12  bürc  iĢarəsi  yunanlara 
(zodiak yunanca ζών «añ» sözündəndir), oradan da Avropa xalqlarına ötü-
rülmüĢ, Çinə isə 12 añlı təqvim batı qonĢularından (türklərdən) keçmiĢ-
dir.
63
  ÇinĢünas  E.
 
Chavannesə görə, bu təqvimi Çinə tsin (çin) adlı türk 
                                                 
59
 Ġlin 6 ayını 30, digər 6 ayını da 29 günə bölən 12 aylıq yunan təqvimindən Misir təq-
viminin daha mükəmməl olduğunu qeyd edən Herodot yazır ki, Misir kahinlərinin ona 
söylədiyinə görə, güya ilk dəfə misirlilər səma cisimlərinə uyğun ili 30 günlük 12 aya 
bölüb, hər ilin sonunda 5 gün əlavə etmiĢlər (Геродот, II. 4). Tarixdən bəllidir ki, Misir 
əhalisi hər
 
ili üç
 
fəsilə - daĢqın,
 
əkin
 

 
biçin
 
fəslinə ayırırdı və Siriusun doğuĢu
 
(19
 
iyul) 
ilə
 
Nil
 
çayında suyun
 
artıb daĢması
 
arasında əlaqə gördüyündən hər yeni ili
 
Nilin daĢması 
ilə hesablayırdı. 
60
  MK, I, 344-345. 
61
  Dünya xalqlarının təqvimlərini müqayisə edən Ramiz Əskər türk təqviminin baĢlan-
ğıcını 586-cı ilə aid edir (Яскяр, 1987, 17-18). 
62
  L. Bazen bu təqvimin yaranmasını türklərə bağlayan elmi ədəbiyatda geniĢ yayılmıĢ 
fikrə etiraz edib onun Çindən alındığını və VIII əsrdən iĢləndiyini yazsa da, irəli sürdüyü 
fikri  əsaslandıra  bilməmiĢdir  (Базен,
 
1986,
 
370-371).  Halbuki  hələ  VI  əsrdə  «Çu  Ģu» 
adlı çin tarixi qaynağında
 
qeyd
 
olunur
 
ki,
 
türklər illərin əvəzlənmə ardıcıllığını bilirdilər, 
yeni il yaĢıl otun çıxması ilə baĢlanırdı (ТМТ, 1990, 44). 
63
  МНМ, I, 116. 


 
31 
boyu aparmıĢdır.
64
 
Bu  təqvimi  türklərdən  alan  çinlilər  kimi,  ondan Tibet 
və Koreya xalqları da istifadə edirlər. Uyğur yazısını mənimsəyən mon-
qollar 12 añlı təqvimi də uyğurlardan alıb 1210-da (baĢqa bir tarixə görə 
isə 1027-də) özəl qərarla rəsmiləĢdirmiĢlər.
65
 
 
Türk kosmonimiyasında üç vertikal və dörd horizontal məkan böl-
güsü vardır: aşağı, orta, yuxarı;  ön, arxa, sağ, sol. Öncə dörd cəhəti təyin 
edə
 
bilən prototürklərdən
 
sonra bəzi
 
türk
 
boyları səkkiz
 
bucaqlı bölgüdən 
də istifadə etmiĢlər. Bunu uyğur, tatar və azər dillərində görmək olur: 
66
 
           Uyğur 
öngdün-tağdın bulunq 
kidin-tağdın bulunq 
kidin-kündin bulunq 
öngdün-küntün bulunq 
       Tatar 
tönyak-könçıqıĢ 
tönyak-könbatıĢ 
könyak-könçıqıĢ 
könyak-könbatıĢ 
     Azər 
 quzey-doğu 
 quzey-batı 
 güney-doğu 
 güney-batı 
Dünyanın horizontal baxımdan 4
 

 
8  cəhətə
 
bölünməsi  türk  etno-
sunun çox böyük
 
ərazilərə yayılması və
 
qədim dövlət gələnəyi ilə də ba-
ğlıdır. Vertikal bölgüdə isə kainatın yeraltı, yerüstü və göyə - 3 məkana 
bölünməsi  və  bunun  simvolu  olan  «həyat//dünya  ağacı»,  göyün  9  qata 
ayrılması qamçılıq (Ģamanlıq) ilə bağlı ortaya çıxmıĢdır. O.
 
N.
 
Tuna sumer 
dilində «sınır» anlamında olan bulug sözünü türk dillərindəki «yön, bucaq, 
cəhət» anlamlı buluñ sözü ilə müqayisə edir.
67
 
Ancaq sumerlər dörd cə-
həti qonĢu ölkələrin yerləĢdiyi yönlərə uyğun deyimlə vermiĢlər.
68
  
                                                 
64
  Göyalp, 1977, 41. 
65
  Kotwicz 1928, 128;  Яскяр, 1987, 21;  Жуковская, 1988, 48. 
66
 Azərbaycan bayrağındakı ulduz, əslində, qədim Gök-Tañrı    türk simvolikasıdır və 
Sumer  çağından  tanrı,  ulduz  və  göy  anlamı  daĢıyan  damğa  ilə  eyni  mənĢəli  olub,  Ön 
Asiyada yayılmıĢdır. Bu damğa sonra elqurumu (dövlət qurumu) çağında iki dördbucaq-
lının üst-üstə çarpaz qoyulması ilə alınan səkkizbucaqlı  ۞ iĢarəyə də çevrilmiĢdir.    
    Saxa türkləri də 8 cəhəti fərqləndirirlər (Чагдуров, 118-119).  
67
 Tuna, 1990,19; Lakin sumer mətnlərində bulùg (bulùñ) sözünün «becərmək»,
 
«yetiĢ-
dirmək» anlamı qeyd olunmuĢdur (Канева, 1996, 211). 
68
 Məsələn, sumer dilində belə bir mətn vardır: «O günlərdə Sumerlə eyni dildə danıĢan 
və Xamazi bölgəsi ilə ġubur dağı - böyük törənlərin böyük dağı, vacib Ģeylərə malik Uri 
ölkəsi,
 
təhlükəsiz
 
durumda
 
olan
 
Amurru ölkəsi - bütöv cahan və tabe xalq bir dildə En-
lilə alqıĢ deyirdi» (ХПИДВ, 1963, 270, 276, 15-ci qeyd). Bu cümlədən aydın olur ki, 
sumerlər dünyanın dörd cəhətini
 
qonĢu
 
ölkələrin coğrafi durumu ilə bildirmiĢlər: quzey
 

Uri ölkəsi, özək/güney - Sumer, batı - Amurru, doğu - ġubur dağı. 




Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   122


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə