32
A. N. Kononov tuva dilində yön və cəhət bildirən sözlərin monqol
dillərinə uyğunlaĢdığını,
çuvaĢ, saxa (yakut),
tofalar dillərinin isə türk
sistemini saxladığını və göytürk yazılarında əks olunduğunu yazır.
O bu
dillərdə arka
(geri) tərəfin «batı»,
öñ (iləri, ilgərü) tərəfin «doğu», sağ
tərəfin «güney»,
sol tərəfin «quzey» anlamı daĢıdığını deyir. Müəllifə
görə, türk xalqları dünyanın cəhətlərini bildirmək üçün
iki üsuldan isti-
fadə etmiĢlər: biri solyar sistem, digəri boya
(rəng)
sistemi.
69
Azər dilində «qara quzey», «ağ yel» (batı küləyi) deyimi iĢlənir.
Y. Ġ. Ubryatova qeyd edir ki, saxa dilində soğoru//soñoru (yuxarı) və xotu
(aĢağı) sözlərinin «quzey» və «güney» anlamı Lena çayı hövzəsində yer-
ləĢəndən sonra yaranıb, çünki bu çay güneydən quzeyə (aĢağıdan yuxarı)
axır.
70
Göründüyü kimi, boya bildirən sözlərdə cəhət anlamının yaranması,
istiqamət bildirən sözlərin coğrafi duruma (landĢafta) köklənməsi danılmaz
gerçəklikdir. Azər türklərinin Azərbaycanda yerli xalq olduğunu sübut
edən faktlardan biri də boya (rəng) və cəhət, istiqamət bildirən sözlərdir.
Türk dillərində rəng bildirən sözlərin semantikasını tədqiq edən
tanınmıĢ türkoloqlardan A.
fon
Qaben və A.
N.
Kononov azacıq fərqlə
türk rəng-cəhət sistemini belə verirlər:
71
qızıl = güney, ağ = batı, sarı = batı / özək
qara = quzey, göy = doğu
Ġsbat olunmasa da, elmdə dərin kök salmıĢ «Altay dilləri ailəsi»
nəzəriyəsinə görə,
guya türklər Altaydakı monqoloid qohumlarından
ayrılıb, batı ölkələrə köçmüĢlər. Bu baxımdan, Azərbaycan türklərinin
mənĢəyi də Altay və Monqolustan
çölləri ilə bağlanır. Halbuki rəng
bildirən sözlərdəki cəhət anlamı
bu fikri tamam inkar edir. Belə ki,
harada olmasından asılı olmaya-
raq, hər bir türk dayandığı yerə
sarı, quzeyə
qara,
güneyə
qırmızı
(qızıl), batıya ağ, doğuya isə göy
boyanın simvolu kimi baxacaq.
69
Кононов, 1974, 73-74.
70
Убрятова, 1966, 61.
71
Gabain, 1962, 115; Кононов, 1978, 160.
33
Türk rəng-cəhət sistemi boyaların «dilində» verilən bu sxemdə belə
görünür:
Əgər bu sistemi xəritə üzərində axtarmaq istəsək, ən münasib üsul
kimi göl və dənizlərə verilən adlara baxmaq lazım gələcək. Bütöv Avra-
siya məkanında isə belə bir yer yalnız Ġkiçayarasının quzeyindədir:
Göründüyü kimi, bu sxemdə quzey (qara)
Qara dənizin adı, batı (ağ) Ağ dənizin adı, güney
(qırmızı) iki Qırmızı dəniz və körfəzin adı, doğu
(göy) Göycə və Göy-göl (Urmu gölü), həmçinin
Göycə dəniz (Xəzər) adı ilə uyğun gəlir. Aydın-
lıq olsun deyə, qədim mənbələrdə doğu sularının
göy, güney sularının isə qırmızı adlandığını xatır-
layaq. Belə ki, Aralıq dənizindən (Ağ dənizdən)
aĢağıda Nil çayının doğusundakı Qırmızı dəniz
kimi, qədimdə Fars körfəzinin də Qırmızı dəniz adlanması bəllidir.
72
Göycə gölü kimi, Urmu gölünün adı da keçmiĢdə Göy-göl idi.
73
Xəzər
dənizinin isə 70-dən artıq adı vardı, bunlardan biri də xalq deyimi kimi
«Göy Xəzər»
olmuĢdur.
Görkəmli tədqiqatçı B.Ögəl bu barədə yazır:
«Dədə Qorqud kitabının çərçivəsi içində bu dənizin harada olduğunu
dəqiq söyləmək çətindir. Əslində, bu Gökçə dəniz Xəzər dənizidir».
74
Hər halda,
güney rusların folkloru da da Xəzər dənizinin adını Göy-dəniz
kimi verir. QarĢımızdakı bu xəritə-sxemdə böyük dəniz və göl adlarında
görünən qədim türklərin boya-cəhət sistemi çox aydın göz qabağındadır:
Rənglərin verdiyi informasiyaya görə, «prototürkün» durduğu yer
(xəritədəki
dairə) dünyada ilk əkinçilik mərkəzi olmuĢdur. Dəclə hövzə-
sində dalbadal yaranmıĢ Xasun, Xalaf kulturu, Ubeyd kulturunun quzey
variantı burada yaranıb, yaxın bölgələrə yayılmıĢdır. Dünyada ilk təkərli
araba da erkən tunc çağında burada icad olunmuĢdur.
Arxeoloqların üzə
çıxardığı qədim bəlgələr göstərir ki, daĢ dövrünün sonundan tunc dövrü-
nün sonunacan burada maddi-mədəni iz buraxan xalq dəyiĢməmiĢ və adı
72
Herodot, IV. 39; Strabon, XI. 13. 9; XI. 14.7.
73
Urmu gölünün adını Strabon λίμνη καποϋτα (kapauta) Ģəklində verir və «tünd göy»
(κσάνη) mənası olduğunu bildirir (Strabon, XI. 14. 8); Plini də bu gölü Capotes (Kapot)
kimi qeyd edir (OĠƏ, 1979, 235); Hay qaynaqları da bu adı «göy» (kaput) Ģəklində verir.
74
Ögel, IV. 1984, 466; Yaqut Həməvi Xəzərin farsca «Göy dəniz» (Əfkud dəryav) ad-
landığını qeyd edir (Əliyeva, 1999, 145).
34
4-5 minil öncə
subar
kimi sumer-akad yazılarına düĢmüĢ, ərazi də Subar
ölkəsi adlanmıĢdır. Eneolit dövründən sonra m.ö. IV minillikdə isə bura-
dan doğu ölkələrə böyük miqrasiyalar baĢlanır. Verilən xəritə-sxemlərdən
göründüyü kimi, rənglərin semantikası türk etnosunun Atayurdunu qədim
sivilizasiyasının yarandığı bölgədə - Ġkiçayarasının quzeyində yerləĢdirir.
Yazının ilk meydana gəldiyi çağlarda adı yazlı qaynaqlara düĢən
subar boylarının yaĢadığı bu ərazilərinin qədim tarixi yetərincə
öyrənilməmiĢdir. Bu yaxınlarda alman arxeoloqu Klaus ġmitdin
baĢladığı qazıntı ilə üzə çıxan Göbəklitəpə kompleksinin on iki
minil öncə
qurulmuĢ məbəd olması aydınlaĢ-
mıĢdır. Burada ucalığı 3-6 metr olan T
formalı dikilidaĢların hər birinin 40-50
ton ağırlığı var. Bu mengirlərin üzə-
rində qabartma üsulunda aslan, qaban,
tülkü, ilan, ördək, buğa, durna fiqurları
verilmiĢdir:
Dünyada hələlik ən qədim tapı-
naq olan ġanlı-Urfa yaxınlığındakı
Göbəklitəpədə 1995-dən baĢlanan
qazıntıların davam etdiyini nəzərə al-
saq, bu tapınağın yaĢı haqqında
dəqiqləĢmənin
hələ
tamamlanmadığını düĢünmək olar.
Lakin uzmanlar Ġkiçayarasının bu quzey-batısında torpaq altından üzə
çıxardıqları Göbəklitəpə tapınağını məĢhur Stounhenc abidəsindən də 7
minil öncə qurulduğunu yazırlar.
Türklərin boya-cəhət sözlərinin rus onomastikasında əks olunması
uzmanların diqqətini çəkmiĢ, onlar belaya (ağ), çyernaya (qara) və çer-
vonnaya (qırmızı) sözlərində türk dilinə uyğun cəhət çaları yaranmasını
türk dilinin təsiri ilə izah etmiĢlər.
Maraqlıdır
ki, hələ m.ö. II əsrdə Çin ta-
rixçisi Sıma Tsyan hun-çin savaĢında Metenin (Bahadırın) süvari qoĢunu
haqqında yazır ki, batıda ağ atlılar, doğuda mavi (boz) atlılar, quzeydə
qara atlılar, güneydə isə qızılı (kürən) atlılar sıralanmıĢdı. Göründüyü ki-
mi, artıq ilk hun çağına aid bu bəlgə türk boylarının batıdan doğuya get-
məsi tarixini Urmu teorisinə uyğun olaraq çox geri çəkir.
Eyni rəng türk və monqol dillərində müxtəlif cəhətləri bildirdiyi
kimi, yön bildirən sözlərin də cəhət anlamının bu dillər üzrə fərqlənməsi
Dostları ilə paylaş: |