«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.

səhifə14/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   122

 
35 
bir daha göstərir ki, Urmu teoriyasının təsbit etdiyi kimi monqol və türk 
etnoslarının əlaqəsi genetik yox, sonrakı olaydır: 
75
 
 
 
arxa  
ön     
sağ    
sol      
Monqol:  
=quzey   
=güney  
=batı  
=doğu 
Türk:  
=batı  
=doğu 
=güney 
=quzey 
Prototürklərin ilkin Atayurdunun Azərbaycan və Güney-Doğu Ana-
dolu olduğunu nəzərə alsaq, aydın olar ki, doğuya gedən türk boylarının 
doğu sözündə «ön», geri sözündə isə «batı» çaları onların batıdan doğuya 
miqrasiyasını göstərir:  
Prototürklərin  ilkin 
Atayurdu probleminə düz-
gün yanaĢan və bu yurdun
  
Güney-Doğu  Anadolu  ol-
duğunu,  türklərin  buradan 
batı,  doğu,  quzey  yönlərə 
miqrasiyası  ilə  türk  dilləri-
nin  üç  bölümə  ayrılmasını 
m.
 
ö. II minildən öncə baĢ 
verdiyini  söyləyən  F.  La-
tıpov yazır ki, hindavropa 
xalqlarının  dilində  güney 
anlamlı sözün  «ön»  çaları ilə bu xalqların güneyə miqrasiyasını müəyən 
edirlərsə, eyni üsulla türk boylarının da doğu sözündə «ön», geri sözündə 
«batı» çaları türklərin batıdan doğuya miqrasiyasını göstərir.
76
  
Atayurdda qalan Azərbaycan türklərinin dilində isə doğu türk dillə-
rindən fərqli olaraq doğu//ön, batı//arxa (geri), quzey//sol, güney//sağ söz-
lərində sinonimlik (eĢanlam) yaranmamıĢdır. Atayurdun yerli sakinlərinə 
həmin eĢanlamlar gərək olmamıĢdır, cünki onlar buradan getməmiĢlər. 
 
 
Göytürk  yazılarında da  yön bildirən irəli,
 
bəri,
 
geri,
 
yuxarı sözləri 
uyğun  olaraq,  cəhət  bildirən  doğu  (gündoğan),  batı  (günbatan),  güney 
                                                 
75
 Жуковская, 1988, 157. 
76
 Латыпов, 1991, 106-107. 


 
36 
(günorta), quzey (gecəortası) sözləri ilə qoĢa iĢlənir. Bunu Kültigin abidə-
sindəki bu mətndə aydın görmək olur:  
:ürgli:aLHit:ıDGTK:dis:itügd:nmBS uB :iNDuB irlgb:zGozuqT 
:URGRIy:AhIQsTB:nük:uRGiRuq:URHısoTRo:nük:ürgrib:aKSGoT:nÜk 
:NDuB:aC:rörök:aHm:puq:NDB:ikrÇi:aJ:uRHisuTRu:nüt 
[Tokuz-Oğuz  bəgləri,  budunı!  Bu  sabımın  edgüti  esid,  katığdı  tıñla: 
ilgerü - kün toğusıka, birgerü - kün ortusıñaru, kuriğaru - kün batıskıña, 
yırğaru - tün ortusıñaru anda içreki budun kop maña körür (anc)a budun]. 
77
  «Doqquz-Oğuz  bəyləri,  xalqı!  Bu  sözümü  yaxşı  eşit, qatı  dinlə: İrəli  - 
gündoğana, bəri - günortaya, geri - günbatana, yuxarı - gecəortasına qə-
dərki xalqların hamısı mənə itaət edir»  
Nə  üçün  azər  dilində  yön  bildirən  sağ-sol,  arxa-irəli  sözləri  doğu 
türklərdə  olduğu  kimi  cəhət  bildirən  termin  anlamında  iĢlənmir?  Məncə, 
bu suala cavabı doğuya gedən türk boylarının qədim miqrasiya olayında 
axtarmaq
 
lazımdır,
 
çünki arxanı batı, önü doğu, sağı güney, solu isə quzey 
sayanlar batıdan doğu yöndə böyük köçün yaĢamını dadmıĢ və bu olayı 
nəsillərin  yaddaĢ  saxlancına  sızdırıb,  günümüzə  qədər  dilində  yaĢadan 
doğu türk boylardır. Ön Asiyadan Altaya gedən boylar bu yolu beĢ-on 
ilə  deyil,  yüzillər  boyunca  nəsilləri  dəyiĢə-dəyiĢə  getmiĢlər.  Protoazər 
boylarısa  kiçik  lokal
 
yerdəyiĢmələr  istisna  olmaqla,  yurdlarından  uzaq 
ellərə
 
getmədiyindən dilində istiqamət bildirən sözlərdə əlavə cəhət anlamı 
yaranmamıĢdır. Beləliklə, boya-cəhət və  yön-cəhət sözləri aydın  göstərir 
ki,  Altay  nəzəriyəsi
 
yanlıĢdır,
 
çünki
 
prototürklər
 
Azərbaycana
 
doğudan 
gəlməmiĢlər, əksinə, onlar Güney-Doğu Anadolu və Azərbaycandan doğu-
ya  getmiĢ  və  çox  sonralar  bəzi  türk  boyları Atayurda qayıtmıĢlar, bu isə 
Urmu nəzəriyəsinin baxıĢıdır. 
Göründüyü kimi, türk etnosunun kosmonimiya ilə bağlı çoxçeĢidli 
inamları və bunu  dilində əks etdirən deyimləri vardır.  Türklər YaranıĢ 
və  Samanyolu  mifi,  yön
=
cəhət,  boya
=
cəhət  görüĢü  və  deyimi,  dünya 
ağacı,  dünyanın  vertikal-horizontal  bölgüləri,  zaman  ölçüləri,  12  añlı 
təqvimi ilə Ön Asiyanın ən qədim xalqlarından biridir. Türk etnosunun 
kosmoqonik və astroloji görüĢləri geniĢ tədqiq olunmasa da, türk dillərində 
                                                 
77
 
Orkun, 1994, 23. 


 
37 
bu sahəyə aid çoxlu arxaizmlərin varlığı aydın göstərir ki, türklərdə kos-
monimiya uzun və zəngin inkiĢaf yolu keçmiĢdir. 
Çox
 
vaxt ölkələrarası savaĢ,
 
çoxsaylı miqrasiyalar, 
dövlətin
 
dağılması,  ərazinin  parçalanması  və  yeni 
dövlətlərin əvvəlki durumdan fərqli sınırlar içində 
yaranması
 
nəticəsində
 
etnik coğrafiya
 
ilə siyasi coğ-
rafiya üst-üstə düĢmür. Bu səbəbdən, Azərbaycanın 
coğrafi durumu daha mürəkkəbdir, çünki prototürk 
dövrü
 
baĢa çatanda protoazər boyları mərkəzi Urmu gölü olmaqla böyük 
bir regiona yayılmıĢ, burada zaman-zaman müxtəlif ərazili, müxtəlif etnik 
tərkibli dövlətlər qurulub-dağılmıĢ, siyasi coğrafiya vaxtaĢırı dəyiĢmiĢ, 
etnik coğrafiya isə nisbətən stabil qalmıĢdır.  
Etnik  demoqrafiyanın  coğrafiyası  fonunda  siyasi-inzibati  durumu 
öyrənmək üçün Ġslamöncəsi durumdan baĢlayıb qədimə getmək, bir sıra 
çoğrafi anlamlara aydınlıq gətirmək  lazım gəlir. Nəzərə alınmalıdır ki, 
bugün tarix-coğrafiya  elmində, həm  də  rəsmi sənədlərdə  iĢlənən bir  çox 
ölkə  adı  ilkin  məna  tutumunu  çoxdan  itirib.  Məsələn,  qədim  bars  adlı 
türk  boyunun  adından  qalmıĢ  Pars  (Fars)  bölgə  və  körfəz  adı  sonralar 
burada dövlət
 
quran
 
Əhəmənilər çağından baĢlayaraq keçən əsrin ortala-
rına qədər bu dövlətin bəzən böyüyən, bəzən kiçilən əsas  ərazisinin adı 
kimi rəsmi sənədlərdə
 
iĢlənmiĢdir.Yalnız
 
1935-də
 
Pers
 
Ģahı baĢqa
 
dövlət-
lərə müraciət etdi ki,
 
dövlətin
 

 
ölkənin adı Persia deyil, İran kimi tanın-
sın. Əslində,
 
Ġran (Aryan) adı qədimdə Əfqanıstanın quzeyi Heratda kiçik 
bir bölgə adı idi. Persia və Ġran kimi Ermən coğrafi adında da etnik deyil, 
siyasi-inzibati sınırlanma vardır.
78
 
 Belə ki, Van gölünün quzeyində Dəclə-
nin
 
yuxarı axarında
 
qədim subar
 
türklərindən qalma ermən boyunun
 
yaĢa-
dığı kiçik bir bölgə Ərməniyə
 
/
 
Armeniya  adlanırdı,
 
sonralar
 
bu  bölgəyə 
yerləĢən haylar da Ərməndə yaĢayan xristian anlamında ərməni adlandı. 
Mada  dövlətindən  baĢlamıĢ  Xilafətə  qədər  Ərmən  bölgəsinin  adı  Pers, 
Ərsaq, Sasani, Roma, Bizans, Ərəb dövlətlərinin tabeliyində caniĢinliyin 
siyasi-inzibati ərazisi kimi gah böyüdü, gah da kiçildi. Bu coğrafi sınırların
 
ilkin
 
Ərməndə sonralar məskunlaĢan hay etnosuna qətiyən
 
dəxli yoxdur.  
Dağlıq
 
Qarabağ
 

 
Güney Qafqaz kimi coğrafi adların dünya medi-
asında  Naqornıy  Karabax,  Zakavkazye  kimi  rusca  deyiminin  də  islaha 
                                                 
78
  Suriya, ərəb və fars qaynaqları etnik və siyasi coğrafiyadan fərqli olaraq, qriqoryan 
kilisə birliyi anlamında Ərməniyə sınırlarını çox geniĢ biçimdə verirdi, çünki ərmən adı 
«xristian» anlamında xristian türkləri, hay və bəzi qafqazdilli xalqları da bildirirdi.  
 
 
Coğrafi durum 
 
 




Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   122


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə