«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə18/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   14   15   16   17   18   19   20   21   ...   122

 
44 
etmək  idi,  lakin  əsas  məqsəd  Mananı  Asur  dövlətindən  asılı  duruma  sal-
maq,  Urartu  dövlətini  isə  çökürtmək  idi.  Demək  olar  ki,  asurların  Azər-
baycana  yürüĢü  hər  iki  məqsədi  gerçəkləĢdirdi,  Mana  yarımasılı  vəzi-
yətə  düĢdü,  Urartu  dövlətinin  əzəməti  bu  yürüĢlə  dağılıb,
 
süqutunun  ilk 
mərhələsi  baĢlandı.  Üstəlik,  asurlar  Mana  və  ətraf  bölgələrdən  aldığı 
böyük  bac-xəracla  və  urartulardan
 
yağmaladığı
 
zəngin
 
qənimətlə
 
vətənə 
döndülər. Azərbaycana isə asurların məhv etdiyi meyvə bağları, üzümlük-
lər, dağılmıĢ su kəmərləri, yanan taxıl zəmiləri, xarabaya çevrilən qala və 
kəndlər qaldı. Sarqonun yolboyu törətdiyi fəsadı təsvir
 
edən
 
asur
 
yazısı
 
Azərbaycanın
 
coğrafi
 
durumu,
 
demoqrafiyası,
 
dövlət quruluĢu, qala tikin-
tiləri,  həm  də  qoyunçuluq,  atçılıq,  bağçılıq,  taxılçılıq  təsərrüfatları  haq-
qında əvəzsiz bilgilər verir. Lakin bizi Azərbaycanın etnik demoqrafiyası 
baxımından Sarqonun bu yolda hansı dağ, çay və bölgədən keçməsi, yol-
boyu hansı boylarla
 
qarĢılaĢması
 
maraqlandırır,
 
ona
 
görə
 

 
yürüĢün tarixi-
siyasi önəminə, Urartu-Mana,
 
Asur-Mana
 
iliĢkilərinə,
 
Asur-Urartu
 
savaĢı-
nın
 
detallarına
 

 
baĢqa məqamlara burada toxunmayacağıq. 
YürüĢün
 
əsas
 
marĢrutu
 
belədir:  Müasir
 
Nimrud
 
(Kalxu)
 
Ģəhərindən
 
yürüĢə baĢlayan Sarqon
 
Böyük və Kiçik Zab çaylarını keçib SərdəĢtə enir, 
Qaradağdan guney-doğu yöndəki BeĢbarmaq dağına tərəf irəliləyir, bura-
dan Qaracadağ-Səhənd istiqamətində yuxarı qalxır,
 
Təbrizdən keçib
 
Urmu 
gölünün quzeyindən Van gölünə tərəf dönüb, Asur ölkəsinə qayıdır.  
 Sarqon
 
Böyük
-
Zab
 
çayını
 
keçəndən
 
sonra
 
Ərbilə deyil, yuxarı yöndə 
hərəkət edir.
98
 
Ġki
 
gündən
 
sonra
 
Kiçik
 
Zabı
 
keçib,  lulu  boylarının  Zamua 
bölgəsində
 
Qollar
 
(Kullar) aĢırımına çatır. Uzmanlar bunun müasir SərdəĢ-
tin
 
güney-batı tərəfindəki Kollar-dağ olduğunu yazırlar.
99
 
Qollar-dağı aĢan 
Sarqon Sumbu bölgəsində ordunun durumunu öyrənmək üçün baxıĢ keçi-
rir.
 
Sonra  qalın  meĢəli,  çətin  keçilən  kol-koslu
 
Nikippa
 

 
Upa
 
dağlarını 
və onların arasından axan Buya çayını bir neçə dəfə keçməli olur.
100
 
Bun-
                                                 
98
 N. V. Arutyunyan onun Umarxan-Ərbil-ġaklava-Rəvandüz-Zirə-SərdəĢt yolu ilə get-
diyini  yazır  (Арутюнян,  1970,  310).  Lakin  asur  yazısı  Sarqonu  Ərbilə  girdiyini  qeyd 
etmir.  Əgər  Sarqon  Ərbil-Kərkük  yolu  ilə  çayı  Altın-körpüdən  keçsəydi,  onda  hər  iki 
Ģəhərin adı mətndə olardı.
 
Görünür, Sarqon
 
Zamua
 
bölgəsinə
 
Kərkük-Azər
 
yolu ilə yox, 
Böyük  Zabın  daha  yuxarı  axarından  keçdiyi  yerdən  getmiĢdir.  Kərkük-Azər  yolu  haq-
qında bax: «Azər xalqı», 2000, 15.  
99
 ТУ, 117;  Ġ. M. Dyakonov isə xəritədə Kollar-dağı yuxarıda verir, onun Böyük Zabın 
yuxarı axarı boyunca sağda sıralanan dağlar olduğunu güman edir (Дьяконов, 1956, 224). 
100
 Burada adı keçən Upa dağı bugün Xızıda dağ kəndi olan Upa ilə eyni adı daĢıyırsa, 
Buya çayadı da doğu türk ellərində təkrar olunur. 


 
45 
dan sonra daha 7 çətin dağı aĢan və bu dağlardan
 
axan Rappu və Arattu 
çaylarını keçən Sarqon manalıların SurikaĢ bölgəsinə girir.
101
 
Xatırladaq 
ki,
 
sumer
 
qaynaqlarında Sumerdən gələn elçi
 

 
yeddi dağı
 
aĢıb
 
Aratta 
ölkəsinə çatırdı. Buradakı Arattu məhz Aratta ölkəsində axan çaydır.  
Karallu və Allabria bölgələri ilə qonĢu olan SurikaĢda Sarqon onu 
qarĢılamağa dövlət adamları ilə böyük heyətlə  gələn Mana çarı Ullusunu 
qəbul edir. Qaralı adlı türk boylarının və Karalı, Qaralu toponimlərinin 
türkcə olduğunu xatırlasaq, onda Karallu bölgəadının mənasını müəyyən 
etmək  çətin  olmaz.  Karallu  SurikaĢın  quzeyində  yerləĢir,  çünki  Sarqon 
Allabrianın Laruete bölgəsindəki LataĢe qalasında allabrialıların ona bac-
xərac kimi verdiyi atları, iri və xırdabuynuzlu heyvanları alıb, güney-doğu 
yöndə
 
olan
 
ParsuaĢ
 
bölgəsinə
 
gedir. 
Əlbəttə,
 
bu, Ġranın güneyində
 
olan
 
Pars (Fars) bölgəsi yox,
 
BeĢbar-
maq dağına yaxın Diala çayının yuxarı axarlarında olan Bars bölgəsi idi, 
çünki urartu qaynaqları da buranı Barşua adlandırır.
102
 Bu bölgələrin
 
hər
 
ikisi
 
bars
 
adlı
 
qədim
 
türk
 
boyunun
 
adını
 
daĢıyır. AĢağıdakı
 
Bars
 
eli
 
öncə 
elam, sonra bura gələn irandilli ari boylarının  yurduna çevrilmiĢ, burada 
yerləĢən
 
irandilli
 
boylar
 
pars
 
(pers/fars)  adı  ilə  tanınmıĢlar,
 
yuxarıdakı 
Bars  eli  isə  sonralar  azər/xəzər  boyları  ilə  birlikdə  Dağıstanın
 
quzeyinə
 
keçən
 
barsil
 
boylarının
 
yurdu idi. Bars boyları bir neçə bölgəyə yayılmıĢdı. 
Böyük türkoloq Mahmud KaĢğarinin atası da Barsqan adlı türk elindən 
KaĢğara  köçmüĢdü.  Gürcü  Ģairi  ġota  Rustavelinin  yazdığı  «Bars  dərili 
bahadır» poemasında olduğu kimi, o dönəmdə bəzi türk boylarının adı da 
geyimlərinə  görə  verilirdi və  bu
 
gələnək
 
qarapapaq,
 
göydolaq,  qaradonlu, 
ĢiĢpapaq və sair türk etnonimlərində davam etmiĢdir. 
Asur ordusunun yaxınlaĢdığını bilən ətraf bölgələrin əhalisi qorxu-
dan var-yoxunu  yığıb baĢçıları ilə Sarqona göndərirdilər ki, asur əsgərləri 
yurdlarına girməsin. Sarqon
 
Bars
 
bölgəsində ətrafdakı Namru, Sanqibut, 
Bit-Abdadani bölgələrinin, Mada
 
ölkəsinin
 
yaĢayıĢ
 
məskənlərindən
 
gətiri-
lən hədiyələri qəbul
 
edir. Asur  yazısı hədiyə, bac-xərac gətirən Ģəxslərin 
                                                 
101
 Burada adı çəkilən Simirria, Sinaxulzi, Biruatti, Turtani, Sinabir, AxĢuru, Suya dağ-
larının,  Rappu  və  Arattu  çaylarının  adı  asur  yazısında  təhrif  olunsa  da,  onların  hansı 
müasir  dağa  və  çaya  aid  olduğunu  müəyyən  edəndən  sonra  etimiolji  yozumu  vermək 
olar. Əlimdə Güney-Azərbaycanın böyük ölçülü xəritəsi olmadığından yozum vermək-
dən çəkindim.  
102
 УКН, 422; ТУ, 55; Диаконофф-Касщкаи, 62-63.    


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə