«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə21/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   17   18   19   20   21   22   23   24   ...   122

 
50 
radları sırasında Ayad, Bitay, Allı, Arzuq, Saru-ardı və Alburi adlarında 
türk dili modeli və semantikası aydın görünür. 
Burada  daha  bir  neçə  yaĢayıĢ  məskənini  tutandan  sonra  Kallania, 
Alluria,  Ġnnaya  çaylarını  keçən  Sarqon  urartuların  Uayis  sınır  bölgəsinə 
daxil olur. Burada Barzuriani,
 
Ualtukuya,
 
Kutta, Kippa, Asapa qalalarını 
və  40  yaĢayıĢ  məskənini  tutub  dağıdandan  sonra  XubuĢkia  Ģəhərindən 
çıxır  və  onu
 
qarĢılayan
 
Nairi
 
bölgəsi
 
çarının
 
(yanzu)
 
gətirdiyi  hədiyələri 
alıb, öz ölkəsinə tərəf üz tutur. Uca  Arsiu dağını aĢıb, ġeyak, ArdikĢi, 
Ulayau və Alluriu dağlarının arası ilə çətin keçilən yollarla yerli əhalinin 
Elamunia adlandırdığı Böyük Zabın yuxarı axarını keçib, arxadan Musa-
sir bölgəsinə girir və buradakı Urartu tanrılarının məbədini talan edir.  
Bundan sonra asur yazısı yürüĢ boyu dağıdılan Ģəhər və kəndlərin, 
tutulan
 
əsirlərin,
 
yağmalanan
 
mal-qaranın,
 
yük
 
heyvanlarının sayını,
 
əldə 
olunan qənimətlərin uzun siyahısını verir və Sarqonun öz ölkəsinə qayıt-
dığını yazır. Bu məlumat qısa Ģəkildə baĢqa asur yazısında təkrar olunur. 
Beləliklə, II Sarqonun m.ö. 714-cü ilin yay aylarında Güney
 
Azərbaycana
 
yürüĢ
 
marĢrutunu
 
göstərən
 
xəritəni
 
belə
 
vermək olar: 
118
 
                                                                                                                        
Xasrana,
 
Parra,
 
Ayatsun,
 
AniaĢtania,  Balduarza,
 
Saruardi,
 
ġumattar,  ġalzi,  Alburi,Tsi-
karra və Əski Uayais. 
118
 M. Zehtabi verən xəritədə isə marĢrut azacıq qüsurlu və yarımçıqdır (۳٤٢ ﻰﺑ ﺎﺗﻫﺯ). 


 
51 
Göründüyü kimi, Sarqonun  yürüĢ  yolunda asur qaynağının verdiyi 
Upa, Bərdə, Qafan, Zəngi, Qızıl, Ənzəli kimi bəzi toponimlər lokal köç-
lərlə bağlı yerini dəyiĢsə də, Kollar dağı, Ġri dağ kimi dağadları günümüzə 
qədər yaĢayır. Asur qaynağı subar, suvbi, qaralı, bars, qaban, xoruz, qızıl, 
dəli, saqa, bardı, zəngi kimi onlarla türk etnonimini aĢkara çıxarmaq üçün 
bəlgə
 
verir. Qaynaq zəngi boylarının Urmu gölünün güney və quzeyində-
ki iki ayrı-ayrı bölgədə,
 
bars
 

 
subar (suvbi,
 
sibur) boylarının da müxtəlif 
bölgələrdə  yaĢadığını  göstərir.  Bu  qaynaqda  böyük,  yanzu,  toyqu,  baş-
toyqu kimi titul bildirən sözlər və but, bi (boy), uruq (qəbilə) kimi etno-
nimlərlə qoĢulan sözcüklər də diqqəti çəkir.Mərkəzi Azərbaycanı (b-2
əhatə edən bu yürüĢ boyu asurlar əsasən adı türkcə izah oluna bilən boylar-
la qarĢılaĢır,
 
adı türkcə olan bir sıra bölgə və yaĢayıĢ məskənlərini keçir-
lər.  Urmu  hövzəsi  bölgələrin  etnik  demoqrafiyasını  açıq  Ģəkildə  ortaya 
qoyan  belə  bəlgələr o  dövrün  gerçək  durumunu  əks  etdirir.
 
Bu  yürüĢlərin 
sonu yağma və
 
dağıntılarla bitsə də,
 
özəlliklə,
 
Sarqonun yürüĢündən sonra 
Azərbaycanın bağlı-bağatlı kəndlərinin yerində xarabalıqlar qalsa da, hər 


 
52 
iki  yürüĢ  Azərbaycanın  coğrafi  durumu,  yolboyu  rast  gəlinən məntəqə, 
qala,  kənd,  Ģəhər  tikililəri  və  toponimlər  haqqında  əvəzsiz  məlumatlar 
verir.
 
Quzey  Azərbaycana  Pompeyin  yürüşü.  Keçən  eranın  son  yüzili 
Ön  Asiya  xalqlarının  tarixində  elə  bir  ciddi  dəyiĢiklik  yaratmadı.  Yenə 
əvvəlki kimi Batıda Roma, Doğuda Part imperiyası meydanda at oynadıb, 
gücü
 
çatan bölgələrdən bac-xərac toplayır,
 
bunun
 
cəfasını isə
 
arada qalan 
xalqlar  çəkirdi.  Bu durumda  Ərmən  ölkəsi  daha  pis  vəziyətdə  idi,  çünki 
hər  iki  imperiya  öz  sərhədini  geniĢləndirmək  istəyəndə  mütləq  Ərməni-
yədə  üz-üzə  durmalı  olurdu.  Bu  ölkənin  doğu  bölgələri  türkmən-saqa 
soylarından  olan  Ərsaq  sülaləsinin  qurduğu  Part  (Parfiya)  dövlətindən, 
Fərat çayının yuxarı axarlarından batı tərəflər isə
 
rumların əlində
 
idi.
 
Ər-
mən çarı gah bu, gah da
 
o biri imperiyaya sığınmaqla siyasi səhnədə
 
qalır, 
çox
 
vaxt
 
kanton bölgə kimi bu durum hər
 
iki imperiyaya sərf
 
edirdi.
 
Pom-
pey belə bir vaxtda Ərmən ölkəsini keçib Azərbaycana girmiĢdi. 
Rumlara  məğlub  olandan sonra Kolxidaya  qaçan  Pont  çarı  Mitri-
datı təqib edən Pompey iki il (m.ö.66-64) Güney Qafqazda yerli boylarla 
vuruĢmalı olur. Öncə ərsaqlardan asılı olan Tiqranı məğlub edib, Ġber öl-
kəsinə doğru gedir və bu arada ona hücum edən albanlarla savaĢır, sonra 
iberləri məğlub edib, indiki Poti limanına enir. Onu burada gözləyən rum 
gəmilərini Bosfora göndərir, özü isə legionla geri qayıdıb Albana  yürüĢ 
edir.
 
Xəzər
 
dənizindən üç günlük məsafədə savaĢdan sonra
 
Ponta qayıdır. 
Ġki illik yürüĢdə hər iki qıĢı Borçalı mahalının Kaspi bölgəsində keçirən 
Pompeyin Güney  Qafqazdakı  savaĢ  tarixinin qısa  xülasəsi belədir  və  bu 
barədə Strabon, Plutarx, Dion Kassi və baĢqa antik yazarların verdiyi mə-
lumat
 
XIX
 
əsrdən  üzübəri  müxtəlif  yöndən  dəfələrlə  Ģərh  edilmiĢdir.
119
 
  
Pompeyin bu yürüĢünə aid akademik Y.
 
A.
 
Manandyanın yazdığı məqalə 
bəzi qüsurlarına baxmayaraq, elmi dəyərini bugün də itirməmiĢdir.
120
 
 Bu 
barədə indiyə qədər deyilmiĢ fikirlərlə rumların  IV əsr dünya xəritəsində 
(Tabula Peutinqeriana) verilən maqistral yol, məntəqə və karvansaraylara 
aid  bəlgələri  müqayisə  edib,  Pompeyin  Azərbaycana  yürüĢ  marĢrutunu 
aydınlaĢdırmaq mümkündür. Oxucu üçün asan olsun deyə, yürüĢün yönü 
aĢağıdakı xəritədə verilmiĢdir: 
                                                 
119
  Моммзен,  1887;  Th.  Reinach,  1890;  Chapot,  1907;    Miller,  1916;  Markwart  1928; 
Тревер, 1959; Велиев, 1983;  və b. 
120
  Манандян, 1939. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə