«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə24/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   20   21   22   23   24   25   26   27   ...   122

 
57 
saldığı  AĢtarak  yurduna  gəlir  və  buradan,  əvvəllər  deyildiyi  kimi,  çayın 
solu ilə  yox, Ələyəz dağının ətəyindəki ovalıqla, yəni sağ sahil boyunca 
quzeyə - Qanlıcaya doğru irəliləyir. Qanlıcadan sonra Arpaçay boyunca 
yuxarı qalxıb
 
Göyər
 
(Gögər)
 
mahalının Kaspi bölgəsinə girir.
 
QıĢı burada 
keçirir, albanlarla ilk dekabr savaĢı da burada olur.
133
 
Pompeyin  yazbaĢı  kompaniyası,  iberlərlə  savaĢı  və  Potiyə  qədər 
getməsi mövzumuz
 
üçün
 
elə
 
bir  əhəmiyət daĢımır

sadəcə, bu yola qısa 
bir
 
diqqət yetirmək kifayətdir.
 
Onun  Borçalı 

Poti  marĢrutu
 
Göyər
 
ma-
halının Axısqa bölgəsindən baĢlanır. Kürün sol yaxasına keçən
 
Pompey 
Asqura  -  Barjom  yolu  ilə  çayboyu
 
irəli
 
gedir,
 
sonra  Kürün  sağ  sahilinə 
keçib,  Strabonun  Araq  formasında  verdiyi  Araqvi  çayının  Kürə  qovuĢ-
duğu bölgədə rum xəritəsinin göstərdiyi Qarmozika bölgəsində Ġber çarı 
Artokun ordusunu məğlub edib, Potiyə doğru geri qayıdır. Kürün Lexura 
çayını qəbul etdiyi və hər iki yaxası Kaspi adlanan bölgədə indiki Kaspi 
Ģəhərindən  və  Surami  aĢırımından  keçib,
 
Rion  çayı  boyunca  Qara-dənizə 
enir.  Rum
 
savaĢ
 
donanması
 
ilə onu Poti
 
limanında
 
gözləyən
 
Serviliyanı
 
Bospora göndərib, özü legionu ilə
 
Azərbaycana qayıdır. Dion
 
Kassinin
 
verdiyi
 
məlumata
 
görə
 
o,
 
Kürboyu
 
qısa yolla deyil,
 
Ərmən tərəfdən dolayı 
yolla Alban ölkəsinə keçir. 
Pompey Potidən Ərmənə daha qısa Ġmeret yolu ilə geri dönür, xəri-
tədə Ad fontem felikem dayanacağı kimi verilən məntəqəni və Zekar aĢırı-
mını keçir. Yolda vuruĢduğu yerli boylar legionun üç koqortunu məhv 
edir.
134
 
Ad Metcurium məntəqəsində Kür çayını keçib, legionun qıĢladığı 
Kaspi bölgəsindən Qanlıcaya gəlir.  
Buradan Alban ölkəsinə ən qısa yol Qanlıca
 
-
 
Dilican
 
-
 
Qazax yolu-
dur  ki,  bu  da  Hamamlı,  Qarakilisə  dərəsi,  Dilican  dərəsi  və  Aqstafaçay 
yaxası ilə keçir. Bu yolla gəlib Qazax bölgəsinə çatan Pompeyin sonrakı 
marĢrutu
 
elmi
 
ədəbiyatda
 
yanlıĢ Ģərh olunmuĢdur. K.V. Trever kimi, vaxtilə 
akad.  Y.  A.  Manandyan  da  yazırdı  ki,  rum  qoĢunu  Aqstafa  yaxınlığında 
Kürü keçib Qarayazı bozqırına girmiĢ, oradan Ġori, sonra Alazan çaylarını 
                                                 
133
 Qanlıcadan Kaspiyə getmək üçün Pompey dolayı yolla Paqasa deyil,
 
birbaĢa
 
Abul
 
da-
ğının
 
ətəyinə, oradan azacıq batıya, Axalkalak tərəfə dönüb Kaspi bölgəsinə girə bilərdi.
 
Bunun
 
üçün
 
Qanlıca, Oxçoğlu, Güllübulaq, Qaraçanta, Amasiya, DaĢkörpü yolu ilə gedib, 
Arpa-göldən  doğuda
 
qalan
 
Düzkənd,
 
Təpəköy,
 
Balıqlı,
 
Öysüz  kəndlərinin  yerləĢdiyi 
bölgəni keçməli idi.  
134
  Ġmeret  yolu  üstündə  verilən  Ermi  yeradı  çox  maraqlıdır,  çünki  subar  türklərinin  bir 
soyu olan ermi boyu daha qədim qaynaqlarda Dəclənin yuxarı axarında göstərilir. Ġme-
ret yolunda yerli boylarla Pompeyin savaĢını Strabon təsvir etmiĢdir (XII.3.18). 


 
58 
keçib ġəki-Zakatala arasındakı bölgədə albanlarla savaĢmıĢ, onları əzən-
dən sonra buradan  geri,  Armeniyaya  qayıtmıĢdır.
135 
Əlbəttə,
 
alimin  güya 
Dion, Plutarx və Strabonun «dolayı» məlumatları əsasında çıxardığı nəti-
cəyə görə verdiyi Ģərh tarixi gerçəkliyi əks etdirmir.
136
  
Əvvəla, Kürdən sonra Pompeyin keçdiyi çayların adını yalnız Dion 
Kassi (Kambiz, Abas) və Plutarx (Abant) qeyd etmiĢlər. Kambis hidroni-
mi  hələ  Mommzen  və  Reynak  tərəfindən  yanlıĢ  olaraq,  Alazan  (Qanıx) 
çayı
 
ilə
 
eyniləĢdirilmiĢ,
 
Y.
 
A.
 
Manandyan
 
da bunu təkrar
 
etmiĢdir.
 
Halbuki, 
Strabon  Qanıx  çayını  indi  iĢləndiyi  ̉Αλαζόνιος(Alazan)  adıyla  verdiyi 
üçün bu ad iki əsr ondan sonra yaĢayan Dion Kassi və Plutarxa da yaxĢı 
məlum idi, ona görə də, Qabırrı-Qanıx (Ġori-Alazan) çaylarını Kambis, 
Abas/Abant adları ilə qarıĢıq sala bilməzdilər.
 
T.
 
Chapot isə döyüĢ yerini Samur çayı yanında verir ki, bununla
 
da 
razılaĢmaq olmaz, çünki Pompey orada vuruĢmaq üçün ya Qafqaz dağla-
rını aĢmalı, ya ġamaxı-Xızı, ya da Xəzərboyu yolla getməli idi.
137
 
Halbuki, 
mənbələr qeyd edir ki, Pompey dağdakı düĢərgəsində oturan Alban çarı 
Uruzla deyil, onun qardaĢı Kosislə dağətəyi bölgədə vuruĢur. Xəzərin üç 
günlük məsafəsində
 
ilan-çayanlı bölgə
 
Samur qırağı ola bilməz.
 
Pompeyin
 
Mitridatı  təqib  etmək  əvəzinə,
 
Potidən  geri  dönüb
 
Alban  ölkəsinə  yürüĢ
 
etməsini Plutarx belə verir:  
«
Bosporda, Meotid yaxalarında yaĢayan boyların ərazisində gizlən-
məsi Mitridatı
 
təqib
 
etməyə böyük çətinlik yaratmıĢdı.
 
Bundan əlavə,
 
Pom-
pey albanların yeni dirəniĢi haqda məlumat almıĢdı. ƏsəbləĢmiĢ Pompey 
qəzəblə  onlara  doğru  geri  döndü;  öncə  Kürü,  qoĢunu  təhlükə  qarĢısında 
qoyaraq, çətinliklə keçdi, çünki barbarlar çay keçidinə uzun payalar sancıb, 
maneə qurmuĢdular. Onu qarĢıda susuz yerlərdən keçən yorucu yol gözlə-
diyindən əmr etdi ki, on min tuluq su ehtiyatı götürülsün
».
138
 
 
                                                 
135
 
Манандян, 1939, 78-80; Тревер, 1959,  93-98. 
136
 
Sonrakı  tədqiqatçıları  Kaxetiyanın  keçmiĢ  Kambiçe  adı  çaĢdırmıĢdır,  onlar  Kambis 
çayının  bu  bölgədə  olacağını  düĢünmüĢlər.  Lakin  yuxarıda  Kaspi  adında  gördüyümüz 
kimi, eyni etnotoponimin müxtəlif bölgədə olması təbiidir. Plini və Ptolemeyin Albanus,
 
 
̉Αλβάνα Ģəklində verdiyi hidronim Sumqayıt-çay ola bilər, bu halda Pompeyin döyüĢ yeri 
kimi
 
Dion
 
Kassi
 

 
Plutarxın göstərdiyi ̉΄Αβας , ̉΄Αβαντος hidronimi buna uyğun gəlir.
 
137
 Chapot, 367. 
138
 
Плутарх, II, 1963, 359  (Помпей, XXXV). 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə