«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə26/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   22   23   24   25   26   27   28   29   ...   122

 
61 
dına qoĢulub topluluq bildirən ar/ər, but, bi sözcüklərinin güneydə, həm 

 
quzeydə  geniĢ  yayıldığını  görmək  olur:  subar,  azər,  daqar,  qızılbut, 
sanqibut, karsibut, suvbi (subi), lulubi,
 
ellibi, kasbi 
 

 
sair. 
 
 
  
 
    


 
62 
2. TARIXI COĞRAFIYA COĞRAFĠ DĠLÇĠLĠK 
ĠġIĞINDA
 
Qədim
 
çağlarda
 
coğrafiya
 

 
tarixə  aid  yazılmıĢ  əsərlərdə  yeradı, 
boyadı,  dağadı  və  çayadı  kimi  məsələlərdən  də  bəhs  olunmuĢ,  onların 
dil  mənsubiyəti
 
haqqında
 
bəzən
 
ötəri
 
məlumatlar  verilmiĢdir  ki

bu  da
 
coğrafi-dilçilik elminin ilk örnəkləridir. Lakin coğrafi dilçilik yalnız XX 
əsrin ortalarından sonra özəl metodları ilə bir elm sahəsi kimi formalaĢa 
bildi və linqvogeoqrafiya adı altında ciddi tədqiqatlar ortaya çıxdı.
 
Burada 
tarixi coğrafiyanın müxtəlif sahələrindən deyil, ancaq mövzumuzla bağlı 
areal  izoqlosları  (bölgəsəl  sözlər),  xalq  coğrafi  terminləri,  paleotoponi-
miya adı altında qədim oykonimlər (yaĢayıĢ yeradı), hidronimlər (çayadı), 
oronimlər (dağadı), yeri və adı dəyiĢən toponimlərdən bəhs olunacaqdır. 
Dilçilik
 
elmi
 
baxımından
 
areal
 
izoqlosları  geniĢ
 
sahəni 
əhatə etsə də,
 
coğrafi məzmunlu vahidləri,
 
toponimiya 
yaradıcılığında iĢtirak
 
edən  söz
 

 
Ģəkilçiləri
 
«bölgəsəl 
sözlər»
 
adı altında tədqiq
 
etmək mümkündür.
 
Bu termin 
elmi ədəbiyatda iĢlənən
 
areal izoqlosları
 
anlamını tam 
ifadə  etmir,  lakin  dilimiz  üçün  daha  uyumludur.  Ön  Asiyanın  bölgəsəl 
sözləri  dedikdə  ilk  ağla  gələn  bu  regionda  iĢlənmiĢ  ortaq  sözlərdir  ki, 
bunların  da  ön  sırasında  tanrıadları  durur.  Belə  teonimlərdən  sonrakı
 
bi-
tiklərdə
 
geniĢ
 
bəhs
 
olunacaq

burada  yalnız
 
bir  neçə  ortaq  «tanrı»  anlamlı 
sözə,  tanrıadına  diqqəti  çəkməkdə  məqsəd  prototürk  etnosunun  ilkin 
coğrafi yurduna iĢıq tutan yardımçı faktların üzə çıxarılmasıdır. 
Bəllidir ki,
 
Tanrıçılıq dininə tapınan türk etnosu heç vaxt çoxallahlı 
xalqlarda olduğu kimi, tanrılara bütlər qoymamıĢ, bir neçə tanrıya sitayiĢ 
etməmiĢdir.
 
Qədim  türklər
 
Yeri-Göyü  yaradana  «Bir
 
Tanrı»,
 
«Tək  Tanrı», 
«Xan Tanrı» deyimi ilə tapınmıĢlar. Lakin bütün yaĢamı ilə təbiətə, coğ-
rafi duruma  köklənən  türk  etnosu  təbii  varlıqların qutsal hamisi,  yiyəsi 
(iyəsi) və ruhu (qutu) olması inancına da sahib olmuĢ, bu iyələrə Asar, 
Araz, Alpan, Albasdı, Baba, Bağa, Qut, Humay, Erlik, Kambar, Zəngi və 
sair adlar verilmiĢdir. Bu sözlərə tanrıadı anlamında teonim kimi deyil

iyəadı kimi baxmaq  daha  doğru  olardı. Belə ki,
 
qırğız-qazax ellərində 
qaramal iyəsi kimi Zənqi-Ata adının teonim kimi verilməsi düzgün deyil, 
yəni qırğızlar
 
içində  yayğın
 
olan Oysulata (dəvə
 
iyəsi)
,
 
Çolponata
 
(qoyun
 
iyəsi)
,
 
Zəngibaba  (sığır
 
iyəsi)

Kambarata  (ilxı  iyəsi),  bütöv  Qırğız  elini 
himayə  edən  Kırqızata  kimi  iyəadları  və  Koçkor-Ata,
 
Çolpon-Ata,
 
Isık-
Ata kimi
 
qutsal yeradları çoxtanrılı etnosların teonimlərindən fərqlənir. 
 
Bölgəsəl 
sözlər  


 
63 
Göydəki
 
Yaradıcı
 
prototürk  dilində
 
«tanrı»
 
anlamında
 
*Teñeri  (Ten-
geri) adı ilə adlanmıĢ, bu tanrı sözü qədim çağlardan bugünə qədər ayrı-
ayrı türk dialektləri üzrə Tañrı, Tenqeri, Tenqri,
 
Tenqer,
 
Dingir,  Tārı fo-
netik variantları ilə iĢlənmiĢdir. Azərbaycanda Dingir-bulaq, Dingir-dağı 
toponimləri  deyimində  hətta  [cingir]  forması  yaranmıĢdır.  Ġkiçayarasına 
IV minildə gələn sumerlər yerli türk boylarından eĢitdiyi *Teñer (Tenqer) 
deyimini  mixi  yazı  yarananda 
DĠNGĠR
  loqoqramı
 
ilə  vermiĢ,  sonralar  bu 
yazı sistemini qəbul edən elam, akad-asur, het, hurri, urartu xalqları yazı 
vasitəsilə yayılan həmin loqoqramı «tanrı» determinativi kimi iĢlətmiĢlər.  
Beləliklə, prototürk teonimi həmin xalqların
 
yazısında tanrı adları-
nın qarĢısında iĢlənməklə bütöv Ön
 
Asiyaya yayılmıĢdır. Lakin hər xalq 
onu öz dilindəki «tanrı» sözü ilə oxumuĢdur, yalnız sumerlər bu sözü türk 
xalqlarında olduğu kimi, sağır nun-u iki samitə (ñ
 
>
 
ng) ayırıb, dingir Ģək-
lində  yazıb-oxumuĢlar.
1
 Tanrı  sözündə  göy-səma  və  tanrı  anlamı  olması 
bu  sözün  çin  dilinə  keçmiĢ  variantında  da
 
özünü
 
göstərir.  Çin
 
dilində
 
«r»
 
səsi
 
olmadığından
 
onlar
 
bu
 
türk
 
sözünü  «göy»
 

 
«tanrı»  anlamında
 
t`ien 
Ģəklində  iĢlətmiĢ,
 
Tanrı  dağı  adını  T`ien-ġan  formasında  vermiĢlər.  Et-
rusklar da «tanrı» anlamlı Ten (ten-ri) sözünü Ġtaliyaya aparmıĢlar. Hətta, 
bu dildə
 
[Tinas-oklenar] kimi oxunan  «Tinoğulları» deyimi (Tinasclenar) 
vardı. 
Sonrakı bitiklərdə tanrı sözünün geniĢ yozumu (VI Bitik) və etimo-
logiyası (VII Bitik) verilsə də, onun Ön Asiya izoqlosu olmasını, Azərbay-
candan  doğu  və  batı  ölkələrə  aparılmasını  göstərən  bir-iki  örnəyi  Urmu 
teoriyasının bəlgəsi kimi burada təkrarlamaq gərəkir: 
 teñri damğasının oxunuĢu - [teñ//tiñ, tañ//dañ, teñri//tengri]  
Tanrı sözünün ilkin forması: *teñ-ir-i  >  teñri 
Tanrı  sözünün  müxtəlif  dillərdə  deyiliĢi:  monqol  [tengeri],  sumer 
[dingir], cin [t`ien, tienli] > kore [tienli], yapon [ten], etrusk [ten//tin] və s. 
Ön Asiyada Tengir türk sözü yalqız deyildir, burada çoxlu türk-hat, 
türk-sumer, türk-elam, türk-het, türk-urartu qutsal söz paralelləri də vardır 
və  bu  areal  izoqlosları  prototürk  etnosunun  həmin  xalqlarla  olan  qədim 
                                                 
1
 Mahmud
 
KaĢğari
 
teñri  sözünü  izah  edərkən  bilgin  adama
 
teñrigen  deyildiyini  qeyd 
edir  və  «Gecə-gündüz  Tanrıya  tapın,  Ondan  qorxub  çəkin,  utan,  oynama»  mənasında 
iĢlənən beyti misal çəkir:  
   Tün-kün tapun Teñrigə, boynamağıl, 
   Korkup añar eymənü, oynamağıl (MK, III, 376-377).
 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə