«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə33/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   29   30   31   32   33   34   35   36   ...   122

 
76 
isə Ģen
 
«kənd»,
 
Ģenk «tikili» sözlərinin ortaya çıxmasına səbəb
 
olmuĢdur. 
Azərbaycana
 
gələndən sonra hay dilində yaranan bu yeni söz artıq hayca 
deyilən yer adlarında görünməyə baĢlayır: MetsiĢen (böyük kənd), Nora-
Ģen (təzə kənd), ZərdanaĢen (zərdan kəndi), SovetaĢen və b. 
Beləliklə, ev-oba sözündən tutmuĢ abad, bat, aban, van, vəng, but, 
bi,  Ģen  kimi  Ģəkilçi  və  sözcüklərə  qədər  çeĢidli  areal  izoqlosu  olduğunu 
gördük və bunların bəzisi üzərində nisbətən ona görə  geniĢ dayandıq ki, 
sonrakı  bitiklər  boyu  qarĢıya  çıxan  həmin  formantlara  hər  dəfə  yenidən 
izahat verməyə ehtiyac qalmasın. 
Ölkə-bölgə,
 
Ģəhər-kənd,
 
yurd-yuva,
 
oba  kimi
 
yaĢayıĢ 
məskənlərindən
 
tutmuĢ
 
dağ,
 
dərə-təpə,
 
aĢırım,
 
orman, 
dəniz, göl və çaya qədər müxtəlif coğrafi obyektlərin 
qədim
 
adları paleotoponim adı altında öyrənilir.
 
Top-
onim dilin qanunları ilə yaranan özəl ad olduğu üçün 
dilçilik
 
baxımından
 
öyrənilir.  Lakin  coğrafi  obyektə 
ad verilməsi, sözlə iĢarə olunması xaotik deyil, müəyyən sistem daxilində 
gerçəkləĢir ki, bu da iĢarə olunanla (coğrafi obyekt) iĢarə edən (ad) ara-
sında qarĢılıqlı əlaqə yaradır.
31
 Dildə  formalaĢan  coğrafi  xalq  terminləri-
nin  bir  qismi
 
elmi
 
terminologiya
 
funksiyası
 
qazanır.  Coğrafi
 
terminlərin 
köməyilə qədim toponimlərin dil mənsubiyətini ortaya çıxarmaq mümkün 
olur.
 
Bu baxımdan, yuxarıda gözdən keçirilən bölgəsəl söz və areal izoq-
losları
 
da köməyə
 
gəlir.
 
Paleotoponimlər  yaĢayıĢ məskəni adını  (oykonim)

relyefin  quruluĢu  adını  (oronim),  su,  axarsu
 
adını
 
(hidronim),
 
həmçinin 
planet adını (kosmonim) bildirir
 

 
qədimliyi ilə
 
yeni yaranan toponimlər-
dən fərqlənir. 
Tarixi qaynaqda qeyd olunma çağından  asılı olaraq, Ön Asiyadakı  
coğrafi
 
adları
 
prototürk,
 
protoazər,
 
azər
 
paleotoponimlərinə
 
ayırmaq
 
lazım 
gəlir; m.ö.
 
III minil və
 
II minilin ortasına qədərki sənədlər prototürk, m.ö. 
II minilin ortasından m.ö. I minilin sonuna qədər protoazər, m.s. I minildə 
Ġslamaqədər azər  paleotoponimlərindən danıĢmaq  mümkündür. Ön Asiya 
paleotoponimləri bir neçə əsrdir ki, alimlər tərəfindən tədqiq olunur. Belə 
ki,
 
sumer

elam

akad-asur

het

hurri
,
  urartu

fars  mənĢəli  toponimlərə  aid 
xeyli tədqiqat vardır. Məsələ burasındadır ki, prototürk sınırı dıĢında qa-
lan  elam  boyları  istisna  olmaqla,  adı  çəkilən  xalqlar  Ġkiçayarası,  Doğu 
Anadolu,
 
Güney
 
Qafqaz
 

 
Güney  Azərbaycan  ərazilərinə  gəlmə  etnos-
                                                 
31
 Məsələn,
 
Krımda
 
dağlar meĢəli
 
olduğundan burada
 
dağ sözü
 
«meĢə» anlamı
 
da daĢıyır. 
 
 
Qədim 
coğrafi adlar 


 
77 
dur və onların gəlmə tarixi də bəllidir. Bu gəlmə xalqlar yerli toponimləri 
bəzən  kiçik  təhriflə  saxlamıĢ,  bəzən  hərfi  tərcümə  ilə  əvəz  etmiĢ,  bəzən 
də tamam  dəyiĢib  öz  dilindəki  sözlə  vermiĢlər.
 
Bu  baxımdan,
 
paleotopo-
nimin tədqiqində həmin fərqli durum gözaltına alınmalıdır. 
BaĢqa
 
dilli  paleotoponimlərin  geniĢ  öyrənilməsinə
 
baxmayaraq
,
 
Ön 
Asiyanın qədim toponimləri sırasında xüsusi çəkisi olan türkmənĢəli ad-
lara diqqət verilməmiĢ, bu və ya digər münasibətlə bəzi prototürk toponi-
mi  haqqında  ötəri  fikir  söylənmiĢdir.  Son  yarım  əsrdə  türkcə  yer-yurd 
adlarından bəhs olunmağa baĢlansa da,
 
hələlik
 
bu sahədə sitemli
 
tədqiqat
 
yox dərəcəsindədir.
32
 Doğrudur, bu tədqiqatlar sırasında dəyərli  yozuma, 
elmi  əsasa  söykənən  fikirlərə  rast  gəlmək  olur,  lakin  bəzən  çox  bəsit 
Ģərhlərlə  də  qarĢılaĢmalı
 
oluruq.
33
 Sistemli
 
tədqiqat
 
olmayanda
 
təsadüfi
 
fikirlərin
 
ortaya çıxması təbiidir. Hətta, müasir alimlərimiz bəzən Naxçı-
vanı  «NəqĢ-i  Cahan»

Bakını  «Badu
 
kubə»
 
Ģəklində  xalq  etimologiyası
 
yönündə  Ģərh  edən  orta  əsr  müəllifləri  səviyəsinə  enir,  necə  ki,  Ġrəvan 
adını  Rəvanqulu  xanın  adıyla  bağlayan
 
«savadlı»
 
ziyalılarımız
 
vaxtaĢırı
 
televiziya
 
veriliĢində  bunu  «milli»  gerçəklik  kimi  təqdim  edirlər.
 
Guya  
Rəvanquludan  əvvəl  Ġrəvan  adlı  Ģəhər  olmamıĢdır.  Halbuki,  bu  Ģəhəri 
qədim protoazər yurdu olan Az bölgəsini zəbt edən Urartu çarı  I  ArgiĢti 
m.ö.
 
782-ci ildə həmin bölgədə Erebuni adlı
 
qala formasında tikdirmiĢdi.
34
 
Və  bu  Erebuni-Ġrəvanın  minil
 
sonra  bura gələn hay-erməni  xalqı  ilə  əla-
qəsi  olmadığı  kimi,
 
iki  minildən  artıq  vaxtdan  sonra  burada  xanlıq  edən 
Rəvanqulunun adına da dəxli yoxdur; Ġrəvanın qədim Erebuni adında -ni 
mənsubiyət Ģəkilçisi urartuların, Erbu ~ Erebu isə protoazərlərin sözüdür. 
Ona  görə  urartu  yazısı  «ər//ərlər  evi»  anlamlı  bu 
URU
erebuni  adını  bir 
formada yox, erebu, erbu, irepu, irpu kimi müxtəlif Ģəkillərdə verir.
 35
  
                                                 
32
 Bu yöndə A. A. Bakıxanovun baĢladığı tədqiqat M.
 
Baharlı, Ə. Dəmirçizadə,
 
B. Buda-
qov,
 
Y.
 
Yusifov,  K.
 
Əliyev,  Q.  Qeybullayev,  T.  Əhmədov  və  baĢqa  alimlər  tərəfindən 
davam etdirilmiĢdir. Azərbaycan paleotoponimlərinin tədqiqi barədə geniĢ  məlumatı T.
 
Əhmədov vermiĢdir (Ящмядов, 1985). 
33
 Təəssüf ki, belə yozumlar Az. EA Tarix Ġnstitutunun hazırladığı 7 cildlik «Azərbaycan 
tarixi» kitabında daha çoxdur. Bu akademik nəĢrdə Ə. Dəmirçizadə, Y. Yusifov, Q. Qey-
bullayev, K. Əliyev, T. Əhmədov, S. Vəliyev kimi Azərbaycan alimlərinin düzgün Ģər-
hinə deyil, S. N. Muravyovun yozumlarına üstünlük verilmiĢ, bəsit, savadsız və elmi əsası 
olmayan  etimoloji  yozumlar  irəli  sürülmüĢdür.  Məsələn,  Ptolemeyin  göstərdiyi  Ġobula, 
Xabala güya müasir Əlibəyli, Xaçmaz kənd adlarını əks etdirir (AT, 1998, 367).   
34
 Пиотровский, 1959, 31; Меликишвили, УКН, 431; ТУ, 257-258. 
35
 Diakonoff -
 
Kashkai 1981, 29. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə