«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə36/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   32   33   34   35   36   37   38   39   ...   122

 
82 
və sair türk boyları ilə yanaĢı, quzey bölgələrdə yaĢayan qafqazdilli  boy-
lar (müasir udi,
 
ləzgi,
 
saxur,
 
qırız,
 
buduq və sair) təĢkil edirdi.  
Alban elinin miladdan öncəki dövründə irandilli ad ölkə onomasti-
kasında  yoxdur. Deməli, Alban xoronimi yarananda irandilli boylar hələ 
Arazdan  yuxarı  ərazilərə  gəlməmiĢdi,  ona  görə  də  xoronimin  mənĢəyini 
türk
 

 
Qafqaz
 
dillərində aramaq lazım gəlir.
 
Alban adını əks etdirməyən 
qafqazdilli  onomastikadan  fərqli  olaraq,  türk  onomastikasında  bu  sözün 
Ģəxs, boy və  yer  adlarında geniĢ iĢlənməsi imkan verir ki, Alban adının 
etimologiyasını türk dillərində axtaraq.
 
Əslində, bu yöndə axtarıĢ aparan 
yazarlar hələ 30 il öncə bu xoronimin əsasında alban etnonimi durmasını, 
onun  da  alp/alb  «bahadır»  sözü  və  -an  Ģəkilçisi  ilə  yaranmasını  düzgün 
Ģərh  etmiĢ,  onun  Orta  Asiyadakı  türk  paralellərini  də  göstərmiĢdilər.
46
 
Sonralar Z. Bünyadov, Y. Yusifov və S. Əliyarlının redaktorluğu ilə yazı-
lan «Azərbaycan tarixi» kitablarında həmin etimologiyanı təsdiq edən əla-
və  faktlar  da  ortaya  qoyulmuĢdur.
47
 Lakin  F.  Məmmədova  Albaniyanın 
siyasi  tarixi  və  tarixi  coğrafiyası  üzrə  elmi  tədqiqat  iĢi  yazanda  Alban 
xoroniminin bu aĢkar görünən etimologiyasını görə bilməmiĢ, anti-türk 
xəstəliyi  virusunun  daĢıyıcıları  olan  «akademik»  tarixçilərimiz  isə  bu 
ovqatı  cəmiyətə  aĢılamaq
 
amacıyla  7  cildlik  «Azərbaycan  tarixi»  kita-
bında yazmıĢlar: «Albaniya adının yozulması sahəsindəki bir
 
çox cəhdlərə 
baxmayaraq,
 
hələlik  bir  nəticə  hasil  olmamıĢdır».
48
 Türk  onomastikasında 
Alban, Alvan, Ağvan və Aran adlarının yayıldığını görmək üçün alp/alb 
sözləri  ilə  bağlı  bir  neçə  misalı,  alban,  alvan,  ağvan,  aran  adlarını  və 
onların iĢtirakı ilə yaranan toponimləri gözdən keçirmək lazım gəlir: 
49
 
Alban boyu (Qazax, Qırğız, Özbək ellərində) 
Alban, alvan, alpan (türkmən sakar boyunun bir tirəsi) 
Alban kəndi, Alpan obaları, Alpanarık çayı, Alpan-tapçı (Türkmən eli) 
Alban divarı (Xaçın çay yaxasında qala yeri) 
Albanglı/Alba
ň
 kəndi (Urmu hövzəsi) 
Albava/Albova/ Alpava, Alpan dərəsi, Alp-evi (Ermənistan) 
                                                 
46
 АЪА, 1972, 82. 
47
 АТ, 1994;  АТ, 1996. 
48
 АТ, 1998, 394; Мамедова, 1986. 
49
 
Misallar bu
 
mənbələrdən alınmıĢdır:
 
Фасмер, I, 1964;  Востров-Муканов, 1968; Ва-
лиханов,
 
1985;
 
1986;
 
Молчанова,
 
1979; Атаниязов,
 
1980;
 
Ейвазова,
 
1995; 
Гейбуллайев,
 
1994, 29-30; Рцстямли, 1998, 48-50; AT, 1996; T, II, 
1980;  ETL, I, 1986;
 

 
b. 


 
83 
Alban-baĢ dağı (Altay) 
Alban (Yardımlı, XIX əsrdə kənd) 
Albanqala (keçmiĢ Batum vilayətində) 
Albani,
 
Zemo-Albani,
 
Kvemo-Albani,
 
AlpaniAlvani kəndləri (Gürcüstan) 
Albkendi (Sivas, Orta əsrlər) 
Albulu boyu (Ərzurum, Orta əsrlər) 
AlpamıĢ (Doğu türklərin epik qəhrəmanı) 
Alpan, Alvan, Alpağut (Azərbaycan və Dağıstanda bir neçə kənd) 
Alpan qalası (Dərbənd yaxınlığında qədim qala) 
Alvanlı (Anadolu) 
Alplu (Hələb türkmən boyu və Ġranda qaĢqay oymağı) 
Alpavıt yılqası, Alpavıt küle (Tatar elində çay və göl adları) 
Alb əralpanlar-baĢı «Qazan xanın epiteti», alpanlar (KDQ) 
Alp Ər Tunqa, Alban (qədim türk Ģəxs adları) 
Ġske-Alpar, Yana-Alpar (Tatar elində yer adları) 
Alıber (rus salnamələrində türk yurdu) 
Ağvan, Ağvank, Ağvanlu, Ağvandağ, Ağvanak, Ağvanits aĢxar, Ağvanits 
yergir, Ağvanadzor (hay qaynaqlarında Alban toponimləri
 
-ETL, 
1986
)  
Aran Ģəxsadı (I əsrdə Alban çarı) 
Arandağı,
 
Arandüzü,
 
Aranqala,
 
Aran
 
kəndi
 
(Quzey-Güney Azərbaycan) 
Aran, Aran-kutan, Aran-bulaq, Arantay, Muq-Aran (Dağıstan) 
Arançı təpələri (Azərbaycan, Ağstafa) 
Aranlar təpəsi, AranjıAranĢı boyları (Türkmən, Qaraqalpaq elləri) 
Aran (III əsr part yazısında yunanca Alban adının qarĢılığı)  
Aran-rot, Mets-Arank, Tos-Aren (hay qaynağında Aran toponimləri) 
Aranbad, Yazı-Aran, Dorbet-Aran (Azərbaycan, XVII əsr qaynağı) 
Aranis (Gürcüstan),  Rani (gürcü qaynaqlarında Aran) 
Arran (ərəb qaynaqlarında Aran) 
Aran ölkəsiaran dili (VI əsr suriya qaynağı, Zaxari Ritor)
 
Göründüyü  kimi,  «bahadır»  anlamlı  alb  (alp),  alıb-ər,  alp-ər  sözü 

 
alban
 
boyadı
 
Qafqazdan Altayacan yayılan türk
 
onomastikasının doğma 
adlarında
 
iĢlənir.
50
 ġaman terminologiyasında alban
 
sözünün sehirbaz
 
an-
                                                 
50
 Alban boyu böyük (ulu) qazax jüzünü təĢkil edən dörd əsas boydan biridir (Аристов, 
1894, №3-4, 407-408; Аманжолов, 1959, 43-46); Ç. Valixanov ulu jüzə (uysunlara) daxil 
olan cəlairdulatsuvan və alban boylarının soy Ģəcərəsində uysunların ulu babası sayılan 
Tobey  soyundan  törəmiĢ  Corkçi  övliyanın  oğlu  kimi  verdiyi  Albanın  soyundan  alban 
boyunun yarandığını,
 
bəzi alban boylarına aid qıĢlağın Ġli çayı hövzəsində olduğunu, bəzi 
albanların Çin sınırında yaĢadığını yazmıĢdır (Валиханов,
 
1985,
 
247; 1986,
 
234).  


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə