«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə40/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   36   37   38   39   40   41   42   43   ...   122

 
90 
-an Ģəkilçisi ilə yanaĢı, eyni funksiyanı daĢıyan -bi/-mi Ģəkilçisinin də et-
nonim  yaradıcılığında  iĢtirak  etdiyini  (suv-bi,  kam-bi,  azər-bi,  uru-mi, 
eli-pi, kas-pi və s.) göstərmiĢdik. Aran/ərən adında olduğu kimi, ermən 
adı da *ar/ər «kiĢi» sözündən *ar-me-an 

arman
  
/
 
*er-me-an 

ermen 
Ģəklində törəyib.  Ġndiyəcən iĢlənən arme/erme formaları ilə  yanaĢı, hələ 
qədim
 
çağlarda
 
yaranmıĢ  -an  Ģəkilçili  arman/ermen
 
variantı  daha  geniĢ 
yayılıb. Son variantdakı -man/-men elementi sonralar
 
kara-man,
 
ku-man,
 
türk-mən kimi etnonimlərin
 
yaranmasında
 
müstəqil
 
iĢtirak etmiĢdir.
68
 
Təkcə  baĢqord  boyları içində  durman,  törökman (türkmən),  itemen
buĢman  kimi  xeyli  etnonim  vardır.
69
 Tərkibində
 
bu  Ģəkilçi
 
olan
 
tirmen 
etnonimindən danıĢan Bizanslı Stefan (V əsr) tirmenlərin saqa (skit) boy-
larından olduğunu və
 
bu adın saqa dilində
 
«qovulmuĢ» mənası bildirdiyini 
vurğulayır.
70
 Doğrudan da, qədim türk dillərində olduğu kimi, azər dilində
 

 
iĢlənmiĢ
 
it-
 
(itələ-)
 
feilindən
 
düzələn
 
itir-
 
(kənar  et-)  sözü  -men  Ģəkilçisi 
ilə  iĢlənəndə  «qovulmuĢ»  mənası  verən  itirmen  >(i)tirmen  etnonimi  ya-
ranır. Bu baxımdan, baĢqord boyadı itemen də diqqəti çəkir.  
Tarixdən bəllidir ki, güney Rusiya çöllərinə m.ö.VIII əsrdən qamər-
saqa boyları ilə baĢlanıb, m.s. XII əsrə qədər davam edən hun, bulqar, su-
bar, xəzər, kuman-qıpçaq boylarının köçü və burada zaman-zaman qurulan 
dövlətlərin tarixi aĢağı-yuxarı 2 min illik bir dövrü əhatə edir. Azaq yaxa-
sından indiki Bolqarıstana gedib dövlət quran Tuna bulqarlarıın bir boyu 
da ermi adlanırdı və oradakı Ermenli türk kəndinin adı 1934-ə qədər qal-
mıĢdı, sonralarsa DraqaĢ-voyvoda adı ilə dəyiĢdirildi.  
Tuna  bulqarlarında  olduğu  kimi,  saqa  boyları  içində  də  armini  et-
noniminə rast gəlmək olur. Buradakı saqa çarı Skilur öləndən sonra Olvi-
ya ətrafında oturmuĢ armeni boyundan olan döyüĢçülər bu Ģəhərin kömə-
yinə gəlir. «Armeni oxçuları» ifadəsi buradan tapılan yazıda da qalmıĢdır. 
Vaxtilə BoquĢ yaırdı ki, burada miladdan sonrakı ilk illərdə doğu german 
(ostqot)  boylarından  herusk  tayfasının  baĢçısı  Arminiy  adlanırdı,  375-də 
hunlar tərəfindən öldürülən Erman-arix də doğu-qot boyunun baĢçısı idi. 
                                                 
68
 Türk dillərində bu  morfemlə  əlamət bildirən qocaman, azman, ĢiĢman kimi  sifətlər  və 
türkmən modelli etnonimlər yaranır. Etnoformant statusu qazanan -men Ģəkilçisi zaman 
keçdikcə  mən  əvəzliyi  anlamına  köklənir,  artıq  qazaxlarda  soyadı  olan  türkpen  modeli 
ilə yaranan etnonim  türkmən modelindən fərqlənmir. Həm də nəzərə alaq ki, prototürk 
çağında mən əvəzliyinin özü də me+n modeli ilə formalaĢmıĢdır.  
69
 Кузеев, 1974. 
70
 АИОСК, 174. 


 
91 
Göründüyü kimi,
 
Qara dənizin yuxarı yaxalarında türk
 

 
doğu german boy-
ları  içində
 
erman/ermen  etnoniminin  izi  vardır.  Stadberq,  Saksoniya  və 
baĢqa  bölgələrdə  Ermen-Sѐul  adlı  tapınaqda  Ermen  tanrıya  ibadət  edən 
german  boyunun  Persiyadan  (Azərbaycandan)  köçdüyü  qeyd  olunmuĢ-
dur.
71
 Ümumiyətlə,  german-saqa  kontaktı  Doğu  Avropada  german-hun 
çağından xeyli əvvəl olmuĢ, bu tayfalar Krım tərəflərdə bir neçə əsr iç-içə 
və qonĢu yaĢamıĢlar. Ona görə də, bəzi söz və morfemlərin german və türk 
dillərində eyni formada iĢlənməsi və eyni anlam daĢıması təəccüblü gö-
rünməməlidir. Hər iki dildə iĢlənən -man Ģəkilçisi də belə morfemlərdən-
dir.  
Beləliklə,  Xəzər  ətrafında  dolaĢan  istər  saqa,  subar,  bulqar,  istərsə 

 
azər  və  ya  türkmən
 
boyları
 
içində  arman,
 
ermen,
 
karaman,
 
türkmən, 
tirmen
 
tipli
 
etnonimlərin
 
yaranmasına
 
imkan
 
açan
 
türk
 
dili zəmini vardır. 
Belə etnotoponimlərə qədim Azərbaycanda rast gəlmək olur: 
 
Arman    (Kərkükdən aĢağı Dəclə yaxasında dağadı, m.ö. XV-XII əsr) 
Arman    (Kassi dövrü Diala yuxarısında Ģəhər; Alman kimi də oxunur) 
Armuna  (Urmu quzeyində zəngi boylarının kəndi, m.ö.VIII əsr) 
Armanqu (Qızıl-üzənin yuxarı axarında toponim, m.ö. VIII əsr) 
Armait    (Manada Ziviyə yaxınlığında qala, m.ö. VIII əsr) 
Azərbaycan  toponimlərini  hələlik  buraxıb,  buradan  batı  tərəflərdə 
olan analoji coğrafi adlara baxaq. Öncə, elmi ədəbiyatda ermən adı ilə əla-
qəsi olan
 
adlar kimi verilən
 
Arman,
 
Arme
  
toponimləri və aramey
  
etnonimi 
üzərində
 
dayanaq,
 
çünki
 
əksər
 
alimlər
 
«erməni»  adının  mənĢəyindən  danı-
Ģarkən həmin sözlərə istinad edirlər.
72
  
Arman  və  Armi  yeradları  m.ö.  III  minillikdən  üzübəri  iĢlənməkdə-
dir. Arman toponiminə akad çarı Naram-Suen (
2236-2200
) və onun babası 
Ulu Sarqona aid yazıda rast gəlmək olur:
 
 
  1)  SAG.GĠġ.RA  Ar-ma-nim
ki
  u  Eb-la
ki 
   2)  Ar-ma-nam
ki
  u  Eb-la
ki   
Buradakı «Arman və Ebla» ölkələrindən birinin (Ebla) harada yer-
ləĢməsi  məlum  olsa  da,  digəri  barədə  konkret  bəlgə  yoxdur,  ona  görə 
də,  yeni tapılan  yazılarda  adı  keçən  Arme  toponimini  həmin  Arman  ilə 
eyniləĢdirən tədqiqatçılar vardır. Məncə

bunlar eyni regionda yerləĢsə də,
 
                                                 
71
 Виноградов, 1989, 253;  Богуш, 248. 
72
 Капанцян, 1947; Меликишвили, 1954; Дьяконов, 1985; Саркисян, 1989, və b.    


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə