«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə41/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   37   38   39   40   41   42   43   44   ...   122

 
92 
ayrı-ayrı  yer  adlarıdır.  Belə  ki,  Ġtaliya  arxeoloqları  quzey-batı  Suriyada 
Hələbdən  güneydə  qədim  Ebla  Ģəhər-dövlətinin  arxivlərini  tapdılar  və 
sumer-akad  yazı  sistemi  ilə  indiyəcən  bəlli  olmayan  bir  sami  dialektində 
yazılmıĢ  bu  gil  lövhələrdə  (tabletlərdə)  çoxlu  yer  adları  üzə  çıxdı  ki, 
bunların da xeyli hissəsi o dövr üçün məlum sumer, elam, sami, hurri və 
hindavropa dillərindən heç birinə aid deyil.
 
Bu toponimlərdən biri də bəzi 
mətnlərdə təkrar olunan Arme adıdır:
 73
 
d
ra-sa-ap  ar-mi
 ki 
 «Arme Ģəhərinin tanrısı Rasap»;  3 Ar-mi
ki
 al-KU Gi-
za-an
ki  
«Qizandakı üç Armili»;   Eb-la
ki 
 wa
  
Ar-mi
ki
  «Ebla və Armi»;  
4  GĠġ.Ģilig  1  ninda  ku-li  en-en  Ar-mi
ki
 
 
«Armi  bəyinin  dostları  üçün  4 
kiĢilik bir aĢ (yemək
 
Burada  adı  keçən  Arme  toponimi  Ġkiçayarasının  yuxarı  axarındakı 
bölgənin adı olduğundan onu arameylərlə bağlamaq düzgün deyil, çünki 
arameylər  həm  bu  adın  iĢləndiyi  tarixdən  min  il  sonra  həmin  ərazilərə 
gəlmiĢlər, həm də Arme toponimi arameylərin yox, subar-hurri boyları-
nın məskunlaĢdığı bölgənin adı kimi iĢlənmiĢdir.
74
 Ebla yazılarında Ģəhər 
                                                 
73
 Древняя  Эбла,  223,  336,  284-285;  Buradakı  «Ebla  və  Arme»  ifadəsi  ilə  akad  yazı-
sındakı  «Arman  və  Ebla»  deyimi  arasında  yaxınlıq  görüb,  Arman  toponimini  Armi  ilə 
eyniləĢdirən tədqiqatçılar olduğu kimi, 5 min il yaĢı olan Arme bölgəsinin hayların ulu 
yurdu olduğunu iddia edən hay-erməni alimləri də vardır. Ġ. M. Dyakonov haqlı olaraq, bu 
münasibətlə yazır:  
    «В некоторых околонаучных кругах исключительный интерес вызвало название 
соседнего с Эблой сирийского города Арманума также нередко встречающегося 
в текстах топонима или етнонима ар-ми
ки
 и возникла надежда - нельзя ли видеть 
здесь  предков  армян?  …Миф  об  армянах,  упоминаемых  в  эблаитских  текстах, 
обречен растаять так же, как миф о библейских городах» (Дьяконов, 1985, 336). 
    Həmin  müəllif fikrini davam etdirərək deyir ki,  «erməni» adı hayların öz içində heç 
vaxt iĢlənməmiĢdir, bu adı onlara baĢqa xalqlar vermiĢlər və həm də göstərir ki, Arma-
num  yeradı  armi,  arami  etnonimləri  ilə  bağlı  olub,  «köçəri»  (nomad)  anlamı  bildirən 
aramey boyunun adından yaranmıĢdır (Eyni qaynaq, 336-337). Müəllifin hay-armi məsə-
ləsi  ilə  bağlı  fikirləri  doğrudur,  lakin  Arman  və  Armi  adlarının  ikisini  də  arameylərə 
bağlaması o qədər də inandırıcı deyil, çünki çoxlu sait səsi olan türk dillərindəki sərbəst 
dəyiĢmədən fərqli olaraq, sami dillərində saitlər azdır və onların əvəzlənməsi qramatik 
yük daĢıyır, burada sözlərin sonluğundakı fərqlər də Ģübhə  doğurur.  Bunu  həmin adlar 
arasında paralellik  axtaran
 
Paul  Garelli də  «Ebla arxivindəki toponimlər  haqqında qeyd-
lər» adlı məqaləsində etiraf etmiĢdir
 
(Древняя Эбла, 285). 
74
 Həmin mətnlərdə «4 kiĢilik xörək (aĢ)» kimi ifadələr bir yana qalsın, «Armili Dumur» və 
«Uti  bəyi  Tamur-lim»  ifadələrindəki  dəmir  sözü,  «Arimunun  yaĢadığı  Abarsila  ölkəsi» 
(Древняя Эбла, 251, 310) deyimində (a)barsil etnotoponimi (?) çətin ki, sami dilləri ilə 
izah oluna bilsin. 


 
93 
və ölkə adı kimi verilən Armenin Mitani ölkəsinin ortasında olması, mitan 
boyunun isə  getdiyi ərazilərdə,
 
yaĢadığı torpaqlarda daima Arman, Ermən 
toponimlərinin, ermən etnoniminin  ortaya  çıxması  faktlarını nəzərə  alıb, 
mitan  boyları haqqındakı  bəlli  bəlgələri  gözdən  keçirək,  çünki  haqqında 
danıĢdığımız «ermən» adı bu bölgədə iĢlənmiĢdir. Tarixdən bu da bəllidir 
ki,  Dəclənin  yuxarı  axarlarında  urartulardan əvvəl  görünən  çoxsaylı hurri 
boyları armini adı ortaya çıxana qədər buradakı subarlarla ən azı min il 
iç-içə  yaĢamıĢlar.
75
 Təbii  ki,  bu  durum  müəyyən  çağlarda  müxtəlif  dilli 
tayfaların konfederasiyası üçün təbii Ģərait yaratmıĢdır və görünür, hurri-
lər əsasən subar boylarından olan mitan tayfaları ilə qaynayıb-qarıĢmıĢlar, 
çünki hurrilərin qurduğu dövlət daha çox Mitani adı ilə tanınırdı. Mitani 
çarı TuĢratta Misir fironu III Amenxotepə (
1455-1424
) yazdığı geniĢ mətnli 
məktubunda  ölkəsinin  adını  hurricə  Xurroxe,
 
məktubun  akadca  olan  his-
səsində isə Mitani adlandırmıĢdır.
76
   
Hurri-Mitan dövləti  dağılandan  sonra mitan  boyları  müxtəlif  bölgə-
lərdə  ayrı-ayrı  dərəbəyliklər  Ģəklində  yaĢayan  digər  subar  boyları  kimi 
zaman-zaman bu və  ya digər dövlətin nüfuz dairəsinə düĢdülər; bir qismi 
Ġç Anadoluya, bir qismi də Urmu gölü hövzəsi ilə Orta Asiya tərəflərə 
köçdü, çünki sonrakı tarixlərdə mitan boyadı həmin ərazilərdə xatırlanır. 
KumuĢdakı  özbəklərin  içində  moytan  soyunu  qeyd  edən  Çokan
 
Valixa-
nov
 
özbəklərin  minq,
 
diaxli,
 
barkut,
 
qaraqalpaq,
 
kataqan  boyları sırasında 
mitan
 
boyunun
 
da adını
 
çəkir.
77
  
                                                 
75
 Boğazköy  mətnlərində  iĢlənən  Armani  toponimi  əgər  ermen  adı  ilə  bağlıdırsa,  onda 
bu tarix daha qədimə çəkilə bilər (Ertem, 16). 
76
 Меликишвили, 1954, 93,95; Habur və Balıx çaylarının (Balıx hidronimi türkcədir) 
yuxarı  yaxalarında  batı  hurri  boylarının  qurduğu  dövlətin  (XVI-XIII  əsrlər)  mərkəzi 
Ģəhəri VaĢĢukanni idi və bütöv ölkə samicə Xaniqalbat, Misir yazısında isə Naxarain - 
«Ġkiçay ölkəsi» adlanırdı.
 
Lakin hurrilərin doğu boylarından bəzi tayfalar Dəclənin orta 
axarına, onun sol yaxalarında indiki Kərkük bölgəsinə gəlib çıxmıĢdı. Ona görə də hurri 
izləri  batıda  Fələstinə  qədər  gedib  çıxırsa,  doğuda  da  Güney  Azərbaycanın  güney-batı 
sınırlarına qədər özünü göstərir.Əlbəttə,
 
Qafqaz ətəklərindən Ön Asiyaya gəlmiĢ hurrilər 
belə geniĢ, özü də bir-birindən aralı bölgələrdə nüfuz sahibi olmaq üçün asur təzyiqi al-
tında olan yerli subar boylarının köməyinə arxalanır, onların qüvvəsindən istifadə edirdi-
lər. Yəqin bu səbəbdəndir ki, mənbələrdə hurri Ģəxs adları sırasında xatırlanan və elmi 
ədəbiyatda hurri adı kimi təqdim olunan Arijen (Arjan adı altay türklərində geniĢ iĢlənir) 
adından tutmuĢ, DaĢuk, Kaltuk, Siluk, Dada, Ġkita, Umbin-Api, Puta kimi adlar subar-
mitan antroponimiyası ilə bağlıdır. 
77
 Валиханов, 1986, 256. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə