«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə42/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   38   39   40   41   42   43   44   45   ...   122

 
94 
Mitan-Xarəzm əlaqəsindən yazan L. S. Tolstova qaraqalpaq-müyten 
boyunun ulu
 
dədəsi
 
Tamin bəyin Kaptaw
 
(Qaf
 
dağı) tərəflərə
 
səfərilə bağlı 
əfsanəni  qeydə  almıĢ,  Orta  Asiya,  özəlliklə  Buxara  bölgəsində  mitan 
boyları ilə əlaqəsi olan xeyli etnotoponim olduğunu və Mada-Mitan kimi 
toponimlərin 
X-XIII
 əsrlərdə xatırlandığını  göstərib, bu boyların irandilli 
olduğunu söyləyənlərə qarĢı çıxmıĢdır.
78
 
Mitan  boylarının  Anadolu  və  Azərbaycan  bölgələrində  yaĢaması 
haqqında Herodot və Strabon dolğun məlumat verir və bu məlumatlar ən 
azı beĢ əsrlik bir dövrü (m.ö.V - m.s. I) əhatə edir. Qədim Azərbaycan 
ərazisində  Dəclənin  iki  sol  qolu  olan  «Böyük  və  Kiçik  Zab  çaylarının 
Matien ölkəsindən axdığını» yazan Herodot matien boylarının Ġç Anado-
luda və Urmu gölü hövzəsində yaĢadıqlarını qeyd edir:
 
 «Yunanlılar kappadokiyalılara suriyalı
 
deyirlər. Bu suriyalılar pers hege-
monluğuna qədər madalılara
 
tabe
 
idi,
 
sonralar KuruĢa (tabe oldular).
 
Mada
 

 
Lidia çarlıqları arasında sərhəd, əslində Halis çayıdır ki, bu Armen
 
dağ-
larından
 
baĢlayıb
 
Kilikiyadan
 
keçərək,
 
sağında
 
matien,
 
solunda  friq  ölkələ-
rini buraxandan sonra quzeyə dönərək kappadokiyalı suriyalılarla sol yaxa-
sındakı  paflaqoniyalılar  arasında  təbii  sərhədə  çevrilir»  (
I.
 
72
);    «KuruĢ 
Babil üzərinə yürüĢ edərkən Gind (=Diala) çayına çatdı. Qaynağını dağlıq 
yer
 
olan
 
Matien  ölkəsindən  alan  bu  çay  dardanların  torpağından  keçib
 
Dəclə
 
çayına
 
tökülür»  (
I.
 
189
)
;   
«Araz
 
(=
Qızıl-üzən
)
 
çayının
 
qaynağı  isə 
Matien dağlarıdır, KuruĢun 
360 
kanala ayırdığı Gind çayı da bu dağlardan 
axır» (
 I. 202
); «Matien,
 
saspeir və alarodilərə 
200
 talant vergi qoyulmuĢdu.
 
Bu
 
18
-ci
 
dairə idi»
 
(
III. 94
);  «Burada
 
Kilikiyadan
 
sonra armeni
 
(ərazisi) gəlir, 
zəngin  örüĢləri  var;  armenilərdən  sonra  matienlərin  bölgəsidir.
 
Sonra 
kissilərin  ölkəsi  və  burada  Xoapsi  çayı  yaxasında  böyük  çarın  oturduğu 
və xəzinəsi olduğu Sus Ģəhəri yerləĢir» (
V. 49
). 
Qızıl-üzən çayını Araz adlandıran Herodotla razılaĢmayan Strabon 
(
XI.14.13
matien, armen, mada boylarının adından yaranmıĢ etnotoponim-
lər haqqında bunları yazır:
 
      «Ksanfın dediyinə görə, Artaksersin vaxtında elə möhkəm quraqlıq 
olub ki, çaylar, göllər və bulaqlar quruyub, onun özü dənizdən uzaq bir 
                                                 
78
 «Однако  ряд  указанных  выше  данных,  в  частности  исторические  легенды  зе-
рефшанских  митанов,  говорящие  о  пребывании  их  предков  близ  берегов  Урмии 
(Иранский Азербайджан), называвшегося в древности Ма(н)тиане, дают возмож-
ность допустить и иную трактовку» (Толстова, 1971, 246-253). 


 
95 
çox yerdə - ArmeniyaMatien və Friqiyada balıqqulağı Ģəklində daĢlar gö-
rüb»
 
(
I.
 
3.
 
4
); 
 
«Mada əyaləti Matien» (
II. 1.14
);
  
«Eyni Ģey Madada Ma-
tien  bölgəsində  və  Armeniyada  Sakasena
 

 
Araksena  bölgələrində
 

 
mövcuddur»  (
XI.  7.  2
);    «Girkanların  o  biri  tərəfində  derbiklər  yaĢayır, 
kadusilər isə Paraxoafr dağının ətəyində mada və matienlər
 
ilə
 
qonĢudur»
 
(
XI. 8.
 
8
);
  
«Bu
 
ölkə
 
(Atropatena)
 
Armeniya və
 
Matiandan doğuda, Böyük 
Madadan  batıda  və  hər  iki  ölkədən  quzeydə  yerləĢir;  güneydən  Girkan 
dənizinin aĢağı çıxıntısına və Matiana yaxınlaĢır» (
XI. 13. 2
); «Sonra de-
yirlər ki, əvvəllər kiçik ölkə olan Armeniya  Artaksi və Zariadrın apardığı 
müharibələr  hesabına  geniĢləndi»  (
XI.  14.  5
);  «Armeniyada  böyük  göllər 
var.  Biri  Mantiana  adlanır  və  tərcümədə  göy  (rəng)  mənası  verir.  Belə 
deyirlər  ki,  bu  göl  Meotiddən  sonra  ən  böyük  duzlu  göldür;  Atropatiya 
qədər uzanır» (
XI. 14. 8
). 
 
Mitan (matian, matien, moytan) boyları haqqında deyilənlərdən bu 
nəticəni əldə etmək olur ki, onlar m.ö. II minilin ortalarında Ġkiçayarısının 
quzey-batısında  qafqazdilli  hurrilərin  dövlət  qurmasına  yardım  etmiĢ  və 
bu dövlət Mitani adı daĢımıĢdır; Dövlətin etnik dayağı olan subar (mitan)-
hurri boyları quzey-batı Suriyadan tutmuĢ doğuda (Kərkük bölgəsi) Dəclə 
yaxalarına  qədər  müxtəlif  lokal  məntəqələrdə  məskunlaĢmıĢlar;  mitan-
ermən boyları da saqa-qamər boyları kimi eyni xalqın daxili soybölgüsü 
olub,  miladdan  öncəki  tarixi  bəlgələrdə  daima  bir-birinə  qonĢu  ərazidə 
qeydə alınmıĢlar; Mitan dövləti dağılandan sonra zaman-zaman onların bir 
qismi Kiçik Asiyaya, bir qismi Azərbaycan və Orta Asiyaya köçmüĢdür; 
Artıq Herodotun dövrundə (m.ö.V əsr) mitan-ermən boyları Ġç və Döğu 
Anadoluda və Urmu
 
gölünün dörd
 
tərəfini əhatə edən hövzədə görünür.
 
Strabonun
 
vaxtında
 
(m.ö.
 
I  - m.s.
 
I
 
əsrlər)
 
Armeniyanın
 
doğusunda
 

 
Atro-
patenin
 
batısındakı
 
Matien bölgəsindən bəhs olunur; Sonrakı minilliklərdə 
isə mitan boyları özbək, qaraqalpaq və baĢqord xalqlarının bir boyu kimi 
xatırlanır.  
Subar (mitan) boylarından bir tirənin adı olan ermən etnonimi təkcə 
qədim Anadolu və Azərbaycanda deyil, Qazax elindəki Erimen dağlarına 
qədər  yayılmıĢdır.  Ermən  soylarından  Güney  Azərbaycan  üzərindən 
Doğu tərəfə gedənlər olduğu kimi, Azərbaycanın quzeyindən də Qafqaz 
dağlarının o tərəfinə keçənlər olmuĢdur. Azərbaycandan quzeyə Dar-Yol, 
Dəmir-Qapı  keçidləri  belə  bəlgələrin  izini  Osetiyada  Erman  toponimində 
və Samur deltasında qədim Armen-kala adlı kiçik bir qalanın adında sax-
layır. Bura qədər deyilənlərə bunu əlavə edək ki, I Dara Bisutunda həkk 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə