«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə46/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   42   43   44   45   46   47   48   49   ...   122

 
102 
bəyliklər
 

 
dərəbəyliklər
 
ortaya çıxdı.
 
Yalnız X
 
əsrin sonunda Asur döv-
ləti  gücləndi,  IX  əsrdə  Urartu  meydana  çıxdı  və  bu  çağlarda  Suriyanın 
quzeyinə  çoxlu  aramey  axınları  baĢlanmıĢdı.  Əgər  hay  tayfaları  X-VII 
əsrlər  arası  Fərat  çayının  yaxalarında  olsaydı,  onların  adı  buraları  dəfə-
lərlə ələk-fələk edən asur və ya urartu çarlarının yazılarına düĢərdi.
 
Həm 
də unutmayaq ki,
 
Ərmən ölkəsi VIII-VII əsrlərdə saqa-qamərlərin at oy-
natdığı ərazilərin ortasında yerləĢirdi.
 
Məncə,
 
Friqiya dövlətinin bir kolo-
niyası olan haylar bu dövlət dağılandan sonra, VII əsrdə Suriyanın quzey-
batı  bölgələrinə,  Urartu-Asur  dövləti  dağılandan  sonra  isə
 
VI-III
 
əsrlər 
arasında Diyarbakırdan xeyli
 
yuxarıda olan qədim subarların Arme bölgə-
sinə sıza bilmiĢlər. Arme ilə Van gölü arası ərazidə hurri-urartu boyları-
nın qalıqlarının protohay tayfalarına qarıĢması hay dilində əksini tapıb.
93
  
Hayların miqrasiya yolunu Balkan yarımadası 

 Friqiya 

 Quzey 
Suriya 

 
Arme
 
və 

 
Arminiya  istiqamətində  olduğunu  qədim  tarixçilərin 
sözləri əsasında nəzəri baxımdan bərpa etmək olur, lakin bu miqrasiyanın 
tarixini  dəqiq  müəyyənləĢdirmək  bir  az  çətindir,  çünki  həmin  miqrasiya 
çağlarında hayların öz dilinə aid bircə dənə iĢarə və ya söz yoxdur ki, heç 
olmasa, təxmini tarixə bələdçilik etsin.  
Ona görə də, hayların friqlərlə Kiçik
 
Asiyaya XII əsrdə keçməsi o 
qədər  də  inandırıcı  deyil.
 
Belə  ki,  friqlərin  Avropadan  Asiyaya  keçməsi 
protohayların ən yaxın qohumu olan yunan əhalisi içindən çıxmıĢ tarix-
çilərə
 
görə,
 
Turova
 
(Troya)  müharibəsindən  sonrakı  çağlarda
 
baĢ
 
vermiĢ-
dir.
 
Yunan  tayfalarının  özləri  də  Kiçik  Asiyanın  batı  sahillərində  VIII 
əsrdən sonra məskunlaĢmağa baĢlamıĢdı.
94
 
 
Ermən ölkəsinin türk  yurdu olmasını sübut edən faktlardan biri də 
hay
 
dilindəki  qədim  türkizmlərdir.
 
Bu  barədə  sonrakı  bölmədə  söhbət 
edəcəyimizi nəzərə alıb,
 
burada vurğulayaq ki,
 
hələ səlcuqlar tarix səhnə-
sinə çıxmamıĢdan
 
çox
 
qabaq
 
hay
 
dilində türk sözləri vardı.
 
Ġlk
 
dəfə
 
bu
 
fikri 
                                                 
93
 Капанцян, 1947;  Дьяконов, 1983;  Меликишвили, 1954, 419. 
94
 Kiçik  Asiyaya  friqlərin  gəlməsini  XII-VIII  əsrlər  arasında  müxtəlif  illərə  aid  edən 
mütəxəssislərin  bir-biri  ilə  apardığı  mübahisələrə  qoĢulmadan  demək  olar  ki,  Kiçik 
Asiyaya  gələn  friqlər  VIII  əsrdə  Halis  (Qızıl-irmaq)  çayının  orta  axarlarında  dövlət 
qurmuĢlar.  Bir  əsr  sonra  isə  burada  qurulan  böyük  Lidiya  dövlətinin  tərkibinə  daxil 
olmuĢlar.  Görünür,  həmin  çağlarda  hay  tayfaları  Friqiyanın  mərkəzi  Gordion  (müasir 
Yassıhöyük)  Ģəhərinin  güney
 
tərəfindən,
 
indiki
 
Haymana  bölgəsindən  quzey-batı
 
Suriya 
torpaqlarına  köçmüĢlər,  çünki  Herodot  erməniləri  (hayları)  Friqiyadan  köçmüĢ  xalq 
kimi verir. 


 
103 
hələ 
1870
-də alman alimi Mordman söyləmiĢdi. Hətta hay dilində elə tür-
kizmlər var ki, onlar dilin arxaik qatını əks etdirir. 
Proto-haylar  Ermən  ölkəsinə  gələndə  onların  dili  türk  sözləri  ilə 
zənginləĢdi, lakin bu dil bütövlükdə hind-avropa təbiətini saxlaya bildi, 
sonralar  isə  Xilafət  dövründə  Azər  bölgələrinə  yaxınlaĢdıqca  azər  dilinin 
təsiri  altına  düĢüb  əvvəlki  təbiətindən  xeyli  uzaqlaĢdı.  Belə  ki,  qrabar 
(yazılı hay dili) adlanan əski dil yazı və kilsə dili kimi bir müddət davam 
etsə  də,  hayların  danıĢıq  dili  olan  yeni  aĢxarabar  artıq  Xilafət  çağından 
hay xalqının içində iĢlənirdi. Qrabarın sintaksisi indiki fransız və rus dil-
lərinin  sintaktik  quruluĢuna  uyğun  idisə,  artıq  aĢxarabarda  azər  dilinin 
sintaktik  quruluĢu,  uzlaĢma  və  söz  sırası  təsiri  altına  düĢmüĢ  yeni  hay-
erməni dili əvvəlki təbiətindən xeyli uzaqlaĢmıĢdır. 
Lakin hay dili hindavropa dillərindən nə qədər uzaqlaĢsa da, bütün 
bu  zənginləĢmə  və  dəyiĢmələrə  baxmayaraq,  yenə  də  dilçilik  elmi  onu 
hindavropa dilləri ailəsindən təcrid olunmuĢ dil hesab etmir. Hay dili ya-
xın
 
qohumluq  baxımından  yunan  dilinə,  sonra  slavyan,
 
daha  sonra  iran 
dillərinə yaxınlaĢır. Bu elmi qlottogenez meyarı hayların Ermən ölkəsinə 
gəlmə
 
xalq
 
olduğunu aksioma Ģəklində
 
ortaya qoyur.
 
Həm antropologiya, 
həm də dilçilik elmi tarixi Ermən ölkəsində hay etnosunun yerli xalq ol-
madığını təsdiq edir.  
Arime//Arme adından bəhs edən akademik Q. Kapansyana görə, bu 
bölgənin  xalqı  öz  dilinə  və  mədəniyətinə  görə  hurri-subar  etnik  boyla-
rına aid idi və haylar m.ö. IV-III əsrlərdə tarixi Urartunu etnik-mədəni 
və  siyasi  cəhətdən  mənimsəmiĢ,  yerli  əhali  ilə  bir-iki  əsr  davam  edən 
konsolidasiya
 
III
 
əsrdə
 
baĢa
 
çatmıĢdır.
 
Həmin
 
yazar
 
fikrinə
 
davam
 
edərək, 
hayların «erməniləĢmə» faktını belə izah edir:
 
       «Baxmayaraq  ki,  suriyalılara,  yunanlılara  və  baĢqalarına  iranlılardan 
keçən armen adı Armina toponimindən törəmiĢdir, hər halda Urartu əha-
lisi kimi, subar-arimelərin də haylaĢması prosesi baĢa çatdığı üçün biz artıq 
yunanca formalaĢmıĢ (armen-oi, Armen-ia) yeni, həm də mümkün qədər 
hay dili dominantı ilə  armen adı
 
altında
 
yeni etnik keyfiyət
 
düĢünməliyik».
95
 
 
Hay-erməni xalqının tarixi və dili üzrə görkəmli uzman Q. Kapans-
yanın bu fikrilə bəzi kiçik düzəliĢlərlə bütövlükdə razılaĢmaq olar. Düzə-
liĢlər isə  əsasən hayların  «erməniləĢmə»  tarixilə bağlıdır.  Belə ki, hayların 
yeni  ekoetnonimi  tam mənimsəməsi  miladdan  əvvəl  deyil,  miladdan son-
                                                 
95
 Капанцян, 1947, 209. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə