«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə48/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   44   45   46   47   48   49   50   51   ...   122

 
106 
və  Madanı  itaətdə  saxlayanlar;  Armeniyada  son  hökmdar  7  persdən  biri 
olan Qidarnanın soyundan Oront idi. Sonra romalılarla döyüĢən Böyük 
Antioxun alaybaĢçıları Artaksi və Zariadri ölkəni iki hissəyə ayırdı. Çarın 
təyinatı
 
ilə
 
onlar
 
ölkəni
 
idarə
 
etdilər.
 
Çar  məğlubiyətə  uğrayanda  onlar 
romalılar tərəfinə keçdilər və çar elan edilib müstəqil oldular. Artaksiyanın 
xələfi Tiqran sözün əsl mənasında Armeniyaya hakim oldu» 
(XI. 14. 15).
 
Strabon  sonra  Tiqranın  müxtəlif  ölkələrdən  xeyli  ərazilər  zəbt  etdi-
yini və Armeniya coğrafi adının geniĢləndiyini əks etdirən faktlar sadala-
yır. Artaksi soyundan olub, Parfiyada (Ərsaqların ölkəsində) girov və ya 
əsir sifətilə saxlanan bu «erməni çarı» ərsaqların köməyi ilə Armeniyada 
hökmdar olur və onların qüvvəsi ilə ölkənin sınırlarını geniĢləndirir, lakin 
ərsaqlara  dönük  çıxdığı  üçün  doğu  bölgələrdən  qovulur.  Daha  sonra 
«Lukul Tiqranı Suriya və Finikiyadan da qovdu» 
(
XI. 14. 15
).
 
Onun xələfi 
Artavasd da Parfiya ilə  müharibədə  romalılara xəyanət  etdiyindən Antoni 
onu öldürür. «Artavasddan sonra ölkə Sezar və romalıların hakimiyəti al-
tında bir neçə çar tərəfindən idarə olundu; və bu ölkənin həmin formada 
idarə  olunması
 
indi
 
də davam edir» 
(
XI. 14. 15
).
 Strabonun  adını çəkdiyi  
«Armeniyaya
 
hakim
 
olan»
 
Tiqran  kimdir?  Bu
 
suala  Sovet  tarixĢünaslığı
 
belə
 
Ģərh verir:
 
«Belə çarların gerçək hakimiyəti Parfiyadakı ümumi siyasi durum-
dan  asılı
 
olurdu.  Əsirlikdə
 
olan
 
erməni  Ģahzadəsi  Tiqran  onu
 
Armeniya 
taxtına
 
qaytaracağı  təqdirdə  Atropaten  ərazisindən  Parfiyaya  «70  dərə» 
verəcəyini  vəd  edərək  II  Mitridatı  razı  sala  bildi,  m.ö.  95-də  II  Böyük 
Tiqran Armeniya çarı oldu».
102
 
 
Ərsaqları  aldatdığı  üçün  güney  bölgələrdən  qovulan  Tiqran  yuxa-
rıda  haqqında  danıĢdığım  Arme-Subar  bölgəsində  Tiqranakert  Ģəhərini 
saldı  və  bura  hay-ermənilərin  baĢkəndi  oldu.  Tiqranın  müstəqilliyi  cəmi 
20 il çəkdi və m.ö. 
66
-da romalılara tabe oldu. Onun oğlu II Artavazd da  
(m.ö. 
55-34
) Roma imperiyasının vassalı idi. Onun vərəsələrinin hakimi-
yəti haqqında isə Strabonun yuxarıdakı məlumatı aydın təsəvvür yaradır.
 
Strabondan bir əsr sonra yaĢamıĢ roma tarixçisi Korneli
 
Tasitin vaxtında 
da həmin durum davam etmiĢdir. Bu barədə o yazır:
 
         «Ermənilər  həm  də  ikiüzlü  və  dəyiĢkəndirlər,  (ölkələrinə)  gah  bu, 
gah da baĢqa ordunu dəvət edirdilər; yaĢadığı yerlərə və oxĢar xasiyətlə-
rinə görə, nəhayət, çoxsaylı qarıĢıq evlənmə səbəbi ilə onlar parfiyalılara 
                                                 
102
 ИДМ, II, 1983,  406-407. 


 
107 
yaxındır və azadlıq nemətini dadmadan onlara tabe olmağa meyl edirdi-
lər» 
(
Annales, 
XIII, 34).
 
Ġlk hay tarixçiləri yerli zəmində soykökü axtarıĢına çıxanda daha 
çox Ərsaq sülaləsini gözaltı edir, hay tarixini Ərsaqların tarixi fonunda 
verməyə
 
çalıĢırdılar.
 
Doğrudur,
 
Ərsaqlar
 
Azərbaycanda
 
olduğu
 
kimi

Ermən 
ölkəsində  də  at  oynadırdı,  hətta  burada  ilk  xristianlığı  yayan  Qriqor  da 
Türkmən elindən (Parfiyadan) gəlmiĢ Anak bəyin oğlu idi. Lakin ərsaqlar 
saqa  türkü,  haylar  isə  elə  hay  idi.  Baxmayaraq  ki,  M.  Xorenatsi  Bibli-
yadan  oxuduqlarına  hay  ovqatı  kökləyib,  Adəmdən  sonra  21-ci  patriarx 
kimi verdiyi  Ġbrahim peyğəmbərin Ģəcərəsində  ərsaqlardan dolayı haylara 
yer verirdi.
103
 Görünür,  hay  yazarların  ovqatından xəbərdar  olan  Prokopi 
560-da  yazdığı  «De  Aedificiis»  (Tikintilər  haqqında)  əsərində  özəlliklə 
vurğulayır: «Qoy heç
 
kim
 
düĢünməsin
 
ki,
 
Arsaklar
 
erməni
 
(hay)
 
soyludur»
 
(Prokopiy, 
III.
 
1.
 
6). 
Beləliklə,  Dərbənddən  Fəratın  yuxarı  axarına  qədər  gözdən  keçir-
diyimiz Alban (Ağvan), Aran və Ermən xoronimlərinin türk etnonimləri 
əsasında yarandığını gördük. Bunlardan ən mübahisəlisi Ermən idi ki, onu 
da
 
Armi/Ermi,
 
Arman/Ermən
 
mərhələləri
 

 
türk  ellərində  yayılma  dairəsi 
üzrə  izlədik.  Hayların  da  Ermən  (Armeniya)  bölgəsinə  gələndən  sonra 
«erməni» olduğunu gördük. Hayastan isə I-IV əsrlərdə Anadoluda, 
V-XIX
 
əsrlərdə  Qafqazda  lokal  bölgələrə  yayılıb,  bölük-bölük  məskunlaĢan  hay 
kaloniyaları, xristian patriklərin «yurdu» anlamında iĢlənən qeyri-müəyyən 
coğrafi termindir. 1920-ci ilə qədər bu «Hayastan» sözünü 1, 2, 3
 

 
hətta
 
99 kaloniyaya Ģamil etmək olar.
104
 Həmin ilə qədər isə indiki Ermənistan 
(Ġrəvan xanlığı) tarix boyu az, azər, ermən, saqa-qamər, oğuz və sair türk 
boylarının  doğma  yurdu  olmuĢ,  Ġslamaqədər  onlardan  bir  qismi  xristian 
dininə tapınmıĢ və bu izi yaĢadan çoxlu monastrlar (vənglər) qalmıĢdır.      
Azərbaycan,  Atropaten. Son iki minildə bu adların etimologiyası 
haqqında ayrı-ayrı yazarlar müxtəlif yozumlar versə də, «akademik» tarix 
uzmanları birinci adın ikincidən törəməsi fikrindən ikiəlli yapıĢmıĢlar. Bu 
adlar arasında dolayı əlaqə olmasına baxmayaraq, onlar ayrı-ayrı mənĢəli 
sözlərdir. Birinci ad etnotoponim kimi yaranmıĢ, ikincisi isə titul bildirən 
                                                 
103
 Хоренаци, 136-137. 
104
 Əbül Fərəc yazır ki, Suriya və Arminya hakimi Vatab oğlu dövründə «1037-də oğuzlar 
Arminyaya  qarĢı  hərəkət  etdilər  və
 
buradakı  kürdləri  və  ərəbləri  qılıncdan  keçirdilər» 
(Abu‟l Farac, 295). Bu necə Erməni ölkəsidir ki, buranın əhalisi hay (erməni)  yox,  kürd 
və ərəblərdir? Deməli, haylar hələ XI əsrə qədər Ermən bölgəsində azlıqda idilər.  


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə