«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə50/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   46   47   48   49   50   51   52   53   ...   122

 
110 
saitindən
 
sonra gələn samitin 
ز (z) ilə yox, Xızır~Xıdır sözlərində olduğu 
kimi,
 
diĢarası ذ (ż/ð) ilə yazılması da müəyyən dolaĢıqlıq yaratmıĢdır. 
Görünür, burada Ġran təqvimində iĢlənən «Azər ayı» deyimindəki azər sö-
zünün  də  müəyyən  təsiri  olmuĢdur,  çünki  vaxtilə  farslar  Viyaxna  dediyi 
ayın adını sonralar asurlardan alınma Adar adı ilə əvəz etmiĢ və bunu da 
Adar 
> Azər dəyiĢiminə uğratmıĢlar. 
Azərbaycan adının  part və türk variantı üzrə olan  yozumlarını göz-
dən keçirsək, bu ölkəadını izah etmək istəyən yazarların
 
onu fərqli prafor-
malarla  bərpa  etdiyini
 

 
adın  anlamını  xalq  etimologiyasından  tutmuĢ, 
mənasız söz yığımınacan çox fərqli anlamlarla verdiyini aydın görərik:
 
1) Farsca yozumlar: 
*Atarbadkan (an-tar-bad-kan) «mağlar yurdu», «atəĢpərəstlər ölkəsi» 
111
 
*Atarpatqan (atar-büt-qan) «tanrı odunun bulağı», «od tanrısının yeri» 
112
 
*Azərbaykan (azər-baykan)
 
«od evi»,
 
«od qoruyucusu»
 
(Yaqut
  
əl-Həməvi) 
*Adərbadkan (adər-abadqan) «odla abadlaĢmıĢ ölkə (yaxud torpaq) 
113
 
2) Türkcə yozumlar: 
*Azərbayqan (azər-bayqan) «böyüklərin/bayların uca yeri» 
114
 
 
*Adirpati (andir-pat-i) «dağlı-təpəli düzən yer», «dağ silsiləsi düzəni» 
115
  
*Azərbayqan (az-ər-bay-qan) «uğurlu, yaxĢıistər GünəĢ, varlı ata» 
116
 
                                                 
111
 Ə. Dəmirçizadə adın ilk hissəsini N.Y. Marr kimi A-tar Ģəklində bölsə də, onun *An-
tar praformasını verib, mənasını «atəĢ allahı» kimi izah edir (Дямирчизадя 1968, 18-19). 
112
 M. Azərli, T. Musəvi və Z. Yampolskinin birgə yazdıqları «Azərbaycan adı haqqında» 
məqalədə  atar  və  pat  (büt)  sözləri  qoĢa  teonim  (atar-büt)  sayılmıĢ,  -qan  sonluğu  isə 
türk dillərində iĢlənən Ģəkilçi kimi verilmiĢdir (Азерлу, Мусеви, Ямпольский, 83). 
113
 M. Baharlı müxtəlif dillərdəki atar, azər, adar, atr, atro, atra hissəsini «od», badaqan, 
badqan,
 
abadqan,
 
bayqan, patakan hissəsini isə «parıltı, Ģəfəq» anlamında vermiĢ,
 
bu adı 
*Azrbağqan (azr-bağ-qan) «od allahının məbədi» kimi də izah etmiĢdir (Baharlı, 3-4). 
114
 Fəzlullah RəĢidəddin yazır ki, Güney Azərbaycanda Oğuz xanın göstəriĢi ilə ordu tor-
paq yığıb kurqan düzəldir, türkcə ucaya  «azər»  böyüklərin yerinə  «bayqan» deyildiyi 
üçün bu yer Azərbayqan adlanır (Ряшидяддин, 22). 
115
 Y.Yusifov m.ö.VIII-VII əsrlərdə asur qaynaqlarında adı Andirpatianu və Andarpatian 
Ģəklində  çəkilən  Qızıl-üzən  çayının  güney-batı  axarlarındakı  bölgəni  nəzərdə  tutub,  onu 
*a(n)dir-pati Ģəklində bərpa edir (AT, 1944, 134). Bu yozum fonetik baxımdan mümkün-
dür,  lakin  semantik  baxımdan  adirpat  ilə  atarpat  «od  saxlayan»  arasında  fərq  yoxdur, 
ona görə də, burada türkcə «dağlıq yer» anlamlı adır sözü axtarmaq düzgün deyil. 
116
 M. Seyidov bu ölkəadını az, azər, bay və qan hissələrinə ayırmıĢ və uyğun hissələri 
az «uğurlu», azər «yaxĢıistər GünəĢ» və bayqan/becan «varlı ata» Ģəklində izah etmiĢdir 
(Сейидов,  1989,  16-19).  Burada  azər  sözünün  yozumu  həqiqətə  yaxınlaĢsa  da, 


 
111 
*Azəribayqan (az əri-bayqan?) «azəri yurdu» 
117
 
*Azərbiqan (az-ər-bi-qan) «azər boylarının ölkəsi» 
118
 
Göründüyü  kimi,  xoronimə  çeĢidli  praforma  və  müxtəlif  anlamlar 
verilmiĢdir.  Bunların  sırasına  Ģəxs  adları  ilə  verilən  yozumları  da  əlavə 
etsək, bir daha aydın olar ki, adın etimologiyası çox dolaĢıq salınmıĢdır. 
Ona  görə
 
də,  Azərbaycan  adının
 
etimologiyasını  sözün  sonundan  baĢla-
maq
 
daha  münasibdir,  çünki  həm  türk  (Azərbiqan),  həm  də  fars  deyimi 
(Atarpatkan)  -qan//-kan  sonluğu  ilə  iĢlənmiĢdir.
 
Türk  dillərində  yorğan, 
alıĢqan,  örkən,  yelkən
 
sözlərində
 
olduğu  kimi,
 
-qan
 
(-ğan,-kən,-gən)
 
Ģəkilçisi kurqan,
 
yarğan tipli coğrafi terminlərin yaranmasında da iĢtirak 
edir.
 
Bu Ģəkilçi saqa türklərindən qopub irandilli boylarla qarıĢan partların 
dilində  (pəhləvi)  Hindūkān  (Hindistan),  Ģahīqān  (saray)  kimi  sözlərdə 
məkan bildirən çalarını
 
saxlasa
 
da,
 
-īqān//-īkān forması ilə toplu isimlər və 
-(a)qān/-(a)kān  forması  ilə  isimlərə  qoĢulub  mənsubiyət  çaları  da  yarat-
mıĢdır.  Məsələn,
 
bu  Ģəkilçi  M.  KaĢğarinin
  «
olar
 
iki
 
tavar  satıĢqan  alıĢ-
qanlar
 
ol»  (onların  ikisi  davar
 
alverçisidir)
 
cümləsində
 
verdiyi
 
«alverçi»
 
(alıĢqan-satıĢqan)
 
sözündə  olduğu  kimi,  part  dilində  də  bazar  sözünə 
qoĢulub «alverçi» (vāzārqān) anlamı yarada bilir.
119
 
Ərəb
 
istilasından sonra bəzi toponimlərin tərkibindəki bu
 
Ģəkilçidə -
qan 

-can dəyiĢməsi baĢ vermiĢdir.
 
Belə ki,
 
Fərqanədə keçmiĢ Andiqan// 
Andukan
 
bölgəadı
 
sonralar
 
Andican//Əndican
 
Ģəklini
 
aldığı
 
kimi,
 
Qurqan
 
Curcan, Balasağan 
>
Balasacan tipli onlarla yeradı eyni dəyiĢikliyə uğra-
mıĢdır. Ərzincan, Dilican, Zəncan, Əndican kimi sonu -can Ģəkilçili topo-
nimlər  Anadolu,  Güney  Qafqaz,  Ġran  və  Orta  Asiya  bölgələrində  geniĢ 
yayılmıĢdır.
120
 Bu baxımdan, Azərbaycan adındakı -can sonluğunun aydın 
etimologiyası var, onun qədim türk dilində coğrafi termin və etnotoponim 
                                                                                                                        
sondakı  bayqan  (becan)  hissəsinin  yozumu  praformaya  söykənmədiyi  üçün  inandırıcı 
deyil, ona görə də xoronimin semantikası əlaqəsiz söz yığımı ilə verilmiĢdir. 
117
 R. Qurban «AzəriAtropaten, Azərbaycan sözləri haqqında» adlı çox dəyərli və gerçək 
yozumlu
 
məqaləsində
 
boyadını
 
«azər» deyil, «az əri» Ģəklində bərpa edir
 
(Гурбан,
 
1968). 
Lakin məqalənin Atropaten və Azərbaycan adlarından bəhs edən ikinci hissəsi ilə tanıĢ 
ola bilmədim, görünür, onun çapına senzura icazə verməmiĢdir.  
118
 M. Seyidov və R. Qurbandan fərqli olaraq, bay sözünü qədim boy (bod) sözünün va-
riantı kimi etnonimlərə qoĢulan «bi» formantı ilə izah etmiĢdik (Azər xalqı, 2000, 17). 
119
 МК  I, 519;   ОИЯ, 1981, 70. 
120
 Ġbn Xordadbeh  və  baĢqa  yazarlar  Anadolu  və Güney  Azərbaycanda Arracan,  Bazan-
can,  Basuracan,  Burcan,  Bustacan,  Mallacan,  Dibancan,  Kuzucan,  Tercan  və  sair  bu 
kimi adlar qeyd etmiĢlər. Hay qaynağı (V əsr) Araz yaxasında Arospican adını çəkir. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə