«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə61/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   57   58   59   60   61   62   63   64   ...   122

 
132 
irmak çayının sağ qolu Kelkit çayı bura gələn hayların dilində Qayl-get 
«börü-çay» adlanırdı. Antik müəlliflər yazılarında onu Likos «börü» adına 
çevirdiyi kimi, Böyük Zab çayını da Lik adlandırmıĢlar, akad dilində isə 
börüyə
 
zîbu
 
deyilirdi.
200
 Fəratın
 
deltasında
 
ərəbcə
 
«aslan»
 
anlamı
 
verən  al-
Asad
 
(Əsəd)  çayı  da  vardır

Olsun  ki,  Zab  akadlardan  əvvəl  Börü  kimi 
iĢlənmiĢ, onlar bura gələndə həmin adı Strabonun yunanca lik sözü ilə 
verdiyi kimi kalka ilə samicə vermiĢlər. Urmu tərəfdə bu çayın yaxasında 
yaĢayan
 
börü
 
boyu
 
haqqında
 
xeyli
 
bəlgə
 
vardır ki

bu
 
barədə sonrakı
 
bitik-
lərdə məlumat verəcəyik.  
Hidronimin
 
morfoloji  söz
 
+
 
Ģəkilçi
 
tərkibi  *bura-tu/n/na/nun/nde 
formasnı ortaya qoysa da,
 
etimoloji təhlil bu adın artıq müəyyən çağlardan 
sonra ilkin semantikasını itirib bütöv *burat, *purat forması ilə davam et-
diyini  göstərir  və  Murat-Fırat  variantları  da  bu dövrün  məhsuludur. Ma-
raqlıdır
 
ki,
 
Ön
 
Asiyadan
 
Avropaya
 
gedən
 
saqa boylarına aid orada bir neçə 
Saqa etnohidronimi qaldığı kimi, Dunayın qolu Prut çayadı da məhz o 
dövrün yadigarıdır

çünki Herodot yazırdı ki, saqalar (skitlər)
 
öz ərazisin-
dən axan  bu  çaya Porat  (Πορατα),
 
ellinlər də Piret deyir.
201
 Doğrudur, 
Urmu
 
hövzəsində
 
Caqatu

Taqatu

qədim Arattu,
 
Quzey
 
Qafqazda Cequtu 
çayları olduğu kimi, baĢqa türk bölgələrində də -tu Ģəkilçili hidronimlər 
vardır,
 
lakin
 
saqa
 
boyları Purat adını daha qədim türk hidronimi kimi yox
,
 
artıq sami dilinin sözünə çevrilmiĢ formasını Avropaya aparmıĢlar.  
İtiqla.  «Dəclə çayı suyunun
 
çoxluğu

iti axması
 
ilə  Fəratdan  fərq-
lənir».
202
  
Dəclənin
 
ox
 
kimi  sürətlə  axmasını  Strabon  da  qeyd  edir  və  bu 
çayın perscə adında «ox» (tiqris) anlamı olduğunu yazır.
203
 Bəzi hallarda 
sakit axan çayların adında dinc, lal, sürətlə axanların adında isə iti, dəli 
apelyativi görünür.
 
A.
 
A.
 
Beletski yazır ki,
 
Altay,
 
BaĢqord,
 
Qırğız ellərində, 
Ukrayna və Rostovda onlarla hidronim «bıstraya» (sürətli), «ostrıy» (iti) 
sözləri ilə iĢlənir.
204
 Türk hidronimləri sırasında Oxçu, Oxtar, Ox və Oks 
çayları olduğu kimi, qədim perscə «iti» və «ox» anlamında iĢlənən tigra 
                                                 
200
 Страбон, 685; Липин, 76. 
201
 
Геродот, IV, 48; Bu çayadı Βοσράη kimi də verilir (Багриянородный, 1989, 172).
 
202
 ИДВ, 1979, 92;  
203
 Страбон , 498.  
204
 Белецкий, 98;  Dəclə adında «iti», «sürətli» anlamı olmasını E. A. Qrantovski də verir 
və bura gələn farsların həmin məzmunu saxladığını yazır (Грантовский, 1970, 184).  


 
133 
sözünün iti axan  çayadı  kimi Dəcləyə verilməsi  təbiidir.
205
 Lakin  məsələ 
burasındadır ki, perslər bura gələnə qədər Dəclə adında iti sözü vardı. 
Bu çayın ilkin adının daĢıdığı mənanı müəyyən etmək üçün onun müxtəlif 
dillərdə iĢlənən formalarını gözdən keçirək:
 
Sumer 
- Ġdigna 
Yəhudi 
- Hidegel (Ġdegel) 
Akad   
- Ġdiglat, Diglat 
Aramey 
- Digla 
Qədim pers  - Tigra 
Yunan 
Tigr(is) 
Ərəb   
Dəclə 
Yeni fars 
- Dəcle  
Türk   
Dicle 
Azər   
Dəclə
  
Son üç formanın ərəbcə Dəclə deyimi bu sözün fars, türk və azər 
dilinə  ĠslamlaĢma  çağında  keçdiyini  göstərir.  Ərəblər  də  bu  adın  akad, 
yəni
 
asur-babil dialektindəki -t Ģəkilçili variantını  deyil, sözün  son  ele-
menti atılmıĢ aramey formasını alıb,
 
ərəbcə digər sözlərdə
 
olduğu kimi, 
g samitini c samitinə dəyiĢmiĢlər:
 
Digla (aramey) > Diclə (ərəb) > Dəclə~Dicle (fars, azər, türk)
 
Ġslamdan sonra farslar bu sözü ərəblərdən təkrar almıĢlar, çünki 
qədim  perslər  həmin  çayadını  arameylərlə  ilk  təmas  vaxtından,  həm  də 
aramey
 
deyiminə  uyğun
 
iĢlədirdi.
 
Belə  ki,
 
Əhəməni
 
çağında Babilə girən 
perslər arameylərdən eĢitdiyi hidronimin semantikasına (iti axan) və for-
masına (diqla) uyğun gələn öz dillərindəki tigra (ox) sözü ilə bu çayadını 
tərcümə etmiĢlər.
 
Yunanlar da adın bu formasını perslərdən almıĢlar:
 
Digla (aramey) > Tigra (pers) > Tigris (yunan) > Tiqr (Avropa dilləri)
 
Göründüyü kimi, hidronimin hər iki pers və ərəb forması aramey 
deyimindən  törəmiĢdir,  lakin  arameylər  Ġkiçayarasına  m.ö.  XI-X  əsrlərdə 
gəlmiĢdi. Onlar da bu çayadını buradakı samilərdən eĢidib iĢlətmiĢlər.
 

çağlarda asur-babil ləhcələrində hidronimin Ġtiglat~Ġdiglat~Diglat kimi 
                                                 
205
 Strabon,  482;  Hay  yazarı  N.Emin  Strabonun  rusca  tərcüməsində  «tiqra»  sözünün 
pers yox, mada dilinə aid olduğunu verir və qədim perscə mətnlərdə bu sözə rast gəlmə-
diyini deyib. (Хоренаци,1858, 346). 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə