«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə64/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   60   61   62   63   64   65   66   67   ...   122

 
138 
aydınlaĢdırılmayıb, halbuki «araz» sözü azər və digər türk boyları içində 
antroponim, etnonim, oronim və hidronim kimi iĢlənmiĢdir.
 
Araz adının etimologiyası haqqında müxtəlif fikirlər söylənsə də, 
hələlik bunların heç biri inandırıcı deyil, ona görə, burada həmin fikirləri 
təkrar etməyə lüzum görmədim. Bu hidronimin araz etnonimindən, yoxsa 
etnonimin Araz çayadından yaranması ayrıca tədqiq olunmalı mövzudur. 
Ancaq  bir  məsələni  vurğulamaq  gərəkir,  o  da  Araz  çayı  ilə
 
bağlı
 
xalq
 
deyimi
 
(Xan
 
Araz),
 
«Arasbar
 
tərlanı»  adlı dastan

musiqidə  «Arazbarı» 
kimi ifadələr qədim folklor motivlərinin reliktləridir.
220
  
Bu  baxımdan,  Q.  Qeybullayevin  etimologiyası  mifik  qaynağa  daha 
yaxındır. O,
 
oraz~  araz  sözünün  «qutlu»,  «xeyirxah»  anlamını  və  vaxtilə 
Arıs adlanan Amu-dəryaya farsca kalka ilə «xeyirxah» anlamı verən Beh-
rot deyilməsini əsas götürüb, Araz hidroniminin «xeyirxah» anlamı daĢı-
dığını göstərir, AbĢeronda Aras-kut göladı araz sözünün qədimdə qutsal 
iyələrdən  birinin  adı  ola  bilməsi  ehtimalını  ortaya
 
qoyur,
 
çünki  Xızır 
peyğəmbəri  görmək  üçün  Musa  peyğəmbərin  Arazla  Kürün  qovuĢduğu 
yerə  gəlməsi  qədim  miflərdə  əksini  tapmıĢ  və  Ġbn  Xordadbeh
 
(IX  əsr) 
Ulu
 
Tanrının
 
«iki
 
dənizin
 
(çayın)
 
qovuĢuğu» dediyi qutsal yerin Kür-Araz 
qovuĢuğu olduğunu yazmıĢdır.
221
  
Kür.  Quzey
 
Azərbaycanın
 
ən
 
böyük
 
çayı olan Kür haqqında xeyli 
tədqiqat iĢi var, lakin
 
bu
 
hidronimin mənĢəyini heç bir elmi əsas olmadan
 
udi,  fars

yunan  və sair dillərə  calamaq  istəmiĢlər.
222
 
Güney  Qafqazın  bir 
neçə paleotoponimini tədqiq etməklə m.ö.  I minildən burada qədim türk 
boylarının  olduğunu  ortaya  çıxarıb  vurğulayan
 
V.  P.  Kobıçev  Kür  çayı 
                                                 
220
 ЕАМТИЛ, 67;  E.  M. Murzayev də qırğızca Arasan hidroniminin  müalicəvi  «qutsal 
axarsu» anlamı bildirdiyini yazır (ОК

15). 
221
 Ибн Хордадбех, 136;  
    Mağara surəsi. 60: [Ya Məhəmməd!] Yadına sal ki, bir zaman Musa öz gənc dostuna 
[xidmətində olan YuĢə ibn Nuna] belə demiĢdi: «Mən [Xızırla görüĢmək üçün] iki dəni-
zin qovuĢduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca [bu səfərdən] geri 
dönməyəcəyəm» («Q
URAN
»

B. 1992, 270.  Z. Bünyadov və V. Məmmədəliyevin tərcü-
məsi).  Ərəb  dilində  dəniz  və  böyük  çay  bəhr  sözü  ilə  verildiyi  üçün  tərcümədə  «iki 
dəniz» əvəzinə «iki çay» ifadəsi yazılmalı idi.     
222
 A. Axundov kür sözünün azər dialektlərində «təmiz», «dəcəl», «çay» mənaları olduğu-
nu yazsa da,
 
Kürün ya yunan (?), ya da udi (?) sözü ola biləcəyini güman edir (Ахун-
дов, 1983, 79-87); Halbuki yunan və udi dilində kur/kür apelyativi yoxdur, müəllifin 
udi dilindən verdiyi misalda
 
isə
 
kur
 
sözü
 
su
 
quyusu anlamında yox, çala,
 
çuxur
 
anlamın-
da iĢlənir (УАРЛ, 138); K. Əliyev də Kürə aid ayrıca məqalə yazmıĢdır (Алиев,1959).   


 
139 
üzrə də maraqlı araĢdırma aparmıĢdır. Lakin yazar bir neçə yanlıĢlığa yol 
vermiĢdir, belə ki, seçdiyi misalların sırasında kür/kur sözü ilə yox, quru 
sözü ilə
 
Kura-uzen
 
(Suxaya
 
Kura)

Kuru-özen kimi və mansıca kuray sözü 
ilə  yaranan  Kuray  kimi  adlar  vermiĢdir.  Kür  çayına  gürcülərin  Mtkvari
hayların
 
Cur «su»
 
(orta əsrlərdə
 
Curluk «suluq»)

azərlərin
 
isə Kür deməsini 
qeyd  etsə  də,  bu  adda  Güney  Qafqazda  təkcə  bir  çay  olduğunu,  Doğu 
Avropa-Batı Sibir və  Quzey  Qafqaz  bölgələrində onun geniĢ  yayıldığını 
əsas  götürüb,  bu  hidronimi  finuqor  mənĢəli  hesab  etmiĢdir.
223
 Halbuki 
Qafqazda  bu  çaya  təkcə  azərlərin  Kür  deməsi  onu  göstərir  ki,  hidronim 
azərcə olan bir sözdür, həm də, baĢlandığı yerdən Xəzərə tökülənə qədər 
Kür çayı tarix boyu türk bölgələrindən axmıĢdır, çünki «Kür çayının hər
 
iki
 
tərəfi türk yer-yurd
 
adları
 
ilə
 
doludur».
224
  
Azər
 
dialektlərində
 
«çay»,
 
«təmiz»

«dəcəl»
 

 
«bol»
 
mənalarında
 
iĢlənən
 
kür,
 
kur,
 
gur sözləri vardır.
 
Ona görə də tədqiqatçının kür sözünü 
finuqor mənĢəli sayıb, m.ö.VII-VI əsrlərdə saqaların (skitlərin) tərkibində 
Azərbaycana  gələn  finuqor  boyunun  bu  çaya  ad  verdiyini  söyləməsi 
inandırıcı  görünmür.
225
 Əgər  fin-uqor  dilində  yaranmıĢ  Kurya  hidronimi 
bu boylarının yayıldığı ərazilər üçün xarakterikdirsə, türk hidronimi Kur/ 
Kür də türk boylarının yayılma dairəsindədir: 
Amur çayın qolu    - Kur 
Stavropolda            - Kur, Kursk (Kur çayı üzərində stansiya) 
Qırğız elində         - Kursay, ÇiĢindi Kur-köl 
Qazax elində   
   - Kurtı
 
Azər elində            - Kür, Bala Kür (Salyanda), Kürək 
Elam elində           - Kur 
Qədim  Elam  ərazisindəki  Kur  çayı  Fars  körfəzinə  axır.  Vaxtilə 
həmin bölgədə baĢqa bir Araz və Kür çayı olduğunu qeyd edən Strabon 
yazırdı ki, pers Ģahı öz ilkin Aqradat adını dəyiĢib bu çayadına uyğun Kir 
                                                 
223
 Кобычев, 1989, 10-33. 
224
 Yavuz, 242 
225
 Əvvəla,  kür  sözünə  oxĢar  finuqor  dillərindən  yalnız  mansı  dilində  «qıraq»  anlamında 
xur sözü
 
vardır
 
və bu söz həmin dildə «çay» anlamlı ya sözü ilə birlikdə (xurya) iĢlənər-
kən «əsas çaydan ayrılan kiçik paralel qol» mənasında Xurya//Kurya hidronimlərnin ya-
ranmasına imkan açmıĢ, fin-uqor boylarının yayıldığı Tümen, Udmurt, Tatar, Orta Sibir 
bölgələrində Kurya adlı çaylar ortaya çıxmıĢdır (Мурзаев, 1984, 322); ikincisi də, gös-
tərilən  tarixdə  fin-uqor  boyunun  Azərbaycana  gəlməsi  mümkündür,  lakin  həmin  tarix-
dən xeyli əvvəl Urartu qaynaqları Kürün baĢlandığı bölgədə Kuriani bölgəsi olduğunu 
qeyd etmiĢdiр (ТУ, 123); Boğazköy
 
yazılarında
 
Gurmaliya
 
çayı vardır
 
(Ertem, 194). 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə