«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə66/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   62   63   64   65   66   67   68   69   ...   122

 
142 
lar sırasında qədim Boğazköy het  yazıları içində ĠD  «çay»  determinativi 
ilə verilən Zuvaxxu hidronimi də diqqəti  çəkir.
235
 Bunun *Suv-axu olması
 
mümkündür.
 
Quzey  Qafqazın
 
qədim
 
Sirak
 
bölgəsində
 
Axardey
 
çayı,  Qara-
çay-Balkar elində Kapar-Aqur suu qeyd olunmuĢdur.
236
 
Arıq//Arx.
 
Hidronim
 
yaradan
 
apelyativlər
 
sırasında
 
intensivliyi  və
 
geniĢ
 
areal
 
yayımı
 
ilə
 
seçilən  arıq
 
/
 
arx  sözünün  tarixi  Azərbaycanda  çox 
qədim olub, əksər qonĢu xalqların da dilinə keçmiĢdir. Ġrəvan mahalında 
Arıqlı,  Arxlı  kənd  adları  yayğındır.
 
Urartu
 
qaynaqları
 
Azərbaycanda  bir 
neçə yeradı verir ki, bunlar «arx» apelyativi ilə nəzəri çəkir:
237
 Urmu gö-
lündən güneydə
 
Arxa; Sərab-Ərdəbil  yolunda Arxu; keçmiĢ Urme (MuĢ) 
bölgəsində  Arxi.  Kəlbəcərdə  Araqçay  olduğu  kimi, Kürə tökülən  Araqvi 
də keçmiĢdə Araq imiĢ (Strabon, 
XI. III. 5
). Arazın yuxarı hövzəsində rum 
yol xəritəsi Arachia (Arax) məntəqəsini vermiĢ,
 
Y.
 
A.
 
Manandyan bunu 
Plininin qeyd etdiyi Archene (Arxe) ilə eyniləĢdirmiĢdir.
238
 
Göründüyü kimi, tərkibində arıq
 
/
 
arx olan toponimlər qədim qay-
naqlarda əks  olunmuĢdur. Bu toponimlərin  bəzisi qədim  Azərbaycanda 
çəkilən
 
kanallar
 
(arxlar)  ilə  bağlı  yaranmıĢdır.  Borçalıda  Xram  çayının 
son axarında
 
bəzi
 
xəritələrdə
 
Araxlu kimi yazılan Arıxlı kəndi vardır. Vax-
tilə paleolit dövrü
 
abidələri
 
haqqında
 
bəlgə
 
toplayırdım. Aruxlu ərazisində
 
o
 
dövrün  arxeoloji  kulturu  olduğunu  görəndə  bir  dilçi  kimi  burada  qədim 
arx  olacağını  düĢündüm  və  Aruxlu  kulturunu  tədqiq  edənlərin  yazısı  ilə 
tanıĢ olanda, doğrudan da, onların burada qədim arxlar aĢkar etməsi bəlli 
oldu. Bu faktı xatırlatmaqda məqsədim budur ki, coğrafi durumun areal 
dilçiliyi  ilə  əlaqəsinə,
 
coğrafi
 
obyektin  adında onun  tarixi  əks olunduğuna 
bir daha diqqəti çəkim. Bunu da yada salaq ki, Borçalı Arıxlısı ilə eyni 
yaĢda olan Sumerdəki Araxtu kanalı da prototürk boylarının yadigarıdır. 
Kanallardan söz düĢmüĢkən, qeyd edək ki, Sumer ölkəsində çəkilən 
kanallar  sırasında  Araxtu  ilə  yanaĢı,  Ġdiqina,  Ġturunqal,  Kuti  və  Zubi 
hidronimləri  vardır.
239
 Urartu  çarları  Azərbaycanda  zəbt  etdiyi  bölgələrdə 
çəkdiyi kanallar haqqında yazılar qoymuĢdur. Bunlardan biri də Rusanın 
Ġrəvan
 
çuxurunda

indiki
 
Qəmərli (Kuərli) bölgəsində 
id
Ġldar(unia) çayın-
                                                 
235
 Ertem, 202. 
236
 Xabıçev  1982,  22;  Türkmənistanda  Akar/Aqar-çeĢme,  Doğu
 
Türküstanda  Su-akın 
say, Azərbaycanda Axınca çayları vardır. 
237
 ТУ, 43. 
238
 Манандян, 1939, 81. 
239
 Заблоцка, 100. 


 
143 
dan, indiki Zəngidən çəkdiyi kanaldır.
240
 Zəngi çayı yaxasında Ellər kəndi 
vardır və urartu yazısı bu toponimin Eldər Ģəklində yerli deyiminə yaxın 
formanı əks etdirir. Ġrəvan mahalında Arazın sağ və solunda Ellər kəndi 
olduğu kimi, Ellidərə, Elar, Elicə/Ela toponimləri də vardır.
241
 Böyük  Zab 
çayının yuxarı axarı da qədim qaynaqlarda Elamuniya adlanırdı. 
Qədim  çayadları  sistemli  tədqiqat  tələb
 
edən  böyük  mövzudur.
 
Ona 
görə də burada onların hamısından danıĢmağa  imkan  yoxdur,  yalnız bir 
neçə qədim  hidronimi  də sadəcə sadalayıb,  bu mövzunu qapadaq. Ġbn 
Fədlan bulqar  boylarının ölkəsinə  gedərkən  gördüyü  Samara  çayadını 
Samur kimi qeyd etmiĢdir.
242
 Bu təsadüfi bir yanlıĢlıq olsa da,
 
eyni
 
mənĢəli 
iki
 
adın dolaĢıq salınmasıdır.
 
Bağdaddan yuxarı Dəclə kənarındakı
 
qədim 
Samara toponimini Xəzərdən quzeyə daĢıyan prototürk boyu onu burada
 
toponim
 

 
hidronim kimi iĢlətmiĢdir.
 
Belə  yerdəyiĢən toponimlər  Boğaz-
köy mətnlərində də vardır.
243
 Anadoluda verilən bu Samara/Samari çayı-
nın  adını  sonrakı  türk  bölgələrində  gördüyümüz  kimi,  burada  verilən 
Samura bulağı adını və Samuxa toponimini də sonralar Azərbaycanda 
ortaya çıxan Samur  Samux
 
hidronimlərində, Pənbək-Gümrü arasındakı 
Samurlu toponimində  görürük.
 
Gümrü  bölgəsindən  baĢlanıb,
 
Ələyəz va-
disindən
 
axaraq
 
Araza
 
qovuĢan
 
Kasax
 
çayının  adı  da  qədim  qaynaq-
larda əks olunmuĢdur.
244
  
Asur-urartu
 
yazısında Dəclənin sol qolu Diala
 
isə
 
Turna(t) çayı kimi 
qeyd olunmuĢdur ki, buna da Doğu Anadolu və BaĢqord elində Durna// 
Turna  gölü,  Turna  yılkası  adlarında  rast  gəlirik.  Kürə  qovuĢan  Alazan 
çayının  adı  qədim  mənbələrdə  əks  olunub,  Dağıstandakı  Al-ozen,  Al-
taydakı  Alazan  adaĢları bu  hidronimin  al-özən  (yuxarı  və  öndəki  çay) 
anlamında  iĢlənməsinə  Ģübhə  yaratmır.
245
 Azərlər  və  gürcülər  bu  çaya 
Alazan,  saxurlar  Dur,  avarlar  RaxIxIad  deyir.  Quzey  Qafqazda  Borbalo 
dağından üç Alazan çayı baĢlanır, ikisi Sulak, biri də Kür çayına tökülür. 
Alazan çayı hövzəsində eyni anlamlı Al-çay hidronimi də vardır. Alazan 
çayının Qanıx (Ptolemeydə Xanes) adı isə, məncə, qafqazdilli boylardan 
birinə məxsusdur.  
                                                 
240
 УКН, 281, 430. 
241
 ЕАМТИЛ, 72. 
242
 Ġbn Fadlan, 42. 
243
 Ertem, 118, 198, 205. 
244
 СМОМПК, 1909, вып. 40, 2. 
245
 ОК, 90, 197. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə