«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə72/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   68   69   70   71   72   73   74   75   ...   122

 
155 
Stefan Bizantlı Tiri-taka kimi verir.
263
 Oronimlərdə qutsal çaları əks etdi-
rən ulu apelyativi də yayğınlığı və qədimliyi ilə seçilir. Azər elində Ulu-
dağ (Gorus), Qazax elində Ulu-tau oronimlərində kiçik dağlardan fərqlə-
nən  «böyük»  anlamı  olsa  da,  ulu  sözünün qutsal  çaları  da  vardır.
 
Bunu 
*Ulu-Qam dağadının Boğazköy het yazılarında Uliq-qama və Uli-kamma 
Ģəklində verilən oronimdə görmək olur.
264
  
Qutsal dağların adında
 
ata,
 
dədə,
 
baba, xızır, diri, xoca,
 
qam, pir
 
apel-
yativləri
 
qutsal
 
anlam
 
daĢıyır
 

 
bunların
 
əksərinə aid yuxarıda nümunələr 
verildi, pir sözü də Gorusdakı Kəpəz dağlarından biri olan Pirdağı adında 
vardır. Bütün bu qutsal çalarlı apelyativlər sırasına «qız» sözünü də əlavə 
etmək lazım gəlir, çünki əksər türk  yurdlarında özünü göstərən Qızqala,
 
Qızdağ,
 
Qırğız
 
elindəki
 
Kız-korqon,
 
Kız-aĢuu oronimlərində qız apelyati-
vinin bugün əksər türk dillərində iĢlənən qız (çuvaĢca xır) sözü ilə əlaqəsi 
yoxdur, yəni dağadlarında «qız-gəlin» mənası söz oxĢarlığına görə
 
sonra-
dan ortaya çıxmıĢdır, hətta bəzi Qızqalaları haqqında türk əxlaqından uzaq 
qondarma əfsanələr də söylənmiĢdir. 
Türk
 
ellərinin
 
əksərində
 
qız apelyativilə yaranan Qızdağ, Qızqala, 
Qızlar
 
təpəsi, Qızyurdu kimi onlarla oronimə rast gəlmək olur

Belə ad-
ların linqvistik təhlilinə bir neçə məqalə həsr edən dilçi alim Ə. Cavado-
vun  gəldiyi  nəticə  budur  ki,  qədimdə  qır/qor/qaz  fonetik  variantları  ilə 
«dağ»  anlamında  iĢlənən  qız  apelyativi  oronimlərə  «yüksəklik  və  zirvə» 
çaları vermiĢdir.
265
 
Toponimika
 
uzmanı
 
A. Bayramov
 
xeyli
 
Qızqala
 
adlı
 
oronimi müqayisə edib, bunların yüksək yerlərdə tikilmiĢ gözətçi, qaravul 
məntəqəsi  olduğunu  və  gözqala  modeli  ilə  yarandığını  yazır.
266
 Hər  iki 
alimin fikrində müəyyən gerçəklik var. Doğrudan da, dağlara gözətçi an-
lamında  adlar
 
verilməsi  modelinə  rast  gəlmək  olur.
 
Məsələn,  Zəncanın 
quzeyində Qaravuldağ, Ġtil çayı yaxasında Karaulnıy-buqor, Qırğız elində 
Karool-döbö, Karool-çoku, Van
 
gölü güneyində
 
Karakol oronimləri vardır. 
Lakin  bütün  Qızqalaları,  özəlliklə  Bakı  Qızqalası  həmin  yolla  izah  olun-
mur,
 
çünki bunların bəzisi müəyyən kultla bağlı
 
qurulmuĢ məbəddir.
267
 
                                                 
263
 АИОСК, 236, qeyd 16; Burada,
 
həm də, diri sözünün
 
daha qədim tirik (dirik)
 
və son-
rakı tiri formaları əks olunmuĢdur.  
264
 Ertem, 189. 
265
 АОП, I, 1987, 125-127;  АОП, II,1988, 134-135;  АОП, III, 1990, 88-89. 
266
 Байрамов, 81. 
267
 Bakı Qızqalasının digər bir funksiyası da  «göz qala» anlamında onun dənizdəki gəmi 
və qayıqlar üçün mayak rolunu oynamıĢ olması ola bilər (R e d a k t o r  - R. Əskər). 


 
156 
Məncə,  qız  apelyativi  dilimizdə  çoxdan  arxaik  sözə  çevrilmiĢ  bir 
leksemdir, ona görə də, hər konkret Qızqalası ayrıca tədqiq olunmalıdır, 
Qırxqız kimi oronimlər isə bugünkü anlamı ilə yaranmıĢ dağadıdır. Sumer 
dilində
 
dağa
 
kur
 
deyilməsi, türk dillərində qır sözünün çoxdan
 
unudulmuĢ 
məna çalarlarından birinin «dağ» ola bilməsi ehtimalına yol açır, çünki 
«qız»
 
çuvaĢ
 
dilində xır olduğu kimi

qədimdə sumer-türk paraleli kur~ qır 
sözünün də prototürk dilində qız variantı ola bilərdi.
 
Qırğız dilində korum 
«daĢ  yığını» həmin sözün qədim məna çalarına  yaxın anlamı saxlamıĢdır. 
Van
 
gölü ilə
 
Ağrı arasındakı
 
Aladağ bəzi mənbədə kıra sözü ilə anılır.
268
   
Alp,  alpan,  alban.
 
Tez-tez
 
rast
 
gəldiyimiz
 
«Alp
 
çəmənliyi»

«Alp 
dağları»

«alpinist»
 
ifadələrində
 
alp
 
sözünü
 
latın
 
dilindəki
 
Alpes
 
ilə

bunu
 
da
 
latın
 
dilinə keçən keltcə «yüksəklik»
 
mənalı alp sözü ilə bağlayırlar.
269
 
Latın  dilində  «ağ»  anlamlı  album,  «ağbəniz»  anlamlı  albinos  sözləri  və 
bunlardan  törəyən  baĢqa  sözlər  də  vardır.
270
 Avropadakı  arnavutların  Al-
bania  ölkəadını,
 
ġotlandiyanın
 
qədimdə
 
Albania  adlanmasını,  britaniyalı-
lara
 
Albion
 
deyilməsini
 

 
hətta Alp dağlarını latıncadakı sözlərlə müəyyən 
gümanla izah etmək olursa da, qədim Ġtaliyada olan etrusk Alpan tanrısı,  
alban etnonimi, bu boyların Alba-lonqa (Uzun Alb) yeradı, german nibe-
lunqları
 
içində
 
Alberix
 
(alp
 
əri)
 
Ģəxsadı latın sözləri ilə açılmır. Bu son ad-
dakı forma qədim rus dilinə də olberi Ģəklində keçmiĢdi və bunu «alıb ər-
i»  (alp  ər)  Ģəklində  yozan  M.  Fasmer  qədim  rus  dilindəki  alpaut  «Ģanlı 
adam»,  Alıberskoe  tsarstvo  «uzaq  el»  (Alpər eli)  ifadələri kimi  türkcədən 
alınma saymıĢdır.
271
 Asur yazısında allabri boyunun Ġtti adlı baĢçısı vardı. 
Alp
 
sözünün
 
yad
 
dildə  yeni  çalar  qazanması  təbiidir.
 
Belə
 
ki,
 
Ġtaliya  və 
quzey Avropaya aparılan alp sözünün
 
qədim türkcədə
 
*alıb (bahadır) for-
masında iĢlənməsi, sonra alb//alp Ģəklinə düĢməsi asan bərpa olunur. 
F. Kluqe germanlarda mifik Alp (Alfen) obrazının Skandinaviyada 
yayğın  olduğunu  və  bunun  Ģəxs  adlarının  əvvəlində  iĢləndiyini  yazır.
272
 
Əlbəttə, germandilli boyların saqalarında olan alplar türk alpları deyil, 
artıq  yerli  mühitdə  xeyli  dəyiĢmiĢ  pəri  və  qulyabanı  obrazlarıdır,  lakin 
bu türkmənĢəli  söz  qədimdə  as  və  ya  saqa  türk boylarından alınmadır. 
                                                 
268
 Radlov kır sözünün «dağbeli», «sıradağ» mənalarını göstərir.  
269
 Шанский, 1963, 85;  LUG, 73. 
270
 Kluge, 12, 15-16. 
271
 Фасмер, I, 72-73; 
 
Özbək
 
elinin
 
KaĢqadərya
 
bölgəsində
 
Alpar-kiĢlok
 
vardır
 
(ОУ, 201). 
272
 Kluqe, 12. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə