«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə73/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   69   70   71   72   73   74   75   76   ...   122

 
157 
Qırğız məsəlində deyilir: Ġlqerkinin alpı köp, Alpının da kalpı köp (Keç-
miĢdə çoxlu alp, alpın da çoxlu söz-söhbəti vardı).
 
 
Alp  sözündən  yaranan  alban/alpan  boyadı  qazax  və  azər  xalqının 
içində,
  
Alban,
  
Alpan, Alpı
  
adlı kəndlər
 
isə Qafqazda yayğın olmuĢ, Gür-
cüstanda  həmin  formalarla  yanaĢı  Alvan-kala  toponimi  də  iĢlənmiĢdir. 
Bu etnonimlə yaranan bir neçə dağadı vardır. Qədim
 
yazılarda
 
Alman kimi 
də oxunan Alban dağı Güney Azərbaycanda, Ku’Albani dağlıq bölgəsi və 
Albana
 
çayı
 
Quzey
 
Azərbaycanın Alban elində qeyd
 
olunmuĢdur. Altayda 
isə
 
Alban-baĢ dağı vardır. Beləliklə, qədim alıp~alp sözündən alban boy-
adının, ondan da Alban oroniminin yaranmasını etnooronim modelinə aid 
etmək lazım gəlir. Alban dağadlarının m.ö.
 
I minilliyin ilk yarısında asur-
urartu  yazılarında  xatırlanması  və  daha  əvvəllər  kassi  onomastikasında 
Burra-Alban
 
adının
 
olması bir daha göstərir ki, alban etnoniminin yaranma 
tarixi daha qədimdir.
273
  
Bars, elbars, qaplan, börü. Bu heyvan adları ilə düzələn oronimlər 
geniĢ yayılmıĢdır və belə dağadlarının bir qismi birbaĢa zoonimdən deyil, 
bars  və börü  etnonimlərindən  yaranmıĢdır.  Erkən  orta  əsr qaynağı Qırğız 
elində Barskon dağını,Yaqut əl-Həməvi Qızıl-üzən çayının yuxarı axarında 
Barsiz dağını qeyd etmiĢdir. Qırğız elində indi də Colbars dağı, Börü-baĢ 
dağı,  Türkmən
 
elində
 
isə  Yolbars  toponimi  və  Yolbarslı-depe,  Urmu 
gölündən güneydə Saqqıza yaxın Qaplantu-təpə oronimləri vardır.
274
  
Xəzərin  güneyindəki  böyük  silsilə  dağların  müxtəlif  fonetik  vari-
antlarla yazılan adının Elbars Ģəklində verilməsi
 
daha doğru sayılmalıdır, 
çünki burada
 
Yolbars
 
adı
 
uyğun gəlmir. Elbars isə «bars yurdu»

«bars eli» 
anlamındadır, qədim barsil türklərinin adı da  «bars el» modelində olub, 
m.ö.  II-I  minillərdə  adı  çəkilən  digər  bars  və  börü  boyları  ilə  Urmu 
hövzəsində  irandilli  boyların  bura  gəlməsindən  çox-çox  əvvəl  yaĢayır-
dılar.  
Həmədan
 
yolunda
 
Barıs
 
məbədi
 
(Strabon, 
XI.19
)
 
olması

qədim
 
qızıl  boyunun  yaĢadığı
 
Qızıl-bud  bölgəsi
 
ilə
 
Xəzərin
 
arasında  uzanan 
sıradağlara
 
El-bars,  bu  dağlarının  Qızıl-bud  tərəfdəki  ətəklərindən  axan 
çaya  Qızıl-üzən
 
deyilməsi  təbii  idi.  Ġkinci  bir  Elbars  dağı  da  prototürk 
                                                 
273
 Bolqarıstanda Albanlar, Alvanköy,  Alvanlar adlı  kəndlər vardır.  Alban boyları  haq-
qında geniĢ məlumat VIII və IX Bitikdə veriləcək. 
274
 Bu  tip  oronimlərə  irandilli  sözün  qoĢulmasına  və  ya  kalka  ilə  yaranmasına  Qızıl-
üzən  yaxınlığında  Kaflan-kuh  (Qaplan-dağ),  Tacikistanda  Palanqi-safed  (Ağ  bars) 
dağadlarında rast gəlmək olur. 


 
158 
boylarının quzey sınırından yuxarıdadır. Doğrudur

Böyük Qafqaz sıra-
dağları  arasında  ucalan

indi
 
Elbrus
 
adlanan  həmin  dağ  azər  boylarının
 
sınırı dıĢındadır

lakin Kür-Araz
 
kulturu
 
çağlarından və sonrakı saqa-qamər 
axınlarından üzübəri bu Elbars da ətəyində qonuĢanların türkcəsinə tanıq 
olmuĢdur.    
  
Asur qaynaqları  Fəratın  yuxarı  axarında qaĢqay  boyları  ilə  qonĢu 
olan  Tabal  və  Bit-BuritaĢ  bölgələrinin  bəyi  Ambarıs  haqqında  məlumat 
verir.
275
 Buradakı Tabal, qaĢqay və adında  «barıs» (barıĢ?) sözü görünən 
Am-barıs ilə hələlik iĢimiz yoxdur, yalnız asur dilində ev, yurd və bölgə 
adlarının
 
əvvəlində
 
iĢlənən Bit sözünü kənara qoyub, 
 
BurutaĢ toponiminə 
nəzər salaq. Bu adın qaynaqlarda iki cür yazılıĢı var: BurutaĢ və BuritiĢ
Doğrudur, Qırğız elində Börü-baĢ oronimi vardır, lakin qaynağın 
verdiyi toponim Börü-diĢ (qurd diĢi) modelindən daha çox, Qurd-qapısı, 
Börü-qayası oronimlərində olduğu kimi «börü daĢı» anlamında Börü-daĢ  
oronimi
 
ilə
 
ifadə
 
olunan
 
oykonimdir.  Deməli

asur
 
qaynağı
   
Bit-BurutaĢ
 
adı 
ilə  «Börü-daĢ  yurdu»  deyimini  qeydə  almıĢdır.  Qədim  yazılar  Azərbay-
canda bars, elbars, barsel və börü boylarının xeyli yer-yurd adını göstərir, 
bunlardan uyğun bölmələrdə danıĢılacaq.  
Ağbaba,  bozquş,  xoruz.  Bu  quĢadları  ilə  düzələn  oronimlər  bir 
neçə dağadının  qədim tarixinə iĢıq tutur.  Bəzi türk dillərində  «qartal»  an-
lamı bildirən ağbaba quĢu qədim oğuz onqonlarından olub, oronimlərdə 
geniĢ iĢlənir; ağ-baba quruluĢuna görə baba apelyativi sırasında yuxarıda 
ondan bəhs etdik. Bəllidir ki, türklər qartal-Ģahin növləri kimi qaraquĢ, 
Ģunqar, doğan, bozdoğan,
 
bozquĢ zoonimlərini də iĢlətmiĢlər.
 
Bəzi mütə-
xəssislər  asur  qaynaqlarında  adı  keçən  Arzabia  dağadını  müasir  BozquĢ 
dağına
 
aid edib

onun urartu, gürcü və
 
hay dillərində «Ģahin» anlamındakı 
artsibi/artsivi/artsiv sözü olduğunu yazırlar.
276
 
                                                 
275
 АВИИУ,46  (165);  53;  54  (28).  Buradakı  Ambaris  və  Borsunlu-kurqanı  (Qarabağ) 
adında bars/borsun hissələri qədim apelyativ kimi maraq kəsb edir. 
276
 Грантовский, 1970, 294-296; ТУ, 43-44; Bu fikrin ikinci hissəsi ilə tam razılaĢmaq 
olmur, çünki
 
Urartu  çarının atını da «Ģahinə» (artsibi) bənzədən  urartular protoazər 
zəngi boyunun  yurdunu iĢğal  edəndə buradakı  «qartal» anlamlı apelyativlərdən biri  ilə 
iĢlənən oronimi
 
öz
 
dillərindəki
 
Artsabi
 
qarĢılığı ilə verə bilərdilər və bu olay toponimiya-
nın  əsas  qanunlarına  uyğundur.  Lakin  Arzabi  oroniminin  əsasında  araz-bi  etnoniminin 
metatezaya uğramıĢ arzabi forması dura bilər, sonralar azər etnonimində də azərbi~azrəbi 
dəyiĢməsi  vardır.  Artsiv  sözünün  urartu  dilindən  gürcü  dilinə,  sonralar  gürcü  dilindən 
hay dilinə keçməsi isə normal haldır. Arzabia ilə BozquĢ dağını eyni dağ saymaq fikrilə 
heç razılaĢmaq olmaz, çünki mətnin tekstoloji təhlili ayrı yozum ortaya çıxarır. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə