«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə75/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   71   72   73   74   75   76   77   78   ...   122

 
161 
asur ordusunun
 
737
-də Azərbaycana yürüĢü ilə bağlı yazır ki,
 
onlar Qızıl-
üzənin yuxarı axarında indiki Zəncan yaxınlığında Sibar (Subar) qalasına 
çatırlar və bu yürüĢü təsvir edən asur yazısında bura yaxın olan bölgələr 
sırasında m
â
t tarluqall
ê
 «Xoruzlu ölkəsi» adı çəkilir.
284
  
Azərbaycanın  oronimləri  sırasında  ağbaba,
 
laçın, bozquĢ,
 
qaraquĢ,
 
doğan,  bozdoğan,  xoruz  kimi  apelyativlərlə  düzələn
 

 
özəlliklə
,
  xoruz 
ilə yaranan
 
dağadları
 
geniĢ
 
yayılmıĢdır.
 
Ġndi TalıĢ sıradağlarında gördüyü-
müz  Xoruzlu-dağ  oronimi  qədim  çağlardan  müxtəlif  bölgələrdə  fərqli 
dialekt deyimləri ilə yayılmıĢ Xoruz-dağlarla adaĢdır.  
Təpə,  tap, dam. Bu oronim apelyativləri prototürk çağında eyni 
kökdən
 
(*dap//*tap)
 
yaranmıĢ sözlərə oxĢasa da

onların elə həmin
 
dövrdə 
kökdən ayrılıb, müxtəlif  fonetik və semantik çalarlar üzrə inkiĢaf etdiyini 
söyləmək olar, çünki yazının ortaya çıxdığı vaxtlarda artıq bunlarda bəzi 
fərqlər
 
yaranmıĢdı.
 
Boğazköy mətnlərində
 
«damlı
 
daĢ» deyimini əks etdi-
rən
 

 
«damlı»,  «damlı
 
dağ»
 
anlamlı
 
Buxara  oronimləri
 
(Tamdı,
 
Tamdıtau
ilə eyni olan Tamlu-taĢ toponiminin yeri məlum olmasa da, asur yazısın-
dakı
 
TaĢtami (daĢ damı) Urmudan doğudakı Zikirtu bölgəsində verilir.
285
  
Azər
 
dilində
 
dam
 
sözünün
 
həmin  məna  çaları  «evin  damı»  deyi-
mində  qalmıĢ,
 
lakin
 
Ağdam kimi oronimlərdə iĢlənmə funksiyası arxaik-
ləĢmiĢdir.
 
Bəzi bölgələrdə
 
tap apelyativi
 
dağdakı düzən
 
yeri bildirir.
286
 Hər 
iki apelyativdən fərqli olaraq, təpə sözünün  yayılma arealının geniĢliyi və 
iĢlənmə tezliyi olduqca böyükdür. Coğrafi-linqvistik baxımdan təpə sözü 
ayrıca dissertasiya mövzusu kimi tədqiq olunmağa layiqdir. Belə ki, atlı 
türk ordularının bacarmadığı bir iĢi bütöv dörd qitəni fəth etməklə ger-
çəkləĢdirən bu ikihecalı kiçik sözün bəlgə gücündən, hər yana yayılmıĢ 
böyük  bir  kulturun  lokal  nöqtələrini  minillər
 
boyu
 
qoruyan  bu  prototürk 
damğasından burada geniĢ söz açmağa, təəssüf ki, imkan yoxdur, yalnız 
onun iĢtirak etdiyi bir-iki oronimə diqqət çəkmək zorundayıq.
287
  
                                                 
284
 Дьяконов, 1956, 199-201. 
285
 Ertem, 133; ТУ, 181. 
286
 Qubadlıda Koroğlu tapı, Köçəri tapı qeyd olunmuĢdur (Йцзбашов 1966, 66). 
287
 Ancaq bir olayı məhz burada yada salmaq yerinə düĢər, çünki baĢqa bir yerdə ondan 
danıĢmaq imkanım bəlkə olmadı. Çox dəyərli arxeoloq dostum Fərman bəy Mahmudovla 
universitetin çayçısında oturub Oljasın yenicə çıxan «Aziya» kitabından söhbət edirdik. 
O, əlindəki qədim tarixə aid kitabı açıb Misir fironunun yazısındakı «qaratəpə» sözünü 
göstərdi. Səmimi deyirəm, o ovqatla evə gəlib indi əlinizdə tutduğunuz bu bitiyi yazmaq 
üçün plan tutdum, toplanıb araĢdırılan bəlgələr sırasının baĢında həmin Təpə sözü durdu 
və o çağdan yazılarıma bələdçi oldu. Fərman bəyin ruhu Ģad olsun.   


 
162 
Misir
 
heroqlif  yazısı
 
ilə
 
olan  bir  mətndə  (m.ö.  IV  əsr)  adı  çəkilən 
Karatepe Türkiyədə Ceyhan çayının  yaxasında het və finikiya dillərində 
(m.ö. IX əsr) və baĢqa qədim yazılar tapılan Karatepe (Qaratəpə) oronimi 
ola bilər.
288
 Boğazköy
 
het
 
mətnlərində
 
Kar[tapa]

Kartava

Kartapaxa  kimi 
verilən qaratəpə toponimləri və Kalza-tapiyari, KallieĢ-tapa oronimlərinin 
yeri bəlli deyil.
289
 Həmin mətnlərdə QalliĢ-tapa oronimi də vardır.
290
 Təpə 
sözü Ön Asiyadan Avropaya yayılmıĢ, hətt Afrikaya və Amerikaya gedib 
çıxmıĢdır.  
Deyildiyi
 
kimi,
 
təpə  sözü
 
ilə  yaranan  oronimlər qədim  çağlardan 
üzübəri
 
o
 
qədər
 
geniĢ yayılmıĢdır ki,
 
onların adını burada sadalamaq xeyli 
vaxt aparar. T. Nafasov yalnız KaĢqadərya vilayəti üzrə 68 belə oronimi 
qeydə
 
almıĢdır.
291
 Bunların
 
sırasında boyadı ilə yaranan oronimlər diqqəti 
çəkir:
 
Avğontepa
,
 
Almantepa
,
 
Azlartepa
,
 
Azartepa.
 
Buradakı
 
alban
 
(alman)
,
 
azlar, azər etnonimləri azər xalqının soykökünü yaradan boyların keçmiĢ 
miqrasiyasını  əks  etdirməklə  yanaĢı,  oronimin  qədimliyini  də  göstərir, 
necə  ki,  ġubar-tobe  və  Ulu-tobe  (Qazax  eli)  adlarının  birinci  tərəfində 
iĢlənən sözlər bunu sərgiləyir.   
Eyni durum  kurqan  apelyativi  ilə  yaranan  bir sıra oronimlər  üçün 
də keçərlidir.  Belə ki,  dünya  Ģöhrətli  Çertomluq, Xerson,  Oğuz,  Pazırıq, 
Arjan,  Küloba,  Temirtaq,  Toprakkala,  Uyqaraq  kurqanları  kimi  abidələr 
keçmiĢ kulturu əks etdirdiyi üçün adın birinci hissəsi də çox vaxt qədim 
söz olur.
 
Məsələn,
 
Qarabağdakı
 
Borsunlu-kurqanı
 
artıq
 
arxaik
 
sözə çevril-
miĢ «borsun» leksemini saxlamıĢdır. 
 
Dağ,  qaya,  daş.
 
Qədim  Azərbaycanda
 
Qut  dövləti
 
dağılandan  
sonra  onun  güney  bölgələrini  sumer-akad  caniĢinləri  idarə  edirdi.  LaqaĢ 
caniĢinlərindən
 
birinin
 
(m.ö. XXI əsr) titulları sırasında «su boyunun Qar-
dak  ölkəsinin  hakimi»  sözləri  də  yazılmıĢdı.
292
 Bu  oronim  Süleymaniyə 
yaxınlığındakı
 
Qaradağa aid edilir.
293
 Türk  oronimlər  sistemində  Aladağ, 
Alataq, Alatau, Alatey adları Anadoludan Doğu Türküstana və Altayacan 
                                                 
288
 Mətndə ölkəyə hücum edən Kambesuden adlı baĢçı ilə vuruĢmaq üçün qoĢun Carda 
toplanıb əks-hücuma keçir, düĢməni dəf edib, onun «Karatepetdən Taruta qədər əhalini 
ərzaqla təmin edən» torpaqlarını ələ keçirir  (ХПИДВ, I, 1980, 139). 
289
 Ertem, 69-70, 181 
290
 Garstang-Gurney, 117. 
291
 ОУ, 200-201. 
292
 Дьяконов, 1956, 118. 
293
 AT, 1994, 167. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə