«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə78/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   74   75   76   77   78   79   80   81   ...   122

 
167 
ġadarak oronimi Sədərək adının etimologiyası üçün maraqlı ola bilər.
 
Bu 
baxımdan

Ģat~Ģad
 
(akad-türk)
 
sözləri
 
təsadüfi
 
oxĢarlığa az bənzəyir.  
Türk  oronimlər  sistemində  Çətin  adlı  dağlarda  iĢlənən  çətin  sözü 
ola bilsin ki,
 
çopur,
 
çil və ya üvəz (quĢarmudu)
 
ağacı anlamlarından birini 
ifadə edir. Qırğız elində Çetin dağı, Çetindi  yüksəkliyi, Çetindi aĢırımı 

 
qədim
 
Gögər sıradağlarında Çətindağ adlı oronimlər vardır. Çətindağ, 
Çətinqaya kimi dağadı çətin keçidləri ilə də adlana bilər, ona görə də hər 
bir
 
oronimin mənasına konkret yanaĢmaq lazım gəlir.
  
Asur  yazıları  Azərbaycanda  çox  çətinliklə  aĢılan  və  ucu  iti  dağlar 
haqqında bəlgələr verir və bəzən də dağı Ġti oronimi ilə verir.
 
Məsələn, 
m.ö.
 
IX  əsr  yazısında  Urmu  hövzəsində  Urini  və  Arini  dağları  ilə  birgə 
«dəmir  xəncərin  itilənmiĢ  ağzına  bənzəyən  Etini  dağı»  və  ondan  batıda 
Ġdni/Etnu  haqqında  bəlgə  vardır.
309
 Bu
 
iti
 
apelyativi
 
ıduq
 
(qutsal)
 
sözü
 
də 
ola  bilər,  çünki  burada  Ġdı  bölgəsi  vardı.  Övliya  Çələbi  Axıskada  Ude 
dağadını qeyd etmiĢdir. Homer Troyada Qarqar dağının bir zirvəsini Ġdı 
oronimi ilə adlandırır.
310
 Strabon isə Troya ilə yanaĢı, Kritdə də Ġda dağı 
olduğunu göstərir. 
Asur  qaynaqlarında  verilən  dağlar  sırasında  Ġkiçayarasının  quzey 
axarında Urusu dağı və Doğu Anadoluda ġerabeli, Elula, ġeĢe, Tirkaxuli, 
Tarxanabe,
 
Tarxuna dağlarının hamısında türk oronimlərini yaradan apel-
yativlər iĢtirak edir.
311
 Məsələn, Çorox çayı hövzəsində verilən ġeĢe dağı 
indi oradakı ġeĢəbuynuz dağadında qalmıĢdır. Yaxud qaynaqdakı Tarxan-
Tarxun  apelyativi  ilə  bağlı  çox-çox  sonralar  Fəzlullah  RəĢidəddin  Tür-
küstanda olan Turkun (Tarxun) və Turkan dağadlarının mənasını açmağa 
cəhd etmiĢdir.
312
 Het  yazılarındakı Taraxna ilə Tarxun dağını eyni sayan 
uzmanlar  onu  Toxmasu  hövzəsində  yerləĢdirirlər.
313
 Quba  bölgəsində  də 
Tarxan-yalı dağı vardır. 
Asur  yazısında  Urmu  gölünün  güney-batı  tərəfində  Kullar  dağının 
adı  çəkilir,  həmin  oronim  indiyə  qədər  Kollara-dağ  Ģəklində  qalmıĢdır. 
Urartu  qaynağı
 
da
 
KulaĢini adlı
 
bir  dağın
 
Van  gölündən  aĢağıda  baĢçısı 
                                                 
309
 АВИИУ, №23, (I, 43); TU, 85. 
310
 «Илиада», XIV, 292-293. 
311
 ТУ, 212, 245. 
312
 «Almalığın yaxınlığındakı Turkunlu-tağ və Turkanlu-tağ çox yüksək və baĢgicəllən-
dirici dağlar idi. Turkun və Turkan bu dağlarda bitən iki müxtəlif bitkidir. Həmin dağ-
lara da bu otların adı verilib» (RəĢidəddin, 14). 
313
 Carstang-Gurney, 31, 42;  TU, 180. 


 
168 
Dadi (Dədə) adlanan bölgədə verir.
314
 Ġrəvan bölgəsində Qol dağı, QoldaĢ 
kəndi, Kutaisidə QoldaĢ dağı vardır.
 
Doğrudur, saxa dilində kula apelya-
tivi
 
«dağın
 
quzey
 
yamacı»
 
anlamında iĢlənir

lakin  Kul-lar  və
 
Kul-aĢ adı 
burada  kul  boyadı  olduğuna  iĢarə  edir.
315
 Bir  çox  türk  ellərində  kol/kul 
Ģəklində davam edən kul etnonimi qədim kulpe, kuloba,
 
kolanlı
 
boyadları-
nın
 
da  kökündə  durur.  Eyni  durumu  Orta  Asiyada  Talas/Tolos  sıradağ-
larından  tutmuĢ  Ġrəvan
 
(Vedi)
 
bölgəsindəki  Talasavan  sıradağına  qədər 
geniĢ yayılmıĢ talıs/tolıĢ etnonimi ilə düzələn oronimlər də əks etdirir.  
Qızılbud bölgəsinə m.ö. 
820
-də  asur  yürüĢündə  qoĢun  «BiĢbizida 
daĢlı dağı»nın aĢırımını keçir.
316
 Bu oronimdə biĢ və bizi (musi/mes) söz-
ləri
 
diqqəti
 
çəkir

çünki
 
Qızıl-üzən çayının
 
baĢlandığı bölgədə müasir
 
BeĢ-
barmaq  dağı  və
 
Əlvənd  sıradağının  Həmədandan
 
quzey-batı
 
tərəfdəki
 
hissəsi  indi  farsca Pənce
-
dağ (BeĢdağ) adlanır. Deməli, BiĢbizida oroni-
mində beĢ sözünün iĢlənməsinə yerli coğrafi durum imkan verir. Asurlar 
həmin  yürüĢdə  Qəzvin-Həmədan  yolundakı  AraziaĢ  bölgəsinə  çatmamıĢ
 
«daĢlı
 
dağın
 
musi»
 
aĢırımını da
 
keçirlər.
317
 Altay
-
tuva dilində  «dağın güney 
yamacı» mes sözü ilə verilir: Tarbaqandu-mes, Qızıl-mes.  
Maraqlıdır ki

türk
 
oronimlərində say bildirən tək, qoĢa, bir, iki, üç 
 beĢ sözləri daha xarakterikdir

digər saylar isə görünmür. Ġndi Təktəpə 
(Tovuz),  Ġkitobe  (Qazaxstan),  Üçtəpə  (Bakı)  kimi  oronimlərə,  Quzey  və 
Güney  Azərbaycanda  BeĢbarmaq  dağadına  rast  gəliriksə,  m.ö.  minillikdə 
Urmu gölünün  yaxasında Üçqaya (UĢkaya) adını və Anadoluda müasir 
ġırnak-dağın BirdaĢu (Bir-daĢ) adlanmasını görürük.
318
 
AĢağıdakı xəritədə göstərilən ġubar dağının lokal yeri Ģərtidir, onu 
bir  az  yuxarıda  Həmədan  yolu üzərində  «tanrı  yurdu»  anlamı ilə iĢlə-
nən qədim Baqastan (Bisütun) dağı olduğunu guman etmək olar. Sumer 
inancına görə, dünyanın mərkəzi Sumer ölkəsinin doğusunda olan mifik 
ġubar  dağıdır.  Doğuya  köçmüĢ  türklərdə  Ģaman  (qam)  inancına  görə 
Sümer dağı tanrı məskəni, həm də böyük qamların yaĢadığı yerdir. Əgər 
ġubar//Sümer dağı dünyanın mərkəzi hesab olunurdusa, Qaf (Qafqaz) 
dağı prototürklər üçün o biri dünyanın qapısı, türk Atayurdunun quzey 
                                                 
314
 ТУ, 116-117. 
315
 Мурзаев, 1984, 310;  ЕАМТИЛ, 82. 
316
 АТ, 1994, 91. 
317
 Дьяконов, 1956, 166. 
318
 ТУ, 56. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə