«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə82/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   78   79   80   81   82   83   84   85   ...   122

 
176 
gətirilən
 
toponimlərin
 
sayı
 
da  az  deyil.  Ġslama  qədər  Azərbaycana  qayı-
dan saqa, qamər, hun, oğuz və sair türk boyları, təbii ki, özlərilə yeni to-
ponimlər  də  gətirmiĢlər.  Azərbaycana  gələn  qafqazdilli  boylar,  hay,
 
fars 
və ərəblər burada bəlli toponimlərin yaranmasına səbəb olmuĢlar.  
Qafqazdilli boylar içində Azərbaycana gələn hurri və urartu boyla-
rının  xeyli  hissəsi  burada  əridi,
 
geri
 
qayıdan
 
boylar  isə  buradakı  bəzi 
toponimləri  də  özlərilə  apardı.  Bu  son  durumu  Arazın  orta  axarından 
quzeydə olan toponimlərlə urartu boylarından qalma çeçenlərin bugünkü 
yurdunda  olan  toponmlərin  müqayisəsi  çox  aydın  əks  etdirir.
 325
 Belə  ki, 
Naxçıvan və Vedi adlarında olduğu kimi, elə bu bölgələrin özündə xeyli 
türk-çeçen paralelləri vardır.
326
 Buradakı  lokal
 
yerdəyiĢmələri
 
Naxçıvan-
Vedi
 
bölgələri
 
ilə
 
Çeçenistan və ona yaxın bölgələr üzrə gözdən keçirək:
 
Naxçıvan-Vedi ətrafı bölgə
 
 
Arqun, Arqu(Ağrı dağı)  
Aynaxlı (Gorus)   
Vedi  
Naxçı-dəniz   
Naxçı-van 
Moz kəndi   
Məvaziyi Xatun nahiyəsi   
Qaşqa kəndi 
Qızıl boyu    
Kömür kənd  
Zəngi boyuZəngilər  
Xoy 
Çeçen eli və ona yaxın bölgələr
 
 
Arqun, Arqun dərəsi,  Arqu-ani   
Vaynax (çeçen boyu)  
Vede(no)  
naxçı (nax boyu),
  
Noxçi-moxk
 
(«Çeçen
 
eli»)  
MazaMozdok, Waz(Ģa) 
Qatın-kale  
Kaşka-tau 
Gizil-yar (Gizlyar)    
Kemur-gey 
Zenqali kəndi  
Xoy  
                                                 
325
 «Naxçıvan  sancağının  müfəssəl  dəftəri»  (B.  1977)  adlı  qaynaqda  göstərilən  qədim 
Naxçedeniz  kənd  adı  çeçenlərin  qədim  naxçe  boyundan  qalan  yadigardır.  Həmin  qay-
naqda  adı  keçən  Qal  kəndi  də  qalaĢ  (çeçen),  qalqa  (inquĢ)  uruqları  ilə  bağlı  ola  bilər. 
Çeçen-inquĢ  adı  ortaya  çıxana  qədər  bu  xalq  naxçı,  vaynax,  durdzur/dzurduk,  kistı  və 
mıçi-kiĢi (miçikizi, mıçiqiĢ) uruq adları ilə qaynaqlarda yad olunmuĢdur. Mıçiqiç topo-
nimi də Çeçen-eli, Ġçkeria anlamında iĢlənmiĢdir (ИНСК, 1988).   
326
 Əgər Urartu yazılarında Vedi ilə Göycə gölü arasında verilən Widuā toponimi (Dia-
konoff-Kashkai, 100) Vedi adının qədim formasıdırsa, onda Bolqariyada «vedi türkləri» 
(Vidinskie  torki)  və  Baba-Vida  qalası  (Acaroğlu,  1988,  365)  qədim  *Udi  etnoniminin 
bulqar dialektindəki vedi deyimi ola bilər. Bu faktı mənə qədim türk udi boyunun vedi  
Ģəklində tələffüz oluna bilməsini ilk kəz müĢahidə edən Arif Rəhimov söyləmiĢdir. Udi-
Vedi paralelliyindəki «v» artımı Aynax-Vaynax adlarında da özünü göstərir. 


 
177 
Xarxar, Qarqar 
Şidli (ġadılı)
 
Xarkar-oy 
Şat-oy
 
Bu toponimlər sırasında əgər qafqazdilli adlar lokal yerdəyiĢmə ilə
 
Azərbaycan
 
və  Quzey  Qafqaz  bölgələrində  ortaya  çıxırsa,
 
türkmənĢəli 
adlar bu bölgələrlə yanaĢı, daha geniĢ arealda görünür. Buradakı qızıl və 
qaĢqa
 
boylarının
 
adı
 
ilə  qazax  elində  yaranan  Kızıljar  və  Altaya  qədər 
yayılan
 
Kızıl,
 
Kızılyar
 
(Krasnoyarsk)  toponimləri,
 
«boyun»  sözündən  ya-
ranmıĢ
 
Buynak
 
(Buynaksk),
 
Boyun-dağ
 
(Azər
 
eli),
 
Moynak
 
(Qazax  eli)

Ak-Moynok, Kara-Moynok toponimləri türk ellərində iĢlənir. Türk dillə-
rində «dərə
 
ilə
 
bölünmüĢ dağlar»
 
(MK) anlamında olub, sonralar etnonimə 
çevrilən
 
arqu
 
(arqun)
 
sözü
 
Ağrı
 
(Arğı)
 
dağadında,
 
Arazdan  yuxarıda
 
və 
Çeçen elində
 
Arqun,
 
Dağıstanda
 
Arquani
 
toponimlərində
 
iz
 
qoyduğu
 
kimi,
 
Çulum çayı  yaxasına gedən arqu/arqun boyundan Monqolustanda Arqun 
çayadı yadigar qalmıĢdır.
327
 
Etnik  coğrafiya  daxilində  toponimlərin  yerdəyiĢməsi  boy  və  uruq 
içindən bəzi soyların tam və ya yarımçıq Ģəkildə baĢqa bölgəyə köçməsi 
ilə  bağlı  olur.  Müxtəlif  səbəblər  üzündən  baĢ  verən  belə  köçlər,  adətən, 
yeni
 
yurd
 
yerlərinin
 
salınması
 
ilə
 
nəticələnir
 
və  yeni  yurdun  adı  buranı  ya-
ĢayıĢ məskəni seçən soyun və ya onun ilkin yurdda mənsub olduğu uruq 
və boyun adı ilə tanınır.  
Minillər  boyu  davam  edən bu  yerdəyiĢmə  prosesi  eyni  etnonimin
 
müxtəlif
 
bölgələrdə
 
ortaya
 
çıxmasına
 
səbəb
 
olmuĢdur.  Belə
 
ki,
 
Kolanlı, 
Kotan,  AvĢar,  Oğuz,
 
Xələc,
 
Kəngər,
 
Azər/Xəzər,  Bayat,  QuĢçu,  Qıpçaq, 
Ġqdır,
 
TalıĢ
 
(Tolos),
 
Yıva,
 
Padar
 

 
sair
 
bu
 
kimi
 
etnotoponimlərin
 
Azərbay-
canda
 
geniĢ
 
yayılması,
 
eyni
 
toponimin müxtəlif bölgələrdə
 
ortaya çıxması 
həmin
 
lokal
 
köçlərlə
 
bağlıdır.  
Bəzi boyların məskunlaĢdığı kənd əvvəl yaĢadıqları
 
yerin
 
adı
 
ilə
 

 
adlanır və onların konkret haradan gəldikləri yeni toponimdə açıq kodla 
                                                 
327
 Arquların  X-XI  əsrlərdə  Taraz-Balasağun  arasında  yaĢaması  bəllidir  (MK).  Qazax 
boylarından
 
ayrılan
 
arqu
 
(arqun)
 
boyları
 
XVI
 
əsrdə
 
Tobol
 
bölgəsindən
 
Çulum hövzəsinə 
köçüb qızıl və teleut boylarına qarıĢmıĢdır («Turcologica», Л. 1986, 231).  


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə