«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə83/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   79   80   81   82   83   84   85   86   ...   122

 
178 
verilir.  Məsələn,  ġiraz  bölgəsindən  Vediyə  köçənlərin
 
ġirazlı
 
kəndində,
 
Mosul
 
bölgəsindən
 
Zaqatalaya
 
köçənlərin Mosul kəndində məskunlaĢması 
həmin  toponimlərdən  bəlli  olur.  Göründüyü  kimi,  bəzi toponimlər  tarixi 
sənəd  qədər  gərəkli  bəlgədir.  Bu  və  ya  digər  uruğun,  boyun  və  xalqın 
haradan  hara  köçdüyünü  aydın  göstərən  bu  bəlgələrin  tarixi-müqayisəli 
tədqiqi isə  etnik tarix üçün əvəzsiz informasiya  əldə  etməyə  imkan verir. 
Belə lokal köçlərin izini yaĢadan qədim toponimlər Ġslamöncəsi
 
demoqra-
fiya və köçün istiqaməti baxımından da gərəkli qaynaqdır. Bu baxımdan, 
m.ö.  II-I  minillərdə  qeyd  olunmuĢ  bir-iki  toponimin  sonralar  ayrı-ayrı 
bölgələrdə ortaya çıxmasını əks etdirən misallara baxaq: 
Upa - Güney Azərbaycan, qədim Suri-
kaĢ bölgəsində dağ  (m.ö. VIII) 
Upum -
 
Subar
 
Ģəhəri
 
(m.ö. IX-VII əsr)   
Xunus  - Müasir Hakkari bölgəsində 
 
qədim Kuman
  
ölkəsinin Ģəhəri 
(m.ö. XI əsr) 
Taba   - Ġkiçayarasının quzeyində yaĢa-
yıĢ məskəni (m.ö.I minil)
 
Tabal(u) - Anadoluda  bölgə adı (m.ö.)
 
AranHarran - Orta Anadoluda və 
Ġkiçayarası quzeyində qədim 
bölgə
 
adları
 
(m.ö. II-I
 
minillər)
 
Bit-Aqusi -
 
«aqus-evi»
 
anlamında Kilis- 
Hələb arasında bölgə (m.ö.)  
Aqazi - Madada yeradı (m.ö.VIII) 
Quzan - Xabur  yaxasında  ölkə  (m.ö.) 
Tuman - Anadoluda Kayseri-Sivas ara-
sında  bölgə  (m.ö. II-I  minillər)
 
Madani - Ġkiçayarası quzeyində Subar 
ölkəsinin bir bölgəsi  (m.ö.XIII)  
 
Saluru - Anadolu, Muradsu yaxasında 
bölgəadı (m.ö. I minil) 
Kua (Qua) - Cudi dağında Ģəhər (m.ö.)  
 
Upa - Xızıda bir dağ kəndi və türk 
ellərinin  Oba  adlı yurdları  
 
Xınıs ovası -  Bingöldə  (Anadolu) 
XınısXınıslı, Xıns - ġamaxı, Gə-
dəbəy, Kürdəmir, Naxçıvan    
Tapa - Girkaniada Ģəhər, m.ö. I əsr 
(Strabon, 481)  
 
Toba - Doğuda türk boyu
 
(tobalar)
 
Aran,  Arran - Azərbaycan ölkəsi-
nin Arazdan  yuxarıdakı adı
 
 
 
Oğuz evi,  Oğuz yurdu
 
-  Türkmən 
və Azər  eləri,  Ermənistan  
 
Oquz boyu ? 
Quz
-
 
«
Xəzər dənizi»
 

 
türk boyu
 
Tumanın
 
qalası
 
-
 
KDQ

Gürcüstan 
Dmanis - Borçalıda bölgə 
 
Mada  -  Azərbaycanda  bölgə  adı 
və sonrakı  Mada  eli
 
Salur - salur,  salqur,  salar boyları 
və Salur Qazanın soyu  
Kua - Azərbaycan Ģəhəri (m.ö.IX)
 
Göründüyü  kimi,  sol  tərəfdə  verilən  toponimlər  batı  bölgələrdə, 
sağdakı
 
toponimlər
 
isə doğu bölgələrdədir. Eyni toponimlərin hərəkət yönü
 
doğuyadır,
 
çünki
 
sağdakı
 
«cavan»
 
toponimlərə
 
nisbətən
 
soldakı adlar daha 
qədim  qaynaqlarda  qeyd  olunmuĢdur.
328
 Toponimlərin  doğuya  olan 
                                                 
328
 Belə lokal yerdəyiĢmə böyük zaman fərqi olan qədim və müasir toponimlərin müqa-
yisəsində aydınlaĢır, lakin bir-iki əsr fərqi ilə qeydə alınmıĢ qədim toponimlərin yerdə-


 
179 
miqrasiyası çox vaxt Azərbaycan sınırından çıxıb daha  doğu bölgələrdə 
peyda  olur,  necə ki, m.ö.  II  minilin  het  yazılarında  qeyd  olunan  QaĢqay 
etnotoponimi  və  qaĢqayların  ərazisində  olan  Samur,  Samux  toponimləri
 
sonralar Anadolu - Ermənistan - Azərbaycan - Orta Asiya - Doğu Türküs-
tan  istiqamətində  hərəkət  etmiĢdir.
329
 Qədim  köçlərin  doğu  yöndə  baĢ 
verməsi  olayı  yaxın
 
bölgələr  arasında  da  özünü  göstərir.  Belə  ki,  qədim 
çağlarda
 
müxtəlif
 
yönlərə olan miqrasiya sırasında doğu  yön daha qabarıq 
nəzərə çarpır. Məsələn, m.ö. II minilin sonlarında Van gölü yaxınlığında 
iki  kənd  Saqa,  bir  az  batı  tərəfdə  bir  kənd  Sakka  adlanır.
330
 
Sonralar  isə 
Anadolunun Qars bölgəsində, Azərbaycanın Sisian və quzey bölgəsində üç 
ġəki adı ortaya çıxır. 
Azərbaycandan  aparılan  toponimlər  sırasında  Babadağ,  Qaradağ, 
Aladağ (Alatau) kimi oronimləri, Qarasu, Ağsu, Göygöl, Ağgöl, Acıçay, 
Quruçay  kimi  hidronimləri  vermək  düzgün  olmaz,  çünki  bu  adlardakı 
apelyativlər türk dillərində geniĢ  yayılmıĢdır və bu tip dağ və çay  adları 
bir-birindən
 
asılı
 
olmayaraq,
 
hər yerdə hər zaman yarana bilir. Lakin Araz, 
Qafqaz kimi adların  yerli coğrafi mühitdə  yaranma tarixi və toponimin 
semantikası göstərir ki, onların dıĢarıda ortaya çıxan variantları Azərbay-
candan aparılmıĢdır.  
Qafqaz, Kazbek, Kəpəz (Kepez-too), Balıq, BalxaĢ, Purat, Ġdil, Kür, 
Araz,  Arazqöl  və  sair  bu  tip  dağ  və  çay  adlarının  dıĢarıya  daĢınmasını 
yuxarıda  oronim  və  hidronimlər  bölməsində  görmüĢdük.
 
Təkcə  Balıq 
hidronimi Balıxlı/Balıqlı, Balıktı-köl, BalxaĢ, Balıktık-xem, Balıktı çay, 
Balık (Malıka), Kiçi Balık Ģəklində Qaraçay-Balkardan tutmuĢ Qazax eli, 
Tuva və baĢqa doğu ellərə daĢınmıĢdır.
331
 
                                                                                                                        
yiĢmə  yönünü  müəyyən  etmək  çətindir.  Məsələn,  Sərab-Ərdəbil  yolunda  Arxu,  Urmu 
gölündən xeyli doğuda, Əhərin güney-doğusunda Arxa və Van gölünün batısında  Arxi  
bölgələri  qaynaqlarda  m.ö.  IX-VII  əsrlər  arasında  qeyd  olunduğu  üçün  yerdəyiĢmənin 
istiqaməti aydın deyil (ТУ, 43). 
329
 Ermənistanda QaĢqaSamurlu, Azərbaycanda qaĢqay boyu, QaĢqa-çaySamur-çay, 
Samux, Orta Asiya və Doğu Türküstanda Siqun-Samur, KaĢqa-boğra (MK) toponimləri 
bu miqrasiyanın batıdan doğuya getdiyini açıq göstərir. 
330
 ТУ, 164. 
331
 
Balkan  toponimi  Türkmənistan,  Quzey  Qafqaz  və  Avropada  ortaya  çıxdığı  kimi, 
Kosoba  (Qazax  eli),  Kosova  (Avropa),  Tiberda  (Qaraçay-Balkar),  Tiber  (Ġtaliya), 
Dəmirli  (Azərbaycan)  toponimlərinə  də  türk  ellərində  və  Avropada  rast  gəlmək  olur. 
Tərtər  çayı,  Biləcəri/Biləncər,  Bars-eli,  Kuman-ovası  toponimlərinin  Quzey  Ġtaliya  və 
Avropada Tartar çayı, Palancariya, Barselona, Kuman-ova Ģəklində təkrar olunması da 
eyni durumu əks etdirir.  


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə