«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə86/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   82   83   84   85   86   87   88   89   ...   122

 
183 
xasında  yaĢayan»  saqa  (

oğuz)  boylarının
 
Ön
 
Asiyadan
 
quzey  və  doğu 
yönlərə köçməsinə səbəb olan bu quraqlıq etnik yaddaĢda dərin iz burax-
mıĢdır. Bəlkə də, oğuzların «Axar suyun qurumasın» alqıĢı, «Axar suyun 
axmaz olsun» qarğıĢı həmin çağlardan iĢlənən deyimlərdir. 
Ġqlim dəyiĢməsi nəticəsində baĢ verən sonrakı köçlər haqqında ya-
zılı
 
qaynaqlar
 
məlumat verir
 

 
bu
 
məlumatların çoxunda köçlərin yönü də
 
göstərilir.  Məsələn,
 
«m.ö.  XIII-XII
 
əsrlərdə
 
Aralıqdənizinin  doğusunda 
Yunan, Krit və Anadoluda özünü göstərən böyük quraqlıq məhsul qıtlığı 
və dəhĢətli aclığa səbəb olmuĢdu».
7
 Bununla bağlı, etruskların Kiçik Asi-
yadan Ġtaliyaya köçməsi haqqında olan məlumat antik dövr müəlliflərinin
 
yazılarında  geniĢ  yer  tutur.
 
Belə  ki,  Anadolunun  batısında  18  il  davam 
edən aclığa tab gətirməyən Lidiya əhalisindən bir hissənin mifik çar Ati-
sin
 
oğlu Tirsenin baĢçılığı ilə
 
Ġtaliyaya köçüb yerləĢməsini yazan Herodot 
bu köçün səbəbini yaranmıĢ qıtlıqla izah edir
.
8
 
Aclıq nəticəsində yaranan 
xəstəlik bəzən böyük bir bölgə əhalisinin xeyli hissəsinin qırılması ilə və 
bölgənin boĢalması ilə nəticələnir. BoĢalan yaĢayıĢ məskənlərində sonra 
qonĢu bölgələrdən könüllü gələn və  ya zorla  gətirilən əhali  yerləĢir.  Bu 
olayı m.ö.VII əsrdə Ġkiçayarasında baĢlanan aclıq aydın göstərir. Belə ki, 
asur  yazısı (m.ö. 636)  Babil,  Kutı  və Sippar Ģəhərində  baĢlanan  dəhĢətli 
aclıqdan
 

 
yaranmıĢ epidemiya nəticəsində kütləvi Ģəkildə qırılan insanla-
rın  cəsədləri  ilə  küçə  və  meydanların  dolduğundan  bəhs  edir  və  sonra 
Ģəhərlərin bu cəsədlərdən necə təmizləndiyini qeyd edir.
9
 
Prof. ġ. Günaltay
 
yeni
 
eranın
 
ilk
 
əsrlərində Qobu,
 
Monqol və Tarım 
yaylasının  quraqlıq  nəticəsində  qumlar  altında  qaldığını  yazan  R.  Pum-
pellinin
 
bu
 
qeydini
 
verir:«Əski
 
Çin  xəritələrində  Qobu  və  ya  Kamo  çölü 
Han-Hay (Quru Dəniz)
 
adıyla göstərilirdi. Çinli müəlliflər burada
 
vaxtilə
 
bir
 
Ġç  dəniz  olduğunu  söyləyirdilər».
10
  Məhz  ilk  əsrlərdə  Monqol-Altay
 
bölgələrində
 
baĢlanan
 
bu quraqlıq batıya yönələn hun axını ilə nəticələn-
miĢdir.  Quzey  Çində  isə  III  əsrdə  yüzil  davam  edən  quraqlıq,
 
aclıq  və 
müharibə dağıntıları nəticəsində əhalinin sayı 80% azalmıĢdı.
11
 
Göründüyü
 
kimi,
 
müxtəlif
   
tarixlərdə
 
iqlim
 
dəyiĢməsilə
 
bağlı  həm 
doğu, quzey, həm də batı  yönlərdə köçlər olmuĢdur. Ancaq elmi ədəbi-
                                                 
7
 АВ, 1986, 9.
 
 
8
 Геродот, I. 94. 
9
 ХПИДВ, 1963, 236-237. 
10
 Günaltay, 1987, 67. 
11
 Гумилев, 1990, 74. 


 
184 
yatda  heç  bir  əsas  olmadan  prototürk  və  türk  köçlərinin  yalnız  doğudan 
batıya olan köç kimi verilməsi dərin  kök salmıĢdır. Doğrudur, Altay və 
Orta Asiyadan batıya köçlər olmuĢdur, lakin m.ö.VII - m.s.
 
XIII əsrə qə-
dər iki minil daxilində tarixi bəlli olan bu köçlər, əslində, geriqayıtmalar 
idi. Çünki həmin tarixdən öncəki köçlər batıdan doğuya yönəlmiĢdi və bu 
doğu köçlərin arxeoloji və antropoloji bəlgələri vardır.  
Bir
 
çox
 
müharibələr
 
yaxın və
 
uzaq köçlərə səbəb  olur. Deportasiya 
ilə
 
nəticələnən
 
müharibələr tarixdə
 
çox
 
olmuĢdur.
 
Adətən, imperiya siyasi 
məqsədlə  əyalət  əhalisini  baĢqa  yerlərə  köçürür  və  belə  deportasiyaları 
yaxın tarixdə
 

 
görmüĢük: XX əsrdə rus imperiyası Krım tatarlarını, çe-
çenləri,  Axıska  türklərini  Orta  Asiya  və  Qazaxıstana, Ermənistanda  yaĢa-
yan
 
azər
 
türklərini
 
Mil-Muğan
 
çöllərinə
 
deportasiya etdi. Ön Asiyada  belə 
etnik yerdəyiĢmə siyasətini ilk dəfə Asur dövləti baĢlamıĢdı. Asurlar əhali-
ni  iĢğal  etdikləri  torpaqların  bir  ucundan  o  biri  ucuna  köçürməklə  yerli 
boyların etnik birliyini pozmağa,
 
onların iĢğalçı orduya qarĢı birləĢib qüv-
vəyə  çevrilməsinə  mane  olmağa  çalıĢırdılar.  Asur  çarları  əvvəllər  daha 
çox  tutduqları  ərazilərdən  apardıqları  əsirləri  qul  kimi  iĢlədirdisə,  artıq 
m.ö. VIII əsrin ortalarından sonra regionda hegemonluğu saxlamaq məq-
sədilə bir
 
bölgənin
 
bütöv
 
əhalisini imperiyanın baĢqa tərəfinə
 
köçürürdü-
lər. Asur çarlarının annallarına baxmaq kifayətdir ki, belə kütləvi depor-
tasiyaların  geniĢ tətbiq  olunduğunu görmək olsun. 
730
-da  III  Tiqlatpala-
sar 
154
 min xaldeyi Babilin güneyindən Asur dövlətinin güney və quzey-
doğu sınırlarına yerləĢdirir, 
720
-də II Sarqon 
90
 min əhalini Suriyadan, 
701
-də Sinaxxerib 200 min yəhudini vətənindən köçürmüĢdür.
12
 
 
Asurlar VII əsrin ortasında Elamda 
40
-a yaxın Ģəhəri dağıdıb əhalini 
qırır.
13
 
Bura gələn ari (pers) boyları boĢalan yerlərdə məskunlaĢır. Urartu 
çarı I ArgiĢti (m.ö.
786-764
)  azların  yurdunu,  indiki  Ġrəvan  çuxurunu  iĢğal 
edib  burada  hərbi  qarnizon  üçün  Qanlıtəpə  adlı  yerdə  Erebuni  (Ġrəvan) 
qalasını tikir, bura Xat və Tsupani ölkəsindən gətirdiyi 
6.600
  əsir  əsgəri 
yerləĢdirir.
14
 
Əhəməni çağındakı XIV satrapiyadan danıĢan Herodot bura-
dakı  Qırmızıdəniz
 
(Eritheria)
 
adaları
 
əhalisinin
 
«sürgün  olunmuĢlar»  ad-
landığını  qeyd  edir.
15
 
Kənardan  Azərbaycana  gətirilən  əsirlərin  sayı
 
az 
olduğu kimi, bura köçürülənlərin də sayı çox deyildi və əsasən deporta-
                                                 
12
 Заблоцка, 328. 
13
 ХПИДВ, 1963, 238-239. 
14
 Меликишвили, 1954, 217. 
15
 Геродот, III. 93. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə