«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə88/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   84   85   86   87   88   89   90   91   ...   122

 
187 
Müəyyən  tarixi  dövrlərdə  biosferdə  yaranan  münasib  Ģərait  bu  və 
ya digər etnosa təpər verib onun passionarlığını artırır. Çin qaynaqlarının 
verdiyi
 
məlumata
 
görə,
 
əgər Göytürklər çağında qırğızların 80 min əsgəri 
vardısa, artıq
 
IX əsrin əvvəlində onlar döyüĢə 400 min əsgər çıxardırdı.
23
 
Orta  Asiyada  XI  əsrdə  xeyli  artan  oğuz-türkmən  boylarından  böyük  bir 
kütlənin Səlcuq sülaləsinin baĢçılığı  ilə  Azərbaycan,  Ġraq və Anadoluya 
gəlib  yerləĢməsi  bəllidir.  Bu  səlcuq  köçlərinin  səbəbini  o  dövrün  ərəb 
yazarları «ailələrin çoxalması» ilə izah edirdi.
24
 
 
Avrasiyada  bugünkü  demoqrafik  durumun  yaranmasına  qədər  in-
sanların  bir  yerdən  baĢqa  bir  yerə  köçməsinə  doğal  Ģərait  və  insanoğlu 
müdaxiləsi səbəb olmuĢ, ayrı-ayrı köç olayları müxtəlif sonuclarla
 
nəticə-
lənmiĢdir. Tarix boyu
 
davam
 
edib,
 
Ġslamaqədər türk
 
etnosunun Avrasiyaya 
yayılmasına,  onların  doğuda  tunqus-mancur,  monqol,  kore,  yapon,  çin, 
tibet  və  irandilli  xalqlarla,  quzeydə  isə  qafqazdilli,  fin-uqor,  slavyan  və 
german xalqları ilə kontaktına səbəb olan tarixi köçlərin öyrənilməsi bü-
tövlükdə türk etnosunun Atayurdu və azər türklərinin etnogenezi məsələ-
lərini aydınlaĢdırmağa
 
yardım edir. Köçün səbəbi ilə yanaĢı
,
 
onun növü-
nü,
 
yönünü
 

 
nəticəsini öyrənməyin də böyük əhəmiyəti vardır. Çünki 
ayrı-ayrı türk boylarının tarixi köçləri yeni türk yurdlarının, bugünkü türk 
xalqlarının
 

 
türk
 
dialektlərinin
 
(dillərinin)
 
yaranmasına səbəb olmuĢdur. 
Köçün səbəbini öyrənməyə yardım edən tarixi bəlgələr 
köçün  yönünü  və  növünü müəyyən etməyə  imkan  ve-
rir.
 
Uzaq  və  yaxın  məsafəyə  olan  köç  ilə  bölgədaxili 
lokal  köçün  növləri  fərqli  sonuca  gətirib çıxarır.  Bun-
dan baĢqa, yaĢam tərzi ilə formalaĢan etnoqrafik tərəkə-
mə köçü minillər boyu Avrasiyanı dolaĢan qaraçı köçündən köklü Ģəkildə 
fərqlənir. Ona görə də, müxtəlif nəticələrə səbəb olan tarixi köç növlərin-
dən etnoqrafik tutumlu köç növlərini, miqrasiya ilə köçəri yaĢamını fərq-
ləndirmək lazım gəlir. 
Prototürk etnosunun  yarandığı Ön Asiyadan, daha doğrusu, tarixi 
etnik Azərbaycan coğrafiyasından
 
kənara çıxan və kənardan
 
Ön
 
Asiyaya 
gələn köçləri dışarı köç və içəri köç adlandırmaq olar. Məsafə baxımın-
dan  yaxın  və  uzaq  növlərə  ayrılan  və  son  5-6  minil  içində  gerçəkləĢən 
belə tarixi köçlər m.ö. IV minilin ortalarında prototürk toplumunun da-
                                                 
23
 Togan, 143. 
24
 Eyni qaynaq, 146. 
 
 
Köçün  
növləri 


 
188 
ğılmasına səbəb olan ilk
 
böyük köçlərlə
 
baĢlanır. Həmin çağda sumerlər, 
m.ö. III minilin baĢlarında isə Ərəbistan çöllərindən qalxıb Ġkiçayarasına 
gələn
 
samilər
 
prototürk torpaqlarına yerləĢmiĢ,
 
buradakı prototürk boyları 
da böyük kütlələrlə Güney Azərbaycan
 
və Orta
 
Asiya üzərindən doğuya, 
Quzey  Azərbaycan  üzərindən  isə  Quzey  Qafqaz  yönündə  quzeyə  köç-
müĢlər. Bu baxımdan, sumer-sami yerdəyiĢməsi içəri köç, prototürklərin 
yerdəyiĢməsi  isə  dıĢarı  köç  sayılır.  Prototürk
 
boylarının
 
Azərbaycandan
 
Türkmənistana, Dağıstana və Quzey Qafqaza keçməsi yaxın köç, oralar-
dan Doğu  Türküstan  və  Altaya,  Güney  Avropa  bozqırlarına  keçməsi  isə 
uzaq köç kimi dəyərləndirilə bilər.  Belə ki, istər içəri, istər dıĢarı köçlər 
sınır bölgələr üzrə yaxın, bir-birindən aralı bölgələr üzrə isə uzaq köçlər 
Ģəklində gerçəkləĢir. 
Uzaq  köçlər  birbaĢa  və  davamlı  yerdəyiĢmələrlə  olur.  Sumerlərin 
içəri köçünü Ģərti olaraq, birbaĢa olan köç saymaq olar, çünki onların nə 
vaxt  gəldiyini  bilsək  də,  haradan  və  necə  gəldiyini  dəqiq  bilmirik.  Bu 
suallara  hələlik  sumerĢünaslıqda  inandırıcı  cavab  tapılmamıĢdır.  Əksər 
uzaq köçlər birbaĢa deyil, davamlı  yerdəyiĢmə nəticəsində olur. Belə ki, 
Azərbaycandan çıxan prototürk boylarının Altaya qədər gedib çıxmasına 
bir neçə il deyil, bir neçə yüzil lazım gəlmiĢdir; bu uzaq yolboyu bir neçə 
nəsil dəyiĢmiĢ, ulu babaların yolunu nəticə-kötücələr davam etdirmiĢdir. 
Eyni olayı minillər sonra Altaydan Orta Avropaya qədər gələn hunlar da 
yaĢamıĢlar.
 
 
M.ö. II minilin baĢlarında Qaradənizin quzeyindən qalxıb, Xəzərin 
quzey  yaxası  ilə  Orta  Asiyaya  gələn  hindiran  (ari)  boyları  yalnız  həmin 
minilin  son  əsrlərində  gəlib  qədim  Areya  (Herat)  bölgəsinə  çatmıĢdı.
 
Onların
 
sonrakı
 
miqrasiyası
 
da
 
mərhələlərlə
 
davam  etmiĢdir.  Heratdan 
Doğu  Ġrana  hindiran  boylarının  Səbzəvar-Qəndahar  və  MəĢhəd-NiĢapur 
yolu  ilə  gəliĢini  arxeoloji,  antropoloji,  etnoqrafik  və  dil  bəlgələri  ilə 
araĢdıran Ġ. M. Dyakonov belə yazır:  
«Hindiranlılar güneyə qəfil axınla deyil, vaxtaĢırı nəsil-nəsil irəlilə-
miĢlər. Dediyimiz kimi, onlar  yüngül atlı cəng arabalarında irəli cuman 
fatehlər deyildi (olsun ki, belə Ģeylərlə ilk dəfə məhz
 
Ġranda tanıĢ olmuĢ-
lar),
 
hətta, əməlli-baĢlı atlı köçərilər də deyildilər; onlar yardımçı-həyətya-
nı əkinçilikdən geniĢ istifadə edən və iribuynuzlu qaramal saxlayan tayfa-
lar idi».
25
 
                                                 
25
 Дьяконов, 1971, 126.  


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə