«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə9/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   5   6   7   8   9   10   11   12   ...   122

 
23 
davropa  dillərində
 
*oks  Ģəklində  iĢlənsə
 
də,  onun  10  minil  öncə  Güney 
Azərbaycanın  batı  bölgələrində  evsəlləĢməsi  bəllidir,  qədim  öküz~ökör 
dialekt  variantları  da  bu  zoonimin  prototürk  çağında  yarandığını  ortaya 
qoyur. Lakin türklərin məiĢətinə baĢqa xalqlardan daxil olan evsəl heyvan-
lara  bu  dillərdə  ayrı-ayrı  adların  verilməsi  doğaldır,  necə  ki,
 
azər  dilinə 
camış/gamış  Ģəklində  irandilli  boylardan  keçən  zoonim  noqay,  qaraqal-
paq dillərində suv sığırı adlanır. 
BaĢqa xalqların dilinə keçən yabanı və evsəl heyvan, quĢ adları, atçı-
lıq və heyvandarlıqla bağlı terminlər sırasında bunları göstərmək olar: qaz, 
baklan,  çayka,  berkut,  Ģonqar,  xoruz,  bars,
 
yolbars,
 
arslan,  qaplan,
 
börü, 
qaban,  samur,  ilan,  qoç,  qoçkar,  qoyun,  baran,  toxlu,  təkə,  kulan,  eĢĢək, 
ayğır, alaĢa-at, öküz, davar, mal, dəri, süd, kımız, yoğurt, qatıq, yağ və s.   
Azərbaycanın  coğrafi  durumu  burada  təkcə  iri  və  xırda  buynuzlu 
heyvandarlığın  deyil,  həm  də  atçılıq,  dəvəçilik  və  arıçılıq  təsərrüfatının 
da  formalaĢmasına
 
Ģərait
 
yaratmıĢdır.  Bu
 
sahələr  bağ-bostan  və  taxıl 
əkinçiliyi ilə
 
yanaĢı inkiĢaf
 
etmiĢ,
 
bəzi
 
boylar
 
bir
 
sahəni, bəziləri də digər 
sahəni
 
üstün tutub tərəkəmə və ya oturaq  yaĢam durumunu gerçəkləĢdir-
miĢlər. Yaylaq-qıĢlaq yaĢamını seçən boyların ilxıları və sürüləri həddən 
artıq çoxaldığı çağlarda, özəlliklə, böyük quraqlıq illəri baĢlayanda onla-
rın uzaq ellərə də köçməsi qaçılmaz olmuĢdur.  
Minillərlə  Xəzərin  baĢına 
dolanan

hətta
 
Altaya
 
qədər  ge-
dib
 
çıxan türk
 
boylarından
 
bəzi-
ləri zaman-zaman geriyə qayıt-
mıĢlar. Doğuda qalanlarsa ora-
larda  kök  salıb  ikinci  Atayur-
dunu  ərsəyə  gətirmiĢlər.  Türk 
boylarının belə bir Atayurdu da 
son 4-5 minilin axarında Xəzə-
rin  quzeyindən  keçən  Qıpçaq 
çölü  boyunca  gerçəkləĢmiĢdir. 
Bununla
 
da  türk  etnosunun  bir 
neçə oykumeni ortaya çıxmıĢdır.  
Beləliklə,
 
etnos-fauna-flora  əlaqəsini
 
tənzimləyən
 
biosfer  etnos  və 
onun qidalandığı faunanın, heyvanların qidalandığı floranın zənginliyi ilə 
Yer  üzündə  Azərbaycanın  bənzərsiz  təbiətini  yaratmıĢ,  Ulu  Yaradan  bu 
gözəlim prototürk yurduna mərhəmətini əsirgəməmiĢdir. 


 
24 
Türk  xalqlarının  astroloji  biliyi  dilində,  mifologiya 
və folklorunda dərin iz qoysa da, bugünə qədər bu 
gərəkli  və  həm  də  maraqlı  sahə  sistemli  Ģəkildə  
öyrənilməmiĢdir.
43
 
Halbuki
 
qamçılıq  (Ģamanizm) 
dünyagörüĢü baĢdan-baĢa astroloji biliyə köklənmiĢ-
dir. Türklərin kosmonimiya görüĢlərinə köklənən zaman və məkan ölçü-
ləri, «dünyanın» cəhətlərə bölünmə prinsipi sosiolinqvistik təhlildə aydın 
görünür.  Azərbaycanda  Aya,  GünəĢə  tapınma  «Gün  haqqı»  andında  və 
Ay  çıxanda  salavat  çevirmə  gələnəyində  saxlanmıĢ,  Ay  kultu  məbədinin 
izləri bir neçə bölgədə qalmıĢdır. Bu bəlgələr mifologiyaya aid bitikdə 
geniĢ Ģərh olunacaq, burada yalnız etnologiya ilə bağlı bir-iki detal üzə-
rində dayanmağı uyğun bildik.  
Yaranma  zamanı  neolit,  yaranma  ocağı  Ön  Asiya  olan  Samanyolu 
deyiminin  sonrakı  yayılma  arealı  isə  türk  boylarının  sonrakı  köçləri  ilə 
bağlıdır. Belə ki, Samanyolu deyiminin Monqol sınırınacan uzanması do-
ğuya miqrasiyanı əks etdirir. Bunu aydın
 
görmək
 
üçün
 
V. A.
   
Nikonovun 
tərtib etdiyi aĢağıdakı xəritəyə baxmaq kifayətdir:
44
 
 
                                                 
43
 L. Bazin, Sir G. Klauson və F. Nemetin bu sahəyə həsr etdikləri məqalələr özlüyündə 
çox qiymətli tədqiqatlar olsa da, bütövlükdə türk kosmonimiyasının deyil, daha çox hind, 
çin  və  sair  xalqların  dilindən  keçən  ulduz  adlarının  doğu  türk  dillərində  buraxdığı  izi 
ortaya  çıxarmaq  yönündə  yazılmıĢdır.  Təbii  ki,  prototürk  dünyagörüĢündən  fərqlənən 
xristian,  manixey,  buddizm  terminologiyası  doğu  türklərdə  sonrakı  hadisədir.  Təəssüf 
ki, Armin Vamberinin XIX əsrdə yazdığı «Türk-tatar boylarının əski kulturunda səmavi 
cisimlər» (A török-tatar nep primitiv culturájábar az égi tester. Budapest, 1879) adlı 14 
səhifəlik kitabçanı əldə edib oradakı izahlarla tanıĢ ola bilmədim. 
44
 
Никонов. 1980, 251. 
 
 
Kosmonimiya     


 
25 
Samanyolunu  pifaqorçular,  litva,  basuto,  oci  kimi  bir  sıra  xalqlar  
ruhların məskəni, siamlar Ağ fillərin yolu, ispanlar Sant Yaqo yolu sayır-
dı.
45
 
Samanyolu  deyiminin  müxtəlif  xalqlarda  necə  adlandığını  tədqiq 
edən V. A. Nikonov haqlı olaraq yazır:  «Kosmonimiya qiymətli qaynaq 
kimi  xalqların  və  onların  dilinin  mənĢəyinə,  dünyagörüĢünə,  xalqlar  ara-
sındakı əlaqələrə və miqrasiyalara aydınlıq gətirir».
46
 
Samanyolu türk boylarının yayılma arealını göstərməklə yanaĢı, köç 
istiqamətlərini də ortaya çıxarır. Həm də monqol və türk xalqlarının gene-
tik qohum olmadığını çox aydın sərgiləyir. Belə ki, «Samanyolu» deyimi 
Somon yul (özbək), Saban jolı (qazax), Saman yoli (uyğur), Samançı jol 
(qırğız) kimi fonetik fərqlərlə monqol etnosu ilə təmas xəttinə qədər uzanır, 
bu  xətdən  sonra  monqol-buryat  dillərində  «Göyün  çatı»  deyiminə  keçir: 
Tenqeriyn zaadol, Tenqerin züydel.
  
Monqol mühitinə düĢən tuva və
 
həmin 
mühitdən keçib  daha  yuxarı,  quzey-doğu  bölgələrdə  məskunlaĢan  saxa 
türkləri  artıq  kalka  ilə  monqol  deyimini  iĢlədirlər.  Bu  deyimi  monqol 
etnosundan  qopub,
 
Xəzərin  quzey  yaxasına  gəlib  yerləĢən  kalmıklar
 
da 
Te
ñ
qrin uydl  Ģəklində saxlamıĢlar. 
Samanyolu  deyiminin  doğu  sınırı  qırğız-uyğur  boyları  ilə  bitirsə, 
batı sınırı da qədim türk boyları ilə qarıĢığı olan bolqar, macar və Osmanlı 
türklərinin kultur təsiri altında olmuĢ serb-xorvat və alban (arnavut) xalqı-
nın
 
dilində
 
yaĢayır.
 
Eyni səbəblə güneydə
 
Efiopiyaya
 
qədər yayılan
 
Saman 
yolu
 
öz
 
yerini
 
quzeydə
 
finuqor
 
deyimi olan «QuĢ
 
yolu» ifadəsinə
 
vermiĢdir. 
Bu ifadə də yaranma və yayılma arealı baxımından maraqlıdır. Belə ki, 
köçəri quĢların keçdiyi yol üzərində
 
yerləĢən Ġtil-Ural arası,
 
Avropa-Asiya 
sınırı finuqor etnosunun
 
Atayurdu sayılır.
 
Bu baxımdan,
 
«QuĢ yolu» deyi-
minin  protofinuqor  boylarında  yarandığını  və  buradan  bozqır  türklərinə, 
tatar
 

 
çuvaĢ
 
xalqlarına,
 
Baltikyanı bölgələrə
 
keçdiyini,
 
bir
 
sözlə,
 
finuqor 
boylarının  miqrasiyası  və  onlarla  sıx  təmasda  olan  xalqlarda  yayıldığını 
görmək olur. 
Avrasya  xalqlarının  demoqrafiyası  Samanyolu  deyiminin  müxtəlif 
xalqlarda mövcud ifadə məzmunu ilə yaxĢı açılır. Belə ki, Avropa xalq-
ları  bu  deyimi  «Südyolu»,  akad-asur  boyları  «Ġlan  yolu»,  Qafqazdilli 
xalqlar da bunu karvan, sürü, ayı və baĢqa heyvan yoluna bənzətmiĢlər. 
Əkinçi  türklər  «Saman  yolu»  ifadəsini iĢlətdikləri halda, bozqır türkləri 
                                                 
45
 
Тайлор, 173. 
46
 
Никонов, 1980, 259. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə