«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə91/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   87   88   89   90   91   92   93   94   ...   122

 
193 
dövrü ilə Orta Asiya və Güney Sibir (Altay) daĢ dövrləri arasında böyük 
fərqlər vardır. Belə ki, Azərbaycanda mezolit dövrü 10 minil, Orta Asiya 
və Qazaxıstanda isə 9 minil əvvəl baĢa çatmıĢdır, Güney Sibirdə neolit 
Azərbaycandan
 
4 minil sonra,
 
eneolit isə 3,5 minil sonra baĢlanmıĢdır.
 
Bu 
halda necə demək olar ki, m.ö.VIII minildə Azərbaycanda yeni daş döv-
rünü yaĢayanlara Orta Asiyada m.ö.VII minildə (Altayda m.ö.V minildə) 
hələ orta daş dövrünü yaĢayanlar neolitik kultur gətirmiĢlər? Məsələyə bu 
cür yanaĢma bilgisayar texnologiyasının Yaponiyadan Azərbaycana yox, 
Azərbaycandan Yaponiyaya aparılması fikri kimi gerçəkliyin inkarıdır.
41
 
Bu  baxımdan,  Altay  teoriyasının  əksinə  olaraq,  türkologiyada  gündəmə 
gətirdiyimiz Urmu teoriyası doğu bölgələrə qədim türk miqrasıyasının Ön 
Asiyadan olduğunu ortaya çıxarmıĢdır. 
Ġkiçayarasında Xalaf kulturu üzərində  yaranmıĢ quzey Ubeyd kul-
turu sonralar
 
Türkmənistanın güneyində (Göksur
 
1) ortaya çıxırsa, burada 
Anau kulturunun batı qolu Tehran ətrafı kulturun davamı, doğu qolu isə 
(Moncuqlı-depe) Ġrandakı Sialk, hətta Ġkiçayarasındakı Xasun kulturunun 
davamıdırsa, onda miqrasiyanın yönü doğudan batıya necə ola bilər? Axı, 
bu  arxeoloji  abidələri  tədqiq  edən  mütəxəssislər  köçün  batıdan  doğuya 
olduğunu
 
dəfələrlə
 
vurğulamıĢlar.
42
 
Ġkiçayarasının  quzeyində  m.ö.V  minil 
Xalaf kulturunu (Yarımtəpə) tədqiq edən uzmanlar onun lokal variantları-
nın  Urmu  gölündən  güneydə  (Dəlmətəpə)  və  Güney  Qafqazda  Kültəpə,
 
Küllütəpə I
, 
Əliköməktəpəsi və
 
İlanlıtəpə
 
abidələrində
 
ortaya
 
çıxarmıĢlar. 
«Müəyyən edilmiĢdir ki, Xalaf kulturunun doğu sınırları Ġranın quzey-batı 
bölgələrinə uzanır. Bu ərazilərdən quzey-doğu bölgələrə və Güney Qaf-
qaza  Xalaf  kulturunun  təsiri  görünür».
43
 
Sulduz  ovalığında  Dəlmətəpə 
abidəsi  Ġkiçayarasının  quzeyindəki  Yarımtəpə  II  abidəsi  ilə  eyni  kulturun 
sinxron lokal
 
variantları
 
olub,
 
m.ö.V
 
minilin əvvəlinə  aiddir. Bu əlaqələr 
qırılmadan quzey Ubeyd kulturu timsalında davam etmiĢ, quzey və doğu 
yöndə  m.ö.  IV  minildə  daha  geniĢ  bölgələri  əhatə  etmiĢdir.  Belə  ki,  bu 
kulturun
 
lokal
 
variantları
 
Van gölü  yaxasından (Tilkitəpə) tutmuĢ Ağrıdağ 
vadisi  (Texut),  Güney  və  Quzey-Azərbaycan  üzərindən  Türkmənistana 
                                                 
41
 Bəzi yazarların ilk metal (mis) nümunələrinin də Orta Asiyada üzə çıxması haqqında 
dedikləri həqiqətə uyğun deyil, çünki ilk metal tapıntıları bölgələr üzrə m.ö. belə sıralanır: 
Anadolu  -  VII-VI  minillərin  qovuĢuğu;  Quzey  Ġkiçayarası  -  VI  minil;  Güney  Qafqaz 
(Kültəpə I, Texut) - VI minil; Misir - V minil; Orta Asiya - V-IV minil. 
42
 Энеолит СССР, 34;  Сарианиди, 1970,
  
24. 
43
 Энеолит СССР, 121. 


 
194 
qədər uzanmıĢdır.
44
 
Azərbaycanda Kür-Araz kulturu m.ö.
 
IV-III minillər-
də  bugünkü Doğu və Güney-Doğu Anadolu, Azərbaycan, Ermənistan, 
Borçalı  və  Dağıstan  bölgələrinə,  yəni  bugünkü  azər  türklərinin  etnik 
coğrafiyasına yayılmıĢdı.
 
Min
 
ildən artıq
 
davam edən
 
Kür-Araz
 
kulturu 
çağında da Orta Asiya tərəfdən Azərbaycana köç olmamıĢdır. 
Tarixi  köçlərin  müxtəlif  səbəbləri  olduğundan  insanlar  könüllü  və 
ya  məcburi  yerdəyiĢmə  olayını  hər  zaman  yaĢamıĢlar.  Son  15  minildə 
baĢ  verən  köçlərin  istiqamətini  öyrənəndə  bəlli  olur  ki, 
2700
  il  əvvələ 
qədər Ön Asiyadan olan köçlərin bir qismi batıya, əksər qismi isə quzey 
və doğu  yönlərə olmuĢdur.
45
  Həmin  çağa  qədər  Orta  Asiyadan,  ümumi-
yətlə doğudan Ön Asiyaya köç olayını göstərən arxeoloji, antropoloji və 
digər bəlgələr yoxdur.
 
Azərbaycandan 
5500
 və 
3500
 il öncə Altaya qədər 
miqrasiya edən türk boyları isə Sibirin güneyindən Orta Avropanın
 
güney 
bölgələrinə qədər böyük bir zolağın altında Doğu
 
Türküstan, Orta Asiya, 
Əfqanıstan, Ġran, Ġraq, Anadolu, Güney və Quzey Qafqazda məskunlaĢmıĢ
 

 
zaman-zaman
 
Avrasiyanın
 
bu
 
sınırları
 
daxilində müəyyən  yerdəyiĢmə 
olayını yaĢamıĢlar. XIX əsrdə Çin qaynaqlarında türk boylarına aid məlu-
matları  ruscaya  çevirən  N.Y.  Biçurin  yazırdı:
 
«Bu  məlumatların  qısalı-
ğına baxmayaraq,
 
bəlli olur ki, Doğu okeandan Xəzərə qədər, bütöv Orta 
Asiya qurĢağında 
2000
 il əvvəl yaĢayan xalqların törəmələri ulu babaları-
nın yayıldığı həmin ərazilərdə kiçik məkan dəyiĢmələri ilə indi də həmin 
durumda eyni həyat tərzini yaĢayırlar».
46
 
 
Göründüyü
 
kimi

Azərbaycana saqa-qamər boylarının m.ö.VII əsrdə
 
qayıdıĢına  qədər  doğudan  bu  bölgəyə  türk  köçləri  olmamıĢ,
 
əks  yöndə 
isə köçlərin izi arxeoloji abidələrdə geniĢ əks olunmuĢdur. Kurqan, atlı 
və  bükülü  dəfn,  keramika,  araba  kimi  arxeoloji  bəlgələr,  avropoid  irqin 
doğuya miqrasiyası kimi
 
antropoloji
 
bəlgələr m.ö.
 
IV-II
 
minillərdə köçün 
Ön Asiyadan Orta Asiya və Güney-Doğu Avropa istiqamətində getdiyini 
göstərir. Bu barədə I bitikdə antropologiya və arxeologiya bölmələrində 
məlumat  verdiyimiz  üçün  burada  həmin  tarixi  bəlgələri  təkrar  etməyə 
lüzum  yoxdur.Yalnız  bunu  vurğulayaq  ki,  Batı türk  ölkələrindən  Doğu 
türk ölkələrinə  getdikcə  türklərdə avropoid  cizgi  azalır,  monqoloid  cizgi 
artır, doğudan batıya getdikdə isə monqoloid cizgi azalır, avropoid cizgi 
artır.  Orta  Asiyadan  batıda  qalan  bölgələrdə  avropoid  türklər  yaĢayır, 
                                                 
44
 Dyson-Young, 1960, 19-28. 
45
 Авдусин, 1977, 76. 
46
 Бичурин, I. 12. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə