«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə92/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   88   89   90   91   92   93   94   95   ...   122

 
195 
monqoloid cizgilərin artdığı doğu bölgələrin sonuncu Saxa ölkəsində isə 
tam monqoloidləĢmiĢ türklərdir. Afanasyevo və Andronovo kulturu ilə av-
ropoid boyların doğuya gediĢi bəllidir, m.ö.
 
I minilə qədər isə monqoloid 
boyların batı köçünün  arxeoloji  bəlgəsi  yoxdur.  Antropoloji  baxımdan, 
türklər həmin minilliyə qədər doğudan batıya deyil, batıdan doğuya miq-
rasiya etmiĢlər. Altay-Tuva türklərində avropoid cizgilərin batıdan gələn 
boylarla  bağlı  olmasını  ayrı-ayrı  arxeoloqlar  dəfələrlə  söyləmiĢlər.
47
 
Piktoqram,  damğa  və  etnoqrafik  sənət  əsərləri  üzrə  tanınmıĢ  tədqiqatçı 
L.
 
N.
 
Qraç yazır:
 
«Qədim türk basırıqlarını tədqiq edən uzmanların,
 
o
 
cüm-
lədən,  bu  məqalə  müəllifinin  antropoloji  bəlgələr  üzrə  gəldiyi  önəmli 
nəticə budur ki, Tuva ərazisində qabarıq avropoid tipi olmuĢdur».
48
 
  
Eyni
 
sözləri
 
I  Bitikdə  verdiyim  qədim
 
Anadolu
 

 
Azərbaycandan
 
Altaya
 
qədər  yayılmıĢ  daĢ  heykəllər,  qaya  rəsmləri,  piktoqramlar,  dam-
ğalar  və  yuxarıda  nəzərdən keçirdiyimiz  yerdəyiĢən toponimlər haqqında 
da söyləmək  olar.
 
Bütün  bu bəlgələrin tarixi  diaxroniyası  köçün  yönünü 
batıdan  doğuya  dəqiq  göstərir.  Paralel  toponimlər  də
 
köçün  vaxtını  və
 
yönünü  müəyyən  etmək  üçün  tutarlı  bəlgədir.  Ancaq  bu  bəlgələr  indiyə 
kimi sistem halında öyrənilməmiĢdir.
49
 
Sumer-akad  yazılarında  Sumerdən  yuxarı  Ġkiçayarası  (Mesopota-
miya) ərazinin Subar adlanması, Boğazköy het mətnlərində qeyd olunan 
Şuvara dağı, mifik Şubar dağının Zaqrosun doğusunda verilməsi, Altayda 
mifik Sumeru dağı, XIII əsrdən qabaq Ġtil çayının deltasında Sumer-kent 
toponimlərinin  xronologiyası  aydın  göstərir  ki,  subar//suvar  boyu  Ön 
                                                 
47
 Богданова, 1979, 18;  Алексеев, Гохман, 1984, 56-70.  
48
 Грач, 1987, 141. 
49
  Əgər  bir  özbək  yazarı  Əmir  Teymurun  yurdu  olan  Keş  bölgəsinin  adı  ilə  ilgili  Orta 
Asiyada
 
geniĢ
 
yayılmıĢ
 
Keş,  Kiş toponimlərinin izinə düĢüb,
 
Azərbaycandakı Kiş (ġəki), 
Keşlə  (Bakı),  Keş  (Siyəzən)  kəndlərinə  gəlib  çıxırsa  və  Ġslamöncəsi  Sünik  bölgəsində 
Kiş kəndi olduğunu öyrənib, buradan Anadoluya keçərək Kiş, Kişgah, Kişik adlı kənd-
ləri  gəzirsə,  nə  üçün  tarixin  daha  qədim  qatlarına  enib  Sumerdəki  Kiş  Ģəhəri  ilə  tanıĢ 
olmamalıdır? Axı, bu Kişlər türk ellərində qədim çağlardan yayılmıĢ «iki dağ arasında su 
axan  yer»  və  «qıĢlaq  yeri»  anlamında  iĢlənən  toponimlərdir  (АОП,  III,  1990,  158-159). 
Onların xronoloji düzümü də köçün yönünü ortaya qoyur:  
    
Kiş (Sumer) 

 Kiş (Sünik)  

 Kiş (ġəki) // Keş (Siyəzən) // Keşlə (Bakı) 
    
Kiş (Sumer) 

 Keş (Əfqanıstan) 

 Keş (Özbək eli) 
    
Kiş (Sumer) 

 Keş  (Anadolu); və ya geridönmə (Orta Asiya 

 Anadolu)  
49
 AT, 1998, 170-171. 


 
196 
Asiyadan doğuya köçmüĢ və Ön Asiyadakı bu qədim etnotoponim ora-
larda yenidən ortaya çıxmıĢdır. 
Ön
 
Asiyaya
 
m.ö.IV-I
 
minillərdə olan içəri köçlər,
 
özəlliklə,
 
Güney-
Doğu  Anadolu,  Ġkiçayarası
 
və  Azərbaycana  sumer,
 
samidilli  akad,  asur, 
aramey, hindavropadilli het, friq, hay, fars və qafqazdilli hurri, urartu boy-
larının köçü bəllidir.
 
Arxeoloji bəlgələrə görə belə içəri köçlərin tarixi və 
yazılı qaynaqlara görə məskunlaĢma yerləri də bilinir:  
IV minildə sumerlər - Ġkiçayarasının güneyi 
III-I minillərdə samilər - Ġkiçayarası 
II minilin baĢında hurrilər - Ġkiçayarasının quzeyi 
II minilin sonunda urartular - Van gölü hövzəsi 
II minilin baĢında hetlər - Kiçik Asiya 
I minilin baĢında friq və haylar - Kiçik Asiya;  farslar - Ġran
 
Ġçəri  köçlərdən  çoxunun  marĢrutu
 
bəllidir.
 
Lakin  bəzi  yazarlar  bu 
köç yollarını arxeoloji bəlgələrlə deyil, çağdaĢ geosiyasi amacla və anti-
türk
 
ovqatla  izah  etməyə  çalıĢırlar.  Məsələn,  irandilli  boyların  Güney 
Qafqaz  yolu  ilə  Ġrana  keçməsini  sübut  edən  bəlgə  güya
 
Azərbaycanda 
atlı basırığın tapılmasıdır.
50
  Halbuki  həmin  atlı  basırıqlar  türksoylu  saqa 
boylarına  məxsusdur  və  arxeoloji  bəlgələrə  görə,  m.ö.VIII-VII  əsrəcən 
Güney  Qafqaza  quzeydən  kütləvi  axın  və  ya  nəzərə  çarpacaq  miqrasiya 
olmamıĢdır. Ona görə də, iran (ari) boylarının m.ö. II-I minillərdə Güney 
Qafqazdan  Ġrana keçməsi fikri havadan asılı qalır. Lakin həmin boyların 
Orta  Asiya  və  Herat  üzərindən  Ġrana  keçməsi  isə  arxeoloji  bəlgələrlə 
sübut olunur.
51
 
 
Azərbaycan  və  Anadolu  bölgələrinə  içəri  köçlərin  sırasında  geri 
qayıtmaların özəl çəkisi vardır. Belə ki, içəri köçənlərin əksəriyəti baĢqa 
dillərdə danıĢan etnoslardırsa, geri qayıdan köçlərin də əksəriyəti türklər 
və türk boylarına qoĢulub gələn bir neçə fin-uqor, monqol və sair baĢqa-
dilli etnik  qruplardır.  Türklərin  Azərbaycan  və  Anadoluya  qayıdıĢını  bir 
çox tarixçilər yanlıĢ anlamıĢ və bu köçləri türklərin Ön Asiyaya ilk gəliĢi 
kimi vermiĢlər. Bu səbəbdən Atayurda qayıdıĢ olayları tarix kitablarında 
təhrif olunmuĢdur. Urmu teoriyası belə bilimdıĢı baxıĢların təkcə türkolo-
giya elminə deyil, ümumi tarix elminə də vurduğu ziyanı ortaya çıxarır. 
                                                 
50
 AT, 1998, 170-171. 
51
  Дьяконов,  1971,
 
126;
   
Грантовский,  1971  (burada  müxtəlif  fikirlərin  Ģərhi 
verilir).  


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə