«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə93/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   89   90   91   92   93   94   95   96   ...   122

 
197 
Neolit  və  tunc  çağında  batıdan  doğuya  olan  miqrasiyaların  inten-
sivliyini  qeyd  edən  uzmanlar  sonrakı  dəmir  dövrünün  erkən  çağlarında 
doğudan batıya olan monqoloid cizgilər qazanmıĢ avropoid saqa və hun 
axınlarını, haqlı olaraq, batıya geri qayıdış adlandırırlar.
52
 Türk boylarının 
böyük-kiçik,  uzaq-yaxın  köçlərlə  geri  qayıdıĢı  sonralar  monqol  çağına 
qədər vaxtaĢırı davam etmiĢdir. Bu qayıdıĢlar sırasında  Azərbaycana ən 
böyük
 
köç
 
Ġslamdan
 
sonrakı
 
çağlarda,
 
özəlliklə
 
1076-da
 
gerçəkləĢmiĢdir.
53
 
Tarixi  köçlərdən  fərqli  olaraq,  etnoqrafik  tutumlu  köç 
növləri
 
yaĢam
 
tərzi
 
ilə
 
bağlıdır. Əkinçilik və bağçılıqla, 
ticarət  və  sənətkarlıqla  məĢğul  olub,  heyvandarlığı  hə-
yətyanı  təsərrüfatla  uyğunlaĢdıran,  tat,  arançı,  yatuq 
kimi  etnoqrafik  terminlərlə  adlanan  oturaq  boylardan 
yaylaq-qıĢlaq köçəriliyi ilə seçilən türk elatının tərəkəmə
 
(türkmən),
 
köçəbə
 
(köçəri), yörük, kürd  ayrım adları ilə tanınan hissəsi 
köçəri termini ilə bildirilir. Lakin bu terminin etnolinqvistik təhlili göstə-
rir ki, uzun illərboyu tarix elmində bu söz spekulyasiya vasitəsinə çevril-
miĢdir. Türk tarixi və kulturu üzrə böyük uzman prof. Ġbrahim Kafesoğlu 
haqlı olaraq qeyd edir ki, Ġbn Xəldun və V. Radlovdan üzübəri türkləri kö-
çəri millət  sayan yazarların fikri elmi əsası olmayan gerçəkdıĢı subyektiv 
baxıĢların nəticəsidir.
54
 
Belə ki, bir tərəfdən, «türklər köçəri millətdir» for-
mulunu yaĢatmaq amacı ilə türk boylarının tarixi yerdəyiĢmələri köçərilik
 
kimi
 
verilərək
 
köçəri
 
termininin etnoqrafik anlamına etnik tutum yüklən-
miĢ,  digər  tərəfdən,  yaylaq-qıĢlaq  yaĢamlı  bozqır  türklərinin  qurduğu 
imperiyaları gözardı edərək, onları minillər boyu Avrasiya bölgələrini do-
laĢan hindavropa soylu «vətənsiz» qaraçılar kimi və qapalı lokal köçdən 
fərqli olaraq, fasiləsiz açıq köçlə yaĢayan digər köçərilər kimi təqdim et-
miĢlər.  
Bundan baĢqa, qədim çağlardan yatuq (oturaq) türklərin bir qisminin 
tat, dağlıq bölgələrdə  yaĢayan türklərin isə kürd, ayrım, dağlı adlanması 
bəlli olsa da, bu etnoqrafik terminlərə də etnik anlam verib, həmin ad al-
tında yaĢayanlara ucdantutma baĢqa millət kimi baxmıĢlar. Halbuki bu ad-
ları daĢıyanların çoxu yalnız türk dilini bilir, baĢqa dil onlar üçün yaddır. 
Doğrudur, son illər talıĢ (tolos), tat, tatar (tat-ər), kürd adlı tükmənĢəli boy-
lar haqqında bəzi tədqiqatlar yazılmıĢdır. Özəlliklə, dağlıların yanlıĢ olaraq 
                                                 
52
 Алексеев, Гохман 1984, 70. 
53
 Togan, 1981, 198, 254-255. 
54
 Kafesoğlu 1989, 32-35. 
 
Köçəri 
köçləri 


 
198 
tat adlandırılmasına qarĢı çıxan dağlı alim və ziyalıların sayı artmaqdadır.
 
Tarixçi Tərlan Ağayevin «Xızı-Bərmək mahalının tarixi» (1999), yazıçı-
jurnalist  Hacı  Firuz  Əhmədlinin  «Xızı  rayonunun  toponimiyası»  (2000) 
kitablarında və bu kitablara yazdığım rəylərdə həmin məsələyə münasibət 
bildirilmiĢdir.
55
  
Min  il  öncə  türk  toplumu  içində  çoxdan  formalaĢmıĢ  «Tatsız  türk 
bolmaz, başsız börk bolmaz» (tatsız türk, baĢsız papaq olmur) atalar sözü-
nü misal çəkən türkoloq M. KaĢğari tat və tat tavqaç deyiminin daha çox 
müsəlman  olmayan  uyğur  türklərinə  aid  olduğunu  və  bəzi  yerlərdə  türk 
dilindən baĢqa dildə danıĢan fars və Çin əhlinə də Ģamil edildiyini yazır.
56
 
Deyilənlərlə  yanaĢı, bunu da nəzərə almalıyıq ki, fars dilinin təsiri altına 
düĢən bəzi tat və kürd toplumu içində yaranmıĢ bir-iki dialektdə danıĢan 
soylar da vardır. Hətta fars köklü bəzi boylar da vardır ki, yaĢam tərzinə 
görə onlara verilən tat və kürd adı artıq etnik anlamda iĢlənir.  
Ġranda köçəriliklə məĢğul olan azər türkləri ölkə əhalisinin yalnız 
2-3  faizini  təĢkil  edir,  çünki  qaĢqay,  əfĢar,  baharlu,  Ģahsevən,  bayat  və 
sair türk boyları ilə yanaĢı burada çoxsaylı farssoylu və farslaĢmıĢ bəluc, 
kürd, basseri, bəxtiyar və lur köçəriləri vardır. Bu baxımdan, ərəb dilində 
oturaq əhalinin xazeri, köçərilərin isə bədəvi adlanması da maraqlı fakt-
dır.
57
 
Hər halda, bu xazeri deyiminin mənĢəyini araĢdırmaq gərəkli olardı, 
çünki qədim oturaq türklərin çoxu azər//xəzər boyları idi. 
Bugün
 

 
Yer
 
kürəsinin
 
əksər
 
regionlarında
 
oturaq
 
olmayan
 
ailələr
,
 
qəbilə
 

 
tayfalar
 
vardır.
 
Onlara
 
Asiya, Afrika, Amerika və Avropada rast 
gəlmək olur. Əgər müxtəlif xalqların köçəri bölümü haqqında 1982-ci il 
üzrə aparılmıĢ statistik arayıĢa baxsaq, köçəriliyin bir-iki faiz təĢkil etdiyi 
türk toplumu içində yox, sami və irandilli boylarda geniĢ yayıldığını gö-
rərik. Hətta, neftlə zəngin Səudiyə Ərəbistanında əhalinin 20,7 faizi köçə-
                                                 
55
  Ağayev, 1999, 7; Əhmədli, 2000, 10-11, 108-111; Azər xalqı, 346). 
56
  MK,
 
I, 36, 453-454; II,
 
281;  Deyilənlərlə yanaĢı, bunu da nəzərə almalıyıq ki, fars dili-
nin təsiri altına düĢən bəzi tat və kürd toplumu içində yaranmıĢ bir-iki dialektdə danıĢan 
soylar da vardır. Hətta fars köklü bəzi boylar da vardır ki, yaĢam  tərzinə görə onlara 
verilən tat və kürd adı artıq etnik anlamda iĢlənir. Bu kimi məsələlər IX Bitikdə («Azər 
xalqının soykökü») geniĢ verildiyi üçün burada yalnız bunu demək gərəkir ki, ciddi araĢ-
tırma aparılsa, dağlılardan çoxunun türksöylu olması ortaya çıxacaq. (Əlavə yeni qeyd: 12 
il  öncə  yazdığım  bu  sözlər  artıq  gerçəkləĢməyə  baĢlayıb.  Rafail  Oğuztürk  Dağlı  “Xızı-
Siyəzən bölgəsinin tarixi” (2011) adlı yenicə çap olunan kitabında bir çox dağlı boylarının 
türksoylu olduğunu açıqlamıĢdır. 
57
  Kafesoğlu, 1989, 33. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə